Tuesday, May 31, 2011

Repubblica.it Dərgisi: Urumiye Gölü Ölməkdədir

Repubblica.it İtalyanın ən önəmli dərgilərindən biri Urmiye Gölü qonusunda bir rapor yayıb və italyanca yazıda Urmiye gölünün Quruamsından danişibdir. Repubblica dərgisi Urmiye gölünü Dünyanin Üçüncü Duzlu Gölü Adlandıraraq Urmiye Gölünün Quruamsini böyük bir çevre fəlakəti adlandırıbdır.
Repubblica.it Dərgisi Urmiye Gölündəbn çeşidli Görüntülər yayraq bunu xatirladib ki Urumiye Gölü qurumaqdadir. Dəegi xatirladib ki Urmiye Gölü 1976 ci ildə Unesco tərəfindən Dünya üçün ən önmli Çevre və Doğa qaynaqlari sırasında tanınaraq bu gün bir Duz Səhrasina çevilib və çevrilməkdədir.
Dərgi çoxlu Barajlar (aədd)lərın tikilməsi və yanlış çevrə yönətimi olaraq Urmiye Gölünün ən önəmli Qurumaq nədənlərində nsayıbdır.
Dərgidə yazılır ki Urmiye Gölü 60% suyun əldən veribdir. Və Urmiye Gölü Aral Gölü Alızyazısı sürəcindədir.

Monday, May 30, 2011

Urmiye Gölünün Yüksəkliki daha da azalibdir

United States Department of Agriculture Saytının Urmiye Gölüilə ilgili yaydığı yeni Analizlər ki bu ilin Köç(May) ayı üçündür, bunu göstərir ki Urmiye gölünün Suyunun yüssəkliyi ötən il həmənaya Görə 105cm azalibdir. Bu ölçülər peylər araclığıla əldə edilibdir. Urmiye Gölünün Suyunun yükləsliş fərqi bir 9 illik sürəcdə (TOPEX/POSEIDON 9  year mean level) 5,22 ölçüsündə olubdur. Bu ilin Köç ayının başlanqıcında isı 6,17 ölçüsündə azalibdir.
Urumiye Gölünün Suyunun yüksəliş fərqi bu ilin Köç (may) ayına birinci Gününə görə yarım metr və Qıraçan (april)ayına görə 80 cm suyun yüksəlişi azalibdir. Bu yüksəliş dəyişiklər Urmiye Gölünün suyunun mevsim dəyişikliyi sürəci içərisində ola bilər.
Bu il və ötən il həmə ayın Peykdən alınan görüntüklərı analiz etməklə (22 Köç 2010,24 Köç 2011)  Urmiye Gölünün Suyunun Uzay (alan) fərqi görüntüdə göründüğü kimindir. Görüntüdə Qırmızı rəngdə olan bölümlər ötən il Mavi rəngdəymiş anacq bu ilin görtüntüsündə Mavi rəng yoxdur.
Urumiye Gölünün Bu il və ötən ilin görüntülərınl bir araya artırarsak bunu demək olur ki Urmiye Gölü ötən ilin köç ayından bu ilin köç ayına dək Su Uzayını (alan) 10% itiribdir.
United States Department of Agriculture analizini aşağıda olan bağlantıdan görmək olur.
http://tinyurl.com/2amgdtr

Sunday, May 29, 2011

Urmiye Gölünün Qurumaq Sorunu bu dəfə Norveçin dagbladet Dərgisinde

Norveçin tanınmış dagbladet.no dərgisi Urmiye Gölünün Qurumasıla ilgili bir rapor yayaraq bir daha Urmiye Gölünün bir çevrə fəlakət iolaraq Bağıran susuzluq səsənı Avrupa ölkələrınə çatırdı. dagbladet.no Dərgisi Güney Azərbaycanin Urmiye Gölüsündən çeşidli Görüntülər və bilgilər yaayraq Urmiye Gölünün Quruamq nədənini iran dövlətı və dövlətdə olan çevrə örgütlərının yanlış su yönətimi, Səddlər vs adlandırıbdır. Bu birinci dəfə dəyil ki dünyanın çeşidli ölkələrinin dərgiləri Urmiye Gölünün Qurumasi qonusudna yazılar yayırlar ancaq hələ Urmiye Gölünün Susuzluq səsini duyan yox.
Noreveç Dilində aşağıda ki bağlantıdan oxuya bilərsiniz!
http://tinyurl.com/3qgsnmx

Saturday, May 28, 2011

Associated Press : Urmiye Gölü, Dünyanın Üçüncü Duzlu Gölünü Qoruyaq

Associated Press bir böyük yazıda Urmiye Gölünün Durumunu ələ alaraq, Urmiye Gölünün Bölgə Ulusuna İqatisadi önəmidnən danişaraq belə yazır ki Urmiye Gölü Dünyanin üçüncü Duzlu Gölü bir Duz Səhrasina çevrilməkdədir.
Associated Press  yazı ki Yerlı insanlar baklaca Gəmilərlə Turistlərı Urmiye Gölü üzərində gəzdirərdilər ancaq bu il bu iş olamaz. Buna görə ki Urmiye Gölü o qədər Su əldən veribdir ki daha Turistlərə heç bir marağı yox.
Bir yerlı insan deyir: baxin gəmilər Yerə batıblar. O Urmiye Gölünün Suyunun dibinə baxaraq deyir ki baxin ki nə qədər Duz var.
Urmiye Gölü ötəki illərdə 60% suyundan əldən veribdir və bir duz səhrasina çevrilib və çeçvirlməkdədir. Çevrə Uzmanlarının dediyinə Görə Urmiye gölü önümüzdə olan illərdən bir Duz Səhrasi olacaq və suyunu əldən verəcəkdir. Çevrə Uzmanlari yanlış çevrə yönətimi, Barajlar (səd), ... Urmiye Gölü Qurumasinin ən önəmli nədənlərındən sayırlar.
Bu Rapora Görə iki il bundan öncə Urmiye Gölü arxasıdna yaşayan insanlar turistlərın Urmiye Gölünə gəlməsi və Tourlar ki Urmiye şəhərində olurdu çoxlu maddı gəlirlərı olurdu ancaq iki ildən bu yana Gəmilər yanlız 10 Irmicik (dəqiqə) Suda gəzə bilirlər  və tabii ki bu işi imkanini əldən vermək zorundadirlar.
Bir Yerlı insan dedi: Yolçular və Turistlər bu gəzidən daha keyf almırlar və yorucu bir gəzi olur. Yolçular gərək minlərcə metr Qumlu və Duzlu Yerlərdən geçib və gəmilərə minələr. Çoxlu gəmi sahiblərı öz Gəmilərın Urumiye Gölündə bıraxaraq başqa bir işlə uğraşırlar.
Qıraçan (April) ayında Urmiyeli dövlət yönəticiləri Gülmanxana qıyısını (liman bölgesi) Suyun az olmasından dolayı bağladılar. Bu qıyıda Suyun ən çox dərınlıyı 2 metrdir. Şərəfxana və islamı qıyılarındada durum belədir.
Urmiye Gölünün Quruması Hotellər və başqa işlər ki Turismlə ilgidədir etgisi olubdur. O zamandan ki Urmiye Gölü qurumağa başlayıbdır iç və dış Turistlər daha Urumiye şəhərinə gəlməyə maraqli olmurlar və Orumiyeh şəhərində hamı Hotel pelanları çalışmırlar.
Urmiye Gölünün Quruması Turism sənətindən başqa Əkinçilik qonusudna da böyük etgisi olubdur. duzlu Fırtınaları Urmiye Gölündə olan Duzu əkinçilik torpaqlarına gətirərək bölgə əkinçiliğinədə böyük zərəbə vurubdur. Çolxu əkinçilər Yerlərının gələcəyındən qorxudadırlar. Urmiye Şəhəri və bölgəsi Alma, Üzüm, Badam, Yeralma vs qonusunda iranda çox adlım bir bölgədir.
Məsud Məhəmədiyan əkinçilik Uzmani deyir: Urumiye Gölünün Duzundan yaranan Fırtınalar çox yaxın zamanda Urmiye şəhəri topraqlari və qıssa sürədə uzaq şəhərlərın topraqlarını əkinçilik üçün Qullanmasına izin verməyəvəkdir və çox ağır bir ölçüdə yerə zərbə vuracaqdir.
Səlman Zakir Urmiye Şəhərinin millət vəkili deyir ki bu sürəcin ardı gəldikcə Duz Tsunamisinin təhlükəsi daha da artırı. Zakri deyir ki Urumiye Gölünün Quramisinda ndolayı 8 Milyard ton Duz yaranaacqdir ki Bölgə və Azərbaycan üçün ən böyük təhlükə sayılır.
Məsud Pezeşkiyan Təbriz Şəhərinin Şura üyəsi deyir ki Urmiye Gölü Qurumaqdadir ancaq Dövlət adamalrı və nə də yerlı Adamlar heç bir iş görməyirlər.
Indi Soru budur ki bu çevre Fəlakəti necə genişlənəcəkdir və necə onun ardını almaq olur? Raporlar göstərir ki Urmiye Gölünün Qurumaq nədəni və sürəci 10 il olur ki başlayıbdır və Urmiye Gölünə Tökülən suların önünü kəsmək və barajlar (sədd) ən önəmli nədənlərdən sayılırlar.
Orumiyeh Gölü Quruması qonusudna birinci xəbərdarliq 10 il bundan öncə (1990) olmuşdur. Ancaq dövlət Urmiye gölü qurumaq təhlükəsinə baxmayaraq 35 yeni baraj (sədd) Urmiye Gökünə tökülən suların önündə tikdi (yaratdi). Urmiya – Təbriz yolu və körpüsüdə Urmiye Gölü quruamsında önəmli bir oynam (Rol) vardir. Bu projənin Çevrə və Urmiye gölünə vurduğu zərər qonusunda heç bir bilimsel çevrə işi görülmədən bu iş oldu. Çevrə uzmanları bu körpü və yolun vurulmasını, Urmiye Gölünün suyunu tərs gəzisini nədən olmağını söyləyirlər.
Nasir Aq Təbriz Biliyurdu öyrətməni deyir ki Urmiye Gölünün Qurumaq sürəci yetişibdir ancaq bu sürəın ardı olacaqdir.
2000 ci ildə olan araştırmalar? Deyir ki Urmiye Gölü Aral Gölünün Alın Yazısına Qarşı qarşıya olubdur?. Sovetlər 1960da Aral Gölünə tökülən sularin önündə çeşidli və çoxlu barajlar (səddlər) vurmaqla nədən oldular ki Aral Gölünə tökülən su azalsın və indiki Durudma Aral Gölünün Həcmi 19960 ci illərə görə 10 da 1 azalıbdır.
Iran dövlətı Qıraçan (April) ayında üç bölümdə bir plan hazirladiğini savunaraq dedi ki Bulduları toxumlamaq, bölgədə suyun az     qullanılması, və Urumiye Gölünə tökülən suyun çoxalması bu sırda yer alırlar.
Çoxlu çevrə uzmanları iran dövlətının bu işini bir Simgə göstərisi olaraq adlandırırlar və buna inanirlar ki ən önəmli və görməsinə gərəkən işlərdən biri Urmiye Gölünün önündə vurulan səddlərının bir bölümünün tezliklə suyunun Urmiye Gölünə tökülməsidir. Bu sular Urumiye Gölünün yaşamında ən önəmli oynami (Rolu) oynayırlar.
Ismayil Kəhrüm Tehran Biliyurdu öyrətməni və çevre və Doğa uzmani deyir ki ötəki illərdə Vurulan və tikilən Səddlər Urmiye Gölü quruamsında birinci oyanmı oynayirlar. Urumiye Gölünün 3 də 1 Su qaynağı quruyubdur və Suyun Duzluğu hər bir letrdə 350 mg olubdur. Bu ölçü 1970 ci illərdə hər litr suda 50 mg lərdəymiş.
O deyir ki Dövlət gərək izin verə ki 20% Sular Urmiye Gölünə tökülələr.
Başqa bir dövlət adamı Xəzər Dənizindən Urmiye gölünə Su gətirməkdən söz aparır. Ancaq uzun məsafəyə baxaraq və bu işdə Pul məsrəfini göz önünə alaraq bililmsel və məntiqsel bir plan olmadığını savunmaq olur.
Bir Taxsi Sürücüsü deyir ki Dövlətın Buludları toxumlaması yaxşı bir işdir və hər gecə Göyə baxarkən Buludları görmək olur ancaq bilimsel qaynaqlar və çevrə və doğa uzmanları iran dövlətının bu işini yanlız bir simgə və göstəri olaarq adlandırırlar necə ki bilimsel qaynaqlara dayanaraq bu sözü deyirlər ki Azərbaycanda hər il bu aylarda yağış aylarıdır və hər il bu aylarda Azerbaycanda yağış yağar ancaq bu iş ötən ilə görə Buldualr belə toxumlansada Urmiye gölünün Su həcmə öptəki ildə həmən bu aya Görə ginə aşağı bir seviyədədir.
Farsca qaynaq: http://tinyurl.com/3rv5zyy
Latın Türkcəyə çevirən: Urmulu Umud

Thursday, May 26, 2011

Urmiyeli Türk Qoşar Bəharm Əsədi və Urmu Marşı

Bəhram Əsədi 1965-ci il Urmuda doğulmuşdur. İlk ve orta təhsilatın orada bitirerken pedagoji təhsili almış və 1986-cı ildən dolayı məəllim işləyir.
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye şəhrində çaba gösteren YAZ neşriyyatının directorudur
Urmu marşı
Azərbaycanımın yaşıl ölkəsi
Böyük Türk elinin mehriban səsi
Dədəmiz Qorqudun isti nəfəsi
Səndədir, səndədir ey gözəl Urmu
...Gözəllər yurdunda sən özəl Urmu

Gözəllklərini tanıyan olsa
Zərinin məhəkin sınayan olsa
Tez tanıyar onu, tanıyan olsa
Gözəllər içində gözəldir Urmu
Uzun bir qəsidə, qəzəldir Urmu

Gözəllikləri bir, iki, üç deyil
Doludur, heç nəyi onun boş deyil
Zəngin varlıqları onun heç deyil
Türk dilin danışar dili Urmunun
Oğuzdan yaranıb eli Urmunun

Dolaşmaq istəsən sən bizim eli
İyləmək istəsən sən bizim gülü
Oxumaq istəsən sən bizim dili
Bizim dil şip-şirin Urmu dilidir
Tarixi çox dərin Urmu dilidir

Böyük sümerlərin yadgarında
Neçə aşıqları var kənarında
Türk musiqisinin kitablarında
Bir uzun mətləbdir Urmu aşığı
Özünə məktəbdir Urmu aşığı

(Urmunun yolları düzüm-düzümdür
Urmu karvanının yükü üzümdür)
Vətəndir, ışıqlı iki gözümdür
İncilərə bənzər Urmu üzümü
Tabaqları bəzər Urmu üzümü

Cümə məscidimiz bizə əzizdir
Söyümbət binası abidəmizdir
Kazımxanın daşı sudan təmizdir
Ululara çatır Urmu tarixi
Dolulara çatır Urmu tarixi

Nazlıçay,Baranduz, kəndləri bəzər
Dərəçay, ,şəhərçay, şəhəri gəzər
Üçgözlü körpüyə kim dodaq büzər?
Səfalı, gəzməli Urmunun bəndi
Geyinib süzməli Urmunun bəndi

Urmunun gölünə düşən duzlanar
Üstündə səyrişən quşlar nazlanar
Adaları gəzən qışda yazlanar
Suları duzludur bax Urmu gölü
Dənizcə sözlüdür bax Urmu gölü

Bağçaları olar meyvəyə dolu
Ağacı bar verər budaq dolusu
İnsanın əlinin əməyidir bu
Xonçaları bəzər Urmu alması
Əldən ələ gəzər Urmu alması

Gəl Tut bağlarında gəzməyə dadan
Ağzı şirin olar kişmişin dadan
Dadlıdır doşabı, halvası baldan
Dili tək şirindir Urmu noğulu
Yad yox, bu yerindir Urmu noğulu

Əldəki budur, çox itmişi vardır
Yeddisin axtarsan yetmişi vardır
Badrəşbisi var, bitmişi vardır
Xasiyətli olar Urmu arağı
Dərdə dərman qılar Urmu arağı

Burda var həqiqət, haqqın cadası
Alpərtunqa yurdu, Zərdüşt obası
Daniyal dərəsi, İmamzadası
Dərvişlər məkanı Urmu dağları
Ərmişlər məkanı Urmu dağları

Vətəndir, vətənə güvənərik biz
Çün əcdadımızdan onda vardır iz
Çökərik adının qarşısında diz
Azərbaycanımın gözüdür Urmu
Gözəl Azərbaycan sözüdür Urmu.
Bəhram Əsədi(Sınmaz)

Doktor Cavad Hey`әt 86 Yaşındadır

Sayqı vә vican borcu: Doktor Cavad Hey`әt 86 yaşındadır
Mehran Baharlı
Bu yazı TRT Türki düşәrgәsindә yayınlanmışdır:
http://tinyurl.com/3dnm3g6
İran vә Güney Azәrbaycanda modern anlamda Türk milli şuurunun oluşması, Mәşrutә Hәrәkәti vә Âzâdistan olayı ilә iligili olmayıp, bunlarla başlamamışdır. Bu hәrәkәtlәrin hәr ikisi dә İran mәrkәzli hәrәkәtlәr idilәr v heç biri Türk`ü millәt vә Azәrbaycan`ı vәtәn olaraq tәmәl almamışdı. İran vә Güney Azәrbaycanda modern Türklük milli bilinclәnmәnin ilk aşaması, M. Ә. Rәsulzadә`nin 1911 ilindә “İran Türklәri” kitabını yayınlaması ilә başlamışdır. Ardında “İttihâd vә Tәrәqqi” vә “İttihâd-i İslam”ın Güney Azәrbaycanda etginliklәrinin yanqıları vә İran-Güney Azәrbaycanda modern Türkçülüyün atası olan Tağı Rәf`әt`in ortaya çıxması ilә davam edip, bәlli ölçüdә kitlәsәllәşmişdir. Yeni oluşmaqda olan Türk milli bilinclәnmәsi Sovyetlәrin ortaya çıxışı ilә vә bu devlәtin Türk milli kimliyini danaraq vә torpağı tәmәl alaraq oluşdurduğu Kilasik Azәrbaycançılıq ideolojisi sarısından qısa sürәdә sıxışdırılmış vә yeyinliklә sönmәyә üz tutmuşdur. İkinci dünya savaşı sonrası S. C. Pişәvәri`nin öndәrliyindә qurulan “Azәrbaycan Milli Hökümәti” yıxılınca, Türk milli bilincinin gәlişim vә evrimi dә bütünüylә durma nöqtәsinә gәlmişdir. Ondan sonra arada 35 illik uzun bir sәssizlik vә qopma dönәmi yaşanmışdır. İran vә Güney Azәrbaycanda Türk milli bilincinin ikinci aşaması vә ya dirçәlmәsi 1979da Varlıq Dәrgisinin yayınlanması ilә başlamışdır. Bu târixi olay vә dönәmәc, özәlliklә Doktor Cavad Hey`әt, Doktor Hәmid Nutqi vә Doktor Әli Kәmali`nin adlarıyla bağlıdır. Varlıq`ın ortaya çıxmasıyla Güney Azәrbaycan vә İranda Türk milli bilinci sağlam tәmәllәr üzәrindә yüksәlәrәk dәrinlәmәsinә kök salmış, târixdә bәnzәri görülmәmiş vә geri dönülmәz bir biçimdә kitlәsәllәşmişdir.
Bugün mәn sayqı vә vicdan borcu ilә bağlı olduğum Varlıq ekipindәn böyük bir insan, Doktor Cavad Hey`әt vә әsәrlәrini tәqdirlә anmaqdayam. Târixi şәxsiyәtlәrin dәyәrlәndirilmәsi, etdiklәrindәn daha çox, onların etgilәri tәmәlindә yapılmalıdır. Bugün İranda Türk xalqının özünә qayıdış sürәcindә yapılan hәr şeydә Doktor Hey`әt`in izini görmәk mümkündür. Yeni Türk vә Azәrbaycan târixinin son dönәmi onun adı ilә ayrılmaz bir biçimdә bağlıdır. Doktor Cavad Hey`әt`in bir bilim adamının titizliyi ilә yazmış olduğu sağlam yazıları, yaxın târiximizdә başqa kimsәnin yapamadığı ölçüdә Türk xalqının özünü necә idrâk etmәsini etgilәmiş vә ona biçim vermişdir. Onun da ötәsindә, bu alçaq könüllü yazılar, İran vә Güney Azәrbaycanda Türk kimliyinin yaşadılmasını güvәncә altına almışdır. Doktor Cavad Hey`әt`in yazdığı mәqâlә vә kitablar, yalnız incәlәdiyi qonuları әlә alan birәr araşdırma mәqâlәsi vә ya kitabı deyildir. Bunlar Türk xalqı vә Azәrbaycan`ın kimliyi, әdәbiyatı vә mirâsı ilә ilgili bir biriylә bağlantılı qocaman bir dizinin parçalarıdır. Bunlar birәr anımsatmadır, birәr yolçuluqdur, birәr savunma vә e`tirazdır. Doktor Cavad Hey`әt`in Varlıq Dәrgisi-qurumunu sorumluluqla yaradıp ayaqda tutabilmәsi isә, uzaq görәnli bir vizyonun dәhâsıdır. O, qurduğu Varlıq Dәrgisi vә çox yönlü qәlәmi ilә İranda yaşayan Türk xalqına milli bir gәlәcәyin tәmәllәrini atmanı başarmış, bu ölkәdә köklәri qurutulmaq istәnәn әski Türk dili vә varlı kültürünün xalq vә aydın kitlәlәri arasına qayıtması vә yayqınlaşmasına nәdәn olmuşdur. Doktor Hey`әt`in gündәlik qısır siyâsi polemiklәrә girmәdәn, qarınca kimi işlәmәsi, insanlarda Türk dili vә kültürünә qocaman bir ilgi vә çәkimin yaranmasına nәdәn olmuşdur.
Böyük insanların davranış vә eylәmlәri gәnәldә bilincli vә istәnilәn amaclara yönәlik olar. Ancaq ortaya çıxan sonuclar, hәmişә bu amacların doğrultusunda olmayabilir. Buradakı istisna, Doktor Cavad Hey`әt kimi dâhilәrin yapdıqlarıdır. O istәdiyini bilmiş vә bildiyini yapmışdır, yapamayacağını da istәmәmişdir, aşırılığa heç qaçmamışdır. Doktor Cavad Hey`әt`in yapdıqlarını boşluqda deyil, mәtndә oxumaq gәrәkir. O heç bir vaxt açıqca ucuz siyâsәtә qatılmadı. Buna qarşın bir çox Türk vә Azәrbaycanlı siyâsi vә tәşkilatın son yüz il İran`ında başaramadığı işlәri tәk başına başarabildi. O Türk`ün milli kimlik vә Azәrbaycan`ın mәdәni varlığı sağlam tәmәllәr üzәrindә dikkәlmәdikcә siyâsi alanda öz xalqı vә yurdunu qurtaramayacağına inanaraq, әn doğru mucadilә yolunu seçdi. O, bilincli olaraq Türk xalqına solunum (nәfәs) yolu açmaya, onu dışarıya çıxartmaqla uğraşmış, yaşamaq üçün bir ortam yaratmaya çalışmış vә bu mucadilәni dә ruh gücü vә çәlik bir irâdә ilә başarılı sonuca vardırmışdır. Bu, yaxın târiximizdә tayı görülmәmiş bir olaydır. O bir düşünür olaraq, çoxlarına umudsuz gözükәn bir ortamda yeni bir savaşım başlatmış vә onu da başarıyla utquya aparmışdır. Doktor Cavad Hey`әt İranda aşağılanmış, dili vә kimliyi әlindәn alınmış Türk xalqının târixindә yeni bir dönәm açmaq üçün mucadilәyә atılmışdır. Doktor Cavad Hey`әt`dә şaşırdıcı başqa yönlәr dә vardır. Modern bir milli varlıq olabilmәsi üçün, uyduruq tәmәllәr üzәrinә qurulmuş vә Türk xalqının gәrçәk bir millәt olaraq gәlişmәsini әngәllәyәn Azәri vә Azәrbaycanca kimi kimliklәrin, habelә geçmişdәn qalan bir sıra zәrәrli siyâsi gәlәnәklәrin qaldırılması ya da әn azı qıraqlanması (marjinaşdırılması) gәrәkirdi. Doktor Cavad Hey`әt, yılmaq vә qorxmaq bilmәyәn bir yaradıcılıqla yaxın târiximizdә heç kimsәnin gәrçәklәşdirәmәdiyi bu idealları gәrçәklәşdirmәni dә başarmışdır.
Doktor Cavad Hey`әt eşsiz kişiliyi ilә bütün insanların sayqısını qazanan, ciddiyәti ilә hamını özünә inandıran, gәlәcәk quşaqlar üçün sağlam tәmәllәr atmağa uğraşan bir millәt yaradıcısı vә olqun vә kamala yetişmiş zәkası ilә millәtinin ortasında yaşayan bir bilgәdir. O İran vә Güney Azәrbaycanda yaşayan Türk xalqına Türk olduğundan, târixindәn vә dilindәn dolayı özünә güvәnmә vә dayanma duyqusunu aşıladı. Bu üzdәn dә yeni Türk gәncliyi, Doktor Cavad Hey`әt`in әsәrlәrinә vә mucadilәsinә heyrandır. Çünkü onda öz kimliyi vә özgürlüyünü sevәn, bütün xalqlar üçün sәmbol olaraq qalacaq güclü bir kişiliyi görmәkdәdir. Mәnim üçün isә Doktor Hey`әt, sorumluluq duyqusu vә mәdәni cәsarәt ilә durmadan çalışan, әsin qaynağı  vә örnәk olan, mәdәni çalışmalar vә sürәkliliyin önәmini göstәrәn, öz millәti vә insanlıq âlәminә bәslәdiyi sevgi ilә bir dâhinin nәlәr yaradabilәcәyini hәyәcanlı bir sәhnәdә seyr etdirәn ulu bir insandır. Onu işi, mәnim Türk ayrıcalığını anlama vә yazmaya başlamamda önәmli rol oynamışdır. Doktor Cavad Hey`әt uşaqkәn mәnim qәhrәmanlarım arasındaydı. Mәn bugün dә onun heyranları arasında bulunmaya davam edirәm.

Tuesday, May 24, 2011

Urmiye Gölünün Suyu Daşacaqdır

Elə ki mən bilirəm bu 20 Gün içində 4 kişi deyiblər ki Urmiye Gölünün Suyu çoxalıbdır.
Batı Azərbaycan Çevrə Örgütünün Baxanı: Urmiye Gölünün Suyu 4 cm çoxalıbdır.
Doğu Azərbaycanın Su yönəticisinin başxanı: Urumiye Gölünün Suyu  0/5 metr çoxalıbdır.
Iran Çevrə Örgütünün Başxanı: Urmiye Gölünün Suyu 40 cm çox alıbdır.
Artemia Urmiana Mərkəzinin Başxanı: Urmiye Gölünün suyu 70 cm çox alıbdır.
Doğrusu  xəbər saytlarında yayılan xəbərlər və məqalələr o qədər sevimlidir ki insan bunu düşüünr ki olmaya yaxın zaman Urmiye Gölünün Suyu o qədər çox ola ki Urmiye Şəhərini Su ala və şəhər Su altıdna qala :D ancaq bu olaya baxmaq və hazirliq üçün bir az Gözlüyümüzü dəyişib və bilimsel olaraq qonuya yaxlaşmalıyıq.
Neçə vaxt bundan öncə mən bir yazıda yazdım ki bu aylar içində Urmiye Gölünün Suyu həmişə bir normal sürəc olaraq yüksəlir ancaq həmən sürəc içərisində ötən ilə görə Urmiye Gölünün Suyu daha da azalıbdır və uzun sürəcdə bu suyu əldən vermə daha çox Gözə çarpır. Birinci Görüntü Urmiye Gölünün Su durumu 10 Maydədir(2011) və ikinci Görünütü bir il öncəsi 14 Maydədir(2010). Elə ki Görüntülərdədə yaxşıca Görünür Urmiye Gölünün Suyu daha da azalıbdır. Bu iki Görüntünü Netlogo Programina(Model Yaratma Programi)artırdım ki iki Görüntüdə olan fərqlılığı daha yaxşı görəm. Programda yerləşdırdığım kodu yazının sonunda yazacam. Sonuc aşağıda olan Görüntü oldu. Ağ bölgələr ötən il su bölgələrı hesab olunurdu ancaq bu il suyus bölgə. Iki Görüntünün fərqi 4800 Patch dir. Elə ki görünür bir balaca hesabla bu sonucu almaq olur ki Urmiye Gölünün Alanı ötən ildən bu ilə 250 KM azalıbdır. əyər Urmiye Gölünnün Alanının 5000 KM alarsaq yanı 5% ötən ilə görə azalıbdır.
Ancaq bunu deməliyəm ki iran və dövlət medyasında yayılan sözlər ki Urmiye Gölünün Suyu daşır, tökülür, çox alıb vs sanıram bir içi boş və bölgə Ulusunu aldatmaq üçün qullanılan bir tavırdır. Urmiye Gölü hər Gün olaraq Ölümə yaxınlaşır, hər şey Görüldüğü kimin dəyildir.

Programda işlədilər kode:
patches-own
[
 A10
 A11
]
to Setup
   import-pcolors "A10.jpg"
  ask patches with [pcolor < 100 or pcolor > 105] [set pcolor white]
   ask patches with [pcolor != 9.9] [set A10 1]
   import-pcolors "A11.jpg"
  ask patches with [pcolor < 100 or pcolor > 105] [set pcolor white]
  ask patches with [pcolor != 9.9] [set A11 1]
   ask patches [set pcolor (A11 - A10)]

Sunday, May 22, 2011

Urmiye Gölünün Hidroqrafiq Özəllikləri

21 Daimi Axar Çay və 39 Mövsümi Çay
Əsas Axar Sular:
Acı Çay
Almalı Çay
Qələ Çay
Sofu Çay
Cığatı (Zərinə Rud)
Tatau Çay (Simine Rud)
Godar Çay
Savocbulaq Çay (Mahabad)
Baranduz Çay
Şəhər Çay
Nazlı Çay
Ruzən Çay
Zola Çay
sırada yazdığımız Qaynaqlar Urmiye Gölünün Təməl Bəslənmə Qaynağının (80-90%) axan sular oluşdurmaqdadır