Sunday, June 5, 2011

Urmiye'li Qoşaqr Bəharm Əsədi və Qarabağ Danışıqları

Bəhram Əsədi 1965-ci il Urmuda doğulmuşdur. İlk ve orta təhsilatın orada bitirerken pedagoji təhsili almış və 1986-cı ildən dolayı məəllim işləyir.
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye şəhərində çaba gösteren YAZ neşriyyatının directorudur.
Qarabağ Danışıqları

Yetər boş-boş danışıqlar
Qarabağı almaq gərək
Azərbaycan ordusunu
...Qarabağa salmaq gərək

Coşmaq gərək bulaq kimi
Yarmaq gərək nacaq kimi
Ermənini alaq kimi
Xankəndidən yolmaq gərək

Haydı, haydı qoç dəlilər,
Qopsun Şuşadan zəlilər
Ya Mohəmməd, ya Əlilər
Yerə-göyə dolmaq gərək

Yetər mahnı, tərkin qılın
Marş oxuyun, silah alın
Füzulinin, Cəbrayılın
Ağrısına qalmaq gərək

İlham Əli, yetər bu gop
Yaraşarmı işqala hop?
Bir mərmiyə vur əlli top
Məhşər əyan qılmaq gərək

Yirmi illik nə danışıq?
Danışıqdan yoxdur işıq
Yığışdırın, nə barışıq?
Döyüşlərə dalmaq gərək

Hanı Ağdam? Hanı Laçın?
Xocalının yolun açın
Erməninin qanlı xaçın
Başlarına çalmaq gərək

Od yağdırın, oynayınca
Azərbaycan olsun uca
Kiçik-böyük, cavan-qoca
Hamı əsgər olmaq gərək

Haydı, qeyrət günü gəldi
İşqalçının sonu gəldi
Şəhidlərin qanı gəldi
İntiqamın almaq gərək.

Bəhram Əsədi

No comments:

Post a Comment