Sunday, January 16, 2011
Güney Azərbaycan – Urmiye Gölü Qoşuqu
Bir Damla Göz Yaşi, Xəlt Eyliyin
Siz Allah Su – Suzdu, Urmu Gölü
O Qədər Su – suzdu Qəlbi Yanırı
Bir Ovuc Su Tökün, Urmu Gölünə
Bu Gün Ağrısı, Dünya Böyüncadir
Yer- Göy Unudubdu Onu Doyunca
Qanımız Qorusun! Göl Quruyunca
Gəlin Biz Tökək, Urmu Gölünə
Ağlayaq Hədiyyə Edək Göz YaşLarini
Bəlkə Can Verək Biz, Urmu Gölünə
Ürəyin Yanmayir! Ağliya Bilmirsən!
Qan Verək Damardan, Urmu Gölünə
Bu Gölün Qazlari Hayana Getdi?
Yam Yaşıl Yazlari Haraya Getdi?
Keyfinin Sazlari Hayana Getdi?
Su Verək Sazlansin Urmu Gölü
Yabancı Baxacaq, Özgə bu gölə
Yanmasa Doğma özü, Urmu gölünə
Hardasan sən Ey, Gölün Sahibi?
Yabancı Xor Baxar Urmu Gölünə
Gəlin Ağlarkən, Biz hədiyyə Edək
Bu Qan Göz Yaşın, Urmu Gölünə
Təhqir Bəsdi, Gəlin Gəlin Amandi
Xar Olmaq istəmə, Urmu Gölünə
Bilmədim Hansı Əllər! Çayları Kəsdi
Günah Bəs Nəiyimiş, Urmu Gölünə
Bulaqlar Qurudu, Nə Bərə bəsdi?
Minas Dağı Dağlar, Urmu Gölünə
Bu Şah Rejiminin, Şah planidir
Bağılasın Yullari, Urmu Gölünə
Bir Cəllad Rejimi, Kübra İlandi
Zəhrin Calasin, Urmu Gölünə
Yəzid İmamlari, Su-suz Öldürdü
Yaxın Su-Suz ölür, Urmu gölünə
Əgər Müsəlmansiz? Rəva Görməyin
Bir içim Su Verin Urmu Gölünə
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment