Doğu dünyasının ən Adlım musiqiçi və Küybilimlarından sayılan Səfi əd-Din Əbdülmö'min ibn Yusif ibn Faxir Urməvi Azərbaycanın Əski Uyqarlıq göbəyi Urmu şəhərində 1216-cı ildə Anadan olmuşdur.
ilkin öyrənməsini öz Vətənində almış, Küy savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan ərəb Xilafətinin başkəndınə , bütün Yaxın və Orta Doğunun elm və Uyqarlıq mərkəzi olan Bağdad Urunə gələrək, dəvrünün ən yaxşı Bilim yurdlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirmişdir.
Səfiəddin Urməvi burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və Dillərin Təməları ilə tanış olur. Küy sənətini öyrənməkdə davam edən Səfiəddin Urməvi xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, Küy sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstə'simin sarayına də'vət olunur. Az vaxtda xəlifənin yaxın Dolayina keçən sənətkar bir müddətdən sonra saray kitabxanasının başçısı və baş xəttat tə'yin olunur. Kitabların üzünü köçürmək və kitabxana başçışı Səfiəddini Küy təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar zamanı ud çalması ilə hamının rəğbətini qazanır.
Səfiəddin Urməvinin Ud çalğısı barədə bir neçə nağıl var. Bir nəğıldə deyilir ki, qırx gün susuz qalan dəvəni arxa buraxırlar. Bu zaman təsadüfən Səfiəddin oralarda ud çalırmış. Dəvə arxa çathaçatda udun səsini eşidib ayaq saxlayır. Səfiəddin Urməvi çalğısına ara verdikcə, dəvə suya doğru dartınır, o, çalğısını davam edincə, dayanır. Artıq üçüncü Küy parçası çalınanda dəvənin gözlərindən yaş axırdı.
Danışılan başqa bir əhvalat Səfiəddinin məşhur Bağdad bağlarından birində ud çalmağı haqqındadır. O, çaldıqca bağda uçan bülbül qanad saxlayır. Yaxınlıqdakı budaqlardan birinə qonub udun bağrından qopan sehrli səslərə sanki qulaq kəsilir. Küy bülbülü elə tə'sirləndirir ki, o daha da yaxınlaşaraq oxumağa, qanadlarını musiqinin havasına uyğun çırpmağa başlayır. Bir az sonra isə bülbül qorxusuz-hürküsüz adamların arasında cəh-cəh vurmağa başlayır.
Səfiəddin Urməvi hələ sarayda ikən 1252-ci ildə "Kitab-əl Ədvar" adı ilə adlım olan Küy risaləsini tamamlayır. Kitab ərəb dilində yazılmış və on beş fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan Küy nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. Muğamlardan bəhs açan doqquzuncu fəsil çağdaş oxucunu daha çox maraqlandıra bilər. Burada ümumiyyətlə, 12 muğam dəstgahının adı çəkilir ki, bunların da çoxusu bizə mə'lumdur: Üşşaq, Nəva, Əbu Salik ("Busalik"), Rast, İraq, İsfahan, Zirafkənd, Buzurq, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. On birinci və on ikinci fəsillərdə Səfiəddin öz sevimli udunu təsvir edir. Küyün not yazısına həsr edilən on beşinci fəsil musiqiçi və Küybilimların sonrakı nəsilləri üçün xüsusilə maraqlıdır.
Səfiəddinin təklif etdiyi sistem üzrə, Küy hərfi-ədədi üsulla yazılır-dı. Ərəblərə məxsus "əbcəd" sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu bildirirdi. Görüm üçün, yarımtonlardan az intervalların işarəsi kimi T,C,B və s. hərflərdən istifadə olunurdu. Ladların adı, melodiyanın quruluşu və ritmi özəl olaraq rəqəmlərlə qeydə alınırdı. Maraqlıdır ki,"müasir Batı not sistemi yarımtonlardan kiçik intervalların yazıya alınması üçün imkan vermir və elə buna görə də muğamların, eləcə də ümumən Doğu musiqisinin bütün səs incəliklərini çatdırmaqda çətinlik törədir. Bəlkə də elə buna görə Doğuda XIX əsrin sonlarına qədər Səfiəddin Urməvi sistemindən geniş istifadə olunmuşdur.
Avropanın iki Adlım Küybilimi R. Erlanju və C. Fermer bir -birlərindən xəbərsiz olaraq Səfiəddin Urməvinin bir rübai üzərindəki not yazısını Çağdaş not yazısına köçürə bilmişlər. Yeddi yüz ildən bəri susan melodiya yenidən səslənmişdir.
Səfiəddin Urməvi özünü həm də bacarıqlı pedoqoq kimi tanıtmışdı. Bütün Doğu aləmində ünlü sənətçilər kimi ad çıxarmış bir çox Küybilimlar onun öyrənciləri olmuşlar. Adlım Azərbaycan Küybilimi (XIII-XIV əsrlər) Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazırdı ki, Əbdülmö'min Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin öğretmen olmuşdur. Bunların sırasında Şəms əd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış Küybilimlərın adları çəkilir.
Səfiədan Urməvi iki yeni Küy aləti yaratmışdı-"Nüzhə" və "Müğni". Nüzhə Çağdaş arfa (çəng) və kanona bənzəyirdi. Bu alətin 81 simi vardı. Söyüd, sərv və ya şümşaddan dördbucaq şəklində düzəldilirdi. Müğninin 33 simi vardı və xarici oxşarlıq baxımından rübaba bənzəyirdi. Sadəcə çanağı iri idi. Müğni ərik ağacından düzəldilirdi.
Bundan başqa Səfiəddin həm də Bacarıqlı Bağdar idi. Onun sənətinin bu cəhəti haqda da nağıl dolaşmaqdadır. Deyirlər ki, Bağdadda Lizzəhxan adında bir müğənni yaşayırmış. O, tez-tez Səfiəddinlə görüşər, birlikdə çalıb-oxuyarmışlar. Səfiəddin ona Küy dərsi keçərmiş. Bir gün, saray qəbullarının birində Lizzəhxan gözəl bir mahnı oxuyur. Mahnı hamıya xoş gəlir və xəlifə onun müəllifinin adını soruşur. Bəstəçinin Səfiəddin olduğunu biləndə onu qəbula də'vət edir və bütün qonaqlar sənətkarın udda çaldığı musiqilərdən feyziyab olurlar. 1258-ci ildə Çinkiz xanın nəvəsi hülaku xanın sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur. Xəlifəni ailəsi ilə birlikdə e'dam edirlər və bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. Onu şəxsən tanımış tarixçilərdən Həsən Ərbələni həmin hadisələri belə təsvir edir:
Səfiəddin Urməvinin yaşadığı Yörə Hülaku xanın qoşunları ilə əhatə olunmuşdu. Yörə camaatı, özəlliklə də Səfiəddin ölüm təhlükəsi altında idilər. Qoşun sərkərdələrindən biri otuz nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını sındırmağa başladı. Ev yiyəsi cəsarətlə döyüşçülərin qarşısına çıxaraq, onları ədəb-ərkanla evə də'vət edir. Sarayda yaxşı diplomatiya məktəbi keçmiş Səfiəddin "qonaqlar"la ümumi dil tapa bilir. Çox söz-söhbətdən sonra dəstə başçısı yörə camaatına toxunmadan, Səfiəddini götürüb, Hülaku xanın hüzuruna gətirir. Sənətkar udunu kökləyib, həzin bir melodiya ça-lır, Ziya adlı müğənni isə oxumağa başlayır. Xanın yanındakıların hamısı Səfiəddinin ustalığına və ağlına əhsən deyirlər. Hülaku xan ona öz sarayında iş təklif edir, Yörə camaatı isə təhlükədən qurtulur.
Hülaku xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış İran tarixçisi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin tərbiyəsini ona həvalə edir. Səfiəddin onlara hərtərəfli təhsil verməyə çalışır. Lakin təbii ki, Küy dərslərinə özəl fikir verir. Şərafəddin təhsildəki uğurları ilə müəlliminin hüsn-rəğbətini qazanır və Səfiəddin Urməvi Təbrizdə qələmə aldığı beş hissəlik məşhur "Risaleyi-Şərəfi" adlı Küy risaləsini ona ithaf edir.
Cüveynilər ailəsi hökmdarın nəzərindən düşdükdən sonra Səfiəddin ömrünün son illərini yoxsulluq içində keçirir və 1294 -cü ildə Bağdaddakı borclular həbsxanasında dünyasını dəyişir.
Səfiəddin Urməvinin əsərlərinin əlyazmaları Londonun, İstambulun, Sankt-Peterburqun, Nyu-Yorkun və dünyanın başqa iri şəhərlərinin Adlım muzeylərində saxlanılır. Onun kitabları sonrakı əsrlərin bir çox Adlım musiqiçi və Küybilimlarının diqqətini çəkmişdir. Onların bir qismi Urməvi yaradıcılığına münasibət bildirməyi özlərinə borc saymışlar. Səfiəddin Urməvinin əsərlərinə Qütbəddin Şirazinin (XIII əsr), Əbdülqadir Maraqayinin (XIV əsr), Məhəmməd əl-Cürcaninin (XIV əsr), Əbdürrəhman Caminin (XV əsr) və bir çox məşhur elm adamlarının şərhləri mövcuddur. Ünlü Türk musiqiçisi Şükrulla Əhmədoğlu XV əsrdə onun "Kitab əl-ədvar" əsərini Türk Dilinə çevirmişdir. Sonra bu kitab fransız dilinə də çevrilmişdir. Səfiəddin Urməvinin yaradıcılığı Azərbaycandakı tədqiqatçılarından Ə. Bədəlbəylinin, A. Beqdelinin, T. Bünyadovun və b. adlarını çəkmək olar. İngilis alimi Henri Corc Fermer Səfiəddin Urməvi haqqında demişdir ki, o, sistemli bir məktəbin əsasını qoy-muşdur və özündən sonra gələn bütün ərəb-fars və türkdilli müəlliflər onun davamçıları sayıla bilər.
Qaynaq
Doğu = Şərq
Küybilimi = musiqişünas
Uyqarlıq = mədəniyyət
Küy = musiqi
Ur = Şəhər
Bilim yurdu = Universitet
Təməl = Əsas
Görüm = Misal
Çağdaş = Müasir
öğretmen = müəllim
Bağdar = Bəstəkar
Yörə = Məhəllə
http://memorial.aznet.org/alfs.shtml
http://tinyurl.com/3xm3zwy
No comments:
Post a Comment