Dadsız qalan duzlu gəlin
Duru mavi gözlü gəlin
Urmunun ağdun balası
Göz göz olan can yarası
Ağ qanadı sınan milk
Yarpaq yarpaq solan çiçək
Buludları sürgün olan
El obası üzgün olan
Gür çayları azdırılan
Qara bəxti yazdırılan
Irmaqları dostaq olan
Dalğaları duzlaq olan
Quduz yadlar qorqusunda
Tülkülərin pusqusunda
Ağ xələti biçilmədə
Son bardağı içilmədə
Ahay
Ahay
Mavi gözlü urmu gəlini
Üzmə yurdundan əlini
Göz yaşımız sel olmada
Ürək qanı göl olmada
Qanaları qanın verir
Balaların canın verir
Sən elimin əzizisən
Azərbaycan dənizisən
Səril ana yatağında
Can urmunun qucağında
Dalğaların nəğmə desin
Qutlayaq qurtuluş yazın
Qoşaq üçün Qaynaq: Elmira Yarpız Yarpağı Adlı bir Arxadaşımı saya bilərik.nədən? buna Görə ki mən onun özəl səhifəsindən almışam. bir zaman bu qoşuqa sahib çixsa adını lütən burd yazsın mən yazıya artirim.
Friday, February 11, 2011
Urmiye Gölü Duluz Gəlin üçün bir Şer
Labels:
Azerbaycan,
Çevre,
Duz,
Gəlin,
Güney Azərbaycan,
lake urmia,
Orumiyeh,
şer,
Su,
Urmiya,
Urmiye Gölü,
urmu,
Urumiye
Subscribe to:
Post Comments (Atom)
:) gözəl. əllərinə sağlıq kardeş
ReplyDeleteindi məndə sənə gərək deyəm Bacı :D
ReplyDeletesağol. sənin əllrin ağrimasin ki paylaşdın və mən Gördüm :)
qoşuquda diyənin verdıyı əməyə sağlıq. tanrı qorusun biləsini