Wednesday, September 22, 2010

Urmiye Gölünün Yalqızı

Bir Göz Damça Tikmişəm Duz Gölünün Qırağında, Dörd-Dövrəsi bir kölgəsı. Mənim ki belə gəlib. Elə vaxt olur inənən qəbir qazaram, hərdən də olur hər zaddan Doyaram. Hərdən də Nay-Nay Çalıb oynaqlaram. Dad El Qabarindan, Dad ilan kimi Soyulan üz-Göz Qabığından, Aman Düz Soruğundan. Başina Gəməyən bilməz. Dərd Adami oynadar da, Oynaqladar da.
Axşam olub-olacağın Duz Gölünün qırnasında Otururam. Cumaram o Həzin Ləpələrin Aləmınə. Gün Batar-Batmaz da bir Yel Qavzanar Çarpazdan Sinə Gərər Gölün Canına. Qurbət Sazaği Çalr Üzümə. Mənim kini Verər özümə. Oxumaq havası Vurar başıma. Hamısı Da Gənlik Havsı olar, indi yeni Gəlib DüşGün çağımda Bağrıma olar dolar. Günün batan Çağı-istir Suyuq hava istir isti-başıma, Eləsən, Hava Gələr. Ağim Qaradan Arınmaz. Axşamin Şafaği Sarımıl Portağal Rəngi, Hərdən tutqun bənövşə, Bəzən Xına-Boyaq, Saçilanda o Tala-Tala Buludlara, Deyirəm Tanrı, indicə Dünya başa Çatacaq, mənimkidə Qurdnan qiyamətə qalacaq. Ala-Qaranlıq Səhmi Çkər Canıma. Gizlin bir Tiringə Könlümün Umsuq Bucağından Qavzanar, Ancaq, qocalıq Nəfəsimdən Şaqqildayib Çixa bilməz. Kişi istər Göz yaşi Töküb Bozlamasin.
Qaranlıq ki Düşmədi, Duz Gölünün Qırnasında Tonqali Qalaram. Könlümə Yatan Alovlari oynadaram. Gecə havasi olar, Alov Havsi olar, Suyun Çap-Çap Çapbiltisi olar. Qaralıq bir mən bir də Duz Boqoca Döşümün Boğulmuş havsi kimi Gölün Otay başında bir zad. Onun havasi Nə Tonqalın havasina bənzər, nə gecənin. Düzünü axtarsan Ürək Çırpıntısına Bənzər, Gözün Siyirməyinə bənzər.   
Canım o da Dönər. Vurar Beynimə nə Soyunam nə də Çırmalanam; ha Vuram suya Tuş otaya. Ya mənə Verən tanrı ola ya ona. Çöplənə bir Yolluq Hesabimiz.
Ancaq hərdən Bam-Başqa bir zadddir. Könlümə Dolar bir Gəmi Quram bu damçani Qurduğum təkin. Salam Gəmin Gölə, Kürəklərim su üzündə. Gecəsi Ayın üzü, Dağların Arxasında Qalxa Mən istəyən Təkin. Gələ Gözəl Qona Gölün GözGüsünə. Mən də onun Solğun Yanaqlarini Kürəklərimnən Narın-Narın Qarışdıram Suda, Ovuşduram Dop-Dövrlana. Qalxıb Genədə Göy Döşünə Taxılanda, mən də Tuş Gölün o başında Yenəm. Oturam orada o Gecənin Şafaqli Canında, Ayın öpüb Uca Qucağında, Sevdali Baxışında. Kimsəsi baş qaldıra Sudan, havadan, nə bilim, Ana-Bacı Gözünü Sağaldan torpaqdan. Bəlkədə Dağlarin neçə Aylıq Qar Altından, bəlkədə Üç Aylıq Yolları üç Günlük Edən Kəsərli Nəfəsdən, nə zaman biliniə nə Məkan. Əllər əgzə Sazlar Telində, qərib Qoynunda, Kərəm Dilində, Yar Elində. Bircə o Gizlin tiringinə glə, Bu Yol, Şaqqılda ya Bulud Təkin kişi Nəfəsimdə.
Qaynaq: Varlıq Dərgisi yazan Naser Mənzuri və Latincə Çeviri Umud Urmulu