Showing posts with label Türkcə. Show all posts
Showing posts with label Türkcə. Show all posts

Saturday, August 17, 2013

Türkce Qoşuq: Urmuda Urmuluqlar ...

İSMAYIL ÜLKƏR
03/08/2013-URMU
Əfsanəyə görə -Bir gün var imiş, bir gün yox imişdən sonra...- biri Təbrizdə, biri Urmuda olmaq üzrə iki sevgili yaşarmış... Bu iki sevgili bir-birlərinə yetişənməyirmişlər! Buna görə də o qədər ağlamışlar, o qədər ağlamışlar ki göz yaşlarından Urmu Gölü yaranmış! Suyunun duzluluğunun da nədəni bu imiş... Urmu Gölü boyda olan sevdaya bir öygüdür bu şeir...

Balam axı sən su şəhəriydin
Flamingoydu simgən
Pəxlən oynaşardı dağlarında qaynarca qaynaşardı
Qağayı qışqırardı balam axı səndə...

Çayda oynar balıqlar tiringəsi tutardı balıqçıların
Dəryada dəryalıqlar oxuyardı sudan gələndə sürməli qızlar
Leçəkləri düşərdi bulaqların başında
Yerdən
Üzüm oğlanları alıb boynuna salardı qızların qoyun-qoyuna...
Sürülərin mələşər
Güləşərdi kəllərin
Yelinləri yerə dəyərdi naxırların
Axırların niyə belə balam axı sənin balaların niyə belə?
Məyə
``Xandı xandı!`` deyildi
``Baxçada quşqovandı`` deyildi
``Misri qılış belində``
``Vurmağa pəhləvandı`` deyildi sənin qapı kkimin igidlərin?
Kimin toyuğuna daş atmışdın çalıb aldılar qapını
Oğulların oğurlandılar necə
Gecəyəmi düşdü kimsə görmədi
Necə görməz oldu piyala gözlər
Gözlərinə nə göz dəydi
Nə gəldi balıq qulaqlarına bulaqlarının ətəyindən?
Hanı çərşəmbə surlarındakı geri sayım?
Su çərşəmbələrindəki buz tərli bardaqların
Bərəkət buğdası göyü düyünləyən nişanlı dırnaqlar
Gəlin barmaqları?
Nə toy tutuldu böyük toylarının başına
Və
Analıq qururuyla dolu göbəklər nədən gizləndi
Nədən nə zaman and içildi nənnində ninniləri boğmağa
Boğmağı kim öyrətdi
Kim ağıl çalma yerinə nağıl çalmaq öyrətdi?

Nağıllarını çaldılar uşaqlarımın aman...
Aşırdı qara bir qarğa qarı nənəmin çörək çıqqınını
Qovdu el-obasından
Yad el obasında bardaşını qurdurdu
Qabağına sərdi...
Başında qaravul durdu

Hankı xortdan cırtdanı qorxutdu
Kəhlikləri kim bayquş oxutdu?
``Xortumçu məmməd`` axı öz balan idi sənin
İçərdi sel çayları
Toxtadardı seli 
Qurtarardı qataraq ağzındakı suyu qaynar suya ``Qora yetim``i...
Aldılar ``Xortumçu Məmməd``ini
Saldılar ölüm inadıyla gölümə vay vay vay
Mənim ağ gəlinliyi kəfənləşən
Taxtı tabutlaşan gölüm!
...
Mən!
Hanı mən olacaydım gül şairi
Gölümə söy söyləyəcək
Boy boylayacaq sahilində
Bir yallıda
Bir oğlan bir qız
Bir Qırqız bir Özbəy bir Türkman...
Toy toylayacaydım Ülkər Ülkər, şaman şaman...
Göy gölü, Van gölün Urmu gəlinciyi ilədolandıracaydım
Xəzərimin başından belə...
Balam niyə belə?

Mən indi bu yaşımda kimdən yaş dilənim?
Üzümə hardan
Hansı uyuz it dərisi çəkim
Üzüm necə kəssin əsdirəbilim bir də Salmas yelin...
Ərzrum gədiyindəki həftə-dirəm gələn qarı Kərəm oğlum
Eyvaz balama necə deyim ağ sağğalımla
Sulduzuma necə deyim ``Sulu duzumsan?`` altından keçirsin qara papağının
Mişovun Kirişçisi dodağının qırağıyla gülsə başın dəbətsə...
Marağama nə deyim maraqlı gəlsin ağır yaralı Səhəndə
Boylanıb Bez qalasına Bakıma nə biçim anda verim Qız qalasına?
Mən...
Hanı mən el şairi olacaydım oturacaydım el xanıyla
At oynadıb ələm gəzdirəcəydim atamın ulduzlu hilalı özündən olan göy bayrağının altında
Mən
Hanı mən nə təhər olum göl şairi
Qurban deməyim qurban olum
Kəsməyim
Qurban kəsilim elimin gölünə
Gölümün elinə
Döşünə gül taxanmadan
Gözünə dik baxanmadan?
Hanı nə təhər
Necə?

Sunday, July 21, 2013

Urmiye'li Türk Qoşar Fərın Səmsami - Həsrət

Bu Dünyanin Adı Həsrət
Gedənlərin Yükü Həsrət
Qalanların Payı Həsrət
Gülüb, Susub, Ağlasamda
Bu Dünyanın Adı Həsrət

Urmiye'li Türk Qoşar Fərın Səmsami - Adlım Urmiye'li Türk qoşar Məryəm Cəhangirinin Qızı

Tuesday, June 25, 2013

Urmiye'li Türk Qoşar İsmayıl ÜLKƏR

İsmayıl ÜLKƏR

Kirpik olsam çəkilsəm başıma
Yarım diz olsa
Yarım qol
Qucaqlansam!
Dünyamı bir bağ otağına döndərsəm Urmuda
Fəqət səni sevsəm
Qoyarsanmı?
-
Gəlməsən
Qalmasan
Gülməsən,
Gedib
Qalıb
Bucaqlansam
Ülkər ülkər ağlasam
Səni fəqət sevsəm dünyadan
Əlim sənə çatmadan
Qıyarsanmı?

Sunday, June 12, 2011

Güney Azerbaycanlı Şair Said Muğanlı.Tutuklandı...

Özgürlüğün Adı Gönlüme Düşüyor
(Zindan Şiirleri, Said Muğanlı)
9
Kim bana konuk oluyor?
Plastik bardakta su süzmüşüm
Şampuan kabına şeker
Bir kutu Anata bisküvisi
Başımın üstünde karga gaklar
*
Bana bir çeyrek gökyüzü getirsin
kim bana konuk olacaksa.
Kim bana konuk olur bu gece?
Kim bana konuk?
Kim bana uykuda selam verip dayanacak?
Kim uykuma girecek?
Girdiğinde gözlesin, kapım güdüktür!
*
Kim bana selam?
Kim bana selam?
Kim bana süt, kim bana çay getirecek?
Kim bana ekmek...
İstemiyorum,
Açlıktayım-
ister istemez.
Bana selam lazım
Bana gökyüzü.
Kim bana yürek verecek?
Yüreğim İmâmiye’de aklımdan çıkmış.
Kimin yüreği bana acıyor?
Açılacak... sın...
Kim bana konuk olur?
Bu koğuşta dövünüyor bir yürek
Kargalaşıyor biri
Kim bana gak- gak- gak
Kim bana gak- gak- gak
Gak... Gak... Gak...

(TT. Toğrul Ata)

Sunday, June 5, 2011

Urmiye'li Qoşaqr Bəharm Əsədi və Qarabağ Danışıqları

Bəhram Əsədi 1965-ci il Urmuda doğulmuşdur. İlk ve orta təhsilatın orada bitirerken pedagoji təhsili almış və 1986-cı ildən dolayı məəllim işləyir.
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye şəhərində çaba gösteren YAZ neşriyyatının directorudur.
Qarabağ Danışıqları

Yetər boş-boş danışıqlar
Qarabağı almaq gərək
Azərbaycan ordusunu
...Qarabağa salmaq gərək

Coşmaq gərək bulaq kimi
Yarmaq gərək nacaq kimi
Ermənini alaq kimi
Xankəndidən yolmaq gərək

Haydı, haydı qoç dəlilər,
Qopsun Şuşadan zəlilər
Ya Mohəmməd, ya Əlilər
Yerə-göyə dolmaq gərək

Yetər mahnı, tərkin qılın
Marş oxuyun, silah alın
Füzulinin, Cəbrayılın
Ağrısına qalmaq gərək

İlham Əli, yetər bu gop
Yaraşarmı işqala hop?
Bir mərmiyə vur əlli top
Məhşər əyan qılmaq gərək

Yirmi illik nə danışıq?
Danışıqdan yoxdur işıq
Yığışdırın, nə barışıq?
Döyüşlərə dalmaq gərək

Hanı Ağdam? Hanı Laçın?
Xocalının yolun açın
Erməninin qanlı xaçın
Başlarına çalmaq gərək

Od yağdırın, oynayınca
Azərbaycan olsun uca
Kiçik-böyük, cavan-qoca
Hamı əsgər olmaq gərək

Haydı, qeyrət günü gəldi
İşqalçının sonu gəldi
Şəhidlərin qanı gəldi
İntiqamın almaq gərək.

Bəhram Əsədi

Wednesday, November 24, 2010

altı Böyük yönətici etkisizliki və Urmu Gölünün Ölümü + Bəlgələr və Görütülər

Iran başbaxaninin yardımçısı dedi ki: iki başbaxan yardımçısı və üçün böyük bələdiyə başxani 1387 inci ilin mehr ayinin 27sində bir araya toplanıb və Urmu Gölünün quramasina Qarşı olaarq bir Bəlgə və sənəd imzalayiblar elə ki bu Bəlgələri açağıda Görürsünüz:




















































Eləcə ki bu bəlgələrin iç ayzılarında Görünür bu sənədi imzalayanlar Urmu gölünün Qurumasinin önəmi və onun gərgin Durumunu xatirladaraq bu sənədləri imzlayiblar.
Bu Bəlgələri imzlayanalr bir neçə örgüt və NGO dəyillər bəlkə iranin başbaxanin birinci yardımçısı və onun çevrəsində olan Ulusal Örgütlərdilər. Və belə deməliyəm ki irdə siyasal abxımdan Güclü və önəmli olan insalardandilar.
Ancaq elə ki irdə bir normal işdir ki Sözlər və alınan qərarlar yanlız kağaz üstündə qalar bu Qərardan da bir iş ki Urmu gölünün Qurumağına qarşı ola alınmadi. Çevrə Uzmalarin dediyinə görə Urmu Gölü üç il içində tam quruma təhlükəsilə qarşı – qarşıyadir.
Gərçəkdən bu Ulusal Örgütlər və siyasal insanalr bu bəlgələr və sənədlər imzalamasaydilar bu durumdan pis və kötü nə ola bilrdi? Təməldən bu örgütlər və toplantilar nə üçün olur? Bu bəlgələr və sənədlərim imza olub olmamasi nə işə səbəb olurdu?
Üstdə imzalanan Bəlgə və sənədlər və bu Görütülərdə Urmu gölülün Durumu


























Yeni xəbər gəlib ki çevrə və siyasla örgütlər Urmu gölünün Qurumasila bağli 12 plan hazilayiblar. əyər bu planlarla Urmu Gölünün Qurumasinin önü alına əminəm ki neçə il bundan öncə Urmu gölü indiki durumda olmazdi.
Örgütlər və siyasla insanlar! Bu siz bu da Urmu Gölü. Bismillah deyib başlayin!
Farscadan çevirən Umud Urmulu
farsca Qaynaq: http://tinyurl.com/27wlel2


Friday, November 19, 2010

Urmiye Türk Ulusu Ağızlarında işlədilən Yerlı Türkcə Sözlər


















Yerlı Sözcükləri hər bir bölgə, Ulus və El arasında Görmək olur. bu sözcüklərın çoxu heç bir yerdə qeydə alınmadan unudulub və yaddan çıxma Təhlükəsilə qarşı-qarşıyadılar. ir sınırlarında bulunan Türk milləti öz Ana Dilində Oxuyub Yazmağa Yasaq olduğu üçün Türkcəmizi və bu Yerlı sözcükləri Qoruması üçün hər bir Türkün boynunda ağır bir Yük var o da bu ki bu sözcükləri bir araya yığıb və bir yerə qeyd almaqdır. mən bu balaca çalışmada Urmu da olan Türk Ulusu Ağızlarında işlədılən yerlı sözcüklərın bir neçəsını bir araya toplamışam yaxın gələcəkdə bu işin adı olacaqdır ...

Abara = Arx   - آبارا – آرخ
Öyəş = bir illik Qozu – اویه ش – بیر ایل لیک قوزو
PışPışa = bidmişk – پیش پیشا – بید مشک
Tosu = Şişə - Cam – Bardaq – توسو
Çatlanqoş = bir Tür Tikan – چاتلانقوش
Qədələ = köpənin kiçiki -  قه ده له
Malyayan = Malotaran – مال اوتاران
Həlit = Yeməli Ot Ələf – یئمه لی اوت عه له ف
Həyə = Evet – بلی
Yerbir = Bir ilik Çəpiş – یئر بیر
Yəvərə = inəyin bir iliyi – یه وه ره
Cicik = Gicik – Həsəd – Paxıllıq – جیجیک
Xəpə = bir Tür Böyük Şənə - خه په
Xəfənək = Asm Xəstəliyi – خه په نه ک
Xəşəllənmək = ratalığa çıxmaq – dinlənmək – خه شه ل له نمه ک
Xıp Düşmək = Yurgunluq – خیپ دوشمه ک
Diz Qiraxçi = Ağlı Az olan insan – Qorxan – دیز قیراخچی
QarniZığlı = Paxıllıq – Həsəd –قارنی زیغ لی
QarınQulu = çox Yeyən – قارین قولو
Larçıldatmaq = Saqqızı Çeynəmək – لاریچیلداتماک
Lülük = Aftafanin Löləsi – Qısa olan Paltar – لولوک
Hepov – Həpənd = Qılıftı Adam – Dəgərsiz adam - هپوو – هه په ند
Hüddülüm = Dəgərsiz adam – هوددولوم
Hırıldatma = Pis Gülmək(özəliklə Xanimlar üçün işlənilir) – هیریلداتما
Vərəzən = Üzüm sərılən Yer – وه ره زه ن
XışDənov = Əlləri bir-birinə Sürtəndə verdiği səslər – خیشده نوو
Yaymaq = Otarmaq – یایماق
Yırtıcı = çox Qızan adam – ییرتیجی
Kələcoş = bir Tür Yemək adı – که له جوش
Zingilə = Salxımdan kiçik neçə gilə dən ibarət olan üzüm birligi – Bala Salxım – زینگیله
Qınqımaq = köpmək – قینقی ماق
Pəndam = Bağ suvaranda Arxın bəndinin dalında suyun şişməsi – په ندام
ƏnəŞüş = Adı durumda olamayan adam – انه شوش
Pezəvər = Zahirdən dalı olan insan – په زه وه ر
Alçaq = Əskik insan – bir Tür Söyüş – آلچاق
Qırna = kənar – قیرنا
Qapalağ götürmək =  bir kimsəyə qızmaq – savaşmaq – قاپالاغ گوتورمه ک
Nənni = Beşik – نه ننی
Tıncıxmaq = bir Yemək Qoxsu verəndə - تینجیخماق
Nasırqa = beşik gibi(uşaq üçün) – ناسیرقا –فارسجا رورو اک
El Çırağı = Fənər – اه ل چیراغی
 Taykəş = tay dəğışık – تای که ش
Çolus = Balaca Xalça – چولوس
Dırmıq = dırmıqlamaq – Engliscə rake – دیرمیق – فارسجا شن کش
 QərənQuluq  = Qaranlıq – قه ره نقولوق
Bizərçın = Alaq üçün işlənilən alət – بیزه رچین
Şötdə = Çuğundur Çıxartmaq üçün işlənilən Alət – شوتده
Oraqça = Oraq – Dəryaz - اورقچا
Tırpan = Ot Biçmək üçün işlədilən alət
Əl arabasi = balca Araba
Şənə = əkinçilikdə işlədilən Alət
KərdiVar = əkinçilikdə işlədilən alət
Bilev = Tırpan itildən – بیل ائو
QoVara = قووارا
Nacax = Balta – ناجاخ
Çapacaq = Ət kəsmək üçün işlənilir – چاپاجاق
Toxa = Alaq üçün işlənilir – توخا
Qanqırdan = bir Tür yaşıl ot – قان قیردان
Toyuq Götü = bir Tür yaşıl ot
Qarqa Sabini = bir Tür yaşıl Ot
Dəvə Dabani = bir Tür ot
Qəzyağı = bir Tür yeməli ot
Gəndələ = bir Tür yeməli Ot
Kəbər = bir Tür dağ otu
Bubbu = bir Tür Qoş – بوببو
Ağacdələn = آغاج ده له ن
Çubuğ ziri= Külqabı – چوبوغ زیری
Dəvri = Buşqab – ده وری
Çanaq = kasa – چاناق
Zopa = Qalın  Ağac – زوپا
SarıYağ = Heyvani Yağ – ساری یاغ

Qaynaqlar:
Sözcüklərin bir Qısmı El Dili Dərgisindən alınıbdır
Özəl araşdırmalarım: Umud Urmulu