Sunday, July 3, 2011

Urmiye Gölü Sadəcə Doğu Azərbaycan tərəfində, Yaxlaşıq 1500 km geriyə Oturubdur

Məməd Əşrəfniya Doğu Azərbaycan əyalətinin vali yardımcısının Urmiye Gölü Quruamsı haqqında sözlərini yayınlayıb.
Fars news xəbər ajansi, Əşrəfniyanin dediyinə görə Urumiye Gölü sadəcə Doğu Azərbaycan Əyaləti tərəfində, yaxlaşıq 1500 km geriyə oturubdur.
Doğu Azərbaycan Əyalətinin yardımcısı: "Urmiye Gölü 9 milyard metr kub su əksikliği vardir" diyərək, Urmiye Gölünə axan çayların üstündə tikilən sədlərin, Gölün qurumasinda özəl bir rolunun olmadığını vurğulayib.
Ayrıca geçən ay Batı Azərbaycan  çevrə Qoruma mərkəzi başqani Ababsnejad verdiği bilgilərə görə, geçən 6 ay içində yağan yağış nədəni ilə Urmiye Gölünün ekologiya seviyəsi 271 min metr 75 cm olmuşdur. Başqa bir deyişlə, su seviyəsi 6 aya görə 75 cm yüksəlmişdir.
Ababsnejada görə: bu yüksəlişə abxmayaraq Orumiyeh Gölünün seviyəsi, istandard ekologiya seviyəsıyılə müqayisədə 2 metr 25 cm və geçən 40 ildə seviyəsyilə müqayisədə 3 metr 25 cm daha azdir.
Abbasanejad Urumiye Gölünün geçən 40 ildəki normal seviyəsinə yüksəlməsi üçün 10 milyard metr kub suya ehtiayci olduğunu vurğulayibdir.
Batı Azərbaycan hava bilgi Örgütü başqani mətləbi fərddə, geçən 6 ay içindəki yağış oranı 330 mm üzərində olduğunu qeyd edərək, bu  ölçününü geçən ildə görə 22 mm artdığını söyləyibdir.
Ayrıca Associated Press xəbər ajansi da dünyanin üçüncü ən büyük Duz gölü olan Urmiye Gölü haqqında geniş bir yazı yayınlaraq, Gölün son illərdə su qaynaqlarının yüzdə 60-ini itirdiyini və bir Duzluğa çevrildiğini Vurğulamışdır.
Associated Press ajansi, Gölün önümüzdəki illərdə tamamyilə qurumaq təhlükəsiylə qarşı qarşıya qaldığını vurğulayaraq, yanlış su yönəticiliği və Urmiye Gölünə axan sular və çayların yox olmasını, Gölün su qaynaqlarının qurumasındaki ən önəmli nədən olaraq göstərir.
Associated Press xəbər ajansi, bölgə Ulusunun bir çoxunun gəlirinin Urmiye Gölü Turizmindən sağladığına diqqət çəkərək, qayıqların(gəmi) sadəcə 10 dəqiqə su üzərində qalabildiyini və orada çalişan insanlarin yaıxnda işsiz qalacağını bildirir.
Urmiye Millət Vəkili Zakir Oyarılarında işarə edən Associated Press, Urmiye Gölündə Duz Tsunamisi təhlükəsi gedərək artdığını bildirir.
Zakirə görə, önümüzdəki 2 -5 il içində 10 milyard ton Duz, Bölgə Ulusunun yaşamını təhdid edəcəkdir.
Təbriz Bələdiyə Örgütünün üyəsi Məsud pezeşkiyan da Urmiye Gölünün qurumaq üzərə olduğunu, ancaq iran dövlətinin bu qonuda heç bir sorumlu olduğun olmadığın vurğulayir.
Bütün bu olumsuz gəlişmələr qarşısında bölgə Ulusunun tepkisi də hər geçən gün artmaqdadır. 13 Fərvərdin (Gəzi Günü)tarixində Urmiye Gölü çevrəsində geniş bir göstəri yapıldı. Ayrıca geçən ay, Urmiye biliyurdu Öyrənciləri və Təbriz islami sənət biliyurdu Öyrənciləri tərəfindən Urmiye Gölü fəlakətinin gözlə önünə sərmək üçün büyük bir sərgi dözənləndi.
Ayrıca Urmiye Gölü qurumaq fəlakətiilə ilgili italyanin ən adlım dərgisi bir fotogallery və xəbərə yer verərək avrupa insanina Urmiye Gölü quruamsini çatdirdi.
Bu xəbər Ərəb Əlifbasi Türkcə TRT Türkdə yayılıb və Umud Urmulu latin Türkcəyə çeviribdir.

No comments:

Post a Comment