Friday, June 15, 2012

Urmiye Gölü haqqında bir Qoşuq

Bir gölüm vardı mənim heyranıyam, urmu gölü
Hər kəsə aydın dəyəri, duzlu gölüm urmu gölü

Hər dəfə düşdüm suyuna, boğdu məni
O bitmiyən, sevindirən məhəbbətin urmu gölü

Sən ölkəmin ad sanısan dol ğurura
Güneylilər fəxrisən ey urmu gölü

Durnalarındır sarayı, ağ bəzənib sevgi dolu
Açmış qucağın qonaqlara bir ana tək urmu gölü

Amma əfsus analar məhəbbətin düşünməyənlər varmış
Kəsdilər qəlbə gedən damarları, dedilər qoy qurusun urmu gölü

Sofi çayla acı çay, əsir olmuş savakın zindanına
Yalnızca baxan bulutlara, ağlıyacaqlar gününə darıxma sən urmu gölü

Utuzmadan qalx ayaqa dalğalanıb tüğyan elə
Vur ırmaka sındır onun duvarların ey qocaman urmu gölü

Qovuş qədim dostlarına cığatıya mürdü çaya
Qayit qədim çağlarına ey urmunun dan ulduzu urmu gölü

Amanoğlu 2012.5.20 marağa