Showing posts with label Urmiye Gölü. Show all posts
Showing posts with label Urmiye Gölü. Show all posts

Saturday, April 16, 2011

Urmiye Gölünü Ölümdən Qurtarmaq üçün heç bir Sorumlu Örgüt və insan yoxdur

Məmə Dərviş: Urmiye Gölünü Qurtarmaq üçün heç bir önləm alınmır və işlər yanlız söz olaraq Görünür.
Urmiye Gölü neçə vaxt olur Son nəfəslərını çəkir iran yönəticilərı, Çevrə Örgütlərı vs tərəflərindən heç bir iş və önləm alınmır, eləcə ki bu Gün Urmiye Gölünün qurumasından sonra 8 Milyardlıq bir Duz Bobmbasından söz olur, Çevrə Örgütlərı Duz tsunamisi olaraq Adlandırırlar. Bu Duz tsunamisini Göz önünə alaraq iran Dövləti tərəfindən toplanan bir Qrup 6 ay dir hələ Masa üzərində tartışırlar ancaq bir söz və bir iş hələ deyilib yoxsa Görülmür. Məməd Dərviş Doğa və Çevə Uzmani Urmiye Gölündən Yaranan Tsunaminin önünü kəsmək yolunu yanlız əkinçilik yollarını dəyişməklə ol abilər!
Dərviş belə Düşünür ki hamı gərək Əkinçilik Bölümündə əl bir olub və hədər olan Suyun önünü kəsək. Indi iranda Əkinçilik bölümündə Sular çox yanlış və geri qalmiş bir tavırla suvarılır  və bu yanlış iş Suyun hədər olmasına nədən olur. Urmiye Gölü indiki Durumda 3.1 milyarda Kub Metr Suyu ehtiyacı var.
Urmiye Gölünün Qurumaqının önünü kəsmək üçün çoxlu Çevrə Uzmanları özəl olaraq Düşüncələrını söyləyirlər ancaq soru budur ki nədən iran dövlətı Urmiye Gölüilə ilgili heç bir iş Görümür? Dərviş bu soruya yanıt olaraq belə deyir: Dövlət Sorumluları çox ərkən sonuc verən işlərı sevərlər ancaq Urmiye Gölünün Qonusu Ərkən yanıt verən bir iş olmadığından Dolayı o qədər maraq göstərən birisi tapmaq olmur. Dərviş deyir ki Urmiye Gölünün  Ölümdən Qortaramaq üçün çox Sorumlu yönəticilər gərəkir ki oda iranda Görmyi çox zordur. Dərviş Urmiye Gölünün Qorumasını bir Ulusal Sorun olaraq adlandırır və ebu işi önünü kəsmək üçün Ulusal Düşüncədə olan insanlardan söz aparır.
Hansı Zamandan Urmiye Gölünün Durumu Gərginləşibdir?
Dərviş iran yönəticilərı ki Urmiye Gölünün Qurumaq nədənini Quruluq, susuzluq və olaraq adlandırırlar eleşdirərək belənçi sözlərı son dərəcə yanlış və yanlız sorumluluqdan qaçmaq üçün söyləndığını düşünür. Dərviş deyir ki Urmiye Gölü Coğrafi baximindan Xəzər Dənizindən sonra ikinci sırada yer alır. Ancaq nədən bu Gün bu gərgin duruma döşübdür ...
O Əkinçiliqdən söz aparır ki bu illərdə 2 qat çox alaıbdır və yanlış suvaramaq yolları.
Ancaq bu da bir Çevrə Uzmaninin özəl olaarq düşüncəsidir, soru budur ki nədən indiyə qədər Urmiye Gölünün Quruamq nədəni qonusudna bir bilismel araşdırma olamayibdir? Nədən bu qədər Dünya Çevrə Uzmanları Urmiye Gölünün Qurumasından yaranan Tsunamidan Söz aparırlar ancaq iran dövlətı heç bir önləm almır? Nədən TV, Dərgi, vs də Urmiye Gölünün Qurumasına ilgili bir Reklam göstərilmir ki dünya Çevrə Uzmanları və Çevrə Örgütlərındən yardım alaq? Və çoxlu nədənlər ki insannin beynində soru yaradır ki olmaya Urmiye Gölü bilərk Qurudulur ...
Bu heç vaxt Unutmamaq gərəkir: Urmiye Gölü Quruyursa Güney Azərbaycanda Yaşamaq imkani olmayacaqdir.
Latin Türkcəyə çevirən: Umid Urmulu   

Thursday, April 7, 2011

Urmiye Gölünün Quruması Nədən Siyasi Bir Məsələdir?

Arif Kəskin
Fars dilli medya və bizim bəzi dostlarımız Urmu Gölünün qurumasına bir ekolojik məsələ kimi yanaşırlar. Urmiye Gölününün qurmasını ekolojik məsələ həddinə təqlil vermək ortada olan problemin əsil səbəbkarlaının üstünü örtmək anlamına gəlir.
Urmiya Gölünün faciəsi  quruluq kimi təbiyi afətlərin məhsulu deyil. Urumiye Gölünün qarşılaşdığı bu problem, Azərbaycanda yeraltı ve yerüstü suların yanlış müdiriyətinin nəticəsidir.  Bu yanlış müdüriyətin məsuliyəti isə  İran İslam cumhuriyətine aitdir. Bütün dövlətlərin ilkin mesuliyətləri öz yurtdaşlarının refahını, emniyətini sağlamaq ve onları təbiyi fəlakətlər daxil bütün faciələrdən qorumaqdır. Urmiye Gölü İran dövlətinin gözləri qabağında yox olur gedir. Çox asanlıqla diyebilərik ki, İran rejimi öhdəsində olan məsuliyətləri yerinə gətirmir. 
Urmiye Gölününün quruması Qerbi Azərbaycının iqtisadi, demoqrafik, siyasi ve fərhəngi yapısını/saxtarını deyişdirəcək qədər çox yönlü nəticələri olan hadisədir. Urmu Gölü qurursa; Urumiye ətrafındaki kəndlərin çoxu boşalacadır, Urmiyənin iqlimi alt üst olacaq ve uzun zaman keçmədən çölləşməyə başlayacaqdır, Urmiye duz yellərinin təsiriyle yaşanmaz halə gələcəkdir. Qərbi Azərbaycanda ekinçilik ve heyvandarlıq çox zəyifləyəcək və bu da insanları köçə məcbur edecekdir. Bütün bu yaşananlar Urumiyənin senetiləşməsini de əngəlləyəcəkdir.
İran İslam cumhuriyəti Urmu gölünün qurması halinde Azerbaycanlıların nəylə üzləşəcəklərini bildiyi halda,  özünün  bilincli vəya bilincsiz yanlış siyasətlərinin nəticəsində ortaya çıxmış  bu fəlakət prosesinə seyrici qalir. Bu durumu necə təhlil etmək olar ki?. Bu durum iki haldan xaric deyil, ya İran rejimi bu prosesdən nigarandır, veya da nigarançılığı yoxdur ve Urmiye Gölünün quruma sürəcinin tamamlanmasını gözləyir. Ədalətli gözlə baxdığımızda , İran rejiminin Urmu Gölünün  quruma sürəcindən nigaran olmadğı anlaşılır. Çünki İran rejiminin Urmiya Gölünün qurumasını əngəlləmək üçün heç bir faaliyət içində görünmür. Bu haqda İranin rəsmi məsullarınin səssizliyi də çox anlamlıdır. İşin qerib tərəfi bu ki,  İran resmi yetqililərindən hər hanki bir açıqlama yoxdur. İran rejiminin Urmu Gölününün qurumasını istəməsinin digər bariz  nişanəsi de,  Azərbaycanlıların mədəni etirazlarını sərkub etməsidir. İran rejiminin Azərbaycanlıların mədeni etirazlarını sərkub etməsi Urumiye Gölünün qurmasını istemesi anlamına gəlir.
İran İslam cumhuriyətinin niyətlərinin anlaşılması  bu məsələnin həlli istiqamətinde kilid rol oynamaqdadır. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi,  indi de  onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla  Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını  göstərərək Urumiyə və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi  Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Bölgədə var olan  pontansiyəl etnik çatışmlarının əsaslarını bərkitmek isteyir. Bu yolla   Azərbaycanı  cəzalandırılmaq və onu  hər tərəfli olaraq özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi Urmu Gölününün quruması sadə bir ekolojik məsələnin ötəsində siyasi bir hadisədir. Bu siyasi hadisənin adını  `tebiyi fəlakət` olaraq qoyduğunuz zaman çox gerçəklərin üstünü örtmüş olursunuz. Urmiye Gölünün qurmasını `İran İslam cumhuriyetinin Azerbaycanı dizə gətirmə projəsinin bir parçası olaraq` yorumlarsaq  məsələnin mahiyətini  anlamaya başlamışıq deməkdir.
Arif Kəskin
06 Nisan 2011

Wednesday, April 6, 2011

Urmiye Gölünün Quruması: Azərbaycanlıların Cəzalandırılması

Urmiye Gölünün Quruması: Azərbaycanlıların Cəzalandırılması
Arif Keskin
Japonyadaki tusunamı  “ insan təbiyətə(doğaya) nə qədər hakim olmayi başarıb”  kimi çox çeşidli sualları bərabərinde gətirdi. İnsanoğlu uzun zamandır ki “mən təbəyətin hakimiyəm” qururu ve təkəbbüriyle yaşayır. Ancaq gördük ki,  Japonyanın gəlişmiş (pişrəftə) teknolojisi təbəyətin qarşısında aciz ve çarəsiz qaldı.  Çox iləri teknolojiyə sahib olmasına baxmayaraq yüzlərcə Japonyali  hayatını itirdi ve bir çox yaşayış yerləri xarabaya çevrildi.  Japonyadaki tusunamı  insan və təbiyət arasindaki hakimlik məsələsini yenidən mübahisəyə açdi.
Kapitalizmin Məhar Edilməz Ruhu
İnsan təbiyətə hakim olduğunu düşünərək  ona heç hörmət göstərmədən hər tür şıltaqlığı edir.  Sanayeləşmə, irəliləmə, zənginləşmə/rəfah və böyümə(roşd) ehtirası  insanoğlunun gözünü o qədər kör edib ki “içində oturduğu gəmini dəlir” . Mütəkəbbir varlıq olan insanoğlu anlamır ki, o gəmi dəlinirsə nə özü qalır nə də böyümə ehhtirası. İnsanoğlu  bəsləndiyi və faydalandığı çivrəyi/mohiti yox edir.
Kapitalizimin çılqın  və məhar edileməz ruhu təbiyəti  yox edir. Kapitalizim təbiyəti məhar edərək insanlara rəfah və maddi rahatlıq gətirmək iddiasındadır. Çünki ona görə “insan əşrəf-e məxluqatdır” və “dünya onun üçün yaranıb”.  Bu iddilar altında təbiyəti kontrol altına almyaya çalışır. Kapitalizmin  bu çılgınlığı öz qarşıtlarını yaradıb ve  Kapitalizimin mohiti kirlətmə ehtirasına qarşı çox layəli  muxalifet hərəkətləri ortaya çıxıb. Çevrəni kirlətməyə (aludegi=e mohit zist)  muxaləfət edənlərin söyləmi Qərbin huquqi, siyasi, sənayə/sənə’ti  və bənzəri siyasətinin köklü dəyişimə/teğiyrata  yol açıb. Bu muxaləfəthərəkətləri  Qərbin huquq sisteminə elə dərin işleyib ki, çevrə kirlətmək (aludegi=e mohit zist) günahı insanlığa qarşı işlənmiş cinayət dərəcəsinə yüksəlib.
İdeolojik Dövlətin Mahiyəti
İran kimi ideolojik dövlətlərin əsasi hədəfi insanlara rəafh və zənginlik istihsal /tolid etmək deyil. Çünki onlara görə rəfah və zənqnlik fəsad gətirir, yoxsuluq və fəqr isə fəzilət yaradır.  Bu rejimlər yoxsuluğu övür və yoxsuluğu hayatın mənasına çevirəcək qədər gözəlləşdirir. Yoxsulluq ən üstün fəzilət kimi  göstərilir. Bu rijimlərin hədəfi təbiyəti kontrol altına alıb insanların xidmətinə vermək dəyil. Onların birinci hədəfi insanlarn özünü kontrol altına almaqdır. Çünki onlara görə ən böyük müşgül insanın özüdür. Onlara görə insanın  rahatlıq ve refah isteyi şeytani təmayüllərin  nəticəsidir. Çünki insan  həva və həvəsinin əsiri olacaq qədər zeyifdir. Onlara  görə insanın “cəhad-ə əkbərə” ehtiyacı var ve yoxsulluq bu böyük cəhadın veəsilələrinden biridir.  İnsan bu dünyada imtihan edilir və hər tür fəlakət o imtahanın bir parçasıdır. Əslində insanların fəlakət olaraq gördükləri  məsələlər mahiyət itibariylə nemətdir.  Vəya zəlzələ, tufan, tusunamı və quruluq kimi fəlakətlər varsa da, insanlarin  işləədikləri günahlar səbəbiylə  “allahın qəzəbinin` nişanələridir.
İran kimi ideolojik devlətlər əsli mahiyətlərini gizlətmək üçün çox layəli yalan , xurafə və uydurma mikanizmalari işlədirlər. Topluma gecə-gündüz  yalan təzriq edirlər.. Bütün bu yalanların hədəfi insanların qarşılaşdığı və gördüyü vaqeiyətlərdən qoparmaq və onlara dünyanı özləri istədiyi kimi alt-üst göstərməkdir.
İrana bənzər ideolojik rəjimlərin işlədikləri cinayət, xəyanət və zülümlər  çox layəlidir. Onlar nə insanlara rəfah və rahatlıq yaradmaq istəyirlər, nə də insanlara doğruları öyrənmək imkanı verirlərir. Üstəlik” yoxsulluq fəzilətdir” şuarının altında onları  əmdi və bilincli olaraq cəzalandırırlar. İnsanları cəzalandıraraq onları ı özlüyüdən uzaqlşadırmaq ; insanları dövlətin  idəolojik, siyasi və iktisadi hədəfləri istiqamətində nökərləşdirmək isteyirlər.
İdeolojik Dövlətin Siyasi Cinayəti
Urmiye Gölünün quruması batı kapitaliziminin yaratdığı ekolojik problemlərdən çox fərqlidir.  Çünki bu müşgül Qərbdə olduğu kimi sənəti və iktisadi gəlişmənin(pişrəftin) yan(tali/haşiyeyi ) nəticələri deyil. Üstəlık bu hadisə  Japonyadaki durumdan da fərqlidir. Çünki Japonyadaki hadisə dövlətin bütün faaliyətlərinə baxmayaraq  teknolojinin tebiyət qaraşısındaki yetrsizliyinin məhsuluydu.
Urmu gölünün quruması İran rejiminin emdi siyasətinin mehsuludur. Başqa bir sözlə diyərsək;  İran rəjimi Urmiya Gölünün qurmasına göz yumaraq Azərbaycanlıları cəzanlandırr. İran rejimi üçün dövlətin buraksisi, iktisadi, siyasi və kültür/fərhəngi qurumlarının əsası  işləvi(karkərd/fonksiyon) insanları cəzalandırmakdır. Onlara görə dövlət cəzalandırmaq və ehliləşdirmək üçün vardır.  Azərbaycan illərdir ki, bu cəzalandırmanın bütün yüzlərini yaşamışdır  və hələ də yaşamqdadır. Azərbaycanlılar İnsani olaraq hər tür haqlarından məhrum ədilmiş, iktisadi olaraq yoxsullaşdırılmış və  siyasi olaraq  da Azərbayacn İran rejimi tərəfindən böyük zindana çevrilmişdir. İran rejimi Azərbaycanı  fərhəngi olaraq da İslam dini və Farslıq hüviyəti  adı altında  öz əsil kimliklərindən  uzaqlaşdırılaraq “manqurtlaşdırılmasını ” hədəfləməktədir.
İran dövləti Ərk qalası kimi tarixi abidələrı yox edərək Azərbaycanlıları tarixlərindən qopararaq onu özünün uydurduğu tarix anlayışı ilə cəzalandırmışdır. İndi də isə Urmu Gölünün qurumasına göz yumaraq Azərbaycanlıları doğal(təbiyi) fəlakətlə qarşı qarşıya buraxaraq cəzanladırır.  İran rejimi, Urmiye Gölünün qurumasının hanki mənfi və faciəli nəticələrinin olacağını çox yaxşı  bilir. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi,  indi de  onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla  Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını  göstərərək Urumiye və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi  Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Üstəlik  Azərbaycanı  cəzalandırılmaqla onu  hər tərəfli özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi,  Azərbaycan bir tərəfdən həç bir iş başarmayan,  yetərsiz və hər tür əqlaniyətdən uzaq bir ideolojik dövlətin əmdi siyasətlərinin, digər tərəfdən də,  İran rejiminin məzhəb niqabı altına gizləttiyi Türk düşmanlığının qurbanı olur. Azərbaycanın  cəzalandırlırması  Xaməneyinin təidi ilə Əhmədinejadin  “Kuruş Kətibələrini” İngiltərdən gətirməsi   və Təxt Cəmşidin  Məkkənin yərini  alacaqmış kimi havanın əstirlidiyi bir zamanda gərçəkləşiməsi de çox anlamlıdır.   Ona görə Urmu Gölünuün qurumasını sadə bir  doğal/ təbiyi fəlakət olaraq adlandırmaq məsəlenin gərçək mahiyətini inkar anlamına gelir. Urmiye Gölünün quruması təbiyi fəlakətin ötəsində  İran rejiminin Azaərbaycanlılara qarşı işləmidiyi bir siyasi cinayətdir .
Arif Keskin

Tuesday, April 5, 2011

Urmiye Gölünün Qurumasınıa Qarşı Etiraz Aksiyalarının Min-bir Mənası

Urmiye Gölünün Qurumasınıa Qarşı Etiraz Aksiyalarının Min-bir Mənası
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmiye Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi.
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmu Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi. Etriraz aksiyanlarina onminlərcə Azəerbaycan Türkü qatıldı. Etiraz aksiyaları rejimin bütün təzyiq, hədə-qorxu, tutuxlama ve Azərbaycan şeherlerində uygulanan ağır güvənlik tədbirlerine baxmayaraq gerçəkləşdi. Urmiye Gölünün Quruması : Azərbaycanın Məzlumluq Səmbolu Azərbaycanlıların gözündə Umru Gölünün qurması ekolojik müşgüllər yaradağının yanısıra, Günəy Azərbaycanın məzlumluğunun səmboluna çevrilib. Urmiya Gölünün qurmasına qarşı həm İran dövləti həm də onun muxalifləri etnısızlıq göstərirlər. Bu etinasızlıq, Azəbaycanlılara göstərilən etinasızlığın fərqli təzahürü olaraq görsənir. Urmiye Gölünün qurumasına bənzər hadisə Farsların oturduğu bölgədə yaşansaydı, həm rəjimin həm də onun muxalifətinin reaksiyaları çox fərqli olardı. Ona görə də, Güney Azərbaycanda gərçəkləşən bugünkü asksiyların çox çeşidli anlamı vardır. Bugünkü etiraz aksiyaları bir tərəfdən, Azəbaycanın qarşısındaki ekolojik probləmə dünya diqqətini çəkəmək istərkən , digər tərəfdən də, Azərbaycanın məzluğunu, yalnızlığını və onun bilincli/ əmdi olaraq yox olmasını hazırlayan siyasətlərə qarşı üsyan bayrağı qaldırmaq mənasına gəlir. Güney Azərbaycan Hamıya Dərs Vərdi Bugünkü aksiyalar Günəy Azərbaycan Milli hərəkəti yoxdur diyənlərə cavab nitəliyindədir. Günəy Azərbaycan Milli Hərəkəti adını daşıyan bir siyasi hərəkətin olduğunun ən böyük sənədi bugünkü göstərilərdir. Azərbaycan Məşrutiyət dönəmindəki Azərbaycan deyil və Təbriz bir daha Səttar Xan yetişdirəbilməz diyənləri bugünkü hadisələri doğru görməyə və sədaqətli analiz etməyə dəvət etmək lazımdır. Azərbaycanın tarix boyu göstərdiyi qəhrəmanlığı ölmeyib və ölməz də. Çünki qəhramanlıq Azərbaycan kimiliyilə eyniləşib. Bugünkü aksiyalar Azərbaycan qorxur və qorxduğu üçün etiraz etmir diyənlərə dərs nitəliyində bir cavab oldu. Bugünkü aksiylar Azərbaycanın qorxmadığını gösatərdə. Azərbaycanı qorxaqlığla mütəhhim edənlər Azərbaycanı tanımadıqlarını bugün öyrənmiş oldular. Bugünkü aksiyalar Azərbaycan milli hərəkəti rejimin kontrolundədir diyənlərə böyük dərs oldu. Azərbaycan Əran rejiminən bütün təzyiqlrinə baxmayaraq öz etiraz aksiyasını gərçəkləştirdi. Gün boyunca İran İslam cumhuriyəti rəjimə onlarca Azərbaycan Türkünü tutuxladılar. Bugünkü aksiyalar Azərbaycan Milli Hərəkəti Yaşıl hərəkatına qatılmazsa yox olar diyənlərə böyük dərs oldu. Azərbaycan Milli Hərəkəti, Yaşıl hərəkəti olmadan çox öncəden öz varlığını subut edib ve bugündən bələ də, öz varllığını müstəqil və güçlü bir biçimdə dəvam ettirəcəkdir. Bugnkü aksiyalar , milli hərəkəti içindəki əcələ etməyin şuarina sarılanlara da böyük dərs oldu. Bu şuarllarla Azərbaycanı rukuda/durqunluğa çəkmək istəyənlər öz dərslərini aldılar. Azərbaycanın qurtuluş yolu özünə məxsus etiraz formlarını tapıb və hayata geçirmək də olduğunu hamı gördü. Bugnkü aksiyalarla Azərbaycanda kimin güçlü olduğu və kimin siyasi səfərbərlik qabiliyəti olduğu anlaşıldı. Milli hərəkəti yox sayanlar özlərinin yox olacaqlarını görmüş oldular. Uzun illerdir düşmənlər çalışırlar kı, Azərbaycan şəhərləri arasında ixtilaf salsınlar. Təbrizli, Zəncanlı, Urumiyəli və Ərdəbilli kimin adlarla ixtilaf yaradmaq isteyirlər. Bugükü aksiyalar göstərdi ki, Azərbaycan şəhərləri arasında ixtilaf yoxdur və onlar Azərbaycalı kimliyi altında özlərini bir tək vucud kimin görürler. Urmulunun yanında Təbriz başda olmaqla birlikdə bütün Azərbaycanın səf çəkməsi milli kimliyin təşəkkülünü göstərir. Bugünki aksiyalar , traxturu ve traxturşulari təhqir edənlərə və onu milli hərəkətə əngəl olaraq göstərənlərə həqiqəti göstərmiş oldu. Çünki bugünkü aksiyalarda traxturun gücü ve dinamizmi Urmu gölünün və Azərbaycanın yanındaydı. Bugünki aksiyalar Amerika başda olmaqla birlikdə bütün xarici güçlərə də, Azərbaycanın gərçəklərini öyrətmiş oldu. Azərbaycan haqlı olaraq öz milli hədəfləri istiqamətində hərəkət ədir. Azərbaycan öz dilini, tarixini, kültürünü və toprağını qorumaq istəyir. Təssuflə, Batılılar/Qərbilər Fars milliyətçilərinin onların gözlərinə taxdıqları gözlüklərlə/eynəklərlə dünyaya baxırlar. Onlar bugünkü aksiyalari doğru analiz edərlərsə, Fars milliyətçiləri tərəfindən aldatılmış olduqlarını görürlər. Bugünki aksiyalar göstərdi ki, İran İslam Cumhuriyəti Azərbaycanın bir nümrəli düşməni sırlarında yer almaqdadır. İran rejimi Azərbaycanın bütün milli, fərhəngi/kültürəl, huquqi, insani, iktisadi ve sosial haqlarını yox etməklə qalmır ve üstəlik onu təbiyi/doğal fəlakətlə üz-üzə buraxmaq isteyir. İran rejimi bilincili olaraq Azərbaycanlıları təbiyi/doğal fəlakətlə yox etmək isteyir. Çünki nə özü bu fəlaketin qabağını almaq isteyir, nə də ona qarşı mədəni etirazları eşitmək isteyir. İran İslam Cumhuriyəti Fars milliyətçiliyinin hərbi, mədəni, siyasi, sosial , idari-inzibatı , diplomatik ve burokratik vəsiləsi işləvini(karker/ fonksiyon ) görməktədir. Bu yapı/saxtar dağılmadıkca Fars milliyətçiliyi yıxılmaycaqdır.
Arif Kəskin Ankara 2 Nisan/2 Aprel/ 13 Ferverdin
Yazıla ilgili video: http://www.youtube.com/watch?v=_HgBRHPps2I
Qaynaq: goo.gl/DRJrl

Friday, February 11, 2011

Urmiye Gölü Duluz Gəlin üçün bir Şer

Dadsız qalan duzlu gəlin
Duru mavi gözlü gəlin
Urmunun ağdun balası
Göz göz olan can yarası


Ağ qanadı sınan milk
Yarpaq yarpaq solan çiçək
Buludları sürgün olan
El obası üzgün olan
Gür çayları azdırılan
Qara bəxti yazdırılan
Irmaqları dostaq olan
Dalğaları duzlaq olan


Quduz yadlar qorqusunda
Tülkülərin pusqusunda
xələti biçilmədə
Son bardağı içilmədə
Ahay
Ahay
Mavi gözlü urmu gəlini
Üzmə yurdundan əlini


Göz yaşımız sel olmada
Ürək qanı göl olmada
Qanaları qanın verir
Balaların canın verir
Sən elimin əzizisən
Azərbaycan dənizisən
Səril ana yatağında
Can urmunun qucağında
Dalğaların nəğmə desin
Qutlayaq qurtuluş yazın


Qoşaq üçün Qaynaq: Elmira Yarpız Yarpağı Adlı bir Arxadaşımı saya bilərik.nədən? buna Görə ki mən onun özəl səhifəsindən almışam. bir zaman bu qoşuqa sahib çixsa adını lütən burd yazsın mən yazıya artirim.

Thursday, January 20, 2011

Urmiye Gölünün Son Nəfəsi. 70% Urmiye Gölündən Qurudu

Iran Xəbər ajantasinin verdığı bilgilərə Görə Batı Azərbaycan Çevrə Örgütnün Başxani Güney Azərbaycanin Urmiye Şəhərində Təmiz Hava Yeddicə (Həftə) sinə Görə Qatıldığı Törəndə belə deyib ki: indiyə qədər Urmiye Gölü 25 Milyard metreküp (inglizcə= Cubic metre) Suyundan əldən veribdir. 
Abbas Nejad Urmiye Gölü ilə ilgili planlar Qonusunda Deyibdir: Buludlari Toxumlamaq (Cloud Seeding), Suvarmaq və əkinçili Qonusunda olan yanlışlıaları çözmək, Başqa Çaylardan Urmiye Gölünə Su Gətirmək vs ən önəmli planlardan sayılır ki Urmiye Gölünün Qurumasi qonusunda çalişilir! 
Urmiye Gölü hər il 3 Milyard MetrKüp Suya ihtiyaci var. Abbas nejad Barajlar, Urmiye – Təbriz körpüsü, yanlış döşüncəilə suyu əkiniliğə qullanmaq, yağışız az yağması vs kimin qonulari xatirladib ki Urmiye Gölünün Qurumasina səbəb olublar. 
Farsca xəbərin qaynaqi: http://tinyurl.com/5tutooj 
Türkcə latincəyə çevirən: Urmulu Umud

Wednesday, January 19, 2011

Urmiye Gölünü Gərgin Durumu


Urmiye Gölünün Durumu dahada Gərginləşibdir. Duzun yoğunluğu hər liter Suda 400 Qram olubdur.
Urmiye Şəhəri: Batı Azərbaycan Əyalətinin Çevrə Örgütnün başxani Urmiye Gölünün Durumu daha Gərgin duruma yetişib xatirladarkən. Belə söylədi ki hər liter suda 400 Qram Duz Yoğunluğu var.
Hüseyn Abbasnejad iranin mehr Xəbər Ajansina verdığı Danışıqda belə söyləyib ki: normal durumda Urmiye gölünün duz yoğunluğu hər bir litrdə 180-250 Qaram olur. Ancaq üzülərək Yağışların az yağmasından dolayı Urmiye gölünün Gərgin durumuda davam edir. O Urmiye Gölünün Köpüklənməsinin nədənini də Suda yoğunluğu artırılan Duzlardan Qaynaqlanmasini vurğulayibdir. Abbasnejad deyibki indi ki durumda bu Ulusal parkin Qurumasinin önünü almaq üçün bəzi işlər olunub və Görülməkdədir!?
Abbasnejad Buludlarin Toxumlanmasi (Cloud Seeding)qonusunda belə deyib ki: Batı Azərbaycanda bu Planin icra olunamsi üçün Araştırmalar olub və bitib! Və ən yaxın zamanda Urmiye Şəhərində Buludlar Toxumnalacaqdir(Cloud Seeding).
Batı Azərbaycan Çevrə Örgütnün başxani Urmiye – Təbriz Şəhərləri arasında Vorulan körpü və onun Urmiye Gölünün Qurudmasi qonsuunda etgisi olub ya yox belə dedi ki: bu qonuda indiyədək çoxlu fərqli döşüncələr və görüşlər paylaşılıbdır ancaq mən sanıram bu körp Urmiye Gölünün qurumasinda ilgilisi yoxdur!?
Ababsnejad dedi ki bu körpünün vurulmasi yanlız Urmiye gölünün Suyunun dönməsində oynami (Rol) olubdur ki çalışırıq Urmiye tərəfəindən bir 500 metrlik kanal vuraq.
Çevrə Uzmanlarinin Urmiye Gölü qonusunda yaydıqları və araştırdıqları bilgilərə Görə 12 ildir ki Urmiye Gölünün Suyu hər il ötən ildən daha azalibdir. 
Urmiye Gölü Azərbaycanin və iranin ən böyük Ulusal və çevrəsel Gölüdür ki neçə il olur ki qurumaqla qarşı-qarşıyadır. Çevrə uzmanlari 5 ilin içində Urmiye Gölünün Quruamsindan Xəbər veriblər.
Fasrca xəbərin qaynaqi: http://tinyurl.com/5u73d7v
Türkcə latincəyə çevirən: Urmulu Umud 

Monday, January 17, 2011

Urmiye Gölünün Qurumasila ilgili heç bir Önəmli iş olmayibdir


Doğu Azərbaycan Çevrə Örgütnün Başxani: Urmiye Gölünün Qurumasila ilgili heç bir Önəmli iş olmayibdir.
Bu il Urmiye Gölünün Susuzluq durumu daha öncəki illrədən gərgindir və hər gün ki geçir Urmiye Gölünün durumu daha gərginləşir. Çevrə Uzmanlari Urmiye Gölünün Qrumasindan xəbər verərək hər gn bu Gölün suyu azalir. Ancaq qonuila ilgili Çoxlu toplantilar olub ki bunalrin amaci və sonucunda xəbər almaq üçün Doğu Azərbaycan çevrə örgütünn başxanila bir araya gələrək bu soruya ki indiyədək Urmiye Gölünün Quruamsinin Qarşısına alamq üçün nə önəmli iş Görülüb belə yanıt verdi ki hələ heç bir önəməli iş Urmiye gölünün Ulusal parki üçün Görülməyibdir. 
Böyük Rəiyis biz öncə Urmiye Gölünə başq çaylardan Su gətirmək plani varimizyidi ancaq hələ bəlli dəyil ki nə olub və bu iş yanlız planda qalibdir.
Böyük Rəyisi bu soruya Yanıt olaarq ki Buludlari "Cloud seeding"  (bu Sözə Türkcəmizdə Qarşı bir söz tapa bilmədim. Dil Uzmanalri yardımçı ola bilsələr Gözə olur) eyləmək plani necə oldu. Belə belə yanıt verdi ki buludlar üç dəfə "Cloud seeding" olub ki bir dəfəsi yaxşı sonuc alaraq Yağış yağıdı. 
O bu soruya ki bu iş Urmiye gölünün Qurumasına Qarşı ola bilər belə söylədi ki: bu işin Sorumlusu başq bir örgütdür onalri yanıtlamalı.
Farsca qaynaq: http://tinyurl.com/672gzvg 
Farscadan latin Türkcəyə çevirən Urmulu Umud

Wednesday, January 12, 2011

Urmiye Gölünün Güney Bölgəsi gələn ilədək quruyacaqdir

Batı Azərbaycan Çevrə Örgütnün BaşBaxaninin verdiyi Xəbərlərə Görə Yağışın az Yağması əyər davam edirsə Urmiye Gölünün Güney Bölgəsi Gələn ilədək Quruyacaqdir. 
Mühəndis AbbasNejad Batı Azərbaycan Çevrə Örgütünün Başbaxani Urmiye Gölünün Durumu ginəd gərginləşdibidr və zaman içərisində daha gərginləşəcəkdir. Onun verdiyi söz ki Xəzər Dənizindən Urmiye Gölünün Su Gətirmək Plani necə oldu? Belə yanıtlayıb ki belə bir plan söz qonusu dəyildir və imkansiz bir plandir. Abbasnejad belə deyib ki Urmiye Gölünün Qurumasinin Qarşısını almaq üçün yurudulən planlar davam edir...
O sözylədi ki Qış Sürəsində olduğumuz üçün Urmiye Gölünün Su əldən Verilməsi və Buxar olamsi bir az azalibdir və Urmiye gölünün Suyunun Qırmızı rəngə çevrilməsidə aradan getməkdədir!
Batı Azərbaycan Çevrə Örgtünün Başxani belə deyib ki: bir neçə Çaydan Urmiye Gölünədə Su Tökülür!
Abbasnejad Urmiye Gölünün Qurumasinin ən önəmli Səbəblərini Yağışın Az Yağması Sayarkən Urmiye Gölünə tökülən Çaylarda Baraz(Sədd) Vurmasini 20% olaraq bu Çevrə Fəlakətinə önəm verib! O deyib ki bu il Qışda heç bir Yağış Yağmayıbdır. O Deyib ki sonu yeddici (Həftə)lərdə yanlız 1-2 Gün Qar Yağıb ki belə bir Qar Yağmalar Urmiye gölünün Qurumasina Qarşı ola biləmz. 
Urmiye Gölü hər ildə 5 milyard MetrM Suyua ehtiyaci var. O deyib ki indiki durudma Urmiye Gölündə yanlız yosunlər Yaşaya bilir.

Wednesday, September 22, 2010

Urmiye Gölünün Yalqızı

Bir Göz Damça Tikmişəm Duz Gölünün Qırağında, Dörd-Dövrəsi bir kölgəsı. Mənim ki belə gəlib. Elə vaxt olur inənən qəbir qazaram, hərdən də olur hər zaddan Doyaram. Hərdən də Nay-Nay Çalıb oynaqlaram. Dad El Qabarindan, Dad ilan kimi Soyulan üz-Göz Qabığından, Aman Düz Soruğundan. Başina Gəməyən bilməz. Dərd Adami oynadar da, Oynaqladar da.
Axşam olub-olacağın Duz Gölünün qırnasında Otururam. Cumaram o Həzin Ləpələrin Aləmınə. Gün Batar-Batmaz da bir Yel Qavzanar Çarpazdan Sinə Gərər Gölün Canına. Qurbət Sazaği Çalr Üzümə. Mənim kini Verər özümə. Oxumaq havası Vurar başıma. Hamısı Da Gənlik Havsı olar, indi yeni Gəlib DüşGün çağımda Bağrıma olar dolar. Günün batan Çağı-istir Suyuq hava istir isti-başıma, Eləsən, Hava Gələr. Ağim Qaradan Arınmaz. Axşamin Şafaği Sarımıl Portağal Rəngi, Hərdən tutqun bənövşə, Bəzən Xına-Boyaq, Saçilanda o Tala-Tala Buludlara, Deyirəm Tanrı, indicə Dünya başa Çatacaq, mənimkidə Qurdnan qiyamətə qalacaq. Ala-Qaranlıq Səhmi Çkər Canıma. Gizlin bir Tiringə Könlümün Umsuq Bucağından Qavzanar, Ancaq, qocalıq Nəfəsimdən Şaqqildayib Çixa bilməz. Kişi istər Göz yaşi Töküb Bozlamasin.
Qaranlıq ki Düşmədi, Duz Gölünün Qırnasında Tonqali Qalaram. Könlümə Yatan Alovlari oynadaram. Gecə havasi olar, Alov Havsi olar, Suyun Çap-Çap Çapbiltisi olar. Qaralıq bir mən bir də Duz Boqoca Döşümün Boğulmuş havsi kimi Gölün Otay başında bir zad. Onun havasi Nə Tonqalın havasina bənzər, nə gecənin. Düzünü axtarsan Ürək Çırpıntısına Bənzər, Gözün Siyirməyinə bənzər.   
Canım o da Dönər. Vurar Beynimə nə Soyunam nə də Çırmalanam; ha Vuram suya Tuş otaya. Ya mənə Verən tanrı ola ya ona. Çöplənə bir Yolluq Hesabimiz.
Ancaq hərdən Bam-Başqa bir zadddir. Könlümə Dolar bir Gəmi Quram bu damçani Qurduğum təkin. Salam Gəmin Gölə, Kürəklərim su üzündə. Gecəsi Ayın üzü, Dağların Arxasında Qalxa Mən istəyən Təkin. Gələ Gözəl Qona Gölün GözGüsünə. Mən də onun Solğun Yanaqlarini Kürəklərimnən Narın-Narın Qarışdıram Suda, Ovuşduram Dop-Dövrlana. Qalxıb Genədə Göy Döşünə Taxılanda, mən də Tuş Gölün o başında Yenəm. Oturam orada o Gecənin Şafaqli Canında, Ayın öpüb Uca Qucağında, Sevdali Baxışında. Kimsəsi baş qaldıra Sudan, havadan, nə bilim, Ana-Bacı Gözünü Sağaldan torpaqdan. Bəlkədə Dağlarin neçə Aylıq Qar Altından, bəlkədə Üç Aylıq Yolları üç Günlük Edən Kəsərli Nəfəsdən, nə zaman biliniə nə Məkan. Əllər əgzə Sazlar Telində, qərib Qoynunda, Kərəm Dilində, Yar Elində. Bircə o Gizlin tiringinə glə, Bu Yol, Şaqqılda ya Bulud Təkin kişi Nəfəsimdə.
Qaynaq: Varlıq Dərgisi yazan Naser Mənzuri və Latincə Çeviri Umud Urmulu