Bu yol Urmu elinədi,
Çiçəyi nə,gülü nədi,
Sözüm Urmu gölünədi,
Urmu gölüm, quruma sən
Qışın deyil, yayın olum,
Gəlim sənin payın olum,
Axar olum, çayın olum,
Urmu gölüm, quruma sən.
Ellərimə hay salacam,
Kürü sənə tay salacam,
Gözlərimdən çay salacam,
Urmu gölüm quruma sən.
Dağ ətəyin təzədən tər,
Sahilindən duzları dər,
Sən qurusan fars sevinər,
Urmu gölüm, quruma sən.
Urmu gölüm,Urmu gölüm,
İnci gölüm, qumru gölüm,
Səndən yenə varmı, gölüm,
Urmu gölüm, quruma sən.
şair - Teyyar Sharif
şekil-Urmu Gölü (Aydil )
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment