Thursday, January 6, 2011

Güney Azerbaycan - Urmiye Afşar Dövləti


Bazar Günü Axşamı Cəmadi Əlsani Ayının 15, 1747-ci Doğuş ili ilə Bərabər 1160-ci Aysal ili Qoçan şəhərinin Dolayinda yerləşən Fəth Abad kəndinin Murad Təpə Adli hündürlüyündə Nadir Şah Afşar qətlə yetirilir. Bu hadisənin Azərbaycan Ötəkinə böyük Təsiri olur. Nadir Şahin vaxtsiz ölümü, Tac-tax varisləri arasında təşəttut salır. Fətəli Xan Afşar Urmulu 1757 dən 1761 ə kimi Urmiye dən bütün Azərbaycan və böyük bir Dölay Bölgəyə ki İsfahanın Güzeyınə kimin çatırdı hakimiyyət edir. Zəndilər Hakimiyyət sevdasina düşərkən hemın Fətəli Xan Afşarla Qarşılaşmali olurlar. İsfahanın Tərəfində bir savaşda, Fətəli Xan Zən Qoşununu Darmadağan Edir və Kərim Xan Zəndın Qardaşin öldürür. Sonda 1761 də Kərim Xan Urmu ya hücum keçir. 9 aylıq Mühasirə dən sonra, Fətəli Xan Məğlub olur və 1762 də Kərim Xan Zən Urmiye da öz səltənətini Elan Edir və 3 ay Urmiyedə Səltənət Təxtinə Oturandan sonra, şiraza Köçür.   
17 il bu ilaygündən Sonra 1762 də Təbriz bir Dəhşətli Zəlzələ də dünyasini dəyişir. Zəlzələ Nəticəsində insan itgisi 80 min nəfər olur. 29 il Zəlzələ ilindən keçir və 1786 da Ağa məhəmməd Şah qacar Zəndilərin Müvəqqəti Hakimiyyətinə Son qoyandan sonra, Qarabağın Şuşa Şəhərində Qətlə yetiriləndən sonra, Urmu Afşarlari Daha bütün Azərbaycana hakimiyyət edirdilər. Doğuş ililə 1798 ə kimi davam edən bu iqtidarın Başkəndi olan, Urmiye Azərbaycan Xanlıqlarının Mərkəzidir. Bu Xanlıqlar daşqapı dərbənd dən Zəncan, Xalxal və Sənəndəc kimi bir Ərazini əhatə edirdilər. Bu Xanlıqlara ləyaqətlə Rəhbərlik Edən Məhəmməd Qulu Xan Afşar Urmulu idi.    
Azərbaycan bu Dövrədə Cənubda Zəndilər və Gündoğarda Qacarlar Tərəfindən hədələnirdi. 1798 də məhəmməd qulu Xan Afşar Urmulunun Rəhbərlik Etdiyi qoşunlari Məğlub Etmiş Fətəli Şah Qacar Urmiye darƏlemarəsinə daxil olandan sonra, Azərbaycanın batı bölgəsində olan siyasi və Hərbi potensila darmadağan edilir.
Məhəmməd qulu Xan Afşar Ağa məhəmməd Xanın qüdrətını Bərpa Etməyə Cəhd edən Qacarların qüdrətinin Artırmasından Xoflanir və onunla müqabilə üçün Bütün Azərbaycan Xanlarını öz Qoşunlarıla Təbrizə Böyük Qorultaya dəvət Edir və Təbrizdə 50 min Nəfərlik qoşun hissələrinin başında bütn Azərbaycan Xanları Yığışıb Böyük Azərbaycan dövlətının yaradılmasını müzakirə edirlər. Təbriz hakimi Hüseyn Qulu Xan hələn nümayəndələrı Qarşılayır. Nümayəndə heyətlərının Siyahısı belədir:
1- Sərdar Məhəmməd Qulu Xan Afşar Urmulu
2- hüseyn Qulu Xan dönbüli, Təbrizin Xanı
3- Sadiq Xan Şəqaqi, Ərdəbil Xanı
4- Cəfər qulixan Dönbüli, Xoy və Dilman Xanı
5- ibrahim Xəlil Xan, Qarabağ Xanı
6- Əhməd Xan, Marağa Xanı
7- ibrahim Ağa Mükeri, Savucbulaq XAnı
8- Mahmud Xan Afşar, SayınQala Xanı
9- Hüsəyn Xan, Bakinin Xanı
10- Məhəmməd Xan irvani, İrvan Xanı
11- Cəfər Xan Şəqaqi, Şirvan Xanı
12- Mustafa Xan, Şirvan Xanı
13- Əfrasiyab Sultan Zəza, Üşnü Xanı
14- Qərni Ağa Əmir Əşayir   
15- Gürcüstan Valisi Aragli Xan nümayəndəsi
16- Cavad Xan Gəncəli, Gəncə Xanı
17- Əbbas Qulu xan Qanli Qılınc,   Naxçıvan nümayəndəsi
18- ƏtaXan Sərabı, Sərab Xanı
Bu 18 Nəfər 3 Hərbi başmıla birlikdə Qorultay iştirakçılarının Rəhbər Heyətini Təşkil edirdilər. bu heyəti öz Arasında bir 7 nəfərlik Sədrlik heyəti seçir. Adları sayılan nümayəndələr Arasında Gürcüstan şahı Araklının nümayəndəsının xidməti, gürcüstan Məhəmməd Qulu xan Afşar Urmu qoşunları Tərəfindən Məğlub olmasinin Nəticəsinidi. O tarixdə Gürcüstan şahı Azərbaycan Sözündə Dorur. Qorultayin Əsas məqsədi Azəbaycanın Sovvərənliyini Ağa məhəmməd Xanın ölümündən Ğəzəblənmiş qacaq qoşunu Qarşısında qorumaqidi. Hadisələrin gedişati Qorultayin müvəfəqiyyətlə Həyata keçirmək imkani vermir. 
Fətəli Xan Qacar Kərim Xan Zən kimi Urmiye da Azərbaycan Afşar Hakimiyyəti Qan içində Boğduqdan Sonra Şahlığı Əldə Etmiş olur. 18-ci Əsrin Sonunda Dəqiq desək 1798 də Fətəli Şah Qacar Azərbaycan Afşarlarina Ğalib gəlir. Bu hadisə bütün Azərbaycanın iştirak etdiyi son Tarixi Hadisədir buna Görə ki bundan sonra, Rusların Cənuba Doğru işğalçı siyasəti davam edir və Azərbaycanın Quzey Ulusları bir biri ilə Ardınca rus Emperyasına Əlavə olur. Əlbəttə bu dövrədə nə inki Azərbaycan Elə bütün islam dünyasi başda Osmanlı imperyası olmaqla Xristin Batıya bütün Cebhələrdə uduzdurdular. Bu makroplandan Fətəli Şah Azərbaycanın Nadir Şahdan sonraki 50 illik istiqlalina Son qoyur.
Qacarlarin bu hadisədən çıxardıqları nəticəni Zən etmək olar: həm zəndilər və həm də Qacarlar öz Taxt və Taclarini Azərbaycanı məğlub edəndən sonra ələ keçirmişdilər. Qacarlar öz ləyaqətli Sərkərdələri yəni Ağa məhəmməd Xanı Qarabağ da Azərbaycanlıların Əlilə öldürülməsini unudabilməz idilər. əlbəttə Nadir Şah Afşar və Şah ismayil Səfəvi də öz səltənətlərini Məhz Azərbaycan da Əlan etmişdilər. Ancaq onlar Azərbaycana öz Güdrətlərinin dayağı kimi baxırdılar və Səfəvi başkəndinin Təbrizdən Qəzvin və Sonra isfahana köçürülməsi kimi yalnız Osmanlıların Zorunun qorxusundaidi.başqa bir Faketda budur ki əyər Zəndilərin Şirazi Başkənd qərar vermələri Etnik səbəblərdənidir, Türk Qacarların Tehranı Başkənd Etmələrində Azərbaycandan Qorxduqlarını mühüm amil kimi rol oynadığını Zə Etmək olar. Daha əhəmiyətli bu faktdir ki Qacarlar birinci dəfə olaraq başkəndə əlavə bir Vəliəhd nişində yaratdilar və Təbrz oldu Qacarların Darolsəltənəsi. Qacarların Azərbaycana münasibəti Göstərir ki vəliəhdin Təbrizdə istiqrari yalnız Azərbaycan nizarət Altında Saxlmaq məqsədi olmasa d abaşqa bir Azərbaycan məqsəd daşimamişdir.
Azərbaycaın Fətəli Şaha məğlub olduqdan sonraki 120 illik fasiləsində mühüm hadisələr baş verdi. Ağa Məhəmməd Xan Qacarın hücumunu Şuşada həman Şahin Qətlilə dayandiran Azərbaycan,  bir daha hüseyn xan Ağasi və sAyır Qacar Sərkərdələrinin Etdiyi höcumlae qabağında tab gətirə bilmir. Azərbaycan da Afşar Dövləti yıxılır və Azərbaycan Tarixi mənziləti və siyasi müvqiyyəti itirir. Bu illərdə, Cənuba doğru Rus Ekspansiyunismi illərinə təsadöf edirdi.  
Hər halda Fətəli şahın böyük və müstəqil Azərbaycanı Fəth etdiyindən 120 il sonra Urmu və Batı Azərbaycanda Xristın dünyasının Ermənilər, Nəsturilər və Kürdlərin vasitəsilə yuzminlər Azərbaycan Türkünü öldürüb yuzlərlə Şərəfli və ləyaqətli baş bilən Azərbaycan Türkü Arasında Siyasi bacarıq və Hərbi istidad və hətta hərbi Sörsatın olmadığını başa döşmək üçün 1798 də Mahmüd Xan Afşar Urmulu və onunla son siyasi Ambisiyaların Azərbaycan da məğlubiyətini Görmək lazımdır.        
Fətəli şah Urmu darƏlemarəsini fəth etdiyindən cəmi 17 il sonra, Rus qoşunları Azərbaycanın Şimalai Xanlıqlarını işğal Etməyə başlayirlar, Şuşanın, Gəncə, Şirvan və Dərbəndın mənəvi, pisxolojik və maddi Arxa Dormalarindan məhrum qalan Təbriz, Urmiye  və Ərdəbil Məşrutə inqilabına Azərbaycanın bir hisəsi kim yox iranın bir hisəsi kimi qatılırlar. Azərbaycan Məşrutə inqilabını Rəhbərlik Etsədə, Bu inqilabda bir ulus kimi uduzur və bu uduzmaq Simvolik olaraq ingilis siyasəti və Yefrim Xan Daşnakın əlilə Atabək parkinda Səttar Xan a Vorulan ölüm yarasıla təsbit olur. Söz yox ki Azərbaycan Afşarlar Hökuməti darmadağən olmasaydi, Rusun Şıimali işğal Etməsi bu rahatlığa başa Gəlməzdi və Bütüv bir Azərbaycan hətta bütün iran üçün inqilaba qalxlığı halda özü bütün iranı utmasaydi belə, nə daşnak Yefrimın fitnələrinə oyardi, nə Erməni Asuri kürd Cinayətlərının dilsiz Ağızsız Qorbanı olardi və nə sonra Şeyx Məhəmməd xiyabanı kimin dahi bir Sərkərdəsini Ərdəşir Riporterın Əmrin icra edən Moxbir Əlsəltənəyə Təslim edərdi.
Dolay = Ətraf
Ötək = Tarix 
Gündoğar = Şərq
Qaynaq: Sayın Baharli Bəyin Düşrəgələrindən Türk dövlətlər Bölümü
 http://sozumuz-turk-dovletler.blogspot.com 
Ərəb Əlifbasindan çevirən Umud Urmulu http://oururmiye.blogspot.com

No comments:

Post a Comment