Showing posts with label Azəri. Show all posts
Showing posts with label Azəri. Show all posts

Thursday, May 26, 2011

Doktor Cavad Hey`әt 86 Yaşındadır

Sayqı vә vican borcu: Doktor Cavad Hey`әt 86 yaşındadır
Mehran Baharlı
Bu yazı TRT Türki düşәrgәsindә yayınlanmışdır:
http://tinyurl.com/3dnm3g6
İran vә Güney Azәrbaycanda modern anlamda Türk milli şuurunun oluşması, Mәşrutә Hәrәkәti vә Âzâdistan olayı ilә iligili olmayıp, bunlarla başlamamışdır. Bu hәrәkәtlәrin hәr ikisi dә İran mәrkәzli hәrәkәtlәr idilәr v heç biri Türk`ü millәt vә Azәrbaycan`ı vәtәn olaraq tәmәl almamışdı. İran vә Güney Azәrbaycanda modern Türklük milli bilinclәnmәnin ilk aşaması, M. Ә. Rәsulzadә`nin 1911 ilindә “İran Türklәri” kitabını yayınlaması ilә başlamışdır. Ardında “İttihâd vә Tәrәqqi” vә “İttihâd-i İslam”ın Güney Azәrbaycanda etginliklәrinin yanqıları vә İran-Güney Azәrbaycanda modern Türkçülüyün atası olan Tağı Rәf`әt`in ortaya çıxması ilә davam edip, bәlli ölçüdә kitlәsәllәşmişdir. Yeni oluşmaqda olan Türk milli bilinclәnmәsi Sovyetlәrin ortaya çıxışı ilә vә bu devlәtin Türk milli kimliyini danaraq vә torpağı tәmәl alaraq oluşdurduğu Kilasik Azәrbaycançılıq ideolojisi sarısından qısa sürәdә sıxışdırılmış vә yeyinliklә sönmәyә üz tutmuşdur. İkinci dünya savaşı sonrası S. C. Pişәvәri`nin öndәrliyindә qurulan “Azәrbaycan Milli Hökümәti” yıxılınca, Türk milli bilincinin gәlişim vә evrimi dә bütünüylә durma nöqtәsinә gәlmişdir. Ondan sonra arada 35 illik uzun bir sәssizlik vә qopma dönәmi yaşanmışdır. İran vә Güney Azәrbaycanda Türk milli bilincinin ikinci aşaması vә ya dirçәlmәsi 1979da Varlıq Dәrgisinin yayınlanması ilә başlamışdır. Bu târixi olay vә dönәmәc, özәlliklә Doktor Cavad Hey`әt, Doktor Hәmid Nutqi vә Doktor Әli Kәmali`nin adlarıyla bağlıdır. Varlıq`ın ortaya çıxmasıyla Güney Azәrbaycan vә İranda Türk milli bilinci sağlam tәmәllәr üzәrindә yüksәlәrәk dәrinlәmәsinә kök salmış, târixdә bәnzәri görülmәmiş vә geri dönülmәz bir biçimdә kitlәsәllәşmişdir.
Bugün mәn sayqı vә vicdan borcu ilә bağlı olduğum Varlıq ekipindәn böyük bir insan, Doktor Cavad Hey`әt vә әsәrlәrini tәqdirlә anmaqdayam. Târixi şәxsiyәtlәrin dәyәrlәndirilmәsi, etdiklәrindәn daha çox, onların etgilәri tәmәlindә yapılmalıdır. Bugün İranda Türk xalqının özünә qayıdış sürәcindә yapılan hәr şeydә Doktor Hey`әt`in izini görmәk mümkündür. Yeni Türk vә Azәrbaycan târixinin son dönәmi onun adı ilә ayrılmaz bir biçimdә bağlıdır. Doktor Cavad Hey`әt`in bir bilim adamının titizliyi ilә yazmış olduğu sağlam yazıları, yaxın târiximizdә başqa kimsәnin yapamadığı ölçüdә Türk xalqının özünü necә idrâk etmәsini etgilәmiş vә ona biçim vermişdir. Onun da ötәsindә, bu alçaq könüllü yazılar, İran vә Güney Azәrbaycanda Türk kimliyinin yaşadılmasını güvәncә altına almışdır. Doktor Cavad Hey`әt`in yazdığı mәqâlә vә kitablar, yalnız incәlәdiyi qonuları әlә alan birәr araşdırma mәqâlәsi vә ya kitabı deyildir. Bunlar Türk xalqı vә Azәrbaycan`ın kimliyi, әdәbiyatı vә mirâsı ilә ilgili bir biriylә bağlantılı qocaman bir dizinin parçalarıdır. Bunlar birәr anımsatmadır, birәr yolçuluqdur, birәr savunma vә e`tirazdır. Doktor Cavad Hey`әt`in Varlıq Dәrgisi-qurumunu sorumluluqla yaradıp ayaqda tutabilmәsi isә, uzaq görәnli bir vizyonun dәhâsıdır. O, qurduğu Varlıq Dәrgisi vә çox yönlü qәlәmi ilә İranda yaşayan Türk xalqına milli bir gәlәcәyin tәmәllәrini atmanı başarmış, bu ölkәdә köklәri qurutulmaq istәnәn әski Türk dili vә varlı kültürünün xalq vә aydın kitlәlәri arasına qayıtması vә yayqınlaşmasına nәdәn olmuşdur. Doktor Hey`әt`in gündәlik qısır siyâsi polemiklәrә girmәdәn, qarınca kimi işlәmәsi, insanlarda Türk dili vә kültürünә qocaman bir ilgi vә çәkimin yaranmasına nәdәn olmuşdur.
Böyük insanların davranış vә eylәmlәri gәnәldә bilincli vә istәnilәn amaclara yönәlik olar. Ancaq ortaya çıxan sonuclar, hәmişә bu amacların doğrultusunda olmayabilir. Buradakı istisna, Doktor Cavad Hey`әt kimi dâhilәrin yapdıqlarıdır. O istәdiyini bilmiş vә bildiyini yapmışdır, yapamayacağını da istәmәmişdir, aşırılığa heç qaçmamışdır. Doktor Cavad Hey`әt`in yapdıqlarını boşluqda deyil, mәtndә oxumaq gәrәkir. O heç bir vaxt açıqca ucuz siyâsәtә qatılmadı. Buna qarşın bir çox Türk vә Azәrbaycanlı siyâsi vә tәşkilatın son yüz il İran`ında başaramadığı işlәri tәk başına başarabildi. O Türk`ün milli kimlik vә Azәrbaycan`ın mәdәni varlığı sağlam tәmәllәr üzәrindә dikkәlmәdikcә siyâsi alanda öz xalqı vә yurdunu qurtaramayacağına inanaraq, әn doğru mucadilә yolunu seçdi. O, bilincli olaraq Türk xalqına solunum (nәfәs) yolu açmaya, onu dışarıya çıxartmaqla uğraşmış, yaşamaq üçün bir ortam yaratmaya çalışmış vә bu mucadilәni dә ruh gücü vә çәlik bir irâdә ilә başarılı sonuca vardırmışdır. Bu, yaxın târiximizdә tayı görülmәmiş bir olaydır. O bir düşünür olaraq, çoxlarına umudsuz gözükәn bir ortamda yeni bir savaşım başlatmış vә onu da başarıyla utquya aparmışdır. Doktor Cavad Hey`әt İranda aşağılanmış, dili vә kimliyi әlindәn alınmış Türk xalqının târixindә yeni bir dönәm açmaq üçün mucadilәyә atılmışdır. Doktor Cavad Hey`әt`dә şaşırdıcı başqa yönlәr dә vardır. Modern bir milli varlıq olabilmәsi üçün, uyduruq tәmәllәr üzәrinә qurulmuş vә Türk xalqının gәrçәk bir millәt olaraq gәlişmәsini әngәllәyәn Azәri vә Azәrbaycanca kimi kimliklәrin, habelә geçmişdәn qalan bir sıra zәrәrli siyâsi gәlәnәklәrin qaldırılması ya da әn azı qıraqlanması (marjinaşdırılması) gәrәkirdi. Doktor Cavad Hey`әt, yılmaq vә qorxmaq bilmәyәn bir yaradıcılıqla yaxın târiximizdә heç kimsәnin gәrçәklәşdirәmәdiyi bu idealları gәrçәklәşdirmәni dә başarmışdır.
Doktor Cavad Hey`әt eşsiz kişiliyi ilә bütün insanların sayqısını qazanan, ciddiyәti ilә hamını özünә inandıran, gәlәcәk quşaqlar üçün sağlam tәmәllәr atmağa uğraşan bir millәt yaradıcısı vә olqun vә kamala yetişmiş zәkası ilә millәtinin ortasında yaşayan bir bilgәdir. O İran vә Güney Azәrbaycanda yaşayan Türk xalqına Türk olduğundan, târixindәn vә dilindәn dolayı özünә güvәnmә vә dayanma duyqusunu aşıladı. Bu üzdәn dә yeni Türk gәncliyi, Doktor Cavad Hey`әt`in әsәrlәrinә vә mucadilәsinә heyrandır. Çünkü onda öz kimliyi vә özgürlüyünü sevәn, bütün xalqlar üçün sәmbol olaraq qalacaq güclü bir kişiliyi görmәkdәdir. Mәnim üçün isә Doktor Hey`әt, sorumluluq duyqusu vә mәdәni cәsarәt ilә durmadan çalışan, әsin qaynağı  vә örnәk olan, mәdәni çalışmalar vә sürәkliliyin önәmini göstәrәn, öz millәti vә insanlıq âlәminә bәslәdiyi sevgi ilә bir dâhinin nәlәr yaradabilәcәyini hәyәcanlı bir sәhnәdә seyr etdirәn ulu bir insandır. Onu işi, mәnim Türk ayrıcalığını anlama vә yazmaya başlamamda önәmli rol oynamışdır. Doktor Cavad Hey`әt uşaqkәn mәnim qәhrәmanlarım arasındaydı. Mәn bugün dә onun heyranları arasında bulunmaya davam edirәm.

Sunday, April 24, 2011

Və Şeirlər Azərbaycanlaşacaq: Balaş Azəroğlunun Vəfatı Münasibətiylə

Son vaxtlarda acı xəbər eşitmədiyim günüm yox. Sevinc tək -tək gəlirsə də,  kədərlər, dərdlər və ezablar ton-ton gəlir. Kədərlər gəlməyə başlarsa arxası kəsilmir.Bugün də,  günə  Balaş Azəroğlunun ölüm xəbərinin üzüntüsü ve sarsıntısıyla başladıq.
Balaş Azəroğlunun eərləriylə uşaqlşqda tanış oldum. Balaş Azəroğlunun eərləriylə ilk tanışlığım, Yehya Şeyda tərəfindən yayına hazırlanan ` Savalan Nəğmələri` kitabiyla mümkün oldu. ` Savalan Nəğmələri`  Balaş Azəroğlunun əsərlərinin içindən seçilmiş bir səbəd gül kimi gəldi mənə. Kitab incə ve orda yayınlanan  şeirlərin sayısı az olsa da  günlərcə və aylarca  oxudum . Elə ki, bəzi şeirlerini əzbərləmişdim.
O kiabı oxuduqdan sonra,  Balaş   Azəroğlunun hayatı ve Şerləriyle daha  yaxından tanış olmaya qərar verdim.  Çox tez anladım ki, Balaşın hayat hikayəsi Güney Azərbaycanın 20-nci esrinin hikayəsindən fərqli bir şey deyil. Balaş Azəroğlunun yaşadığı dərbedərlik, sürgün, yoxsulluq, təhqir və bütün bu  çətinliklərə baxmayaraq dim-dik ayaqda durması  ve ölüm anına qədər qəlbindəki Güney Azərbaycan atəşinin  sönməzliyi, bizlər üçün  yanmış , kül olmuş və öz doğma kənd və şəhərlərindən qoparılan ve yad küləklərin rəhmsiz caynaqlarında sovrulmaları istənilən  qəhraman ve mühtəşəm nəslin hayat hikayəsidir.
Bizlər, o  nəslin yaşadığı çox yönlü ezab, təhqir, ölüm və qaranlıq günləri yaxşı bilmirik. Onların çoxu  Pəhləvi xanədanının qanlı süngünləriyle parçalandılar. Onların çoxu Totalitar İstalinist rejimin öldürücü caynaqlarında sovruldular, dəli oldular, açlıkdan küçə başında öldülər, KGB türmelərində yox oldular, Şah Pehləvinin dar ağacına asıldılar,  Xumeyi rejiminin  qanlı pəncələrində pərpər oldular. Onları İstalin, Şah Pəhləvi ve Xumeyni rejimləri qıyım-qıyım doğrarkən, bizlər xəbərsiz ve sessizdik.  Onlar,  qıyım-qıyım doğranırkən bizlərə ` hoş-hoş Pişəvəri-engi boş Pişeveri` nağaratını oxudurdular. Qan qoxusuyla var olan quzqunlar Azərbaycanın əfsanə nəslini yox edib ve sonrada onların cənazələri üstündə  şadlıq bəzmi qururdular.
Onları öldürüb, cənazələrində şadlıq edən kaftarlar “ casus Pişəvəri”, “ xain demokrat firqəsi”” ve “ Azərbaycan düşməni Pişəvəri” kimi  zəhərli sözləri də bizim beynimizdə yerləşdirirdilər.Onları fiziki olaraq yox eden ırqçı qaranlıq əllər, bizi də mənəvi olaraq yox edirdilər. Onların haqqında yalanlar diyərək keçmişimizi oğurlayırdılar, hafizəmizi/yaddaşımızı oğurlayırdılar, tariximizi oğurlayırdılar. Bizim keçmişimizi, tarximizi oğurulayaraq mənəviyatımızı oğurlayırdılar, məneviyatımızı oğurlayraq bizi “zibilə”, “tofalyə” ve “aşqala” çevirmək isteyirdilər. Bizim mənəviyatımızı qəsb edərək isteyirdilər ki, Farsların qapsınıa gedək  və hamının eşidəbiləcəyi  uca  səslə “ mən Türk deyiləm Azəriyəm” çirkəfini  bağıraq. Bizim mühtəşəm  nesli yox ederek  bizləri  “köpəkləşdirərək” Farsların rahat yaşabilmələri  üçün “İranın bütün sərhədlərini qoruyan qapı qulu” kimi yetişdirmək isteyirdilər.
Kaftarlar Azərbaycan muasir tarixinin mühtəşəm nəslini  fiziki olaraq yox etsələr də,  mənəvi olaraq yox edəbilmədilər. Onların maddi bədənlərini  məhv ettilər , ancaq onların ruhlarını, ideallarını və hədəflərini öldürəbilmədilər.Düşmənler, onların Milli Hökümət adiyla tikdikləri şanlı evin dam-duvarın yıxdılarsa da, ancaq, o evin qəlbində gür-gür yanan isti ocağı söndürəbilmədilər. Zehtabilər, Əli Təbrizlilər, Səhəndlər ve  Bulut Qaraçörlülər kimi  ədəbiyat abidələrimiz o qanlı atəşi qordular, o qanlı ocağın atəşinin sönməsinə izin vermədilər.  O qanlı ocağın atəşı böyüdü ve  Babək qalasının zirvəsinə çıxdı. O atəş Xordad (May2006) hadisələrində   Güney Azerbnaycanın bütün şəhərlərində ırqçı rejimi titrətti. O  atəş Urmiye Gölünün qorunmasında Təbrizin mərkəzində  yenidən əllərdə, dodaqlarda və ürəklərdə gəzdi.
Balaş  Azəroğlu öz şəxsi hayatindakı xətası ve səvabiyla,  yanmış ve kül olmuş nəslin qalanlarından biriydi. Onun əsərlərinde Güney Azərbaycan hər zaman var oldu. Onun əsərlərinde Azərbaycan insanının yaşadığı bütün çətinliklər öz əksini tapdı. Balaş Azəroğlu Güney Azərbaycanın `dilsizliyindən` danışdığı qədər onun yoxsulluğundan ve yağmalanmasından da  danışırdı.Balaş Azəroğlu mənim gözümde fəqət bir şair deyil. O, mənim gözümdə mühtəşəm bir nəslinin son təmsilçilərindən sayılırdı. O, indi  Seyid Cəfər Pişəvərinin yanına getti. O getti, ancaq qelbindeki yanan Güney Azərbaycan atəşi hələ də alovlanır.
Güney Azerbaycan ateşi  indi Azerbaycan gənclərinin ellerində, gözlərində və qəlblərində alovlanır. Ellərdəki milyonlarca ateş onu gösterir ki, Məşrutiyetden günümüzə qəder çəkilən ezablar ve tökülən qanlar bihude deyilmş. Görünən o ki,  Azərbaycan günəş kimi  yenidən doğulacaq. Azərbaycan günəş kimi yenidən doğulduğunda Settar Xan, Baqir xan, Şeyx Mohəmməd Xiyabani ve Pişeveriler de yenidən doğulacaq. Toprağını, tarixini, mənəviyatını və qəsb edilən  iradəsini geri alan Azərbaycan şeirləşəcək. Xalqımız milli qurutuluşunu əldə ettiyində  Azərbaycan şeər olacaq ve bütün şeirlər də Azərbaycanlaşacaq. O zaman Azerbaycan poeziyasi kələmənin sehriylə oğurlanmış mənəviyatımızı yenidən var edəcək. O gün Balaş Azəroğlular da yanımızda olacaq.
Arif Kəskin Ankara
24.04.2011

Tuesday, March 22, 2011

"Azəri" Kələməsinin İbhamı Haqqında Qısa Not

"Azəri" Kələməsinin İbhamı  Haqqında  Qısa Not 
Ari Kəskin
Fars milliyətçiləri İrandaki Azərbaycan Türklərini  tanımlamaq üçün  Azəri kelmesini istifadə ediller.  Ehmed Kesrevinin “ Azəri ya Zəban Bastani Azərbaycan” əsərini  də Azəri kelimesinin istifadəsine teorik dayanaq olaraq göstərirlər. Əhməd Kəsrəvənin “ Azəri ya Zəban Bastani Azərbaycan” əsərində önə sürdüyü tezisləri daha sonra həm öz məqalələri həm də fərqli tarixçilərin çalışmaları çürütülmüşdür.
Fars milliyitçileri  Azəri kələməsini çox geniş ve Əhmed Kəsrəvinin tezislərini də aşacaq şekildə istifadə edirler. Eslində Əhmed Kəsrəvini də öz mənfətleri istiqameəində təhrif edirler. Başqa bir sözlə  bu gün Azəri kələməsine yükleənən /ətfedilen  məna Əhmed Keəsrəvinin “ Azəri ya zeban Bastani Azərbaycan” tezislerindən çox ferqlidir.
Əhməd Kəsrəvi 1921-ci ildə «Azəri ya Zəban Bastane Azərbaycan» adlı əsərini nəşr etmişdi. Müəllif bu əsərində Azərbaycanlıların türk olmadıqlarını irəli sürmüşdür. Kəsrəviyə görə Azərbaycanın eski dili türk dil ailəsinə mənsub dəyildir. Azəri dili İran mənşəli bir dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar. Kesreviye görə bu dil Azərbaycanın bəzi  bölgələrində yaşasa da  bugün Azərbaycanda danışılan dil Türkçədir. Başqa bir sözlə Əhməd Kəsrəvi bugünkü Azərbaycanda yayqın olaraq danışılan dilin Azəri olmadığını qəbul edir. Azəri dilini Azərbaycanın əski/bastani dili kimin taımlayır..
Əhməd  KəsrəviAzəri kələməsəni dil adı kimin istifadə edir. Əhmed Kərəvinin əsərlərində Azəri məfhumu etnisite ve millət mənasında dəyil. Kəsrəviyə görə Azəri dili İran menşeli dildir  ve bu dili danışanlar isə ariya nejad/ırqına mənsubdurlar.
Fars milliyətçiləri Əhməd Kəsrəvinin qondarma tezislərini bele təhrif etmişlər ve Kəsrəvinin istifadə ettiyi mənanın ötəsində faydanırlar. Kesrevi Azəri dilini Azərbaycanın əski dili kimin tərif edir, ancaq Fars milliyətçiləri bugün də Azərbaycanda danışılan dilin Azəri olduğunu iddia edirlər. Halbu ki, Kəsrəvi  Azərbaycanın bugünkü diilini türkçə olduğunu qəbul edir.Əhməd Kəsrəvə Azəri kələmesini  dil adı kimin istifadə edir, fars milliyətçiləri isə Azəri kələməsini etnisitə, millət ve ırq/nejad mənasında istifadə edir.
Görüldüyü kimin Azəri kələmesi ne mənaya gəldiyi bəlli olmayan çox mubhəm bir məfhuma çevrilmişdir. Bu da Fars milliyətçilərnin esası çelişki/tenaquzlərindən biridir.
Fars milliyətçiəlri öz teorisiyənlerinin tezislərini tehrif edərek kültürəl/fərhəngi Faşist özəlliklərini  açıq şəkildə göstərmiştir. Əhməd Kəsrəvi kimin fars milliyətçi teorisiyəni  tehrif edən siyasi axımın həqqniyetdən nə qədər məhrum olduğu ortadadır. Bu təhrif Azəri kələməsəni tarixi mevzu olmaqdan çıxartmış,  asimlasyon ve inkar siyasətinin önəmli vəsiləsine çevirimişdir.
İşinin qərib tərəfi fars milliyətçilərinin bu təhrif dəyil. Çünki onlarin ne olduqlarını  bilirik . İranda özlərini “dəmokrat” olaraq adlandıran niruların/quvvələrin də bu kekələməni  istifadə  etmələri  çox calibdir.
Mehran Baharli:
Mәnim bu qonudakı görüşlәrim özәtlә belәdir:
1-“Âzәri” adını, “Türk” xalqı vә dili üçün qullanmaq tәmәlsiz vә yanlışdır. Bu ad nә İran’da, nә Türkiyә’dә, nә dә İngilizcәdә biz vә dilimizi adlandırmaq üçün işlәdilmәmәlidir.
2-Türkül (Turkic) x...alq vә millәtlәr hәr biri öz bәyәndiklәri, mәnimsәdiklәri vә işlәtdiklәri adlarla adlandırılmalıdırlar. Örnәyin Özbәk, Uyqur, Tatar, Türkmәn, Qazaq, Qırqız, ....
3-Türkül (Turkic) xalqlar arasında, milli adı ortaq vә “Türk” olan iki millәt vardır. O da biz vә Türkiyә-Balķan-Qibris’dә olanlardır. Bu iki millәti adlandıranda, özәlliklә bunları bir birindәn ayırt etmәk istәrkәn, “Türkiyә Türkü” vә “Azәrbaycan Türkü” diyә adlandırmalıyıq. Necәki “Balķan Türkü” vә “Qibris Türkü” deyirik.
4-Acı gәrçәk budur ki milli adımız olan “Türk”ü, tәkcә İran devlәti vә Paniranistlәr deyil, Türkiyә rәsmi görüşü dә bizim әlimizdәn almaya, bizdәn çalmaya qalxışmışdır. Bu davranış kәsinliklә bizim qәbul edәbilәcәyimiz bir davranış deyildir.
5-Türkiyә Türklәri, özәlliklә bu ölkәnin eliti vә rәsmi görüşü, bizim milli adımız olan “Türk”ü bizә qaytarmaq vә daha doğrusu “Türk” milli adınını bizimlә paylaşmaq zorundadır. Türkiyә rәsmi görüşü, “Türk”ün millәt adı vә etnik ad olaraq tәkcә onları deyil bizi dә tәmsil etdiyini, bu milli adın iki millәtә âyid olduğunu qәbul etmәli vә bu gәrçәyә sayqı göstәrmәlidir.
6-Bu doğrultuda, Türkiyә mediyasında çıxan “Türk-İran ilişgilәri” kimi tәrkiblәr tәmәldәn yanlışdır. Birincisi buna görә ki “İran” bir devlәt adıdır, millәt adı deyildir. Dolayısı ilә “İran”ın qarşılığı “Türkiyә” olmalıdır vә nә “Türk”. İkincisi “Türk”, Türkiyә devlәti ilә eşit tutulamaz, Türkiyә devlәti bütün Türkiyәlilәrin vә nә tәkcә bu ölkәdә yaşayan Türklәrin devlәtidir. Ayrıca “Türk”dәn amac, bir millәt isә dә, onu Türkiyә’dә yaşayanlara tәkәl vә özәl etmәk yanlışdır. “Türk”, Türkiyәlilәrin milli adı olduğu qәdәr, bizim dә milli adımızdır.

Friday, November 26, 2010

Azəri, Azərbaycanli Termləri Türklüyüümzü inkar Edir


Azərbaycan Türklərinə azəri deyilməsi artıq adi hal alıb. Bir qayda olaraq həm azərbaycanlılar özləri, həm də başqa xalqların nümayəndələri Azərbaycan Türklərinə bu cür xitab edirlər. Maraqlıdır ki, bu ifadə yalnız Azərbaycanın türk əsilli vətəndaşlarına xitabən deyilir. Yəni məsələn, ölkədə yaşayan başqa millətlərin nümayəndələrinə bir çox hallarda öz milli kimlikləri ilə müraciət edirlər. Tutalım ki, kürd, ləzgi və ya talışlar məxsus olduqları xalqın adı ilə müraciət edilir. Ancaq Azərbaycanın türk əhalisi ölkənin adının qısaldılmış forması ilə yəni azəri kimi çağırılır.
Oxşar müraciət forması İranda yaşayan etnik Azərbaycan türklərinə də edilir. Onlar da azəri adlandırılırlar. Xüsusən də Türkiyədə bu cür müraciət geniş yayılıb və qardaş ölkə vətəndaşları bizləri bir qayda olaraq azəri deyə çağırırlar.
Ancaq bu adlandırma yanlışdır və zaman-zaman Azərbaycan ziyalıları, alimlər bu ifadənin doğru olmadığı haqda fikirlərini açıqlayıblar. Bu günlərdə şair Fikrət Sadıq yenidən bu mövzuya toxunub və Azərbaycan türklərinin azəri adlandırılmasını tənqid edib. Azəri kəlməsinin ilk dəfə İranda fars millətçiləri tərəfindən ortaya atıldığını bildirib. Eyni zamanda F.Sadıq məqaləsində Ədalət Tahirzadənin “Kəsrəviçiliyin kökü, özəyi, ardıcılları, dirilməsi” məqaləsinə istinad edib.
Qeyd edək ki, son zamanlar adlar və soyadlarla bağlı məsələnin gündəmə gəlməsini nəzərə alaraq mövzuya aid mütəxəssis rəyi almaq qərarına gəldik. Tədqiqatçı Ədalət Tahirzadə bildirdi ki, Azərbaycan türklərinin azəri adlandırılması kökündən yanlış bir məsələdir. Həmsöhbətimizin fikrincə, azəri kəlməsi və ümumiyyətlə türk kimliyinin gizlədilməsi Azərbaycanı işğal edən və əsarətdə saxlamaq istəyən imperiyalar tərəfindən ortaya atılıb: “Azərbaycan ərazisində yaşayan türklər tarix boyu türk adlanıb. Həm cənubda, həm də şimalda yaşayanlar türk hesab olunublar. Bu gün də Güney Azərbaycanda yaşayan 40 milyon həmvətənimiz özlərini türk adlandırır. Ancaq bizi azəri adlandırırlar. Necə ola bilər ki, bir millətin iki adı olsun. Onlar öz dillərinə türk dili deyirlər, biz dilimizə Azərbaycan dili deyirik. Bir dilin necə iki adı ola bilər?”
Ə.Tahirzadə qeyd etdi ki, azəri kəlməsi ilk dəfə ötən əsrin əvvəllərində ortaya çıxıb. Belə ki, sovet hakimiyyəti Azərbaycan türklərinin milli kimliklərinin unutdurulması üçün ilk olaraq Azərbaycanda dilin və millətin adının dəyişdirilməsinə əl atıb. Maraqlıdır ki, paralel olaraq oxşar proses İranda Pəhləvi xanədanlığı tərəfindən həyata keçirilib: “Bu, çar Rusiyası vaxtı ortaya atılmış və sonralar Stalin tərəfindən reallaşdırılmış türk millətini parçalamaq planı idi. SSRİ-nin ilk konstitusiyasında ilk dəfə türk sözünü azərbaycanlı sözü əvəz elədi. Bu prosesi sovetlər və Stalin aparırdısa, İranda da bu işi Pəhləvi rejimi davam etdirirdi. 1926-cı ildə Kəsrəvi azəri məsələsini ortaya atdı. Kəsrəvi iddia edirdi ki, azərilər qədim farslardır, fars dilində danışıblar. Ancaq sonradan bu farslar türkləşib türk dilində danışıblar. 12-15-ci əsrdən sonra qədim farslar türkcə danışmağa başlayıblar. Kəsrəvi iddia edirdi ki, indiki Azərbaycan əhalisi qədim azərilərdir, yəni farslar. Bu məsələdə sovetlər birliyi ilə Pəhləvi rejiminin siyasəti üst-üstə düşdü. Yəni hər ikisi bu bölgənin türklərini öz adından məhrum etməyə çalışırdılar. Azəri qondarma bir addır. Türk millətini parçalamaq üçün Pəhləvi rejiminin ortaya atdığı addır. Təəssüf ki, Türkiyədə də bu sözü işlədirlər. Bununla da yanlış yapırlar. Onlar da bizi türk kimi qəbul etməlidirlər. Azəri sözünü Türkiyədə ilk dəfə yanılmıramsa, ilk Türk ensiklopediyasında Mehmed Fuad Köprülüzadə ortaya atıb və azəriləri Azərbaycanın türk əhalisi kimi qeyd edib. Bundan sonra Türkiyədə Azərbaycan türklərinə azəri deyilir”.
Azərbaycan Türklərinə “azərbaycanlı” deyilməsinin də doğru olmadığını deyən, həmsöhbətim “azərbaycanlı” sözünün bu torpaqlarda yaşayan bütün millətləri özündə birləşdirdiyini və bu səbəbdən də bir millətə şamil edilməsinin yanlış olduğunu dedi: “Azərbaycanda yaşayan bütün millətlər azərbaycanlıdır. Ancaq rəsmi statistikada bu azərbaycanlıların içərisində türk yoxdur. Bütün azsaylı xalqların hər birinin adı olduğu halda, bu ölkənin ən çoxsaylı vətəndaşı olan türkün adı yoxdur.

KƏNAN
Qaynaq