Yəzdan Qavalçı bəlkə bir ad ola bilər ki Urmu Türk Ulusu Adini və Səsini Urmunun Geçiklərinə Eşitməmiş ola. Azərbaycan Türkcə Mahnıları və Yəzdan Qavalçının Səsi illərdir ki Urmunun ÇayEvlərində(Qəhvəxana), Gəzim yerləri, Məktəblərin qabağında, Yörələrdə Urmu Ulusuna və Gəncə və Qadınlara tanış bir səsdir. Yəzdan Qavalçı illlər olur ki Azərbaycan Türkcə Mahnıları və Urmu Folklorunda oxunan mahnıları geçiklərdə oxuyub və bu yolnan özünə bir Çörək Yolu tapır. Yəzdan Qavalçı Azərbaycan Türkcə Mahnılarıla və Utancaq Görüşüilə, işıqsız Gözlərilə Urmu Şəhərində bir Sevindirici Adama Çevrilib. O zamanlar ki Azərbaycan Türkcə oxumaq bir suçımış Yəzdan Qavalçı o incə Əllərilə Qaval çalıb və Mahnı oxuyub, Urmu Ulusunu Əyləndirirdi. Neçə vaxt bundan öncə Yəzdan Qavalçıilə bir Dərgi danışıb və o danışıqı mən internetdə Görüb və sizlər üçün Azərbaycan Türkcəsinə(Latın) Çevirdim:
Sorğu: Yazdan əmi Urmu Ulusu səni Yəzdan Qavalçı tanır, bu Sənin doğru Adindir və haralisan?
yanıt: Mən Yəzdan NikBəxt, Atamin Adi Hüseyn və Özümdə Urmuluyam, Kökümdə Urmuludilar.
Sorğu: Urmunun hansı Yörəsində Anadan olub və Böyüyübsən, və indi harda yaşayirsan?
yanıt: Urmunun Mehdi Əlqədəm Yörəsində Anadan olub və Böyümüşəm və indi Abazər Uraminda yaşayiram.
Sorğu: Neçə yaşın var və Nə qədər Dərs oxuyubsan?
Yanıt: altmış yaşım var və buna Görə ki Atam Kasıbıdı mən dərs oxuya bilmədim.
Sorğu: Neçə Uşaqin var?
Yanıt: bir Oğlum var
Sorğu: oğlun Gərgin olmur ki Uramlarda Urmu ulusuna Mahnı oxuyursan?
Yanıt: heç vaxt, o ailə qurub və bilir ki mənim işim Uramlarda Mahnı oxumaqdir.
Sorğu: Yəzdan neçə il olur ki ÇayEvlərində və Uramlarda Urmu Ulusuna mahnı oxuyursan?
Yanıt: 40 il olur ki Çayevlərində və Uramlar və Gəzinti yerlərində Urmu ulusuna mahnı oxuyuram.
Sorğu: Yəzdan yalnız bu yoldan keçinirsən?
Yanıt: Hə, Mənim uşaqlıqdan Gözlərimdə Sorun varidi və çətin işləri Görə bilmirdim, uşaqlıqdan Azərbaycan Türkcə mahnı oxumağı sevirdim və indiyə qədər bu yoldan keçinmişəm. Birinci dəfə Salam Dəşti(Urmu-nun Əski Mahnı sənətçisi) mənə öyrətdi ki necə oxuyam və məni özü ilə Şənliklərə apardı.
Sorğu: Yalnız Azərbaycan Türkcə mahnıların oxuyursan?
Yanıt: qabaqca bəzən Farsca da oxuyardım ancaq Azərbaycan Türkcə mahnıların çox sevirdim ki oxuyam, mən Farsca mahnıları sevmirəm mən Azərbaycan Türkcə mahnılarının Aşiqiyam.
Sorğu: Azərbaycan Türkcə mahnıların haradan öyrənirsən?
Yanıt: mənim çox Əski navarlarım var, Əski mahnı Ustalarından çoxlu CD lərim var.
Sorğu: Yəzdan Azərbaycan Türkcə Ustadlarından hansını tanıyırsan və hansını çox Sevirsən?
Yanıt: Mən Azərbaycan Türkcə mahnıların çox dinləyərəm, hacı Baba, Teymur Mustafayeva, Rəşid Behbudov, Zeynəb Xanlarova və ... ancaq allah rəhmət eyləsin Hacı Babanı çox sevirdim.
Sorğu: mahnılar ki oxuyursan CD lərdən öyrənirsən?
Yanıt: bəzən də olur ki özüm bir mahnılar yaraldam.
Sorğu: Gərgin olmursan ki Urmalrda oxuyub və Urmu ulusu sənə pul verir?
Yanıt: nədən gərgin olam? Bu mənim işimdir sonra da mən Görürəm ki Urmu Ulusu mənim mahnı oxumağımdan Əylənib və sevinirlər, bu iş məni də sevindirir.
Sorğu: Yəzdan əyər səndən soruşam ki mən sənən nə yardım edə bilərəm nə deyərsən?
Yanıt: heç zad, yalnız mənim Şəklimi Dərgidə yaysanız mənədə o dərgini Göndərin.
Geçik = Küçə
Yanıt= Cavab
Yörə = Bölgə
Uram = xiyavan
Qaynaq: Urmunun Bizim Gələcək Dərgisi və Çeviri Umud Urmulu
No comments:
Post a Comment