Tuesday, June 14, 2011

Mərziyə : Azərbaycanli Qoşuqçu və Yazar Türk Xalqi Qəhrəmani

Mərziyə Uskoyi bir Yazar, Bir Qoşar (Şair), Bir Öyrətmən, bir Qadın, Bir Əməkçi, bir ülkücü(idealist)Bir Devrimçi, bir Xalq Bahadiridir! Türk Xalqinin Yetişdirdiği bu Arı Ürəkli (Təmiz kökünllü), Aydın Döşüncəli, Xalqi, Yurdu və Ana dilində Dərindən Bağlı olan Gözəl insan, Tək kələmədə Azərbaycanin Üzü Ağı və Baş Ucalığıdır. O Türk Xalqinin Özgürlüyü yulunda gəncə Canının bilə əsirgəməyən Sevimli, Nisgilli, Şəhid Qızıdır. O Mən Yazarlıqla Yaşamaq istəmirəm, Nağıllarımı Yaşamımla yazmaq istəyirəm deyirdi və bunuda Qələmilə, Yaşamıilə Doğruladi. Mərziyənin həm Qara Davat, həmdə Al Qani ilə yazdıqları, Xalqimizda ona Qarşı sonsuz bir Sayqınlıq qazandirmiş, Anısıvə Sevgisini Ürəklərdə və beynlərdə bədiləşdirmiş (məngiləşdirmişdir).
Bu Gün Mərziyənin Məzari Türk Xalqi və Azərbaycanin Başqa Şəhid Döşmüş Evladlari Behrüz Dehqani, Əlireza Nabədəl, Kəramət Allah Danişiyan, Bijən Jəzni, Əbd mənaf Fələki, Məhəmməd Hənif nejad, Səid Möhsen, Əsğər Hərisi, Məhəməd Bazərqan, Əli bakiri, Cəfər Ərdəbili, Əhməd Cəlil Əfşar, Həbib Bəradəran Xosruv Şahi ... ilə birlikdə Tehranin Beheşt e Zəhra Qəbristanlığının 33 bölümündə, bu Qəhrəmmanlar heç bir şəkildə yaraşmayan yıxıq və baximsiz, utanc Verici bir durumda biraxilmişdir. Bu Türk Xalqi və Azərbaycanin Şəhid oğul və Qızları və məzarlari ilə ilgili məsələlərdə bunlar fars qruplar sahib çixsada Türk Xalqi və Azərbaycanli örgüt-Aydınları, Başqa Çoxlu Qonuda olduğu kimin, çox təəsüflə bütünüilə Aymazlıq (Ğəflət) və laqeydlik içindədilər. Bu Əziz Xalq Şəhidlərinin hamısının Özlərində, Qəbirlərində sahib çıxılması dünya Görüşləri və siyasi məşləri baximindan Türk Xalqi və Azərbaycanin tarixi dəyərləridilər. Bunalr bizim dünənimiz, bugünümüz və yarınımızdırlar! Tarixi olmayan, tarixi olubda onu bilməyən tarixi dəyərlərini Qorumayan, onlari qoruyamayan bir Xalq  yox olmağa məhkümdür. Bundan artıq gec qalınmamalı.
Yaşami: Mərziyə əhmədi Uskoyi,1324 Günəşilində, Təbrizin yaxınlığında Yerləşən, Azərbaycanin kiçik şəhərlərindən olan Uskudə ,orta halli əkinçi bir ailənin uşağı olaraq dünya gəldi. Uşaqliq çağından Atasinin yanında tarlalarda işləməyə başaldi və elə lap bu kiçik yaşlarindan yoxsul kəndlərin Acı və çilələrində, dərd və Üzüntü dolu Yaşamlarila tanış oldu. Mərziyə ilkə oxulu qurtarandan sonra lisəyə davam edti. Eytimin (Təhsil) bu dönəmində, kitab Oxumağa maraq bəsləyib getdikcə oxumağa qarşı biləsində Aşırı və dərin bir sevgi oluşdu. Bu illər, mərziyənin  ictimai sorunlar haqqında daha bilgi olan insanalarla tanışma və siyasi məsələlərə Artaraq təsəlüt tapma illəridir.
Lisənin ilk dövrəsini bitirincə, Təbrizin Danişsəray Moqədəmati sinə girdi və buraya girməklə Sol və Marksizm Ədəbiyyati (Görüksüz) ilə tanış oldu. Moqədəmati Danişsərada iki illik bir eytimdən sonra öyrəntmən olaraq işə alinib Uskunun ilk oxullarinda öyrətmənlığə atandı (Aday olmaq- Seçilmək). Mərziyə üç illik öyrətmənlik Yaşami və Uşaqla və ailələrilə Qorduğu ilişgi və yaxın Bağlar Sonucunda, onalrin çilələri və Ağır Yaşam Qoşullari(Şərt) ilə daha da yaxından, daha da köklü biçimdə tanış olma Olanağı(Fürsət) əldə etdi. Üç il öyrətmənlığın ardından, lisə diplomunu Almani başaran Mərziyə, Təbriz Biliyurduna girdi, universitədəikən, eyni zamanda öyrətmənlik və uşaqlara dərs verməyədə davam edti. 1345 ilində Ağır Aqçal(maddo) Qoşul və sıxıntılar nədəni ilə, Tehranin Danişsəray Ali sipah danişinə yenə girməyə zord aqaldı. Bundan sonra tez-tez vəraminin Türk və fars kəndlərində gəzinməyə, kəndoxulalrina Uğramağa və kəndli uşaqlar üçün kitab evi yaratmağa başaldi.
Mərziyə Universitədəikən, fəəal biçimdə siyasi-sinfi Fəaliyyətlər və öyrənci etisablarinin çoxuna Qatilirdi. 1349 isfənd Ayi öyrəncietisablarini yaratmaqda isə özü, böyük bir oynam (Rol) oynadi. Və bu üzdən savak- xalq döşməni şan rejiminin siyas polisi- tərəfindən tanıyıb izlənməyə alindi. Buna Rağmən öyrəncilər arasinda böyük sayğınlığa sahib olduğu və gələcək etisablarin qorxusundan, məmurlar Mərziyənin Yaxalanmasindan vaz geçdilər. 1350 ilin Xordad Ayinda Ali danişsərayin tətilə girməsi ilə həmin ayda Mərziyə Savak Tərəfindən tutuqlandi. Uzun bir soruşdurmadan sonra biraxildisa da , Siasyi fəaliyyətlərini Qısıtlamaq amaci ilə Usku Şəhərinə Sürgünə Göndərildi. Usku dəikən bir yandan Görkül (Ədəbi) yazılar yazır, ötə yandan lisə öyrəncilərinin siyasi bilgilərini artirmağa çalişirdi. Amma Qıssa bir Sürədən sonra, daha fərqli və geniş fəaliyyətlərə yönəlib, 1351 də Tehrana gedərək neçə yulldaşiila birlikdə Marksist bir Qrup oluşdurdu. 1352 də isə Xalqin Fəadyi Çirikləri Hörgütü (x.f.ç.h) ilə tamasa geçib onlarin cərgəsinə qoşuldu. Mərziyə, bundan sonra Xalqin Milli Azadlığı və əzilmişlərin, yoxsullarin Qortuluşu uğrunda fars şovnismi, pəhləvi zülmü və empriyalism təsəlütüna qarşı qatildiği silahla savaşimda fəəal şəkildə iştirak edib ən son da Gizli Yaşama Geçdi.
Qıssa bir sürəlik(x.f.ç.h)nin Azərbaycan əyalət Sorumlusu olan Mərziyə bir il sonra,1353də savak Gücləri ilə girdiyi yaraqlı (silahli) bir çatişmada yaşamini itirmişdir. Bir Cümə günü X.F.Ç.H  üyəsi olan şirin moazed, başqa bir yandaşla buluşmaq üçün yula çixir. Bu buluşmadan savak qabaqcadan doyum(Xəbər) almişdir və bütün bölgəni bir neçə KMə çayinda quşatmişlar(çevrəni bağlamaq). Bulaşma olaynindan xəbər olan Mərziyə, mamurlarin telsizini dinləyərk, savakin buluşmadan xəbərdar və bölgənin də Quaştma altinda olduğunu öyrənir. Bu məsələni öyrəndikdən sonra, biləsini təhdid edən təhlükəyə aldirmadan, yuldaşi şirin muazidə xəbər vermək və onu qurtarmaq amacila, quşatma altinda olan bölgəyə gedir. Şirini tapib olayi ona bildirəbilsədə, savak gücləri tərəfindən mühasirəyə döşürülən və avtumatik silahi olan Mərziyə, bu son eşit olamayan Savaşimda, ödürülür. Çatişmada diri ələ geçirilən şirin muazid intihae etməuyə qalxişir, ancaq başaramir və daha sonra savak tutsağinda ağır işikəncələrə mərüz qalaraq sonra öldürülür. 
Yapitlari: Mərziyə Yazarlıq və Qoşuqçuluq yetisini (yetənək) yiyəydi.yazdığı Görkül yazılar, qıssa Sürcək (Nağıl) və qoşuqlarinda xalqin Ağır yaşam qoşulalri və düzəlməz acılarını dilə gətirirdi. Devrimin ilk Günlərində onun dalqa adlı nağılı, o dövrdə ilk yayılan və ən çox bəyənilən romanlardan biriyid. Mərziyə Uskuyinin farsca və Türkcə bütün yapıtalrı(Əsərlər) hələdə Toplu olaraq yayılmamışdır.
Mərziyənin internetdə bulunan farsca yaıtlarından bir neçəsi:Əli Əsğər Ərəb Hərisi dstani
Ilkin Ölüm nağılı
Qərəçi Qızlar
Mərziyənin mənsub edilən və çox yayılmış farsca iftixar adlı bir Qöşuq (şir). Vardir ki bu şer əslində Mərziyənin dəyil, Pəri (Ğəzal) Ayətiyə ayiddir.
Ərəb Əlifbasindan Qaynaq: Sayın Baharli Bəyin özəl Döşrəgəsi
Latincə Türkcəyə çevrinə Urmulu Umulu

No comments:

Post a Comment