İsmayıl Mədədi Osalı (ÜLKƏR) 15\05\1348 (08\08\1969) –ci ildə Güney Azərbaycanın Urmiyə şəhərində orta hallı bir ailədə dünyaya göz açdı. Mərhum atası Seyfullah, əməkli ədliyyə karməndi idi. Anası Nüsrət, ev xanımıdır. O, ilk, orta və mütəvəssitə dərslərini Urmiyənin "...Vəziri", "Azadi" və "13 Aban" oxullarında bitirdi. 1367 (1988) -ci ildə Binab Üniversitəsində Fars dili və ədəbiyyatı bölümünə girdi və 1371 (1992) -ci ildə məzun oldu. 1378 (1999) -ci ildə Türkiyyəyə gedərək, Ankara Gazi Üniversitəsində TÖMER (Türkçe ve Yabancı Dillər Öğrenim, Araştırma ve Uygulama Merkezi) diplomasını aldı. 1379 (2000) -cu ildə İzmir EGE Üniversitəsini qazandı və "Türk Dili ve Edebiyatı" Bölümü "Türk Lehçeleri ve Edebiyatları ana bilim dali"nda magesturatura (yüksək lisans) yapdı. 1382 (2003) -ci ildə Prof. Dr. Yavuz Akpınarın danışmanlığıyla yazdığı Mrağalı şairimiz "Bulud Qaraçorlu Sehend"in Hayatı ve Eserleri Üzerinde Bir Araştırma" adlı tezini Prof. Dr. Rıza Filizok, Prof. Dr. Ömerfaruk Huyugüzel, Prof. Dr. İsmail Aka"dan oluşan juri qarşısında müdafiə etdi. 1385 (2006) -ci ildə Bakı XƏZƏR Üniversitəsində Prof. Dr. Hamlet İsaxanlının elmi rəhbərliyi ilə Azərbaycan Dili (Türkcəsi) və Ədəbiyyatı bölümünün PH.D dərslərini keçirdi. 1387 (2008) -ci ildə "Məşrutiyyətdən Günümüzə Qədər Güney Azərbaycan Sərbəst Şer Gəlişimi (İnkişafı)" adlı dissertasiyasını (doktorantura tezini) müdafiə edəcək. Ülkər, mütəvəssitə tələbəsi ikən 1363 (1984) –cü ildən etibarən çeşitli Türkcə heca qalıblarında və özünə xas sərbəst formada şer süyləməyə başladı. 1370 (1991) –ci ildə "Rudəki" intişaratına verdiyi ilk şer kitabı "Günəş Tonqalı, Yalqız Bitki" iki il gecikdikdən sonra 1372 (1993) –ci ildə basıldı. 1377 (1998) –ci ildə "Buyur Addım At" adlı ikinci şer kitabı (Narənc Yayınları- Tehran) oxuyucularıyla tapışdı. 1383 (2004) –cü ildə "Bir Salxım Dan Yeli" adlı üçüncü şer kitabı (şair tərəfindən) nəşr oldu. 1386 (2007) –cı ildə "Sevda Yoldaymış" adlı dördüncü şer kitabı (Yaz Nəşriyyatı – Urmiyə) yayınlandı. Ülkərin beşinci şer toplusu və "Bulud qaraçorlu Səhəndin həyatı və əsərləri üzərində bir araşdırma" adlı tənqədi çalışması çapa hazırlanmaqdadır. İsmayıl Mədədi indilikdə Urmiyədə yaşayır. Urmiyə və Təbrizdə Azərbaycan və İstanbul Türkcəsi dərslərini (TÖMER) oxutmaqla məşguldur. Evlidir və "Araz", "Elay" adlarında bir oğlu və bir qızı vardır.
İsmayıl ÜLKƏR
``Bir Salxım Dan Yeli`` kitabından
``YAŞIL``
Yağ yaşılım yağ!
Sinəmə sərpil sərin – sərin
Yağ yaşılım yağ!
Beyni ol başımın
Dol mənə yaşıl
Dol!
-
Əli kəsilsin su düşmanının
Beli bükülsün beton sevənin.
Gözü görməz olsun geydiyi qarasını
Görmək istəyənin
Yaşılın yarasını!
--
Gəl mənə yaşıl gəl
Ən uca ağacdan mənə ayaq ver
Ən bala butalardan mənə bir cüt
Əl!
-
Gül mənə yaşıl
Gül!
``Bir Salxım Dan Yeli`` kitabından
``YAŞIL``
Yağ yaşılım yağ!
Sinəmə sərpil sərin – sərin
Yağ yaşılım yağ!
Beyni ol başımın
Dol mənə yaşıl
Dol!
-
Əli kəsilsin su düşmanının
Beli bükülsün beton sevənin.
Gözü görməz olsun geydiyi qarasını
Görmək istəyənin
Yaşılın yarasını!
--
Gəl mənə yaşıl gəl
Ən uca ağacdan mənə ayaq ver
Ən bala butalardan mənə bir cüt
Əl!
-
Gül mənə yaşıl
Gül!
No comments:
Post a Comment