Urmulu Tayamz
Tuesday, December 28, 2010
Urmiye Şəhərindən Gələn işıqlar - Mirzə Həbib Ağazadə
Mirzə həbib Urmiye Şəhərində olan ayrımlu tayfasından və 1262 günəş iləilə Urmiye şəhərində dünyayə Göz açmışdır . Anası gündüzlü tayfasına Sayılır. 1283 günəş ilində Urmu Şəhərinin aydınlarıla birgə Fəryad ( hayqırış ) gündəligin Yaymışlar , həmən gündəligdən sonra Fərvərdin adıla Yayımlanırdı. Mizə həbib nəşre məarif cəmiətin Yaratdi . Bu cəmiətdə mirzə Mahmud qəznəvi , Mahəmmud Əşraf zadə , Sadiqzadə çalışırdılar , həmin gündəlikdən sonra istibdad tərəfindən yazarlarına qarşı basqı atırıldı o cümlədən hac Moəidoltocar، Məhəmməd zəhtab , hac Nazim Qarabağı , Mirza Əli Əsgərabadi və Əbutalb Əlizadə çoxlu əzıətlər çəkdilər . Rus ordusu Urmiye Şəhərini işğal etdıkdən sonra rəhmətlik sadiqolmolk ( məarif idarəsinin başxanı ) dara çəkdi , rəhmətlik Qəznəvi və əşrəf zadə Avrupaya qaçdılar və Ağazadə Osmanlı kunsulusluquna pənah apardı və sonralar Tehrana köçdü . 1297günəş iliilə 500 Təbrizli mucahidin başında olaraq Şərəfxana bəndərini basıb və oranı Rus ordusundan geri aldı . Bu zaman mirzə həbib Xiyavani hökümətində Azərbaycan firqəsinin mərkəzi kömitə sində üyə olmuş . Bu fəth və ondan ələ gələn sursat və Ğənimət Təbrizi 6 ay Qorumuşdu . Həmçinin erməni ordusunun Xoy şəhərini almasından qorudu . Fərvərdin gündəligi ki Xiyabani zamanında Urmiyedə və Türkcə Yayımlanırdı bu firqənin Urmuda olan rəsmi nəşriəsimiş . Rəhmətlik Mirzə həbib Ağazadə 1339 günəş ilində dünyasın dəyşdirmişdir .
Urmulu Tayamz
Urmulu Tayamz
Labels:
Adlım,
Azerbaycan,
Güney Azərbaycan,
Orumiyeh,
tarix,
Türk,
Urmia,
Urmiya,
urmiye,
urmu
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment