Showing posts with label Folklor. Show all posts
Showing posts with label Folklor. Show all posts

Saturday, December 4, 2010

Erməni plagiatlığının qurbanı – Balaban


Erməni plagiatlığının qurbanı – balaban
Azərbaycan Türklərinin  mədəni irsinə göz dikən ermənilər bir cox milli musiqi alətlərimiz kimi, balabanı da hədəfə aliblar. Onlar bütün dünyaya balabanın "erməni milli musiqi aləti" olduğunu bəyan etməkdədilər. Balabanı “duduk” adlandıran ermənilər bir sıra ölkələrdə, məsələn, ABŞ-da onu özlərinə məxsus musiqi aləti kimi tanıda biliblər. Amerikanları aldatmaq üçün ermənilər ABŞ-da hətta özlərinə məxsus “duduk” məktəbi də açıblar.
Amma ermənilər çox yaxşı bilirlər ki, balaban Azərbaycana məxsus qədim nəfəs alətidir. Alətin boru hissəsi əsasən ərik agacından, boruya birləşən müştük isə qarğıdan düzəldilir. Balaban «bala» və «ban» sözlərinin birləşməsindən əmələ gəlib, «həzin səs» mənasını verir. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.
Bakidaki İncəsənət Gimnaziyasının müəllimi Babaxan Əmirov deyir ki, alətin daha çox ərik ağacından hazırlanmasının səbəbi var. Bu da əriyin nəfəsdən gələn rütubətə davamlılığıyla bağlıdır. Balabanın keyfiyyəti onun materiallarının necə qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur.
Balabanın uzunluğu 280- 370 mm-ə qədər, müştüyün uzunluğu isə 9- 10 mm olur. Alətin boru hissəsinin üstündə səkkiz və ya doqquz, altında bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır.
İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır.
Balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov xalqımıza məxsusu olan bu aləti qardaş Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada “duduk” kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.
Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı...
Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycanın məşhur  bəstəkarları bundan istifadə ediblər. Belə ki, Üzeyir Hacıbəyovun «İkinci fantaziya», Müslüm Maqomayevin «Azərbaycan çöllərində», Hacı Xanməmmədovun «Simfoniyetta» və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.
5 Aralıq 2010
http://plagiarism-az.com

Sunday, November 14, 2010

Urmulu Yəzdan Qavalçı ilə Danışıq















Yəzdan Qavalçı bəlkə bir ad ola bilər ki Urmu Türk Ulusu Adini və Səsini Urmunun Geçiklərinə Eşitməmiş ola. Azərbaycan Türkcə Mahnıları və Yəzdan Qavalçının Səsi illərdir ki Urmunun ÇayEvlərində(Qəhvəxana), Gəzim yerləri, Məktəblərin qabağında, Yörələrdə Urmu Ulusuna və Gəncə və Qadınlara tanış bir səsdir. Yəzdan Qavalçı illlər olur ki Azərbaycan Türkcə Mahnıları və Urmu Folklorunda oxunan mahnıları geçiklərdə oxuyub və bu yolnan özünə bir Çörək Yolu tapır. Yəzdan Qavalçı Azərbaycan Türkcə Mahnılarıla və Utancaq Görüşüilə, işıqsız Gözlərilə Urmu Şəhərində bir Sevindirici Adama Çevrilib. O zamanlar ki Azərbaycan Türkcə oxumaq bir suçımış Yəzdan Qavalçı o incə Əllərilə Qaval çalıb və Mahnı oxuyub, Urmu Ulusunu Əyləndirirdi. Neçə vaxt bundan öncə Yəzdan Qavalçıilə bir Dərgi danışıb və o danışıqı mən internetdə Görüb və sizlər üçün Azərbaycan Türkcəsinə(Latın) Çevirdim:
Sorğu: Yazdan əmi Urmu Ulusu səni Yəzdan Qavalçı tanır, bu Sənin doğru Adindir və haralisan?
yanıt: Mən Yəzdan NikBəxt, Atamin Adi Hüseyn və Özümdə Urmuluyam, Kökümdə Urmuludilar.
Sorğu: Urmunun hansı Yörəsində Anadan olub və Böyüyübsən, və indi harda yaşayirsan?
yanıt: Urmunun Mehdi Əlqədəm Yörəsində Anadan olub və Böyümüşəm və indi Abazər Uraminda yaşayiram.
Sorğu: Neçə yaşın var və Nə qədər Dərs oxuyubsan?
Yanıt: altmış yaşım var və buna Görə ki Atam Kasıbıdı mən dərs oxuya bilmədim.
Sorğu: Neçə Uşaqin var?
Yanıt: bir Oğlum var
Sorğu: oğlun Gərgin olmur ki Uramlarda Urmu ulusuna Mahnı oxuyursan?
Yanıt:  heç vaxt, o ailə qurub və bilir ki mənim işim Uramlarda Mahnı oxumaqdir.
Sorğu: Yəzdan neçə il olur ki ÇayEvlərində və Uramlarda Urmu Ulusuna mahnı oxuyursan?
Yanıt: 40 il olur ki Çayevlərində və Uramlar və Gəzinti yerlərində Urmu ulusuna mahnı oxuyuram.
Sorğu: Yəzdan yalnız bu yoldan keçinirsən?
Yanıt:  Hə, Mənim uşaqlıqdan Gözlərimdə Sorun varidi və çətin işləri Görə bilmirdim, uşaqlıqdan Azərbaycan Türkcə mahnı oxumağı sevirdim və indiyə qədər bu yoldan keçinmişəm. Birinci dəfə Salam Dəşti(Urmu-nun Əski Mahnı sənətçisi) mənə öyrətdi ki necə oxuyam və məni özü ilə Şənliklərə apardı.
Sorğu: Yalnız Azərbaycan Türkcə mahnıların oxuyursan?
Yanıt: qabaqca bəzən Farsca da oxuyardım ancaq Azərbaycan Türkcə mahnıların çox sevirdim ki oxuyam, mən Farsca mahnıları sevmirəm mən Azərbaycan Türkcə mahnılarının Aşiqiyam.
Sorğu: Azərbaycan Türkcə mahnıların haradan öyrənirsən?
Yanıt: mənim çox Əski navarlarım var, Əski mahnı Ustalarından çoxlu CD lərim var.
Sorğu: Yəzdan Azərbaycan Türkcə Ustadlarından hansını tanıyırsan və hansını çox Sevirsən?
Yanıt: Mən Azərbaycan Türkcə mahnıların çox dinləyərəm, hacı Baba, Teymur Mustafayeva, Rəşid Behbudov, Zeynəb Xanlarova və ... ancaq allah rəhmət eyləsin Hacı Babanı çox sevirdim.                    
Sorğu: mahnılar ki oxuyursan CD lərdən öyrənirsən?
Yanıt: bəzən də olur ki özüm bir mahnılar yaraldam.
Sorğu: Gərgin olmursan ki Urmalrda oxuyub və Urmu ulusu sənə pul verir?
Yanıt: nədən gərgin olam? Bu mənim işimdir sonra da mən Görürəm ki Urmu Ulusu mənim mahnı oxumağımdan Əylənib və sevinirlər, bu iş məni də sevindirir.
Sorğu: Yəzdan əyər səndən soruşam ki mən sənən nə yardım edə bilərəm nə deyərsən?      
Yanıt: heç zad, yalnız mənim Şəklimi Dərgidə yaysanız mənədə o dərgini Göndərin.  
Geçik = Küçə
Yanıt= Cavab
Yörə = Bölgə
Uram = xiyavan
Qaynaq: Urmunun Bizim Gələcək Dərgisi və Çeviri Umud Urmulu