Showing posts with label urmu Gölü. Show all posts
Showing posts with label urmu Gölü. Show all posts

Wednesday, August 1, 2012

Urmiye Gölü Qoşuqu

Bu yol Urmu elinədi,
Çiçəyi nə,gülü nədi,
Sözüm Urmu gölünədi,
Urmu gölüm, quruma sən


Qışın deyil, yayın olum,
Gəlim sənin payın olum,
Axar olum, çayın olum,
Urmu gölüm, quruma sən.


Ellərimə hay salacam,
Kürü sənə tay salacam,
Gözlərimdən çay salacam,
Urmu gölüm quruma sən.


Dağ ətəyin təzədən tər,
Sahilindən duzları dər,
Sən qurusan fars sevinər,
Urmu gölüm, quruma sən.


Urmu gölüm,Urmu gölüm,
İnci gölüm, qumru gölüm,
Səndən yenə varmı, gölüm,
Urmu gölüm, quruma sən.

şair - Teyyar Sharif 
şekil-Urmu Gölü (Aydil )

Friday, June 15, 2012

Urmiye Gölü haqqında bir Qoşuq

Bir gölüm vardı mənim heyranıyam, urmu gölü
Hər kəsə aydın dəyəri, duzlu gölüm urmu gölü

Hər dəfə düşdüm suyuna, boğdu məni
O bitmiyən, sevindirən məhəbbətin urmu gölü

Sən ölkəmin ad sanısan dol ğurura
Güneylilər fəxrisən ey urmu gölü

Durnalarındır sarayı, ağ bəzənib sevgi dolu
Açmış qucağın qonaqlara bir ana tək urmu gölü

Amma əfsus analar məhəbbətin düşünməyənlər varmış
Kəsdilər qəlbə gedən damarları, dedilər qoy qurusun urmu gölü

Sofi çayla acı çay, əsir olmuş savakın zindanına
Yalnızca baxan bulutlara, ağlıyacaqlar gününə darıxma sən urmu gölü

Utuzmadan qalx ayaqa dalğalanıb tüğyan elə
Vur ırmaka sındır onun duvarların ey qocaman urmu gölü

Qovuş qədim dostlarına cığatıya mürdü çaya
Qayit qədim çağlarına ey urmunun dan ulduzu urmu gölü

Amanoğlu 2012.5.20 marağa

Saturday, December 3, 2011

Urmiye Gəlini Qoşuqu

Bürüyüb ğəm- kədər Azər elini
Can üstə düşübdür Urmu gəlini
Ətəş qavurmaqda ağzı- dilini
Bir içim su verin Allah eşqinə!

Kəsilən umuddur, quruyan qandır
Çölləşən göl deyil, minlərcə candır
Qoymayın qurusun mandır, amandır
Bir içim su verin Allah eşqinə!

Yalnız bir göl deyil başı kəsilən
Şor xatirələrdir xatirdən gedən
Ürəklərimizdir şəhid edilən
Bir içim su verin Allah eşqinə!

Səssiz ıldırımlar şaxacaq həlbət
Susuzluq kökünü qazacaq həlbət
Zolaqlar sel olub axacaq həlbət
Bir içim su verin Allah eşqinə!
Urmu Gəlini - Qoşar: Sayın Susən Rəzi

Friday, November 11, 2011

Urmiye Gölü Hövzəsində Yağan Yağışlar Urmiye Gölünə Etgisi oldumu?

Urmiye Gölü Hövzəsində Yağan Yağışlar Urmiye Gölünə Etgisi oldumu?
Neçə vaxt  bundan öncə arxadaşlarımla birlikdə Urmiye Gölü hövzəsində yağan yağışlarla ilgili bir araşdırma yapdıq və aldığımız sonucu sizinlə paylaşamq istəirdim. 
Urmiye Gölü hövzəsində yağana Yağışlar Urmiye Gölünün Su səthində etgisi yoxdur, yanlız Yağış çox yağdığı sürəcdə Urmiye Gölünün Suyunun səthi yuxarıya doğru gedə bilər. Başqa bir sözlə Urmiye Gölü Hövzəsində Yağış yağa, yoxsa Yağmaya bölgə Quruluq ilində ola yoxsa olmaya Urmiye Gölünün qurumaq sürəcinin ardı oalcaqdır. əyər biz şanslı olduq və yağış çox yağdığı bir sürəci yaşarsaq Urmiye Gölü daha az Suyunu əldən verir yoxsa indiki durumunu qoruyacaqdır.
Qonuyu yaxşı anlamaq üçün bir animasyon Hazırladıq. Birisi Urmiye Gölününü durumu içində olduğumuz ildə (2011.11.9) birisi isə həmən Gün anacq bir il öncə(2010.11.9) peykdən aldığımız Görüntüdən hazırladıq. Görüntüyü və Urmiye Gölünün durumunu yaxşı anlamaq üçün belə deməliyəm, Görüntüdə Qarlı yoxsa Ağ rəngdə olan bölgə bu il yağışlardan sonradır və ötəki Görüntüdə görüldüğü kimin ağ bölgələr yoxdur.
Görüntüdə Görülüdüğü kimin Yağışlar yağıldığı nədəniyilə Urmiye Gölünün suyunun səthi az dəyişilib və yüksəlibdir, ancaq bildirki ilə görə durumu dahaca ağrılaşıbdır və bir az diqqətlə baxarsaq Urmiye Gölünün Suyu ötəki ilə Görə nə qədər azalıbsa Gözlə yaxşıca görüb düşünmək olur.
Farsca qayanq:
http://tinyurl.com/7hgm7ah

Wednesday, November 2, 2011

Urmiye Gölü Qoşuqu, Qoşar Hüşəng Cəfəri

Vətənim Dustaq. Ruhum təngixir
Yanıma bir Gelib gədənim Olmur
Gələnlər sıxılır gidən Sınsıyır
Halıma bir Yanıb bilənim Olmur
Gəlməyin Durnalar Bizim kəndimiz
Çisginli Dumanlı Şaxtalı kənddir
Yolları Tikanlı Evləri Hisli
Qala tək Qapısı Taxtalı kənddir
Vətənim Dustaqdı Baxışım Geniş
Ürəgim Darıxır Sıxılıram mən
Qolumdan Saxlayın Halımı Sorun
El Gücü Olmasa Yıxılıram Mən


Urmunun Gölü tək Yalqızam Yalqız
Kəsilib Damardan Qanım Ey Ellər
Kəvirə Dönürəm Azərbaycan tək
Duymasaz Çıxacaq Canım Ey Ellər
Bir Əldi bilmirəm ya neçə Əllər
Əl Ələ Veriblər Əlim kəsilsin
Bilmirəm kimdilər? Bir iş Gördülər
Gedənim Sinsisin Gəlim kəsilsin
Bir nəfər Soruşmur Eləcə Biləndən
Baş verib Əlisiz cismdən Canı
Azər El Quruyub Şurəzar Olsa
Neynisiz? Neynisiz? Başsız iranı
Dindirmə Doluyam Doluyam Dolu
Gedirəm Zülmətin kökün Yolduram
O Qədər Ağlıyam Urmu Gölündə
Göz Yaşla Urmunun Gölün Dolduram
Qoşar: Hüşəng Cəfəri

Monday, October 24, 2011

Urmiye Gölünün suyu təmin olmazsa Urmiye Gölü Öləcəkdir

Əli nəzər Dust  iranin gölməçə qoruma örgütnün başxani : Urmiye Gölünün böyük alanına baxmayaraq ancaq əyər bu Gölün ölümünün önünü kəsmək üçün bir plan olamzsa Urmiye Gölü Aral Gölü kimin 5 il içində ölüm təlükəsilə qarşılaşacaqdır.
O deyir ki 24 plan iranin əkinçi örgüt tərəfindən masaya yatırılıbdır bu planların gərçəkləşdirməsində iranin çevre ve Doğa örgüt sorumludur.
Bu planların biri budur ki çevre və Doğa örgütü bir Ana laboratuvar yaratacaqdır ki orada Urmiye Gölüilə ilgili bilimsel çalişmalar ola, ancaq bu plan 1 ay bundan öncə önərilib hələ gərçəkləşməyibdir.
Nəzər dusta görə üçn əyalət ki Urmiye Gölünün su hövzəsində yer alırlar gərək aşağıda yazdığımız ölçüdə Urmiye Gölünün suyunu təmin edələr:
Batı Azərbaycan 870 milyon metr kub
Doğu Azərbaycan 270 milyon metr kub
Kürdistan əyaləti 959 milyon metr kub
Bu əyalətlərin su təmini Əkinçilik bölümündən alıanacaqdır, əski suvarma sistemini dəyişdirərək yenicil (modern)suvarmaq sistemləri əkinçilərə öyrətiləcəkdir.
Sorumlular planalrı ciddi alsınlar
Doğa və Çevre örgütünün başxan yardımçısı: bizim amacımız budur ki Urmiye Gölünün indiki  su durumunu qoruyaq. Yeni planalrdan öncə su yönəticiliğində yenilənməklə sorunlari çözəməyə çalişaq. Biz dövlətin bu qonuda sorumlularından istəyirik ki Urumiye Gölüilə ilgili planalrı ciddi alsınlar, Urmiyenın Yaşamı savaşı bu işə bağlıdır.
Üzülərək görürük ki bu planlar heç bir sorumlu tərəfindən önəm verilmir və ciddi alınmır. Doğanin zarafati yoxdur, Urmiye Gölünün quruamsi ən az 6 milyon insanin yaşamına bağlıdır. Əyər Orumiyeh şəhərində Duz fırtınaları yarana 6 milyun ton Duz irani dağılda bilər və böyük və qaçınılamz bir təhlükə yarada bilər.
Urmiye hələ yaşayır ancaq onun önəmli Qan damarı iran dövlətinin bu qonuila ilgili olanalrın əlindədir. 
Latin Türkcəyə çevirən: Urmulu Umud

Thursday, October 6, 2011

Umriye Gölünün qurumasının qabağını nece alabilerik?

Arif Keskin
Umriye Gölünün qurumasının qabağını nece alabilerik?" sualı hele öz yerini qoruyur. Çünki, Urmu Gölünün qurudulması istiqametine İran rejiminin iradesi deyimemiş. İran rejiminin iradesini nece deyişdirebilerik?. Bütün gücümüzü bu istiqametde seferber etmeliyik. İranda bir neçe ay sonra meclis seçkiler var. Meclis seçkilerine Urmiye Gölü meselesini hakim etmeliyik. İran rejimi meclis seçkilerine qeder bu istiqametde anlamlı bir addım atmazsa, Azerbaycan seçkilere qatılmaması gerekir. Önümüzdki meclis seçkileri bizim stratejik hedeflerimizden biri olmalıdır. Önümüzdeki meclis seçkilerini Urmiye Gölü qurudulmasına etraz merhelelerinden birine çevirmeliyik. İndiden bu işe başlamalıyıq. Bir gün bele itirecek zamanımız yox.
Urmu Gölü etrazları haqda nə etməliyik? " sualına mənim təkliflərim:
1- Önümüzdəki Məclis seçkiləri stratejək hədəf olaraq seçilməsi,
2- Seçkilərə qədər hər tür miting və etirazlardan uzaq durulması,
3- Geniş və çox yönlü təbliğat işlərinin aparılması,
4- Etrazin ağırlıq nöqtəsinin bir şəhərdə olmaması və bütün şəhərlərə dağıdılması,
5- Təblığat işlər fəqət Urmiye Gölünün quruması ətrafında şəkillənməsi,
6- Məsələnin `Ərəb Baharı`, `inqilab`, `sərasəri qiyam` kimi təqdim edilməməsi,
7- Milli fəallar arasında umumi və müştrək ağıl və iradenən yaradılması, inhısarçılıq və `mən mərkzçilikdən` uzaq duruluması, kolektif ağıl və iradənin ortaya çıxarılmasına çalışılmalı,
8- Xaricde Urmiye Gölü ətrafında fonksyunal birlik yaradılması,

Sunday, August 28, 2011

Türkiye'deki Türk Milliyetçilerine Açık Mektubum

Arif Keskin - Türkiye'deki Türk milliyetçilerinin önemli bölümü Güney Azerbaycan Milli hareketini " Batı projesi" gibi görürler. Onlara göre Güney Azerbaycan Milli Hareketi " Batının İran karışında oynadığı kozlardan" biridir. "Bunu ispat edebilirimsiniz?" dediğinizde size söyleyecek her hangi bir mantıklı yanıtları da yoktur. Bu hatalı bakış açısı öyle derin ve yaygın ki, Mayıs 2006 olaylarında Yeniçağ gazetesi "Bush Düğmeye bastı Azeriler sokağa döküldü" manşetini atmıştı. Yeniçağ'ın bu hanice manşeti hala aklımızdan çıkmış değil.
Urmiye Gölü olayları başladığında aklımdan yine bunlar geçti. Neden Anadolu'daki Türk milliyetçileri (az bir bölümü hariç) Güney Azerbaycan milli hareketinden uzak duruyorlar?. Neden Güney Azerbaycanlıların en zor günlerinde onların yanında olmuyorlar?. Neden hep uzaktan durup seyir ediyorlar? İran'da Türkiye'den sonra en fazla Türkün yaşadığını bilmiyorlar mı?. Osmanlı-Safevi kavgasının sayfası çoktan kapandığını unutmuşlar mı? Türklüğün olduğu yerde Şiilik ve Sünniliğin bir anlamı kalmaması gerektiğinin farkında değiller mi? Neden bu kadar kolay Ehmedinejad'ın boş ve anlamsız Amerikan karşıtı sloganlarına kanıyorlar?
Türkiye'deki Türk milliyetçileri Güney Azerbaycan konusunda büyük ve ciddi yanlışlık içindeler. Güney Azerbaycan milli hareketini ABD projesi gibi görmek büyük yanılgı olduğu gibi Azerbaycan Türklerine yapılmış en büyük haksızlıktır. Güney Azerbaycan Milli hareketi asildir ve Azerbaycan’ın kendi sosyal ve siyasal süreci içinden doğmuştur. Urmiye'de bu denli büyük olay oluyor, Batı basını her hangi bir şekilde yansıtmıyor. Batılılar Güney Azerbaycan haberlerini vermiyorlar. Urumiye'deki olaylar ilk protesto olayı da değil; bundan önce çok olaylar olmuş ancak duyuran olmamış. Batılılar Güney Azerbaycan haberlerine boykot uyguladığı halde Türkiye'deki Türk milliyetçilerinin Güney Azerbaycan milli hareketini " batı projesi" gibi görmelerini anlamak mümkün değil.
Urmiye Gölü kurursa Türk dünyasının önemli parçası olan Azerbaycan boşalacaktır. 15 milyona yakın Türkün yaşam koşulları alt üst olacaktır. Türk milliyetçilerinin yanı başında İran İslam cumhuriyeti Türklere karşı böyle cinayet işlerken Türk milliyetçilerinin sessizliği telafisi olmayan hata. Türklerin en ağır gününde onların yanında olmayanları Türk milliyetçisi adlandırmak olur mu? Türkün en ağır gününde ona sırt çevirenler Türk milliyetçisi sayılır mı?. Türk dünyası derdi olmayan Türk Milliyetçi sayılır mı?. Türklere mezhep ve dinlerine göre tutum geliştirenler Türk milliyetçisi sayılır mı?. Bin yıllardan sonra ilk defa Azerbaycan Türkleri ile Anadolu Türklerinin birlikte olma fırsatı i doğmuştur. Bu Fırsatı yanlış, sığ ve gerçeklikten yoksun yorumlarla baltalayanlar Türk milliyetçisi sayılır mı? Bundan her kes emin olmalıdır ki, Azerbaycan Türkleri Anadolu'ya kendi ana vatanları gibi bakıyorlar. Türkiye'deki Türk milliyetçileri (bir bölümü) istese de istemese de bu birliktelik olacaktır. Türk Milliyetçileri Güney Azerbaycanlılarla Anadolu Türkleri arasında köprü olmalıdırlar ancak olmuyorlar. Türk milliyetçileri içinden bazı münferit girişimler de olmasaydı buluşma imkânımız hiç olmayacaktı. Bu söylediklerimin çok acı olduğunu biliyorum. Bazılarının bana karşı düşman da olacağının farkındayım. Ancak hakikati söyleme zamanı gelmiş. Gerçek budur: kabul etsek de etmesek de. Emin olun ki, Bugünler unutulmayacak. Kötü günümüzde yanımızda olmadığınızı unutmayacağımız kesin. Yeniçağ gazetesinin 2006'da attığı hain manşeti unutmayacağız. Ancak bu bilinmelidir ki, Türkiye'deki Türk milliyetçileri istese de istemese de Güney Azerbaycan kendi yolunu gidecektir. Bu kervan öz yoluna devam edecek; bunu da hepimiz göreceğiz. Türk milliyetçiler içinde azınlıkta olmuş olsalar da Güney Azerbaycan fedaileri var. Onlar her şeye rağmen Güney Azerbaycan’ın yanında yer almışlar hala da almaktalar. Bu vesile ile onlara sonsuz teşekkürümü de bildirmek istiyorum. Eminim ki onlar da benim söylediklerimin doğru olduğunu Kabul edecekler.
27, Ağustos, 2011

Saturday, August 27, 2011

Cəhənnəm və Cənnet Arasında Qalan Avara

Arif Kəskin
Həyat çox mürəkkəb bir prosesdir və eləcə də  bizim duyqularımız.  Bəzi zamanlar elə hallar olur ki, nə gülə bilirsən nə də ağlaya bilirsən, nə sevinə bilirsən nə də kədərlənə bilirsən. İkisinin arasında bir yerlərdə olursan.  Cəhənnəm və cənnet arasında qalan adam kimi.  İndi mən özümü Cəhənnəm və cənnet arasında qalan avara adam kimi hiss edirəm. Nə gülə bilirəm nə de ağlaya bilirəm.
Urmiye həmasə yarattı.  Urmiyenin həmasəsi son zamanlrda yaşadığım ən büyük hadisədir. Güclü  və gələcəyə umudlu olmağımı sağladı. ` Azərbaycan Azərbaycanlılarındır` şuarının gərçək olduğunu gördüm.  Keçmişi, kimliyi, sərvəti talanmış millətin qururlu üsyanını gördüm.  O millətin gözlərində `gələcək bizimdir` alovunu hiss ettim.  Bunlar məni qururlandırdı və sevindirdi.
Ancaq birdən öz-özümə düşündüm ki, bu sevinc və qururu yaradanlar indi zindanlarda. İndi işkəncə altındadırlar. Onlar indi  iran islam cumhuriyəti kimi qəddar və vəhşi bir rejimin əlində əsirdirlər. Onların incə ruhları və kövrək bədənləri zalimin əlində.  O qaranlıq və qorxunc duvraların arasında əsir olan qəhrəmanları düşününcə sevinə bilmirəm doğrusu. Bu durumda sevinməyi əxlaqi olaraq da görmürəm. Onlar azad olmayınca sevinə biləcəyimi düşünmürəm.
Urumiye hadisələrinin verdiyi qurur və sevinc duyquları məşru olsa da, ancaq qəddar rejimin əlində əsir qəhrəmanları unuddurmamalı. Onlarla əmpati etməliyik. Onların bütün eəzablarına bizlər de qatılmalıyıq. Belə olunca Bİr və tək vucud olduğumuzu yaxşı hiss edərik.  Çünkü zindandakı qəhrəmanlarımız bizim hər şeyimiz. Onlar yoxsa vətən yoxdur, vətən yoxdursa  bizlər de yoxuq. Bizim varlığımız onlardan asılı. Biz onlar yaşadığı qədər yaşayırıq. Biz onlar qəhəramanlıq   yaratdiqca qəhrəman sayılırıq. Elə ona görə də, onlar gülə bilmədiyincə bizlərin gülməsi də mənasız və yersiz olur. 
İndi mən özümü cəhənnəm və cənnet arasında qalan avara adam kimi hiss edirəm. Nə gülə bilirəm
nə de ağlaya bilirəm. Nə edərsəm avarlık duyqusundan azad olabilərəm?

Friday, August 19, 2011

Urmiye Gölünü əpridilmişliyimiz Qurutdu

Ramin Cabbarlı
Urmu Gölünü əpridilmişliyimiz qurutdu
Uşaqlıqda qonşunun oğlu bir kərə mənlə savaşdı. Sonralar bir neçə dəyqəlik küçəyə qoyduğum çantamı məndən gizli olaraq təpiklədiyini duydum. Çantam o an özünə mənlik qazanmışdı. Artıq o çanta deyil idi. O, “mən” idi. O, çantamı deyil, məni təpikləmək istəmişdi. Bütün nəsnələr(əşyalar) beləcə canlılaşa bilir.
Araz, yalnız xəzərə axan bir çay deyil. Bizim üçün varlığımızın bir parçasıdır. Anılarımızın tanığı(şahidi) , iştirakçısıdır. Bütün dağlar, çaylar, göllər beləcə kimlik qazana bilirlər, Ulusallaşırlar. Urmu gölü, şor suların yığıntısı deyil, ən şirin varlıqdır, ən acı gerçəklik...
Son vaxtlar Urmiye Gölünün quruması nədəni haqqında bir çox yazılar, müsahibələr oxudum. Çıxış yollarını oxudum. İranda bənzər olayları, dünyada bənzər olayları oxudum. Oxşar sorunları necə çözdükləri haqqında bilgilər qazanmağa çalışdım.  Çıxış yolları yox deyil idi, bu sorundan daha ağır örnəkləri İranda çözmüşlər. Sadəcə yollar bağlanılmışdı.
Urmiye Gölünü heç bir sədd(bənd), heç bir quyu qurutmadı, günəş suyunu buxarlandırmadı. Onu səddlər deyil, sədd qurmaq düşüncəsi qurutdu. Səddlər, düşüncədən doğan işlərdir yalnız.
Urmu gölü kimlik qazandı, o “biz”dir, o, “Azərbaycan”dır. O, artıq əpridilməyə məhkumdur. Kimliyimizi əpritməyə atılan addımlar  kimi. Növbəti addımın qorxunc səsidir. O, kimliyilimizin parçasıdır. Əprildilmiş varlıqdır,YOXluqdur.
Urmu gölü, mənim çantamdır...
19.avqust.2011
3:34

Wednesday, July 13, 2011

Urmiye Gölünün tək Yaşam Yolu Su təmin etməkdir

Batı Azərbaycan Çevre örgütünün başxani: Urmiye Gölünün quruamq sorunu 10 il olur ki Göl hər il Suyunu gedərək əldən verir, ötəki illərdə sayız Səddlərin tikilməsi, yağışın az yağması, Orumiyeh – Təbriz Körpüsü, havanin istiliği vs nədən olubdur ki Urmiye gölü ölümlə qarşı qarşıya ola.
Əbbasnejad : Urmiye Gölünün Duzu indi ki durumda kristallaşmaqdadir və Urumiye Gölünə tökülən sular daha azalıblar.
Urmiye Gölünün bu gün ki durumunda 1 milyard metr kup suya ehtiayci var.
Indi ki durumda Orumiyeh Gölünün 2 min 700 hektar alanı Duzluğa çevrilibdir. Ancaq yeni bir olayda var ki yenilikdə Duzlar yığışaraq bir Duz Günbəzi biçiminə çevrilməkdədirlər, elə ki Urmiye Gölünün Adalarında yaşayan çeşidli heyvanlara su aparmaq üçün çoxlu sorunlarla qarşılaşmışıq.
Ababsnejad: elə ki bilirsiniz hər il milyonlarca Qızılqaz(Flamingo) dünyanın çeşidli bölgələrindən Urmu Gölün köçürdülər ki bir neçə ildə bu quşlar bilə barmaq sayısında olublar, Urmiye Gölünə köçən filamingolar isə Duza bataraq yaşamlarını itirirlər.
Urmiye Gölünün tək yaşam yolu budur ki bu Gölün Suyu tikilən səddlərdən və Urmiye Gölünün su hövzəsindən təmn ola, yoxsa Urmu Gölü öləcəkdir.
Latin Türkcəyə eçvirən Urmulu Umud
Umud Urmulu: tərəfsiz çevre və Doğa Uzmanalrın dediklərinə görə Urmiye Gölünün ötəki durumuna dönüşü üçün ən az 20 milyard metr kub suyu ehtiyaci var ,ancaq Batı Azərbaycan çevr evə Doğa Örgütü necə 1 milyard metr kub su deyir bir az düşünmək gərək.  

Friday, July 8, 2011

Urmiye Gölü quruyursa, milyardlar ton Duz, iranin Azerbaycan bölgəsini yandırıb yaxacaqdır

Batı Azərbaycan çevre Qoruma örgütü gənəl bşxani Həsən Ababsnejad, Urmiye Gölü Alanının yüzdə 53 quruduğunu bildiribd.
50 min hektar Alanıla iranin Quzey batısı, Azərbaycanda yerləşən Urmu Gölü, iranin ən böyük Duz Gölüdür. Uzmanalrin dediginə Görə; Urumiye Gölünün Dabanında 10 milyard ton Duz vardir.
Orumiyeh Gölünün Suyu Cığatı(Zərinə-rud), Tatau(Simine-rud), Godar, Nazlı və Zola çaylarından təmin edilən Urmiye Gölü, son 20 il içində tikilən 35 sədd sonucunda 5/5 milyard metr kub daha az seviyə sahib olmuşdur. Daha öncə yarım milyon metr kup də başqa çaylardan və bulaqlardan təmin olan Urmiye Gölü, yanlış su yönəticiliği sonucunda bu sulardan da Məhrum Qalmışdır.
Bir zamanlar Ənzəli batlağından sonar iranin ən böyük Doğal heyvan Barınağı sayılan Urmiye Gölü, UNSCO tərəfindən qeyd olunan 102 Adadan  olaşmaqdaydi ki, ahzirda onlardan heç bir Əsər qalmamişdir. 
Deyilənlərə görə, bir zamanlar Urmiye Gölünün Duz oranı hər literdə 80 gr iydi və Urmu Cənnəti olaraq bilinirdi.
Uzmanlara Görə, Urmiye Gölünün qurumsi yanlız bölgəni dəyilı, Iraq və Türkiyənidə etgiləyəcəkdir.
Batı Azerbaycan çevre Qoruma Örgüt gənəl başxanı Həsən Abbasnejad, Urmiye Gölü Alanı yüzdə 53 Quruduğunu bəlirlətərəkŞ Araz çayından illik bir milyard metr kub suyun Gölə köçürməsi gərəkdiyini Vurğuladi.
Orumiyeh Gölünün Güney Bölümlərinin 10 km gerilədiğini söyləyən Abbasnejad, Dünyanin 2ci Duz Gölü olan Urmiye Gölünü ngeçən 15 il içində həm yağışların azlığı, həmdə yer alti və Yer üstü sularin uyğunsuz bir ölçüdə işlədilməsinə şahid olduğunu söyləyərək, ahzirda Urmiye Gölünün Duz oranı hər literdə 180-400 gra çataraq kristallaşmiş v bu durum son dərəcə təhlükəlidir dedi.
Abbasnejada Görə, 5 min 700 km Alan olan Urmiye gölünün 2 min 700 km2 Duzluğa dönmüş və Duz təpəciklərinin bəlirlənməsi, Gölünyönətimini çətinləşdirmişdir.
Batı Azərbaycab Çevre qoruma Örgütünün gənəl başxani, bölgədə hava istiliği 2 dərəcə artamsı nədəni ilə, Suyun daha sürətli bir biçimdə Buxar laşdığını vurğulayaraq, Quşların, özəlliklə oaraya köç edən Qızılqazların(Flamingo) qanadları yapışan Duzlar üzündən Uçmaqda çətinlik çəkdiklərini də sözlərini əkləyir.
Abbasnejad Ayrıca, son zamanlarda boru yoluila Urmiye Gölünə su köçürülməsi planini dövlət örgüt tərəfindən onayladığını və yaxında 18 km boru çəkilərək, Sarı ceyranların önəmli Yaşam mərkəzlərindənolan Eşşək Adasına su köçürüləcəğini vurğualdi!.
 Abbasnejad 1390 ci ildə gərçəkləşdirməyə çalişilan bu planida söyləyibdir.
Çevre Uzmani və Biliyurdu öyrətməni olan Doktur ismayil Kəhrom isə Dövlətin Sulama sistemində düzəliş apardığını söz verdiğini, Ancaq əkin yerlərinin hələdə gələnəksel Yönətmələrlə sulandığı nədəni ilə çox ölçüdə suyun buxarlaşaraq hədər olduğunu söyləyir.
Həhroma görə, Orumiyeh Gölünün tam quruduğu təqdirdə, Yel, Duz zərrələrini Əkin yerlərinə dağıdacaq və Urmiyənin Adlım Üzüm və Alma Bağları quruyacaqdir.
Urmiye Gölünü Qurtaramaq dərnəgi başxan Yardımçısı bəşir Cəfəri, Urmiye Gölü çevresindəki əkinçilik işini dayandırıldığını söyləyərk, bölgə kəndlərin hələ boşaldılmağını, ancaq susuzluğun ciddi biçimdə işsizliq yaratdığını bəlirlətir.
Urmiya Gölünü qurtarma plani həyata geçirilmədikdən təəssüfünü bildirən Bəşiriyə görə, əyər Urmiye Gölündəki bu durum Kontrul altına alınmazsa, yaxın gələcəkdə ölkə üçün Ciddi bir Sorun yaradacaqdır.
ona görə, Urumiye Gölünün qurtarmasi üçün əməli bir girişim başladılamzsa,iranin hər tərəfini və özəlliklə ölkənin Quzey Batısındaki Azərbaycan Əyalətini Duz Tuzu basacqdır.
Əkinçi evi Gənəl Başxani Doktur isa kəlantəriyə Görə, Urmiye Gölünün üçdə ikisi Qurumuşdur və əyər hamısı Quruyarsa Bölgə Xalqi orani tərk etmək zorunda qalacaqlar.
Kəlantəri deyir: Urmiye Gölünün Qurumasi ilə Ağ Dənzidən irana və Doğuya doğru hərəkət edən Külək, Duzları Ərdəbil, Zəncan və Qəzvinə qədər Dağıdacaq və Hətta Təbriz və Qoşaçay kimi şəhərlər boşaldılacaqdır.
Urmiye Gölününü qurtarılmasi üçün önərilən planalrı şaşirdici olaraq dəyərləndirən kəlantəri, Araz çayından Su köçürülməsinin də iran üçün bir payın olmaması nədəni ilə icra ediləbilməz bir plan olduğunu altını çizir.  
Kəlantəri deyir: Arazdan Suyun köçürülməsi üçün yol üzərində suyun 700 metr yüksəkliğində pomplanmasi gərəkir. Xəzər Dənizindən Suyun gətirlməsi üçün də suyun 1000 metr yüksəliğində pomplanmasi alzimdir.
ona görə, Urmiye Gölünün Qurtarilamsi,iran Dövlətin öncəlikləri arasında dəyil və Bölgədəki siyasətlər daha ço fabrika və havaalanı tikintisi üzərində odaqlanmişdir.
Bu yazı TRT Türkdə Ərəb əlifbasila olaraq yayınlanmışdır, Umu Urmulu yazını latin Türkcəyə çeviribdir.

Sunday, July 3, 2011

Urmiye Gölü Sadəcə Doğu Azərbaycan tərəfində, Yaxlaşıq 1500 km geriyə Oturubdur

Məməd Əşrəfniya Doğu Azərbaycan əyalətinin vali yardımcısının Urmiye Gölü Quruamsı haqqında sözlərini yayınlayıb.
Fars news xəbər ajansi, Əşrəfniyanin dediyinə görə Urumiye Gölü sadəcə Doğu Azərbaycan Əyaləti tərəfində, yaxlaşıq 1500 km geriyə oturubdur.
Doğu Azərbaycan Əyalətinin yardımcısı: "Urmiye Gölü 9 milyard metr kub su əksikliği vardir" diyərək, Urmiye Gölünə axan çayların üstündə tikilən sədlərin, Gölün qurumasinda özəl bir rolunun olmadığını vurğulayib.
Ayrıca geçən ay Batı Azərbaycan  çevrə Qoruma mərkəzi başqani Ababsnejad verdiği bilgilərə görə, geçən 6 ay içində yağan yağış nədəni ilə Urmiye Gölünün ekologiya seviyəsi 271 min metr 75 cm olmuşdur. Başqa bir deyişlə, su seviyəsi 6 aya görə 75 cm yüksəlmişdir.
Ababsnejada görə: bu yüksəlişə abxmayaraq Orumiyeh Gölünün seviyəsi, istandard ekologiya seviyəsıyılə müqayisədə 2 metr 25 cm və geçən 40 ildə seviyəsyilə müqayisədə 3 metr 25 cm daha azdir.
Abbasanejad Urumiye Gölünün geçən 40 ildəki normal seviyəsinə yüksəlməsi üçün 10 milyard metr kub suya ehtiayci olduğunu vurğulayibdir.
Batı Azərbaycan hava bilgi Örgütü başqani mətləbi fərddə, geçən 6 ay içindəki yağış oranı 330 mm üzərində olduğunu qeyd edərək, bu  ölçününü geçən ildə görə 22 mm artdığını söyləyibdir.
Ayrıca Associated Press xəbər ajansi da dünyanin üçüncü ən büyük Duz gölü olan Urmiye Gölü haqqında geniş bir yazı yayınlaraq, Gölün son illərdə su qaynaqlarının yüzdə 60-ini itirdiyini və bir Duzluğa çevrildiğini Vurğulamışdır.
Associated Press ajansi, Gölün önümüzdəki illərdə tamamyilə qurumaq təhlükəsiylə qarşı qarşıya qaldığını vurğulayaraq, yanlış su yönəticiliği və Urmiye Gölünə axan sular və çayların yox olmasını, Gölün su qaynaqlarının qurumasındaki ən önəmli nədən olaraq göstərir.
Associated Press xəbər ajansi, bölgə Ulusunun bir çoxunun gəlirinin Urmiye Gölü Turizmindən sağladığına diqqət çəkərək, qayıqların(gəmi) sadəcə 10 dəqiqə su üzərində qalabildiyini və orada çalişan insanlarin yaıxnda işsiz qalacağını bildirir.
Urmiye Millət Vəkili Zakir Oyarılarında işarə edən Associated Press, Urmiye Gölündə Duz Tsunamisi təhlükəsi gedərək artdığını bildirir.
Zakirə görə, önümüzdəki 2 -5 il içində 10 milyard ton Duz, Bölgə Ulusunun yaşamını təhdid edəcəkdir.
Təbriz Bələdiyə Örgütünün üyəsi Məsud pezeşkiyan da Urmiye Gölünün qurumaq üzərə olduğunu, ancaq iran dövlətinin bu qonuda heç bir sorumlu olduğun olmadığın vurğulayir.
Bütün bu olumsuz gəlişmələr qarşısında bölgə Ulusunun tepkisi də hər geçən gün artmaqdadır. 13 Fərvərdin (Gəzi Günü)tarixində Urmiye Gölü çevrəsində geniş bir göstəri yapıldı. Ayrıca geçən ay, Urmiye biliyurdu Öyrənciləri və Təbriz islami sənət biliyurdu Öyrənciləri tərəfindən Urmiye Gölü fəlakətinin gözlə önünə sərmək üçün büyük bir sərgi dözənləndi.
Ayrıca Urmiye Gölü qurumaq fəlakətiilə ilgili italyanin ən adlım dərgisi bir fotogallery və xəbərə yer verərək avrupa insanina Urmiye Gölü quruamsini çatdirdi.
Bu xəbər Ərəb Əlifbasi Türkcə TRT Türkdə yayılıb və Umud Urmulu latin Türkcəyə çeviribdir.

Thursday, June 30, 2011

Urmiye Gölünün Suyunun yükselişi Öteki ile göre 1 metr gerileyibdir

Amerikanin Əkinçilik Örgütnün Urmiye gölüilə yaydığı bilimsel və peykdən toplanan bilgilərə görə, Urmiye Gölü ötəki ilin May Ayında uzun sürəcdə alınan bilgilərə görə -5.87 metr yüksəlişi olubdur. Anacq ötəki ildə may ayının 21 inci günündə -4.83 metr yüksəlişi olubdur. Bu iki ölçünü göz önünə alaraq görəmək olur ki Urmiye Gölü bu gün 1 metr su yükləsilişin əldən veribdir. Ancaq iran dövləti hələ heç bir önləm almayıb və dahaca dövlət medyasini qullanaraq Urmiye Gölünün yüksəlişini göstəri olaraq reklam edibdir. Urmiye Gölü 20 milyar metr kup suya ehtiyaci var ancaq dövlət Urmiye Gölü su hövzəsində indiyədək 80 sədd tikməklə bir damca bilə su Urumiye Gölünə tökülməsinin önünü kəsibdir. Qısa sürə içində bu səddlərin sayısı 200 olacaqdir. Ancaq Dünya və iranda olan tərəfsiz çevre və Doğa Uzmanlari çox yaxın zamanda Güney Azərbaycanin Urmiye Gölüsünün qurumasını xatırladırlar. Urmiye Gölü quruyursa Güney Azərbaycan yaşam imkani olamaz. Urmiye Gölündə olan kimyasal maddələrə əyər Günəş işığı dəyərsə bu kimyasal maddələr havailə Qarışaraq minlər tür kanser Sayrılığına (Xəstəlik) nədən olacaqdır. Urmiye Gölü quruyursa Günəşin işığında olan enerji Su olmadığından dolayı Urmiye Glü Duzlarına dəyərək ölçüsüz bir biçimdə o enerjinin bölgəyə geri döndərəcəkdir ki havanin bir böyük ölçüdə istiliğinə nədən olacaqdır. Urmiye Gölü quruyursa Güney Azərbaycan Türkləri başqda olam üzərə başqa Uluslarda bölgədən köç etmək zorunda oalcaqlar. Və minlər tür yaxşı anlamında fəlakət Urmiye Gölü quruduğu zaman bizi qarşılayacaqdir.   
Amerikanin yayınaldığı bilimsel bilgiləri açağıdaki bağlantidan oxuya bilərsiniz:
http://tinyurl.com/2amgdtr

Saturday, June 25, 2011

Bahar Feslinde Urmiye Gölünün Durumu

Görüntüdə olan və Qırmızı rənglə bəlirlənə, Urmiye Gölünün Durumu bu ilin bahar fəslində və Sarı rənglə bəlirlən ötəki ilin bahar baharinadir. Bu bilimsell çalişmada Urmiye Gölünün ötəki ildən bu ilə qədər 425 km alanı kiçilərək təxminən bu günku durumu 4335 km civarindadir.
Görüntünü daha böyük ölçüdə görmək üçün üzərində tixlayin.
Görüntü üçün Qaynq:  http://tinyurl.com/6yfdw7n
bu bilimsel Yerkipdə(Xəritə) Göründüğü kimin, Günəş kiminm ortadadir ki Urumiye Gölü ötəki ilə Görə nə qədər su əldən veribdir və iran dövlətinin bu qonduaki söylədiği yalanlar daha işiq üzü görür ki Urmiye Gölünün suyu 1 metr yüksəlməyib və daha doğrusu 1 metrdə olaraq suyunu əldən veribdir, ancq iran dövləti doğrulari göstərməyərək istədiği sözləri Ulusumuza göstərir. Urmiye Gölünün durumu bu il baharda ötəki ilə görə daha da gərginləşibdir və buludları toxumlamaq və daha bir göstəri olan işlərin heç bir önəmi olmadiği ortadadir. Urmiye Gölünün tək yaşam yolu budur ki : Urmiye gölünün hövzəsində tikilən səddlərin bir bölümünün suyu Urmiye Gölü tökülə, yanlız bu yoxsa batı Azərbaycan və daha doğrusu Güney Azərbaycanda yaşam imkani olmayacaqdir.   

Wednesday, June 22, 2011

Urmiye və Batı Azərbaycan Quraqlaıq Bölgelerinə Qoşuldular

Urmiye Gölünün Qurumaq nədənilə Batı Azərbaycan əyalətinə minlərcə hektar Quraqlıq Bölgəsi Azərbaycanin Ərazisinə artırıldı. Bu nədənlə Batı Azərbaycan dövlət sorumlusu iran dövlətindən Batı Azərbaycanı Quraqlıq bölgə elan etməsini istəyərək bu qonuda iran dövlətindən yardım istədi.
Urmiye Gölünün üçdə bir ərazi Qurumaq nədənilə Batı Azərbaycanda çöllük oranı artıraraq Quraqlıq bölgəsi sıralarında yer aldı. Ancaq Urumiye Gölünün Quruamq nədəni tərəfsiz Çevre və Doğa Uzmanlarına görə yanlış su və hövzə yönətimi olaraq bilinir.
Güney Azərbaycanda olan Urmiye Gölünün Qurumağından yola çıxaraq hər gün ki bu çevre olayından geçir böyük doğa və çevre felakətinə daha yaxınlaşırıq və bir gün yoxdur ki bu qondua bir xəbər eşitməyək.  Urmiye Gölü Quruyursa Güney Azərbaycanda yaşam imkani olamaz.  
Yazının farsca qaynağı:
http://tinyurl.com/6abq9r8
latin Türkcəyə çevirən: Urmulu Umud

Tuesday, June 21, 2011

Urmiye Gölünün Qurumasi; Yanlış Su Yönəticiliği yoxsa Doğal Quraqlıq

Çevre Uzmani Məməd Dərviş deyir: iran dövlətinin dedeyinə Görə Urumiye Gölünün Qurumasi bir Doğal Quraqlıq dəyildir və Urmiye Gölünün bugün ku durumunun nədəni yanlış çevre Yöneticiliğinden qaynaqlanir.
Urmiye Gölünnün Qurumaq sürəci bəlli olduğu zamandan bəri iranin dövlətinin çevre və Doğa yönəticiləri Urmiye Gölünün Qurumasini Doğal bir Quraqlıq sürəci olaraq adlandırdılar, anacq bu qonudaki sözlərini heç bir bilimsel qayanğa dayanmadan söyləmək heç də zor dəyildir. Dünyada olan Çevre və Doğa Uzmanlarinin tərəfsiz və bilimsel qaynaqlara dayanaarq söylədikləri bunu göstərir ki Urmiye Gölünün birinci Qurumaq nədəni Yanlış çevrə yönətimi və vurulan səddlərdir.
Iran dövlətinin Su Örgütnün başxanin Mühəndis Əlirza Dayimi Urmiye Gölünün Su hövzəsində vurulan saysız səddlərin doğru olduğunu söyləyərk, səddlərin Urumiye Gölünün Qurumağinda 5% deyib ancaq Doğal quraqlığı ən təməl və önəmli qonlardan sayaraq Urmiye Gölünün Qurumaq nədənini 70% olaraq Doğal Quraqlıdan qaynaqlanmasını söyləyir. Onun dediyinə görə Urmiye Gölü 400 il bundan öncədə bir neçə dəfə quruyubdur.
Iran məclisi neçə vaxt bundan öncə bir neçə kişilik Araşdırıcı toplayaraq bu sözü vurğuladi: Urmiye Gölünün 1377-1380 illərində Durumunu analiz edərək bunu demək olur ki Urmiye Gölü Su hövzəsində yanlış su yönətimi Urmiye Gölünün təməl qurumaq nədənlərindən sayıla bilər.
Iran məclisinin bu sözü bu anlamdadir ki yanlış işlərimizi başqa yerlərə atmağa heç gərək yox, sorunlarin bir çoxu yanlış yönəticiliqdən qaynaqlanir.
Özgür Su, Doğa və çevre uzmanlari Urmiye Gölünün ən təməl nədənlərini yanlış su yönətimi,saysız Səddlər ,yanlış əkinçilik türü, yanlış Suvarmaq yollari, izinsiz Quyular və ...sayaraq dövlətin yönəticilərini suçlayirlar. Urmiye Gölünün su hövzəsində bu gün 36 Sədd vurulub və işlənir, 12 Sədd tikmək sürəcindədir və 40 səddində araşdırmaları bitib yoxsa bitmək sürəcindədir.
Iran dövlətinin su yönəticisinə görə yaxın zamanda 88 dənə olacaqdir, anaq Doğu Azərbaycan, Batı Azərbaycan və kürdistan Ostanlarinda planlanmaya hazi olan səddlərin sayısı 202 dənə dir. Yanlız sədd tikmə yox ötəki səddlərin boyunu bir az daha artıraraq Suyu daha çox səddlərin dalında saxlamağa çalişirlar.
Qonuila ilgili Doktur Mərziyə Lək jeolog olaraq arxadaşlarila birlikdə bir bilimsel araştırma başlatdilar ki bu araştırmada olan sonuclar çox çarpıcı və daha anlamalı sonuclar ortaya qoydu.
Doktur Lək öz araşdırmasında belə bir soncuu yetişibdir ki Urmiye Gölünü 23-400 il içində heç bir susuzluq və Quraqlıq olaraq durumunu bu günkü təhlükəyə soxmayibdir. Araşdırdığımız bölgədə bu gün demək olur ki Urmiye Gölü quruyubdur. Bir baqşa bilimsel araşdırma ki Əkbər və Tohid Çərbgo tərəfindən Urmiye Gölü su hözəsində vurulan səddlər qonusudna olubdur, saysız və hesabsız səddlərin tikməsini Urmiye Gölünün qurumasina ən təməl və birinci nədən olaraq adlandırıblar.
Urmiye Gölü yaxın zaman belə gedirsə, bilimsel və araşdırmalara dayanaraq əminik ki Güney Azərbaycan bölgəsi və başqa yaxın ölkələr və şəhərlər bir 8 milyarliq Duz Sunamisilə Qarşı Qarşıya olacadir və dünya üzərində 100 ilin içində ən çevre fəlakəti yaxın zamanda gərçəkləşəcəkdir. Anaq bunun nədəni iran dövlətinin Güney Azərbaycan və bölgədə yanlış su yönətimindən qaynaqlanir. Urmiye Gölü Quruyursa Güney Azərbaycan Torpaqlari əkinçilik üçün verimini əldən verəcəkdir və heç bir bitgi illər boyu bölgədə əkiləməz halə gələcəkdir, insanlar çeşidli kanserlər tuturaq yaşamalrini əldən verəcəklər, Güney Azərbaycan Türkləri bölgədən başqa şəhərlərə köç etmək zorunda qalacaqlar, Dəri xəstəlikləri saysız olacaqdir, nəfəs çəkmək imkani olmayacaqdir və ...
Yazıya Farsca qaynaq: http://tinyurl.com/3v62u6g
Latin Türkcəyə çevirən: Urmulu Umud

Monday, June 20, 2011

Urmiye Gölünün Duz Nisbəti

normal Şərtlrdə Duz nisbəti 180-200 gr/L ancaq Mövcud durumda isə 380-400 gr/L
Urmiye Gölünün Suyunun Duz Tərkibi:
Sodyum: 85-87 gr/L
Potasyum: 1.5 gr/L
Maqnezyum: 4.9 gr/L
Kalsiyum: 4.5 gr/L
Digərlər: 14 PPM
Urumiye Gölü (Farsca: دریاچه ارومیه)- İranın Batı Azərbaycan və Doğu Azərbaycan ostanlarında yerləşibdir. Urmiye Gölü İranın ən böyük gölüdür. Səthinin sahəsi 4,868 km²-dir. Maksimum həddi Quzeydən Güneyə 140, Doğudan Batıya 55 kilmoterdir. Ən dərin nöqtəsi 12 metrdir!. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Çingiz xanın nəvəsi Hülakü xanın qəbri var.

Saturday, June 18, 2011

Urmiye Gölünün tək Yaşam Yolu

Bir biliyurdu öyrətməni: iran dövlətinin Urumiye Gölünün qurumsinin Qarşı alamsı qonusunda önə gətirdiği planların hamsı Urmiye Gölün qurumaq sürəcinin önünü kəsmək üçün etgisi yoxdur. Iran dövləti buludlari toxumlamaq (), Xəzər Dənizindən Urmiye Gölünə su gətirmək, Araz Gölündən Urumiye Gölünə su gətirmək, Suvarmaq sistemlərini dəyişdirmək kimin planlar ortaya qoyubdur.
İsmayıl Kəhrom çevrə Uzmani iran medyasila danişiqda: Urmiye Gölünün tək yaşam yolu budur ki Urumiye Gölünün çevrəsində olan 35 çaydan Urmiye Gölünün 20% suyunu təmin edib və o çaylardan alıb və gətirməkdir. O deyir bevaxt  olamdan bu iş olmalıdır, indi ki durumda səddlərin arxasinda olan su hələ çoxdur, indiki durumda Urmiye Gölünə su gətirmək imkani var.
Urmiye Gölünün zərfiyyəti 31 milyar metr küpdir. Ancaq iranin dövlət örgüt olan çevre ve doğa baxani bilmirəm nədən Urmiye Gölünün zərfiyyətini 3/1 milyar metr küp sayaraq Urumiye Gölünün qurumağının qarşısını almaq üçün bilimsel və məntizdən uzaq olan yollarla çözməyə çaba göstərir və Umudludur?
Kəhrom iran dövlətini çevre başxanini bu qonuda bilgisiz olaraq dedi : Urmiye Gölü ən yaxşı durumda 13 metr dərinliği var ancaq indiki durumda ən dərin yerdə 2/5 metr dərinliği var.
Kəhrom iran dövlətinin Buludlar toxumlamaq qonusudna dedi: Urmiye Gölünün Qurumağinin qarşısını almaq üçün belə bir ölçüdə bizim ölkədə buludlari toxumalamq imkani yoxdur və yanlız laboratoriyalarda bu iş ola bilər.
Urmiye Gölünün suyunun önünü səddlərlə kəsmədən öncə hər il 5/5 milyar metr küp Urmiye Gölünün çevresində olan çayalrdan Urumiye Gölünə su tökülürdü və yağış olaraq da 1/5 milyar metr küp su tökülürdü, toplam oalra qhər ildə 7 mlyar metr küp Urmu Gölünə su tökülürdü.
Latin Türkcəyə çevirən: Urmulu Umud   

Monday, June 13, 2011

Urmiye Gölünün Gənəl Özəlliklərı

Urmiye Gölünün Gənəl Özəlliklərı
Güney Azərbaycanin və iranin ən Böyük Gölü
Dünyanin 2 ci Böyük Gölü
Dəniz Seviyyəsindən 1274 m
Yüzölçümü(Məsahət) 5000 -6000 KM
Maksimum Uzunluğu 140 KM, eni 15-55 KM
Maksimum Dərinlik 16 M, Orta Dərinlik 6 m
böyük və Kiçik olmaq üzərə 102 Ada