Saturday, December 4, 2010
Erməni plagiatlığının qurbanı – Balaban
Erməni plagiatlığının qurbanı – balaban
Azərbaycan Türklərinin mədəni irsinə göz dikən ermənilər bir cox milli musiqi alətlərimiz kimi, balabanı da hədəfə aliblar. Onlar bütün dünyaya balabanın "erməni milli musiqi aləti" olduğunu bəyan etməkdədilər. Balabanı “duduk” adlandıran ermənilər bir sıra ölkələrdə, məsələn, ABŞ-da onu özlərinə məxsus musiqi aləti kimi tanıda biliblər. Amerikanları aldatmaq üçün ermənilər ABŞ-da hətta özlərinə məxsus “duduk” məktəbi də açıblar.
Amma ermənilər çox yaxşı bilirlər ki, balaban Azərbaycana məxsus qədim nəfəs alətidir. Alətin boru hissəsi əsasən ərik agacından, boruya birləşən müştük isə qarğıdan düzəldilir. Balaban «bala» və «ban» sözlərinin birləşməsindən əmələ gəlib, «həzin səs» mənasını verir. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.
Bakidaki İncəsənət Gimnaziyasının müəllimi Babaxan Əmirov deyir ki, alətin daha çox ərik ağacından hazırlanmasının səbəbi var. Bu da əriyin nəfəsdən gələn rütubətə davamlılığıyla bağlıdır. Balabanın keyfiyyəti onun materiallarının necə qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur.
Balabanın uzunluğu 280- 370 mm-ə qədər, müştüyün uzunluğu isə 9- 10 mm olur. Alətin boru hissəsinin üstündə səkkiz və ya doqquz, altında bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır.
İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır.
Balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov xalqımıza məxsusu olan bu aləti qardaş Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada “duduk” kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.
Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı...
Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycanın məşhur bəstəkarları bundan istifadə ediblər. Belə ki, Üzeyir Hacıbəyovun «İkinci fantaziya», Müslüm Maqomayevin «Azərbaycan çöllərində», Hacı Xanməmmədovun «Simfoniyetta» və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.
5 Aralıq 2010
http://plagiarism-az.com
Labels:
Azerbaijan instrument,
Azerbaycan,
Azərbaycan,
Balaban,
Duduk,
Erməni,
Folklor,
Musiqi,
Türk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment