Showing posts with label Urumiyeh. Show all posts
Showing posts with label Urumiyeh. Show all posts

Wednesday, March 9, 2011

Urmiye'li Türk Qoşar İsmaıl Ülkər və Yaşıl Şerı

İsmayıl Mədədi Osalı (ÜLKƏR) 15\05\1348 (08\08\1969) –ci ildə Güney Azərbaycanın Urmiyə şəhərində orta hallı bir ailədə dünyaya göz açdı. Mərhum atası Seyfullah, əməkli ədliyyə karməndi idi. Anası Nüsrət, ev xanımıdır. O, ilk, orta və mütəvəssitə dərslərini Urmiyənin "...Vəziri", "Azadi" və "13 Aban" oxullarında bitirdi. 1367 (1988) -ci ildə Binab Üniversitəsində Fars dili və ədəbiyyatı bölümünə girdi və 1371 (1992) -ci ildə məzun oldu. 1378 (1999) -ci ildə Türkiyyəyə gedərək, Ankara Gazi Üniversitəsində TÖMER (Türkçe ve Yabancı Dillər Öğrenim, Araştırma ve Uygulama Merkezi) diplomasını aldı. 1379 (2000) -cu ildə İzmir EGE Üniversitəsini qazandı və "Türk Dili ve Edebiyatı" Bölümü "Türk Lehçeleri ve Edebiyatları ana bilim dali"nda magesturatura (yüksək lisans) yapdı. 1382 (2003) -ci ildə Prof. Dr. Yavuz Akpınarın danışmanlığıyla yazdığı Mrağalı şairimiz "Bulud Qaraçorlu Sehend"in Hayatı ve Eserleri Üzerinde Bir Araştırma" adlı tezini Prof. Dr. Rıza Filizok, Prof. Dr. Ömerfaruk Huyugüzel, Prof. Dr. İsmail Aka"dan oluşan juri qarşısında müdafiə etdi. 1385 (2006) -ci ildə Bakı XƏZƏR Üniversitəsində Prof. Dr. Hamlet İsaxanlının elmi rəhbərliyi ilə Azərbaycan Dili (Türkcəsi) və Ədəbiyyatı bölümünün PH.D dərslərini keçirdi. 1387 (2008) -ci ildə "Məşrutiyyətdən Günümüzə Qədər Güney Azərbaycan Sərbəst Şer Gəlişimi (İnkişafı)" adlı dissertasiyasını (doktorantura tezini) müdafiə edəcək. Ülkər, mütəvəssitə tələbəsi ikən 1363 (1984) –cü ildən etibarən çeşitli Türkcə heca qalıblarında və özünə xas sərbəst formada şer süyləməyə başladı. 1370 (1991) –ci ildə "Rudəki" intişaratına verdiyi ilk şer kitabı "Günəş Tonqalı, Yalqız Bitki" iki il gecikdikdən sonra 1372 (1993) –ci ildə basıldı. 1377 (1998) –ci ildə "Buyur Addım At" adlı ikinci şer kitabı (Narənc Yayınları- Tehran) oxuyucularıyla tapışdı. 1383 (2004) –cü ildə "Bir Salxım Dan Yeli" adlı üçüncü şer kitabı (şair tərəfindən) nəşr oldu. 1386 (2007) –cı ildə "Sevda Yoldaymış" adlı dördüncü şer kitabı (Yaz Nəşriyyatı – Urmiyə) yayınlandı. Ülkərin beşinci şer toplusu və "Bulud qaraçorlu Səhəndin həyatı və əsərləri üzərində bir araşdırma" adlı tənqədi çalışması çapa hazırlanmaqdadır. İsmayıl Mədədi indilikdə Urmiyədə yaşayır. Urmiyə və Təbrizdə Azərbaycan və İstanbul Türkcəsi dərslərini (TÖMER) oxutmaqla məşguldur. Evlidir və "Araz", "Elay" adlarında bir oğlu və bir qızı vardır.
  İsmayıl ÜLKƏR
``Bir Salxım Dan Yeli`` kitabından

``YAŞIL``
Yağ yaşılım yağ!
Sinəmə sərpil sərin – sərin
Yağ yaşılım yağ!

Beyni ol başımın
Dol mənə yaşıl
Dol!
-
Əli kəsilsin su düşmanının
Beli bükülsün beton sevənin.
Gözü görməz olsun geydiyi qarasını
Görmək istəyənin
Yaşılın yarasını!
--
Gəl mənə yaşıl gəl
Ən uca ağacdan mənə ayaq ver
Ən bala butalardan mənə bir cüt
Əl!
-
Gül mənə yaşıl
Gül!

Thursday, January 6, 2011

Güney Azerbaycan - Urmiye Afşar Dövləti


Bazar Günü Axşamı Cəmadi Əlsani Ayının 15, 1747-ci Doğuş ili ilə Bərabər 1160-ci Aysal ili Qoçan şəhərinin Dolayinda yerləşən Fəth Abad kəndinin Murad Təpə Adli hündürlüyündə Nadir Şah Afşar qətlə yetirilir. Bu hadisənin Azərbaycan Ötəkinə böyük Təsiri olur. Nadir Şahin vaxtsiz ölümü, Tac-tax varisləri arasında təşəttut salır. Fətəli Xan Afşar Urmulu 1757 dən 1761 ə kimi Urmiye dən bütün Azərbaycan və böyük bir Dölay Bölgəyə ki İsfahanın Güzeyınə kimin çatırdı hakimiyyət edir. Zəndilər Hakimiyyət sevdasina düşərkən hemın Fətəli Xan Afşarla Qarşılaşmali olurlar. İsfahanın Tərəfində bir savaşda, Fətəli Xan Zən Qoşununu Darmadağan Edir və Kərim Xan Zəndın Qardaşin öldürür. Sonda 1761 də Kərim Xan Urmu ya hücum keçir. 9 aylıq Mühasirə dən sonra, Fətəli Xan Məğlub olur və 1762 də Kərim Xan Zən Urmiye da öz səltənətini Elan Edir və 3 ay Urmiyedə Səltənət Təxtinə Oturandan sonra, şiraza Köçür.   
17 il bu ilaygündən Sonra 1762 də Təbriz bir Dəhşətli Zəlzələ də dünyasini dəyişir. Zəlzələ Nəticəsində insan itgisi 80 min nəfər olur. 29 il Zəlzələ ilindən keçir və 1786 da Ağa məhəmməd Şah qacar Zəndilərin Müvəqqəti Hakimiyyətinə Son qoyandan sonra, Qarabağın Şuşa Şəhərində Qətlə yetiriləndən sonra, Urmu Afşarlari Daha bütün Azərbaycana hakimiyyət edirdilər. Doğuş ililə 1798 ə kimi davam edən bu iqtidarın Başkəndi olan, Urmiye Azərbaycan Xanlıqlarının Mərkəzidir. Bu Xanlıqlar daşqapı dərbənd dən Zəncan, Xalxal və Sənəndəc kimi bir Ərazini əhatə edirdilər. Bu Xanlıqlara ləyaqətlə Rəhbərlik Edən Məhəmməd Qulu Xan Afşar Urmulu idi.    
Azərbaycan bu Dövrədə Cənubda Zəndilər və Gündoğarda Qacarlar Tərəfindən hədələnirdi. 1798 də məhəmməd qulu Xan Afşar Urmulunun Rəhbərlik Etdiyi qoşunlari Məğlub Etmiş Fətəli Şah Qacar Urmiye darƏlemarəsinə daxil olandan sonra, Azərbaycanın batı bölgəsində olan siyasi və Hərbi potensila darmadağan edilir.
Məhəmməd qulu Xan Afşar Ağa məhəmməd Xanın qüdrətını Bərpa Etməyə Cəhd edən Qacarların qüdrətinin Artırmasından Xoflanir və onunla müqabilə üçün Bütün Azərbaycan Xanlarını öz Qoşunlarıla Təbrizə Böyük Qorultaya dəvət Edir və Təbrizdə 50 min Nəfərlik qoşun hissələrinin başında bütn Azərbaycan Xanları Yığışıb Böyük Azərbaycan dövlətının yaradılmasını müzakirə edirlər. Təbriz hakimi Hüseyn Qulu Xan hələn nümayəndələrı Qarşılayır. Nümayəndə heyətlərının Siyahısı belədir:
1- Sərdar Məhəmməd Qulu Xan Afşar Urmulu
2- hüseyn Qulu Xan dönbüli, Təbrizin Xanı
3- Sadiq Xan Şəqaqi, Ərdəbil Xanı
4- Cəfər qulixan Dönbüli, Xoy və Dilman Xanı
5- ibrahim Xəlil Xan, Qarabağ Xanı
6- Əhməd Xan, Marağa Xanı
7- ibrahim Ağa Mükeri, Savucbulaq XAnı
8- Mahmud Xan Afşar, SayınQala Xanı
9- Hüsəyn Xan, Bakinin Xanı
10- Məhəmməd Xan irvani, İrvan Xanı
11- Cəfər Xan Şəqaqi, Şirvan Xanı
12- Mustafa Xan, Şirvan Xanı
13- Əfrasiyab Sultan Zəza, Üşnü Xanı
14- Qərni Ağa Əmir Əşayir   
15- Gürcüstan Valisi Aragli Xan nümayəndəsi
16- Cavad Xan Gəncəli, Gəncə Xanı
17- Əbbas Qulu xan Qanli Qılınc,   Naxçıvan nümayəndəsi
18- ƏtaXan Sərabı, Sərab Xanı
Bu 18 Nəfər 3 Hərbi başmıla birlikdə Qorultay iştirakçılarının Rəhbər Heyətini Təşkil edirdilər. bu heyəti öz Arasında bir 7 nəfərlik Sədrlik heyəti seçir. Adları sayılan nümayəndələr Arasında Gürcüstan şahı Araklının nümayəndəsının xidməti, gürcüstan Məhəmməd Qulu xan Afşar Urmu qoşunları Tərəfindən Məğlub olmasinin Nəticəsinidi. O tarixdə Gürcüstan şahı Azərbaycan Sözündə Dorur. Qorultayin Əsas məqsədi Azəbaycanın Sovvərənliyini Ağa məhəmməd Xanın ölümündən Ğəzəblənmiş qacaq qoşunu Qarşısında qorumaqidi. Hadisələrin gedişati Qorultayin müvəfəqiyyətlə Həyata keçirmək imkani vermir. 
Fətəli Xan Qacar Kərim Xan Zən kimi Urmiye da Azərbaycan Afşar Hakimiyyəti Qan içində Boğduqdan Sonra Şahlığı Əldə Etmiş olur. 18-ci Əsrin Sonunda Dəqiq desək 1798 də Fətəli Şah Qacar Azərbaycan Afşarlarina Ğalib gəlir. Bu hadisə bütün Azərbaycanın iştirak etdiyi son Tarixi Hadisədir buna Görə ki bundan sonra, Rusların Cənuba Doğru işğalçı siyasəti davam edir və Azərbaycanın Quzey Ulusları bir biri ilə Ardınca rus Emperyasına Əlavə olur. Əlbəttə bu dövrədə nə inki Azərbaycan Elə bütün islam dünyasi başda Osmanlı imperyası olmaqla Xristin Batıya bütün Cebhələrdə uduzdurdular. Bu makroplandan Fətəli Şah Azərbaycanın Nadir Şahdan sonraki 50 illik istiqlalina Son qoyur.
Qacarlarin bu hadisədən çıxardıqları nəticəni Zən etmək olar: həm zəndilər və həm də Qacarlar öz Taxt və Taclarini Azərbaycanı məğlub edəndən sonra ələ keçirmişdilər. Qacarlar öz ləyaqətli Sərkərdələri yəni Ağa məhəmməd Xanı Qarabağ da Azərbaycanlıların Əlilə öldürülməsini unudabilməz idilər. əlbəttə Nadir Şah Afşar və Şah ismayil Səfəvi də öz səltənətlərini Məhz Azərbaycan da Əlan etmişdilər. Ancaq onlar Azərbaycana öz Güdrətlərinin dayağı kimi baxırdılar və Səfəvi başkəndinin Təbrizdən Qəzvin və Sonra isfahana köçürülməsi kimi yalnız Osmanlıların Zorunun qorxusundaidi.başqa bir Faketda budur ki əyər Zəndilərin Şirazi Başkənd qərar vermələri Etnik səbəblərdənidir, Türk Qacarların Tehranı Başkənd Etmələrində Azərbaycandan Qorxduqlarını mühüm amil kimi rol oynadığını Zə Etmək olar. Daha əhəmiyətli bu faktdir ki Qacarlar birinci dəfə olaraq başkəndə əlavə bir Vəliəhd nişində yaratdilar və Təbrz oldu Qacarların Darolsəltənəsi. Qacarların Azərbaycana münasibəti Göstərir ki vəliəhdin Təbrizdə istiqrari yalnız Azərbaycan nizarət Altında Saxlmaq məqsədi olmasa d abaşqa bir Azərbaycan məqsəd daşimamişdir.
Azərbaycaın Fətəli Şaha məğlub olduqdan sonraki 120 illik fasiləsində mühüm hadisələr baş verdi. Ağa Məhəmməd Xan Qacarın hücumunu Şuşada həman Şahin Qətlilə dayandiran Azərbaycan,  bir daha hüseyn xan Ağasi və sAyır Qacar Sərkərdələrinin Etdiyi höcumlae qabağında tab gətirə bilmir. Azərbaycan da Afşar Dövləti yıxılır və Azərbaycan Tarixi mənziləti və siyasi müvqiyyəti itirir. Bu illərdə, Cənuba doğru Rus Ekspansiyunismi illərinə təsadöf edirdi.  
Hər halda Fətəli şahın böyük və müstəqil Azərbaycanı Fəth etdiyindən 120 il sonra Urmu və Batı Azərbaycanda Xristın dünyasının Ermənilər, Nəsturilər və Kürdlərin vasitəsilə yuzminlər Azərbaycan Türkünü öldürüb yuzlərlə Şərəfli və ləyaqətli baş bilən Azərbaycan Türkü Arasında Siyasi bacarıq və Hərbi istidad və hətta hərbi Sörsatın olmadığını başa döşmək üçün 1798 də Mahmüd Xan Afşar Urmulu və onunla son siyasi Ambisiyaların Azərbaycan da məğlubiyətini Görmək lazımdır.        
Fətəli şah Urmu darƏlemarəsini fəth etdiyindən cəmi 17 il sonra, Rus qoşunları Azərbaycanın Şimalai Xanlıqlarını işğal Etməyə başlayirlar, Şuşanın, Gəncə, Şirvan və Dərbəndın mənəvi, pisxolojik və maddi Arxa Dormalarindan məhrum qalan Təbriz, Urmiye  və Ərdəbil Məşrutə inqilabına Azərbaycanın bir hisəsi kim yox iranın bir hisəsi kimi qatılırlar. Azərbaycan Məşrutə inqilabını Rəhbərlik Etsədə, Bu inqilabda bir ulus kimi uduzur və bu uduzmaq Simvolik olaraq ingilis siyasəti və Yefrim Xan Daşnakın əlilə Atabək parkinda Səttar Xan a Vorulan ölüm yarasıla təsbit olur. Söz yox ki Azərbaycan Afşarlar Hökuməti darmadağən olmasaydi, Rusun Şıimali işğal Etməsi bu rahatlığa başa Gəlməzdi və Bütüv bir Azərbaycan hətta bütün iran üçün inqilaba qalxlığı halda özü bütün iranı utmasaydi belə, nə daşnak Yefrimın fitnələrinə oyardi, nə Erməni Asuri kürd Cinayətlərının dilsiz Ağızsız Qorbanı olardi və nə sonra Şeyx Məhəmməd xiyabanı kimin dahi bir Sərkərdəsini Ərdəşir Riporterın Əmrin icra edən Moxbir Əlsəltənəyə Təslim edərdi.
Dolay = Ətraf
Ötək = Tarix 
Gündoğar = Şərq
Qaynaq: Sayın Baharli Bəyin Düşrəgələrindən Türk dövlətlər Bölümü
 http://sozumuz-turk-dovletler.blogspot.com 
Ərəb Əlifbasindan çevirən Umud Urmulu http://oururmiye.blogspot.com

Thursday, December 2, 2010

Urmiye Gölü Çevrəsində yaşayan Heyvanlarin yaşami Təhlükədədir

Iran Gölcük Örgütnün başbaxn yardımçısı Urmu Gölünün Qurumaq və onun böyük bir çevrə Sorunun olmasi qonusunda dedi: Urmu Gölünün çevrəsində olan heyvanlarin yaşami təhlükə və ölümlə qarşı-qarşıyadır. Məhəmməd Hüseyn Süleymani dünən (Od Gün) Urmu Şəhərində olan Urmu Gölüilə ilgili çevrə sorunu toplantisinda dedi ki Urmu gölü qurumaq səbəbindən dolayı heyvanlar ki hər il bu gölə köçürdülər köçmlərinin sayısı çox azalibdir və özəlliklə QızılQazlarin Urmu Gölünə köçməsi çox azolacaqdir. 
Süleymaninin söylədiklərinə görə: Urmiye Gölünün qurumasi 8 milyar Ton Duz yaradacaqdir ki bu duzlar da havail qarışıb vəbir Tür kimyasal maddə yaranacaq ki çevrədə olan insanlarin kanser Xəstəliyinə səbəb olcaqdir. Özəlliklə Urmu Gölünə tökülən çırklı sular da zaman içərisindən minlərcə xəstəliyə səbəb olmasini vurğulayobdir. 
Süleymani dedi ki: Urmu Gölünün metirlik suyu 127.37 Metrdir ancaq Urmu Gölünün indiki durumunda 3 metr su aşağıya enmişdir. Söylədiklərinə görə iranda dünya çevrə anlaşmalarinda üyədir və qonuila ilgili hamısı planlar layihələşirlər??
Urmiye Gölü çevrə toplantisi batı Azərbaycanda və özəliklə Urmu Şəhərində qonuil ilgili insanlardan öz işinin sonuna çatdı ancaq Urmu Gölü hələ Qurumaqdadir...
Qaynaq
farscadan çevirən: Umud Urmulu 

Wednesday, December 1, 2010

Urmiye Şəhərindən Gələn işıqlar – Məhəmməd Təmədon

Məhəmməd Təmədon 1267 Günş ililə Urmuda anadan olub . Məhəmmədin təhsil durumundan xəbərimiz yoxdur , bəlkə moqədəmatı təhsili atası yanında almış ola bilər Məhəmməd Təmədon in atası Hacı aqa Urmu şəhrində ilk kitab satış dükanın açan kişidir . Məhəmməd Təmədon Atasının dükanına birdə çapxana əlavə Etmışdır . Məhəmməd Təmədon həblolmətın günədliginin Urmuda nümayəndəsi və elə bu günədligin yazarlarından biridi . Məhəmməd Təmədon Urmunun pəhləvi ( Imam ) xıavanının çəkilməsində eləcə Urmu yetımxanası və qızıl aypara cəmiətinin qurulmasında önəmli rol oynamışdır . Məhəmməd Təmədon dan farsca əsərlər bunlardır: Tərzi əfşarın dıvanının təshihi , məhərrəm namə və Növrüz namə , ıran dər cəng beynolmeləl ( Urmu tarixi ) , təzkreye bozorgan və soxənsorayan Azərbaycan qərbi ( batı Azərəbaycan şairlər təzkərəsi ) , Yusif və zuleyxa dəstanı və Türk dilində Uşaqlar üçün on bəş hıkayət . Məhəmməd Təmədon siyasi və ictmaı durumdan baxəbr bir kimsə olaraq tanınmış bir sımaydi . O mərhumun adına Urmunun əyalət məhəlləsində ındıkı darayı idarəsinin Üz bə Üzündə bir küçə vardır . mərhum Təmədonin Urmu adının izahında tarix rizaeyə də belə yazır: Urmu şəhəri aslində rom serhədi olan bir şəhər olaraq savaşlarda rom ( bızanslar ) əsırlərının toplandıqı məkanımış və çün Türk dilində " r " hərfi süzcüklərin əvəlində gələ bilməz " o " hərfi romiə yәni rom əsırlərının tuplandıqı və zındanı olduqu məkanın əvəlinə gəlib və romiə , Orumiyə ya Urmu tələfüz olunur . Təmədon ha belə ilavə edir ki Urmu şəhərin asuruca su şəhəri adlandırması yalnış və siyasi mənfətlərə bağlı olan bir fərziyədir . Məhəmməd Təmədon 1356 günəş ililə Urmu şəhərində dünyasını dəyişdirmişdir .
Yazar: Urmulu Taymaz
http://urmulutaymaz.blogspot.com/2010/11/blog-post_25.html

Monday, November 15, 2010

Urmiye Gölü Yok Oluyor


Dünyanın üçüncü büyük tuz gölü Urmiye, kuruma tehlikesiyle karşı karşıya. İran‘ın kuzeybatısında bulunan 5 bin 200 kilometre karelik çapa sahip Urmiye Gölü, Unecsco’nun hazırladığı rapora göre 3 sene içerisinde sadece büyük bir tuz tortusundan ibaret olacak. Batı Azerbaycan’da yayınlanan bir başka araştırmaya göre ise, en yüksek derinliği 2 metre civarında olan göl, %60 oranında su kaybetti.
Göl her yıl belli dönemlerde birçok pelikan ve filamingonun beslenme durağı olarak biliniyor.
bu konuila ilgili videonu aşağıdaki linkden izleye bilersiniz: Urmiye Gölü Yok Oluyor 
Kaynak

Wednesday, September 22, 2010

Urmiye Gölünün Yalqızı

Bir Göz Damça Tikmişəm Duz Gölünün Qırağında, Dörd-Dövrəsi bir kölgəsı. Mənim ki belə gəlib. Elə vaxt olur inənən qəbir qazaram, hərdən də olur hər zaddan Doyaram. Hərdən də Nay-Nay Çalıb oynaqlaram. Dad El Qabarindan, Dad ilan kimi Soyulan üz-Göz Qabığından, Aman Düz Soruğundan. Başina Gəməyən bilməz. Dərd Adami oynadar da, Oynaqladar da.
Axşam olub-olacağın Duz Gölünün qırnasında Otururam. Cumaram o Həzin Ləpələrin Aləmınə. Gün Batar-Batmaz da bir Yel Qavzanar Çarpazdan Sinə Gərər Gölün Canına. Qurbət Sazaği Çalr Üzümə. Mənim kini Verər özümə. Oxumaq havası Vurar başıma. Hamısı Da Gənlik Havsı olar, indi yeni Gəlib DüşGün çağımda Bağrıma olar dolar. Günün batan Çağı-istir Suyuq hava istir isti-başıma, Eləsən, Hava Gələr. Ağim Qaradan Arınmaz. Axşamin Şafaği Sarımıl Portağal Rəngi, Hərdən tutqun bənövşə, Bəzən Xına-Boyaq, Saçilanda o Tala-Tala Buludlara, Deyirəm Tanrı, indicə Dünya başa Çatacaq, mənimkidə Qurdnan qiyamətə qalacaq. Ala-Qaranlıq Səhmi Çkər Canıma. Gizlin bir Tiringə Könlümün Umsuq Bucağından Qavzanar, Ancaq, qocalıq Nəfəsimdən Şaqqildayib Çixa bilməz. Kişi istər Göz yaşi Töküb Bozlamasin.
Qaranlıq ki Düşmədi, Duz Gölünün Qırnasında Tonqali Qalaram. Könlümə Yatan Alovlari oynadaram. Gecə havasi olar, Alov Havsi olar, Suyun Çap-Çap Çapbiltisi olar. Qaralıq bir mən bir də Duz Boqoca Döşümün Boğulmuş havsi kimi Gölün Otay başında bir zad. Onun havasi Nə Tonqalın havasina bənzər, nə gecənin. Düzünü axtarsan Ürək Çırpıntısına Bənzər, Gözün Siyirməyinə bənzər.   
Canım o da Dönər. Vurar Beynimə nə Soyunam nə də Çırmalanam; ha Vuram suya Tuş otaya. Ya mənə Verən tanrı ola ya ona. Çöplənə bir Yolluq Hesabimiz.
Ancaq hərdən Bam-Başqa bir zadddir. Könlümə Dolar bir Gəmi Quram bu damçani Qurduğum təkin. Salam Gəmin Gölə, Kürəklərim su üzündə. Gecəsi Ayın üzü, Dağların Arxasında Qalxa Mən istəyən Təkin. Gələ Gözəl Qona Gölün GözGüsünə. Mən də onun Solğun Yanaqlarini Kürəklərimnən Narın-Narın Qarışdıram Suda, Ovuşduram Dop-Dövrlana. Qalxıb Genədə Göy Döşünə Taxılanda, mən də Tuş Gölün o başında Yenəm. Oturam orada o Gecənin Şafaqli Canında, Ayın öpüb Uca Qucağında, Sevdali Baxışında. Kimsəsi baş qaldıra Sudan, havadan, nə bilim, Ana-Bacı Gözünü Sağaldan torpaqdan. Bəlkədə Dağlarin neçə Aylıq Qar Altından, bəlkədə Üç Aylıq Yolları üç Günlük Edən Kəsərli Nəfəsdən, nə zaman biliniə nə Məkan. Əllər əgzə Sazlar Telində, qərib Qoynunda, Kərəm Dilində, Yar Elində. Bircə o Gizlin tiringinə glə, Bu Yol, Şaqqılda ya Bulud Təkin kişi Nəfəsimdə.
Qaynaq: Varlıq Dərgisi yazan Naser Mənzuri və Latincə Çeviri Umud Urmulu

Monday, July 5, 2010

Urmu, Urmiye Sözcükünün Anlamı
















Fars və Ərməni Qaynaqları Urmu Şəhərinin adını Ormiyə(ارومیه) və Türk və Azərbaycan Qaynaqları bu Adı Farsca Urmiye(اورمیه) və Türk Ulusunun söylənişicə Urmu(اورمو) yazırlar. Ikinci Qrup buna inancı var ki Urmu Sözü bir Türk Sözüdür və özəliklə Urmu(Urmiyə) və Ur, Uruk(Şumer Əkincindən), Urgənc(iki şəhər ki özbəkistan və Türkmənistan da yer alırlar), Urumçi(doğu Türkistanda, Əski Adı Beş palıq) ilgisi var.
Urmu Sözünün Şümer fərziyyəsi: bu inancda olanlar Urmu Sözünü Ur(u)+Mu(URUMU) və Ur(u)+Me(URUME) inanirlar.
1- URU(اورو) Şümercə bir sıra Dil Bilgisi olan insanlar arasında bir Türk Dillər qohumu kimi adlandırılır Ur sözcüyü Şəhər və Vahə Anlamıdnadır. Ikidənə ən önəmli şəhər Şümer Əkincində Ur(indi Bəğdada yer alır və Adı Əlməqır,المقیر olub ) və ikinci Şəhər Uruk(indi adı Vərqə olub) şəhələrıdır və bu ehtimal var ki indi iraq ölkəsinində adı Şümercə Uruk kökündən alınıb.(Uruq, Uruğ Türk Dilində Qəbilə və bir qrup insan anlamanıdadır və Çağdaş Türkcə Uyruq Vətəndaş və Milliyyət anlamındadır).
2- Mu Şemercə Cənnət və bir qismət Göy-Cənnət, Yağış Anlamlarındadır. Özəllikcə Şümer Dilində Əkinc, Bayraqlar, Arm Normaları üçün işlənılır. Ancaq Urmu(Urumu) Şümercə Cənnət Şəhəri, Yağış Şəhəri və Urume Sözü Əkinc Şəhəri, Əkincli Şəhər anlamlarındadır. Bu fərziyyəsi bu Söz ki insanlıq Tarixində və inancli kitablarda Ədən(Cənnət) Şəhəri Təbriz- Azərbaycanda yer alıb tam ilgisi vardır və onu sabit edir.
Urmu Sözünün Ural-Altay Fərziyyəsi: Ural-atay dillərində neçə çeşitli bölgə var ki Urmu sözilə bənzərlikləri var. Bu adları iki qonuya bölmək olur. Biri o adlar ki yer, Duvar və ikinci Gözəl, Şən və ... qonularına bölünürlər. 
1-UR Sözcüyünün kökü Əski Türk dilində Yer, Oturcaq və ... və Örü-Hörü duvar anlamında bir birinə əkləniblər. Ur Şümercə insan anlamında. Orta, Ordu, Urun(mənsəb, Məqam), Urbnamaq(Yer Almaq), Urlatma(Yerləşmək) və ... çoxlu Dil bilgisi olan insanların dediğinə Görə Yurd və Yerdə bu kökdəndılər.
2-Ural-altay Dillərində neçə tərkib var ki Urmu sözünü Xatırladırlar. Ki bu sözlərın hamısında Şən, Gözəl, Zövq və ... Alınır.
A-Monqol Dillərində Urma, Uram, Urman, Urmas, Urm, Urma və ... Ruhiyyə, Elham, Səy və Zövq Anlamlarındadılar. Urumçi, Urunçi Sözləridə Uyğuristanda(Doğu Türkistan)Monqoll Dillərindən alınıb. Bu tərkibdə Uru Gözəl və Mçi Yaşıllıq anlamıdladır. 
B- Uralik Dillərində(özəliklə məcar Dili) Öröm-Öröl şadlıq, şənlık anlamlarındadılar.(dil qonusunda bilgi olanlar bu adları Türk dilində alınmasını bildirirlər).
C- Əski Türk Dilində Ürin, Örin, Ürün və Ürgün Sözcükləri hamısı Şadlıq və şənlık anlamlarındadılar. Bu Fərziyyəyə Görə Urmu Sözünün anlamı Ural-Altay dillərindən alınıb və bir şən və şadlıq olan yer anlamındadır. 
Ulus arasında olan Fərziyyə: bir sıra insanlar Urmu Söznü Rumiyə və Rumi Sözündən sanırlar. Bu Fərziyyəyə Görə buna Görə ki R Gərçək Türk Dili və kökü Türk olan Sözlərdə olmaz bu sorunu çözmək üçün R sözü o Sözcüklər ki başqa Dillərdən Türk dilinə keçir əvvələrinə əklənir. Örnə küçün Rum, Rus Szölərı ulus içində Urus, Urum(rumlu) Söylənilir. Türkiyədə Urfa şəhəri bu Fərziyyəyə Görə Ruba Sözünün əvvəlinə R əklənməsindən yaranıb. 
Sonuc: Güney Azərbaycanın iknci şəhəri Urmu(Urmiyə) Türk- Ural altayUrum-Urun kökündən ola ya ki Türk Söylənişilə rumiyə və Şümercə Urumu-Urume kökündən alınmış ola, Urmu sözü bu şəhərin özü kimin Böyük Türk Tarixini Arxasında olmağını Gözsətir.
Araşdırıcı Sayın Mehran Baharli və Farscadan Çevirən Umud Urmulu   
Əkinc: kültür, medeniyet