Showing posts with label siyasət. Show all posts
Showing posts with label siyasət. Show all posts

Sunday, December 11, 2011

İran devlǝti Türkiyǝ`ni vuracaqmış

Mehran Baharli
(İran Meclisi Dış Politika ve Ulusal Güvenlik Komisyonu Başkanvekili Hüseyin İbrahimi, İran'ı hedef alacak bir saldırı halinde "kesinlikle" Malatya'daki füze kalkan sistemini vuracaklarını söyledi).
Fars hakimiyyǝtindǝki İran devlǝtinin Türkiyǝ`ni vuracaq gücü, yetǝnǝyi vǝ cǝsarǝti yoxdur, heç bir vaxt da olmayacaqdır. Bu tǝhdidlǝrin amacı, İran`a saldırıldığı durumunda bütün bölgǝnin etgilǝnǝcǝyi düşüncǝ vǝ qorxusunu yaymaqdır. Bu taktik, İran, Suriyǝ vǝ Rusya`nın özlǝrini qorumaq üçün son şanslarıdır. Yoxsa özlǝri dǝ bilirlǝr ki saldırıya uğrarlarsa heç bir biçimdǝ özlǝrini qoruyacaq güclǝri olmayacaqdır. Ondan dolayı belǝ tǝhdidlǝri savuraraq Batını özlǝrinǝ saldırmaqdan caydırmaq istǝyirlǝr.
İran`ın Türkiyǝ`ni vurmağa nǝ gücü nǝ dǝ niyyǝti vardır. İran, Suriyǝ vǝ Rusya`nın bu son tǝhdidlǝri İran`a vǝya Suriyǝ`yǝ saldırmanın bölgǝsǝl bir çatışmanı tǝtiklǝyǝcǝk qoruxusunu yaratmaq üçündür. Ancaq belǝ bir çatışmanın yaranmasının imkanı yoxdur.
İran`a saldırılıp savaş çıxarsa bilǝ, İran`ın Türkiyǝ`ni vurması nǝ tǝk onun sorununun çarǝsi olmaz, bǝlkǝ çöküşünü qaranti edǝr. İran`ın hava quvvǝtlǝri vǝ hava savunmasını, NATO olmasa bilǝ, Türkiyǝ tǝk başına qısa bir sürǝdǝ etgisizlǝşdirǝbilǝr. Ayrıca bir NATO ölkǝsinǝ saldıracaq İran, kǝsinliklǝ bir daha ayağa qalxamacaq şǝkildǝ yerindǝ oturmağa zorlanar.
Tǝhdidlǝ tǝhdidin gǝrçǝklǝşdirilmǝsi iki fǝrqli şeylǝrdir. İran`ın vǝ Suriyǝ`nin vǝ Rusiya`nın belǝ tǝhdidlǝri yapma yararlarınadır, çünkü qarşı tǝrǝfi onlara saldırmaqdan caydırabilǝr. Ancaq bu tǝhdidlǝrini gǝrçǝklǝşdirmǝlǝri , onların özlǝrinin zǝrǝrinǝdir, çünkü yox olmalarına nǝdǝn olar. İran da bu gǝrçǝyi bilir vǝ ona görǝ dǝ tǝkcǝ tǝhdid edir. Dolayısı ilǝ İran`ın Türkiyǝ`ni vurması söz qonusu deyildir, heç bir qoşulda da olmayacaqdır.
İran`ın vurulmadan öncǝ yapabilǝcǝyi tǝk iş, bilǝsinǝ saldırıldığı durumunda bunun bölgǝsǝl bir çatışma yaradacağı tǝhdidindǝ bulunmasıdır. Saldırıya uğradıqdan sonra isǝ tǝk yapabilǝcǝyi iş, proxylǝri ilǝ (İraq, Suriyǝ, Hizbullah vǝ Afqanistanda) Batı çıxarlarına saldırmaq, qısa sürǝli Hormoz Boğazını qapatmaq vs.dir Ancaq heç bir durumda Türkiyǝ`ni vurma söz qonusu olabilmǝz. Çünkü Türkiyǝ`ni vurmanın İran üçün yalnız tǝhdid etmǝ aracı olaraq dǝyǝri vardır. Ancaq bu tǝhdidin gǝrçǝklǝşdirilmǝsi vǝ NATO üyǝsi vǝ İran`ın uyqar vǝ özgür dünya ilǝ qalan tǝk bağı Türkiyǝ`ni vurmasının, hǝm İran`ın gücü dışındadır, hǝm dǝ yararlarına tǝrsdir.
İran`ın Türkiyǝ`yǝ saldıracağı bir senariyonun gǝrçǝklǝşmǝ ehtimalı sifirdir. İran`ın Türkiyǝ`ni vurma niyyǝti vǝ gücü yoxdur. Olsaydı da bunu yapmazdı, çünkü belǝ bir saldırı İran`a zǝrǝrdǝn başqa bir xeyri olmazdı. Bu bağlamda İran`ın ehtiyacı olan şey, Türkiyǝ`ni tǝkcǝ tǝhdid etmǝkdir, vurmaq deyildir. İran`ın nǝ Türkiyǝ nǝ dǝ başqa hǝr hansı bir NATO ölkǝsinǝ saldıracaq gücü vǝ niyyǝti yoxdur.
İran ortalığın qarışmasını istǝmǝyir, öz hakimiyyǝti vǝ devlǝtinin davamını istǝyir. Ortalığın qarışmasını o vaxt istǝyǝr ki bu qarışıqlıq devlǝti vǝ hakimiyyǝtinin davamına kömǝk etsin. İndi isǝ Türkiyǝ`ni tǝhdid etmǝsi, caydırıcılığı olabilǝcǝyi üçün, onun hakimiyyǝtinin davamına kömǝk edǝbilǝr. Buna görǝ dǝ Türkiyǝ`ni tǝhdid edir. Ancaq bu tǝhdidin gǝrçǝklǝşdirilmǝsi İran hakimiyyǝtinin sona çatacağı demǝkdir. Belǝ bir saldırı İran devlǝtinǝ şans yaratmaz, tǝrsinǝ ǝn kiçik bir yaşama şansı varsa, onu da onu yox edǝr.
 İran devlǝti Türk devlǝti deyildir. 1925ǝ qǝdǝr İrana Türk bir sülalǝ hakim idi. o tarixdǝ Qacar sülalǝsi yıxılmış yernǝ modern İran devlǝti qurulmuşdur. Modern İran devlǝti ilk gündǝn türk düşmanı bir devlǝtdir. Türk xalqının çox millǝtli olan İrana hakim olmaq, İran devlǝtini ǝlǝ geçirmǝk kimi bir istǝk vǝ savaşımı yoxdur. Bizim savaş öz xalq vǝ topraqlarımızı (Güney Azǝrbaycan, Qaşqayurd, Afşaryurd, Xǝlǝcistan...) qurtarmaqdır. İranda yaşayan başqa xalqların, Farslar, Kürdlǝrin, Ərǝblǝrin, Lorların Bǝluçların gǝlǝcǝyi, yurdları vǝ qurmaq istǝdiklǝri devlǝtlǝr bizi ilgilǝndirmǝz.

Friday, July 29, 2011

Dünən Savalan dağında tarix yazıldı

Arif Kəsin
Dünən Savalan dağında tarix yazıldı . Azərbaycan milli fəalları yenə də möhtəşəm hemasəyə imza attilar. Bu dəfə də  Azərbaycan Türk millətinin istəkləri Savalan dağının zirvəsində səsləndi.  Savalan dağı öz qəhraman oğullarının hemasəsini gördü, eşətti, ləms etti.  Azərbaycan milli fəalları Savalanın zirvəsində Azərbaycanın dərdlərini, əzablarını və haqlı istəklərini  bağırdılar. Ulu babalarımız  çılqın, qeyrətli  və  qorxmaz oğullarının bağırtılarını eştti. Ulu babalarımız Qıratın ayaq səsini eşitti.
Dünən Savalan dağında tarix yazıldı.  Savalan dağı yenədə bir  tarixi  ləhzəyə şahid oldu.  Milli hərəkatımız üzərində olan bütün təzyiq vasitələrini yıxaraq, zalimlərin qılıncının bütün acımsızlığıyla dolaşdığı bir zamanda bütün süngülərə sinə gərərək ` yaşasın Azərbaycan` dedi. `yaşasın Azərbaycan`şuarı başı bulutlara dəyən, ürəyi oqyanus genişliyində olan və gözlərində gələcəyin atəşi yanan  qəhrəman oğulların dodaqlarında Azərbaycanın səmalarınıda  ışıqlandı.  Zalim qaranlığı dəldi. Millətə yol göstərdi. Millətə özünü,kimliyini, keçmişini və əsalətini anllattı.
Dünən  Savalan dağında tarix yazıldı . Azerbaycanın qəhrəman oğulları sinələrini süngüyə gərərək `yaşaın Azərbaycan` dedi. Hamımıza göstərdilər ki, Savalan zirvesini fəth edən qərəmanlar yaşadiqca Azərbaycan ölməyəcək, Azərbaycan yenidən doğulacaq və onda üzü qaralıq ` milli hərəkatı yoxdur` kimi cəfəngiyatı təkrarlayan baxar korlara qalacaq. Onda Savalan dağında hemasə yaradanlar millətimiz qəlbində əbədi yaşayacaqlar.
Dünən Savalanda Tarix Yazıldı.
Görüntülər

Sunday, April 24, 2011

Və Şeirlər Azərbaycanlaşacaq: Balaş Azəroğlunun Vəfatı Münasibətiylə

Son vaxtlarda acı xəbər eşitmədiyim günüm yox. Sevinc tək -tək gəlirsə də,  kədərlər, dərdlər və ezablar ton-ton gəlir. Kədərlər gəlməyə başlarsa arxası kəsilmir.Bugün də,  günə  Balaş Azəroğlunun ölüm xəbərinin üzüntüsü ve sarsıntısıyla başladıq.
Balaş Azəroğlunun eərləriylə uşaqlşqda tanış oldum. Balaş Azəroğlunun eərləriylə ilk tanışlığım, Yehya Şeyda tərəfindən yayına hazırlanan ` Savalan Nəğmələri` kitabiyla mümkün oldu. ` Savalan Nəğmələri`  Balaş Azəroğlunun əsərlərinin içindən seçilmiş bir səbəd gül kimi gəldi mənə. Kitab incə ve orda yayınlanan  şeirlərin sayısı az olsa da  günlərcə və aylarca  oxudum . Elə ki, bəzi şeirlerini əzbərləmişdim.
O kiabı oxuduqdan sonra,  Balaş   Azəroğlunun hayatı ve Şerləriyle daha  yaxından tanış olmaya qərar verdim.  Çox tez anladım ki, Balaşın hayat hikayəsi Güney Azərbaycanın 20-nci esrinin hikayəsindən fərqli bir şey deyil. Balaş Azəroğlunun yaşadığı dərbedərlik, sürgün, yoxsulluq, təhqir və bütün bu  çətinliklərə baxmayaraq dim-dik ayaqda durması  ve ölüm anına qədər qəlbindəki Güney Azərbaycan atəşinin  sönməzliyi, bizlər üçün  yanmış , kül olmuş və öz doğma kənd və şəhərlərindən qoparılan ve yad küləklərin rəhmsiz caynaqlarında sovrulmaları istənilən  qəhraman ve mühtəşəm nəslin hayat hikayəsidir.
Bizlər, o  nəslin yaşadığı çox yönlü ezab, təhqir, ölüm və qaranlıq günləri yaxşı bilmirik. Onların çoxu  Pəhləvi xanədanının qanlı süngünləriyle parçalandılar. Onların çoxu Totalitar İstalinist rejimin öldürücü caynaqlarında sovruldular, dəli oldular, açlıkdan küçə başında öldülər, KGB türmelərində yox oldular, Şah Pehləvinin dar ağacına asıldılar,  Xumeyi rejiminin  qanlı pəncələrində pərpər oldular. Onları İstalin, Şah Pəhləvi ve Xumeyni rejimləri qıyım-qıyım doğrarkən, bizlər xəbərsiz ve sessizdik.  Onlar,  qıyım-qıyım doğranırkən bizlərə ` hoş-hoş Pişəvəri-engi boş Pişeveri` nağaratını oxudurdular. Qan qoxusuyla var olan quzqunlar Azərbaycanın əfsanə nəslini yox edib ve sonrada onların cənazələri üstündə  şadlıq bəzmi qururdular.
Onları öldürüb, cənazələrində şadlıq edən kaftarlar “ casus Pişəvəri”, “ xain demokrat firqəsi”” ve “ Azərbaycan düşməni Pişəvəri” kimi  zəhərli sözləri də bizim beynimizdə yerləşdirirdilər.Onları fiziki olaraq yox eden ırqçı qaranlıq əllər, bizi də mənəvi olaraq yox edirdilər. Onların haqqında yalanlar diyərək keçmişimizi oğurlayırdılar, hafizəmizi/yaddaşımızı oğurlayırdılar, tariximizi oğurlayırdılar. Bizim keçmişimizi, tarximizi oğurulayaraq mənəviyatımızı oğurlayırdılar, məneviyatımızı oğurlayraq bizi “zibilə”, “tofalyə” ve “aşqala” çevirmək isteyirdilər. Bizim mənəviyatımızı qəsb edərək isteyirdilər ki, Farsların qapsınıa gedək  və hamının eşidəbiləcəyi  uca  səslə “ mən Türk deyiləm Azəriyəm” çirkəfini  bağıraq. Bizim mühtəşəm  nesli yox ederek  bizləri  “köpəkləşdirərək” Farsların rahat yaşabilmələri  üçün “İranın bütün sərhədlərini qoruyan qapı qulu” kimi yetişdirmək isteyirdilər.
Kaftarlar Azərbaycan muasir tarixinin mühtəşəm nəslini  fiziki olaraq yox etsələr də,  mənəvi olaraq yox edəbilmədilər. Onların maddi bədənlərini  məhv ettilər , ancaq onların ruhlarını, ideallarını və hədəflərini öldürəbilmədilər.Düşmənler, onların Milli Hökümət adiyla tikdikləri şanlı evin dam-duvarın yıxdılarsa da, ancaq, o evin qəlbində gür-gür yanan isti ocağı söndürəbilmədilər. Zehtabilər, Əli Təbrizlilər, Səhəndlər ve  Bulut Qaraçörlülər kimi  ədəbiyat abidələrimiz o qanlı atəşi qordular, o qanlı ocağın atəşinin sönməsinə izin vermədilər.  O qanlı ocağın atəşı böyüdü ve  Babək qalasının zirvəsinə çıxdı. O atəş Xordad (May2006) hadisələrində   Güney Azerbnaycanın bütün şəhərlərində ırqçı rejimi titrətti. O  atəş Urmiye Gölünün qorunmasında Təbrizin mərkəzində  yenidən əllərdə, dodaqlarda və ürəklərdə gəzdi.
Balaş  Azəroğlu öz şəxsi hayatindakı xətası ve səvabiyla,  yanmış ve kül olmuş nəslin qalanlarından biriydi. Onun əsərlərinde Güney Azərbaycan hər zaman var oldu. Onun əsərlərinde Azərbaycan insanının yaşadığı bütün çətinliklər öz əksini tapdı. Balaş Azəroğlu Güney Azərbaycanın `dilsizliyindən` danışdığı qədər onun yoxsulluğundan ve yağmalanmasından da  danışırdı.Balaş Azəroğlu mənim gözümde fəqət bir şair deyil. O, mənim gözümdə mühtəşəm bir nəslinin son təmsilçilərindən sayılırdı. O, indi  Seyid Cəfər Pişəvərinin yanına getti. O getti, ancaq qelbindeki yanan Güney Azərbaycan atəşi hələ də alovlanır.
Güney Azerbaycan ateşi  indi Azerbaycan gənclərinin ellerində, gözlərində və qəlblərində alovlanır. Ellərdəki milyonlarca ateş onu gösterir ki, Məşrutiyetden günümüzə qəder çəkilən ezablar ve tökülən qanlar bihude deyilmş. Görünən o ki,  Azərbaycan günəş kimi  yenidən doğulacaq. Azərbaycan günəş kimi yenidən doğulduğunda Settar Xan, Baqir xan, Şeyx Mohəmməd Xiyabani ve Pişeveriler de yenidən doğulacaq. Toprağını, tarixini, mənəviyatını və qəsb edilən  iradəsini geri alan Azərbaycan şeirləşəcək. Xalqımız milli qurutuluşunu əldə ettiyində  Azərbaycan şeər olacaq ve bütün şeirlər də Azərbaycanlaşacaq. O zaman Azerbaycan poeziyasi kələmənin sehriylə oğurlanmış mənəviyatımızı yenidən var edəcək. O gün Balaş Azəroğlular da yanımızda olacaq.
Arif Kəskin Ankara
24.04.2011

AKP, İsrayil vǝ biz

Mehran Baharlı
İran-Güney Azǝrbaycanlı Türklǝr öz milli çıxarları doğrultusunda Türkiyǝ ilǝ Azǝrbaycan cumhuriyǝtlǝrindǝn bağımsız bir siyasǝt oluşdurmaqdıqca onları kimsǝ- İranda vǝ dışında- ciddiyǝ almaz.
-----------------------------------------------------
Mǝncǝ Ərdoğan Türkiyǝ’dǝ Özal kimi târixi dönüm yaradan liderlǝrdǝn biridir. Son illǝrdǝ Türkiyǝ’nin demokratiklǝşmǝsi, ekonomik vǝ bölgǝsǝl uluslararası siyâsi arenada gǝrçǝklǝşdirdiyi ilǝrlǝmǝ vǝ atılımlar, Ərdoğan’ın iqtidarına bağlıdır. Bu, onun olumlu yapdıqlarıdır. Әrdoğan`ın olumsuz yönü isǝ gizli bir şǝriǝtçi olması vǝ Türkiyǝ’ni yavaş yavaş bir din devlǝtinǝ dönüşdürmǝsidir.
AKP iqtidarınakı Türkiyǝ’nin yaşadığı dǝyişim vǝ dönüşüm, bir neçǝ paralel sürǝcdǝn oluşur. Bunların bǝ’zisi olumlu vǝ bǝ’zisi olumsuz sürǝclǝrdir vǝ hǝr birinin ayrı dinamik vǝ nǝdǝnlǝri vardır. Bunları bir birindǝn ayırt etmǝzsǝk, çox yanlış sonuclara varabilǝrik. Bu sürǝclǝrdǝn bir neçǝsi belǝdir:
-Türkiyǝ`nin demokratiklǝşmǝsi
-Ekonomik açıdan atılım gǝrçǝklǝşdirmǝsi
-Bölgǝ vǝ dünyada siyâsi etginliyinin artması
Bunlar AKP’nin gǝrçǝklǝşdirmǝkdǝ olduğuu olumlu gǝlişmǝlǝrdir vǝ alqışı haqq edir.
Ancaq AKP’nin İsrayil-fortilla vǝ İran-atom teknolojisi qonularında sǝrgilǝdiyi tutum, kǝsinliklǝ vǝ ǝn kiçik bir quşqu olmadan ideolojik İslam vǝ şǝriǝtçi dürtülǝrlǝ ortaya çıxan siyâsǝtlǝrdir. Bu siyâsǝtlǝr AKP’nin izlǝdiyi vǝ addım addım gǝrçǝklǝşdirdiyi başqa bir sürǝcin davamıdır. O da Türkiyǝ’ni devlǝt vǝ toplum düzeylǝrindǝ İslamlaşdırma vǝ Ortadoğulaşdırmadır.
Bugün AKP’nin İsrayil ilǝ ilişgilǝri kǝsmǝyǝ doğru getmǝsi; Suriyǝ, Hamas, Ermǝnistan vǝ İraq Kürdüstanı ilǝ ilgili yaxınlaşma siyâsǝtlǝri, yeni bir şey olmayıp İran’ın bilinǝn dış siyâsǝtinin doğrultusunda, daha doğrusu Fars dinçilǝrin dikte etdiklǝri siyâsǝtlǝrin ılımlı versiyonudur. Olayların gedişi bu alanlarda Ərdoğan’ı İran adamı diyǝ tanımlayanları haqlı çıxarmaqdadır. İran’ın nukleer teknolojisi vǝ son dönǝm taqas olayında isǝ Türkiyǝ’nin Fars dinçi devlǝti yanında yer alması, açıqca Ərdoğan-Davutoğlu’nun dinçi ǝyilimlǝrinin yanı sıra, İran’ın Türkiyǝ’ni aldatdığı vǝ oyuna gǝtirmǝsinin sonucudur. İran bu oyunla bir yandan özünǝ zaman qazanmış, ötǝ yandan da ǝzǝli rǝqibi olan Türkiyǝ’ni müttǝfiqlǝri olan Amerika, Avropa Birliyi, Nato vǝ İsrayillǝ qarşı qarşıya gǝtirmǝni başarmışdır. Onun yönünü Avropalılıqdan çıxardıp, Ortadoğulaşdırmışdır.
-----------------------------------------------------
Rǝcm vǝ ya daş qalağın Tevrat’da geçmǝsi tәk başına bir şey ifadǝ etmǝz. Önǝmli olan budur ki Yǝhudilǝr, hǝtta ǝn aşırı dinçilǝri bilǝ, bugün rǝcm cǝzasını uyqulamır. Ancaq hǝm bu cǝzanı onlardan kopya edǝn İslam şǝriǝti onu mǝnimsyir vǝ hǝm İslam ölkǝlǝri -İran başda olmaq üzǝrǝ- onu uyqulayırlar. Burada bir insanlıq suçu vardır vǝ onun başlıca sorumlusu İslam şǝriǝtidir.
Güney Azǝrbaycanlı bir Türk qadın, Fars kökdǝn dinçi İran devlǝti tǝrǝfindǝn daş qalaq cǝzasına çarpdırılmışdır. Dünya vǝ Avropa ölkǝlǝri insanlıq dışı bu cǝzaya e’tiraz edǝrkǝn, Türkiyǝ vǝ Azǝrbaycan Cumhuriyǝtlǝri bu qonuda susmanı yeylǝmişlǝrdir. Türkiyǝ dışişlǝri baxanı Davutoğlu İran’ı daş qalaq üçün mǝhkum etmǝkdǝn boyun qaçırmış vǝ mǝhkum etmǝmişdir: “Davutoglu was asked whether Turkey would raise the case (planned Iran stoning) with Iran. "We're trying to work and consult on all these issues with our neighbour Iran, of course we have to see the file," he said”.
AKP iqtidarının İran’a qarşı mǝnimsǝdiyi qoruma vǝ savunmaçı tutum, bu arada bütün dünyanın tǝrsinǝ daş qalaq olayını mǝhkum etmǝmǝsi, AKP’nin gizli dinçi vǝ şǝriǝtçi acendasını bir yol daha ifşa edir. İran-Güney Azǝrbaycanlı Türk siyâsi qurup vǝ ictimai dǝrnǝklǝr, Türkiyǝ vǝ Azǝrbaycan cumhuriyǝtinin siyasal vǝ ideolojik İslam doğultusunda yapdığı hǝr şeydǝn vǝ özǝlliklǝ Fars dinçi devlǝti ilǝ qurduğu ittifaqdan- bu siyasǝtlǝr qısa vǝdǝdǝ üzeysǝl baxan bǝ’zi kimsǝlǝri tǝhrik vǝ mǝmnun etsǝ bilǝ- utanc duyur vǝ onları mǝhkum edir.
-----------------------------------------------------
Bir sıra analizlәrdә İsrayil ilǝ ilgili söylǝnәnlәrdә ciddi ǝksikliklǝr olduğunu düşünürǝm. Bunlarda İsrayil devlǝti, İsrayil hökümǝtlǝri, İsrayillilǝr, Amerika’da İsrayil lobisi, Dünya Yǝhudilǝri vǝ Dünya Musǝvilǝrini bir birindǝn ayırt edǝbildiyindǝn, ayrıca AKP iqtidarının dış politikaspnda siyasal vǝ ideolojik İslam’ın hansı alanlarda vǝ nǝ dǝrǝcǝdǝ var olduğunu göz önündǝ tutduğundan arxayın deyilǝm.
Deyilir: “İsrayil doğuda olan bütün ölkǝlǝrǝ böyük bir tǝhditdir”. Mǝncǝ İsrayil devlǝti, İsrayil hökümǝtlǝri vǝ İsrayil xalqını bir biri ilǝ eyni tutan bu gǝnǝllǝndirmǝniz kökdǝndinçi Əhmǝdinejad’ın vǝ ırqçı anti semitistlǝrin iddiasıdır vǝ yanlışdır. İsrayil`in özü heç bir şeyǝ tǝhdid deyildir. Tǝhdid olan, bu devlǝtin 1967 vǝ 1973 savaşlarından sonra militarist vǝ işqalçı siyâsǝtlǝr izlǝmǝsi, bu bağlamda uluslararası huquq vǝ insan haqlarını heçǝ saymasıdır.
-----------------------------------
İsrayil’in bizǝ yararlı olmadığını söylǝmǝk üzeysǝl bir tǝsbitdir vǝ bunları söylәyәnin Türkiyǝ devlǝtini Azǝrbaycan devlǝti vǝ İranda var olan Türk xalqının milli demokratik hǝrǝkǝtinin üç ayrı siyasi antite olduğu vǝ durumlarının vǝ dolayısı ilǝ tǝpgilǝrinin bir birindǝn fǝrqli olduğu gǝrǝkmǝsinǝ inanmadığını göstǝrir.
İsrayil ilǝ ilişgi tǝkcǝ İsrayil ilǝ ilişgi deyildir, Amerika ilǝ ilişgidir dǝ eyni zamanda. Bu, istǝsǝk dǝ, istǝmǝsǝk dǝ geçen yarım yüzildǝ belǝydi, indi dǝ belǝdir vǝ uzun zaman da belǝ qalacaqdır. Bizim bunu dǝyişdirmǝyǝ gücümüz yetmirsǝ ondan yararlanmaya baxmalıyıq, bu ağlın hökmüdür.
Türkiyǝ devlǝti bir imparatorluq qalıntısı olan, tǝmǝllǝri sağlam oturmuş köklü bir devlǝtdir. Bu devlǝt ekonomik olaraq güclǝnmǝ vǝ iç sorunlarını - başda Kürd sorunu olmaq üzǝrǝ - çözmǝsinǝ paralel olaraq, hǝr gün bir az daha çox Amerika’dan bağımsız siyasǝtlǝr yeridǝbilǝr. Olan da budur. Gǝrçi Türkiyǝ dǝ heç vaxt İsrayillǝ ilişgilǝrini kǝsmǝz, kǝsmǝmǝlidir. Türkiyǝ on il bundan qabaq belǝ bağımsız hǝrǝkǝt edǝmǝzdi. Azǝrbaycan cumhuriyǝti isǝ bunu bugün dǝ yapamaz, yapmamalıdır.
Azǝrbaycan cumhuriyǝti bir yanda Rusiya vǝ İran arasında sıxışmış, bir yandan da Ermǝnistan tǝrǝfindǝn işqal edilmişdir. Bu durumda Azǝrbaycan Cumhuriyǝtinin Amerika ilǝ istiratejik ittifaq qurması gǝrǝkdiyi günǝş kimi aydındır. Amerika ilǝ ittifaq isǝ, İsrayillǝ ittifaq anlamındadır. Qaldı ki Azǝrbaycan Cumhuriyǝtinin silahlı teknolojidǝn Amerikadakı Ermǝni diyasporasına qarşı qoymağa dǝk، İsrayil lobisinǝ ehtiyacı vardır.
Biz Türk xalqının, nǝ Yǝhudi xalqı vǝ nǝ dǝ Ərǝb xalqı ilǝ milli sorunumuz yoxdur. İsrayil vǝ Filistin devlǝtlǝri ilǝ milli çıxar çatışmamız da yoxdur. Unutulmaması gǝrǝkir ki geçǝn yüzildǝ dünyada ilk kǝz Yǝhudi bir devlǝtin bugünkü topraqlarında qurulması gǝrǝkdiyi fikrini ortaya atanlardan biri Türk Azǝrbaycanlı qıral Nasirǝddin Șah Qacar olmuşdur. Ayrıca İsrayil’in işqal vǝ işqal torpaqlarda yeritdiyi uluslararası yasalar vǝ insan haqlarını heçǝ saymasına qarşı çıxanların ön sıralarında İsrayil vǝ İsrayilli olmayan Yǝhudi aydınları yer almaqdadır. Biz onlarla bu qonuda bir dǝ kökdǝn dinçi vǝ ideolojik İslama qarşı olmaqda eyni cǝrgǝdǝyik.
---------------------------------------------
Kürdlǝr bǝnzǝr gǝrǝkçǝlǝrlǝ Amerika vǝ İsrayil’ǝ yaxınlaşmışlarsa- ki yaxınlaşmışlar -bu kǝsinliklǝ doğru vǝ ağıllıca bir siyâsi hǝrǝkǝtdir vǝ onların nǝ dǝnli ayıq, ilkǝli, ǝsnǝk vǝ gǝrçǝkçi olduqlarını göstǝrir. Biz dǝ eynisini kǝsinliklǝ yapmaq durumundayıq.
 İsrayil devlǝti vǝ ya hǝr hansı başqa bir devlǝt, özünün tanımladığı milli çıxarlar doğrultusunda Iraqlı Kürdlǝrǝ yardım edirsǝ, çox doğru bir iş yapır. Onların yanlışlığı, İranda olan milli hǝrǝkǝtlǝrǝ eyni dәstәyi vermәmәsidir. Əsasǝn Iraqda Kürd devlǝtinin güclǝnmǝsi, hǝtta Iraq’ın dörd etnik sınıra görǝ bölünmǝsi (Kürd, Ərǝb Sünni, Ərǝb Șii, Türkman) bizim milli çıxarlarımızın gǝrǝyi olup, bütün bölgǝ ilǝ dünyanın xeyrinǝdir. Biz İran-Güney Azǝrbaycan Türklǝri olaraq bunu dǝstǝklǝmǝliyik. Çünkü bu bir yandan başımıza qara bǝla kimi çökǝn PJAK-PKK tǝhlikǝsini azaldar, bir yandan da İran imperiyası-Fars sömürgǝçiliyin ölümünü yaxınlaşdırar.
“Yǝhudilǝr BOP’u (Böyük Ortadoğu Projesini) yapmış” deyilir. Ortadoğuda bir çox nǝdǝndǝn dolayı, o cümlǝdǝn demokratik kültür, uyqulamalar gǝlǝnǝyi vǝ qurumları olmadığından dolayı, dış etgǝn olmadan iç dinamiklǝrlǝ hǝr hansı bir demokratik gǝlişmǝnin gǝrçǝklǝşǝcǝyini düşünmǝk yanlışdır. Bu üzdǝn dǝ dünyadan izole olmuş vǝ dnyanın ǝn geri qalmış bölgǝlǝrindǝn biri olan Müsǝlman Ortadoğunu dünya olay vǝ sürǝclǝri ilǝ enteqre edǝn, mevcud istatikonu yıxabilǝn vǝ ya ǝn azından onu sarsan hǝr girişim, hǝtta BOP uzun vǝ’dǝdǝ olumlu bir olay vǝ olanaqdır.
Ənindǝ sonunda siyâsǝt iqtidar vǝ güc mucadilǝsidir. Bu üçü dǝ (Türkiyǝ devlǝti, Azǝrbaycan devlǝti, Türk Azǝrbaycan milli demokratik hǝrǝkǝti) siyâsi antitelǝrdir, insan haqları dǝrnǝklǝri vǝ ya uluslararası huquq quruluşları deyildirlǝr. Dolayısı ilǝ onların insan haqları dǝrnǝklǝri kimi davranmalarını bǝklǝmǝk yersiz bir bǝklǝntidir.
--------------------------------------------
Bizim İsrayil hökümǝtinin qǝbul etmǝdiyimiz vǝ mǝhkum etdiyimiz davranışları vardır. O cümlǝdǝn 1967dǝn sonra işqal etdiyi torpaqlar (Doğu Qudus, Batı Șǝriǝ, Qǝzzǝ), militarizmi, uluslararası yasaları vǝ insan haqlarını heçǝ sayması, …  Ancaq bunlara e’tiraz Türkiyǝ üçün ayrı, Azǝrbaycan Cumhuriyǝti üçün ayrı vǝ yöntǝmi vǝ biz İran-Güney Azǝrbaycanda yaşayan Türk xalqı üçün ayrı bir anlam vǝ yöntǝmi  vardır. Yerlǝşmiş devlǝt gǝlǝnǝklǝri vǝ çeşitli olanaqları olan Türkiyǝ devlǝtinin yapması gǝrǝkǝnlǝr, bunların heç birinǝ sahib olmayan Azǝrbaycan Cumhuriyǝtindǝn fǝrqli vǝ bu ikisininki dǝ bir milli demokratik qurtuluş hǝrǝkǝti olan Türk Azǝrbaycan milli demokratik hǝrǝkǝtindǝn fǝrqlidir.
Bizim qarşı olduğumuz şey, işqal, uluslararsı yasalar vǝ insan haqlarını heçǝ saymaqdır. İstǝr bunları yapan İsrayil, Rusiya vǝ Çin, istǝr İran vǝ ya başqa Müsǝlman nufuslu devlǝtlǝr olsun. Bunlara isǝ verilǝcǝk uyqun cavab, sâdәcә bunlara yönǝlik olan siyasi pilatformlarda vǝ yalnız diplomasi yolu ilǝ olmalıdır.
Türkiyǝ’nin bu çǝrçivǝdǝ İsrayil’in yanlış yapdıqları vǝ yanlış siyasǝtlǝrinǝ qarşı çıxması, doğru vǝ yerindǝdir; hǝtta gec qalınmış bir tutumdur. Türkiyǝ, İsrayil hökümǝtinin anlış yapdıqlarına diplomasi vǝ siyasi pılatformlarda vǝ uluslararası yasalara dayanaraq qarşı çıxdığı sürǝcǝ, dünyadan dǝstǝk görǝcǝk vǝ görmǝlidir.
Azǝrbaycan Cumhuriyǝti dǝ, İsrayil devlǝti vǝ hökümǝtlǝrinin bǝyǝnmǝdiyi siyâsǝtlǝrini özünün olanaq vǝ çıxarlarını göz önündǝ tutaraq ǝlǝşdirmǝli vǝ onlara dǝngǝli diploması ilǝ qarşı qoymalıdır. Örnǝyin Azǝrbaycan Cumhuriyǝti Telaviv’dǝ böyükelçilik açmalı vǝ bunu Filistin devlǝtinin Bakıdakı vǝ özünün dǝ Ramullahda böyükelçilik açması ilǝ eş zamanlı yapmalıdır. Ya da UN’dǝ İsrayil’i yanlışlarını mǝhkum edǝn qǝrarlara İran’ı yanlışlarını mǝhkum edǝnlǝrlǝ birlikdǝ olumlu oy vermǝlidir.
Biz İran vǝ Güney Azǝrbaycan Türklǝrinǝ gǝlincǝ, yeni başlamış milli qurtuluş hǝrǝkǝti olaraq, bölgǝ vǝ dünya çapında oyuncuların dǝstǝyini qazanma bizim ilk görǝv vǝ sorumluluğumuzdur. Bu hǝr milli qurtuluş hǝrǝkǝtindǝ belǝdir. İndiki durumda isǝ bütün bölgǝsǝl vǝ qılobal oyuncular, Fars dinçilǝrin müttǝfiqi olan AKP islamçılarının hâkim olduğu Türkiyǝ, Rusiya, Avropa, … bizǝ qarşdıdır. Bu durumda güclü mediya vǝ lobiyǝ sahib olan İsrayil’ǝ vǝ dolayısı ilǝ Amerika ilǝ düşmanlıq yapmaya, onlarla yaxın ilişgi qurmamaya heç bir nǝdǝn yoxdur vǝ bu ayrıca ağıllı bir hǝrǝkǝt dǝ olmaz.
---------------------------------------------
Bizim insan haqları dǝrnǝklǝri vǝ siyâsi tǝşkilatlarımız, bu qonuda öz ǝlǝşdirilǝrini hǝmişǝ ǝn açıq bir dillǝ, öz qonum vǝ ilkǝlǝrinǝ görǝ dillǝndirmǝlidirlǝr. Bu ǝlǝşdirilǝrin tǝmǝlli bunlar olmalıdır:
-İsrayil’in 1967 savaşından sonra işqal etdiyi bütün torpaqlardan (Doğu Qudus, Batı Șǝriǝ, Qǝzzǝ) geri çǝkilmǝsi,
-Ərǝb köçmǝnlǝrin öz yurtlarına geri qayıtmaları,
-Filistinlilǝrin mǝ’ruz qaldığı bütün ziyan vǝ zǝrǝrlǝrin tǝlafi edilmǝsi,
-İki eşit haqlı İsrayil vǝ Filistin devlǝtlǝrinin var olması.
İsrayil devlǝti vǝ hökümǝtlǝrinin yanlış yapdıqlarını ǝlǝşdirip vǝya mǝhkum edǝrkǝn, kǝsinliklǝ kökdǝn dinçi İslamçılar vǝ anti semitist ırqçıların tuzağına düşmǝmǝmiz gǝrǝkir. İsrayil devlǝti vǝ hökümǝtlǝrinin yapdığını ǝlǝşdirmǝk başqa bir şeydir, ideolojik İslam vǝ şǝriǝt yanlılarının bunları İsrayil’lǝ birlǝşdirmǝsi vǝ dolayısı ilǝ İsrayil devlǝtinin mǝşruluğunu sorqulaması, şǝriǝtçi histeriyǝ yaşıl ışıq yaxması başqa bir şey.
Hǝr hansı bir etnik qurup haqqında gǝnǝllǝndirmǝlǝr yapmaq vǝ istereotiplǝr yaratmaq, mǝncǝ ǝnindǝ sonunda ırqçılıqla sonuclanacaqdır. Yǝhudi bir xalq vǝ Musǝvi bir dini qurup adıdır. Bunların arasında dinsizindǝn aşırı dinçisinǝ, siyonistindǝn İsrayil devlǝtinin varlığını sorqulayana hǝr çeşit insan vǝ insan qurupuna rastlamaq olasıdır. Yǝhudi vǝya Musǝvi toplumlarını Türk, Ərǝb, Rus, Çin, Müsǝlman, Xırıstiyan vǝ ya hǝr hansı başqa bir toplum kimi tǝk tip görmǝk, son dǝrǝcǝ yanlışdır vǝ söz qonusu Yǝhudilǝr isǝ- özǝlliklǝ davamlı tekrarıan “hǝr şeyin arxasında mütlǝq Yǝhudi barmağı vardır” kimi ifadǝlǝrin- açıqca ırqçı çalarları vardır.
Türkiyǝ bu rasyonel çizgidǝn dışarı çıxıb kökdǝn dinçi İslamçıların vǝ ırqçı anti semitistlǝrin söylǝm vǝ ǝdǝbiyyatını mǝnimsǝrsǝ, İsrayil devlǝtinin mǝşruiyyǝtini sorqularsa vǝ bütün Yǝhudi vǝ Musǝvi xalqlarını suçlu e’lan edǝrsǝ -ki Ərdoğan’ın mǝnimsǝdiyi zehniyǝt vǝ dil dǝ budur- uzun vǝ’dǝdǝ Əhminejad kimilǝrindǝn başqa kimsǝdǝn dǝstǝk görmǝz vǝ görmǝmǝlidir. Türkiyǝ dış işlǝri baxanı Davutoğlu’nun “Biz Qudus’da namaz qılacayıq” demǝsi, Xumeyni’dǝn kopyalayan vǝ tǝqiyyǝ yapan bir dinçinin iç dünyasını dışarıya vuran bir ipucudur. Ərdoğan’ın yalnız Qǝzzǝ’dǝ toplu qırıma mǝ’ruz qalanlara verdiyi dǝstǝk vǝ buna qarşın daha bǝtǝr soyqırımlar yapan Ermǝnistan, İran, Sudan, Hamas vǝ bǝnzǝrlǝri ilǝ diyaloq qurması vǝ hǝtta onlara sahib çıxması, Fars dinçilǝrin siyasi pıraqmatisminin kopisidir. Biz dinçilǝrin taktiklǝrinǝ çox yaxşı tanışıq.

Sunday, April 17, 2011

Milletler Meselesinde Boşanma Haqqı

Arif Keskin
Areş Neraqi boşanma haqqından behs edir ve bunu İrana uyqulamaq isteyir. Milletler meselesinde boşanma haqqı mequlesi çox mürekkeb ve çeşidli tenqidlere meruz qalmış bir mefhum. Bu tenqidlerin çoxunu burada zikr etmeye ehtiyac yox. Boşanma Haqqı sözü özlüyünde İrandaki milletler meselesini tehrif etmekdir. Boşanma haqqı evlilik qurumu olduğu zaman analam ifade eder. Evlilik qurumu iki musavi insanın iradi birlikdeliyinden ortaya çıxar. Boşanma ise musavi iki insan iradi birlikdeliklerini könüllü son vermeleri anlamına gelir. İrandaki milletler meselesi iki musavi milletin iradi birlikdeliyinin neticesi deyil. Fars hüviyetini diger milletlerin iradesine rağmen qalib kimlik ilan edib ve bütün diger milletleri Farslaşdırma sürecine soxublar. İrandaki fars kimliyi esasındaki dövlet-millet projesi diger miletlerin könüllü iradesinin mehsulu deyil. Çox boyutlu icbar ve zorlamanın neticesidir. Burda könüllü evlilikden daha çox qesb, işqal ve alı qoyma mevzusu var.Qesb, işqal ve zorlama varsa orda boşanma diye bir mequle olmaz. Qesb, işqal ve zorlama varsa o bilikdelik özlüyünde saqitdir. Boşanma haqqı birlikdeliyin meşru olduğu zaman mena tapar. Qesb, işqal ve zorlama olduğu yerde ayrılma haqqı o sürecin içinde mevcutdur. Çünki zorlamayla yaranan birlikdelik mahiyet itibariyle qeyri meşrudur. İrandaki fars olmayan milletlerin ayrılma haqları vardır ve bu boşanma haqqından ferqli bir müstevide ele alınması gerekir.
Areş Neraqinin yazısıla ilgili http://tinyurl.com/3dht974

Sunday, April 10, 2011

Xalqın Mucahidlәri vә Әşrәf Kampı

Xalqın Mucahidlәri vә Әşrәf Kampı
Mehran Baharli
Türk milli demokratik hәrәkәti özәlliklә Haray Haray Mәn Türkәm xalq ayaqlanması ortaya çıxmadan qabaq, İranın sәrasәri tәşkilatını ginә dә qәbul etmәk olardı. Ancaq bu hәrәkәt ortaya çıxdıqdan sonra artıq İranda sәrasәri tәşkilat diyә bir şeyin anlamı qalmamışdır. Sәrasәri adlanan tәşkilatlar günümüzdә kәsinliklә Fars tәşkilatdırlar. Bu tәşkilatda rәhbәrlik qonumunda olan Türklәr dә mәncә istisnasız gizli vәya utancaq paniranist olaraq görülmәlidir. Çünkü әsas aldıqları şey, Türk milәti deyil, İrandır.
Azәrbaycanda yaşayan Kürd, Fars, Talış, Tat, Asoru vә Ermәni ilә sәrasәri tәşkilatlarda çalışan Türklәr arasında böyük fәrq vardır. İlk qurup öz milli kimliklәrini bilir vә onun uğrunda çalışır. Ancaq sәrasәri quruplardakı Türklәr öz milli kimliklәrini bilmir vә Fars millәtinin kimliyi vә hakimiyyәti yolunda çalışırlar. Gәrçi dediklәrim bu hörgütlәrin öndәrlik vә üst düzey üyәlәri haqqındadır, ancaq yaşadığımız bilgi bombardımanı vә internet çağında artıq sıradan üyәlәr dә yapdıqlarından sorumlu tutulmalıdırlar.
Mәn xalqın Mucahidlәri vә bәnzәr sәrasәri tәşkilatlarda çalışan siyasilәrin bilincli olaraq bu yola addım atdıqlarını düşünürәm. Bunların seçdiklәri siyasi çizgidә qarşılaşdıqlarını da yapdıqları seçimlәrin sonucu olduğundan dolayı, onları qurban durumuna düşürәcәyinә inanıram.
Xalqın Mucahidlәri tәşkilatına gәlincә buradakı sorunlar (Şәxsiyәtә pәrәstiş, dini firqә yapısı, anti demokratik tutumlar, …) tәkcә Rәcәvi`dәn qaynaqlanmır, oradakı Türklәr Rәcәvi qәdәr bu tәşkilatın yanlış siyasәtlәrinin sorumlusu sayılmalıdırlar. Ayrıca bunlar ilk başdan Hәnifnejaddan başlayaraq Türk xalqı vә Azәrbaycana arxalarını çevirmiş dinçi-irançı şәxslәrdir.
Әşrәf kampında olanlara gәlincә, Iraq devlәti oranı uluslararası qural vә yükümlülüklәrinә uyqun olaraq yönәtmәlidir. İndiki Iraq devltәnin Fars İran devlәti ilә gizli anlaşma vә işbirliyi yaparaq Iraqda bulunan vә bu ölkәnin yasalarına uyan İran muxaliflәrinә saldırması vә basqı yapması da -muxaliflәrin siyasi görüşlәrindәn asılı olmadan- mәhkum edilmәlidir.

Thursday, April 7, 2011

Urmiye Gölünün Quruması Nədən Siyasi Bir Məsələdir?

Arif Kəskin
Fars dilli medya və bizim bəzi dostlarımız Urmu Gölünün qurumasına bir ekolojik məsələ kimi yanaşırlar. Urmiye Gölününün qurmasını ekolojik məsələ həddinə təqlil vermək ortada olan problemin əsil səbəbkarlaının üstünü örtmək anlamına gəlir.
Urmiya Gölünün faciəsi  quruluq kimi təbiyi afətlərin məhsulu deyil. Urumiye Gölünün qarşılaşdığı bu problem, Azərbaycanda yeraltı ve yerüstü suların yanlış müdiriyətinin nəticəsidir.  Bu yanlış müdüriyətin məsuliyəti isə  İran İslam cumhuriyətine aitdir. Bütün dövlətlərin ilkin mesuliyətləri öz yurtdaşlarının refahını, emniyətini sağlamaq ve onları təbiyi fəlakətlər daxil bütün faciələrdən qorumaqdır. Urmiye Gölü İran dövlətinin gözləri qabağında yox olur gedir. Çox asanlıqla diyebilərik ki, İran rejimi öhdəsində olan məsuliyətləri yerinə gətirmir. 
Urmiye Gölününün quruması Qerbi Azərbaycının iqtisadi, demoqrafik, siyasi ve fərhəngi yapısını/saxtarını deyişdirəcək qədər çox yönlü nəticələri olan hadisədir. Urmu Gölü qurursa; Urumiye ətrafındaki kəndlərin çoxu boşalacadır, Urmiyənin iqlimi alt üst olacaq ve uzun zaman keçmədən çölləşməyə başlayacaqdır, Urmiye duz yellərinin təsiriyle yaşanmaz halə gələcəkdir. Qərbi Azərbaycanda ekinçilik ve heyvandarlıq çox zəyifləyəcək və bu da insanları köçə məcbur edecekdir. Bütün bu yaşananlar Urumiyənin senetiləşməsini de əngəlləyəcəkdir.
İran İslam cumhuriyəti Urmu gölünün qurması halinde Azerbaycanlıların nəylə üzləşəcəklərini bildiyi halda,  özünün  bilincli vəya bilincsiz yanlış siyasətlərinin nəticəsində ortaya çıxmış  bu fəlakət prosesinə seyrici qalir. Bu durumu necə təhlil etmək olar ki?. Bu durum iki haldan xaric deyil, ya İran rejimi bu prosesdən nigarandır, veya da nigarançılığı yoxdur ve Urmiye Gölünün quruma sürəcinin tamamlanmasını gözləyir. Ədalətli gözlə baxdığımızda , İran rejiminin Urmu Gölünün  quruma sürəcindən nigaran olmadğı anlaşılır. Çünki İran rejiminin Urmiya Gölünün qurumasını əngəlləmək üçün heç bir faaliyət içində görünmür. Bu haqda İranin rəsmi məsullarınin səssizliyi də çox anlamlıdır. İşin qerib tərəfi bu ki,  İran resmi yetqililərindən hər hanki bir açıqlama yoxdur. İran rejiminin Urmu Gölününün qurumasını istəməsinin digər bariz  nişanəsi de,  Azərbaycanlıların mədəni etirazlarını sərkub etməsidir. İran rejiminin Azərbaycanlıların mədeni etirazlarını sərkub etməsi Urumiye Gölünün qurmasını istemesi anlamına gəlir.
İran İslam cumhuriyətinin niyətlərinin anlaşılması  bu məsələnin həlli istiqamətinde kilid rol oynamaqdadır. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi,  indi de  onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla  Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını  göstərərək Urumiyə və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi  Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Bölgədə var olan  pontansiyəl etnik çatışmlarının əsaslarını bərkitmek isteyir. Bu yolla   Azərbaycanı  cəzalandırılmaq və onu  hər tərəfli olaraq özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi Urmu Gölününün quruması sadə bir ekolojik məsələnin ötəsində siyasi bir hadisədir. Bu siyasi hadisənin adını  `tebiyi fəlakət` olaraq qoyduğunuz zaman çox gerçəklərin üstünü örtmüş olursunuz. Urmiye Gölünün qurmasını `İran İslam cumhuriyetinin Azerbaycanı dizə gətirmə projəsinin bir parçası olaraq` yorumlarsaq  məsələnin mahiyətini  anlamaya başlamışıq deməkdir.
Arif Kəskin
06 Nisan 2011

Wednesday, April 6, 2011

Urmiye Gölünün Quruması: Azərbaycanlıların Cəzalandırılması

Urmiye Gölünün Quruması: Azərbaycanlıların Cəzalandırılması
Arif Keskin
Japonyadaki tusunamı  “ insan təbiyətə(doğaya) nə qədər hakim olmayi başarıb”  kimi çox çeşidli sualları bərabərinde gətirdi. İnsanoğlu uzun zamandır ki “mən təbəyətin hakimiyəm” qururu ve təkəbbüriyle yaşayır. Ancaq gördük ki,  Japonyanın gəlişmiş (pişrəftə) teknolojisi təbəyətin qarşısında aciz ve çarəsiz qaldı.  Çox iləri teknolojiyə sahib olmasına baxmayaraq yüzlərcə Japonyali  hayatını itirdi ve bir çox yaşayış yerləri xarabaya çevrildi.  Japonyadaki tusunamı  insan və təbiyət arasindaki hakimlik məsələsini yenidən mübahisəyə açdi.
Kapitalizmin Məhar Edilməz Ruhu
İnsan təbiyətə hakim olduğunu düşünərək  ona heç hörmət göstərmədən hər tür şıltaqlığı edir.  Sanayeləşmə, irəliləmə, zənginləşmə/rəfah və böyümə(roşd) ehtirası  insanoğlunun gözünü o qədər kör edib ki “içində oturduğu gəmini dəlir” . Mütəkəbbir varlıq olan insanoğlu anlamır ki, o gəmi dəlinirsə nə özü qalır nə də böyümə ehhtirası. İnsanoğlu  bəsləndiyi və faydalandığı çivrəyi/mohiti yox edir.
Kapitalizimin çılqın  və məhar edileməz ruhu təbiyəti  yox edir. Kapitalizim təbiyəti məhar edərək insanlara rəfah və maddi rahatlıq gətirmək iddiasındadır. Çünki ona görə “insan əşrəf-e məxluqatdır” və “dünya onun üçün yaranıb”.  Bu iddilar altında təbiyəti kontrol altına almyaya çalışır. Kapitalizmin  bu çılgınlığı öz qarşıtlarını yaradıb ve  Kapitalizimin mohiti kirlətmə ehtirasına qarşı çox layəli  muxalifet hərəkətləri ortaya çıxıb. Çevrəni kirlətməyə (aludegi=e mohit zist)  muxaləfət edənlərin söyləmi Qərbin huquqi, siyasi, sənayə/sənə’ti  və bənzəri siyasətinin köklü dəyişimə/teğiyrata  yol açıb. Bu muxaləfəthərəkətləri  Qərbin huquq sisteminə elə dərin işleyib ki, çevrə kirlətmək (aludegi=e mohit zist) günahı insanlığa qarşı işlənmiş cinayət dərəcəsinə yüksəlib.
İdeolojik Dövlətin Mahiyəti
İran kimi ideolojik dövlətlərin əsasi hədəfi insanlara rəafh və zənginlik istihsal /tolid etmək deyil. Çünki onlara görə rəfah və zənqnlik fəsad gətirir, yoxsuluq və fəqr isə fəzilət yaradır.  Bu rejimlər yoxsuluğu övür və yoxsuluğu hayatın mənasına çevirəcək qədər gözəlləşdirir. Yoxsulluq ən üstün fəzilət kimi  göstərilir. Bu rijimlərin hədəfi təbiyəti kontrol altına alıb insanların xidmətinə vermək dəyil. Onların birinci hədəfi insanlarn özünü kontrol altına almaqdır. Çünki onlara görə ən böyük müşgül insanın özüdür. Onlara görə insanın  rahatlıq ve refah isteyi şeytani təmayüllərin  nəticəsidir. Çünki insan  həva və həvəsinin əsiri olacaq qədər zeyifdir. Onlara  görə insanın “cəhad-ə əkbərə” ehtiyacı var ve yoxsulluq bu böyük cəhadın veəsilələrinden biridir.  İnsan bu dünyada imtihan edilir və hər tür fəlakət o imtahanın bir parçasıdır. Əslində insanların fəlakət olaraq gördükləri  məsələlər mahiyət itibariylə nemətdir.  Vəya zəlzələ, tufan, tusunamı və quruluq kimi fəlakətlər varsa da, insanlarin  işləədikləri günahlar səbəbiylə  “allahın qəzəbinin` nişanələridir.
İran kimi ideolojik devlətlər əsli mahiyətlərini gizlətmək üçün çox layəli yalan , xurafə və uydurma mikanizmalari işlədirlər. Topluma gecə-gündüz  yalan təzriq edirlər.. Bütün bu yalanların hədəfi insanların qarşılaşdığı və gördüyü vaqeiyətlərdən qoparmaq və onlara dünyanı özləri istədiyi kimi alt-üst göstərməkdir.
İrana bənzər ideolojik rəjimlərin işlədikləri cinayət, xəyanət və zülümlər  çox layəlidir. Onlar nə insanlara rəfah və rahatlıq yaradmaq istəyirlər, nə də insanlara doğruları öyrənmək imkanı verirlərir. Üstəlik” yoxsulluq fəzilətdir” şuarının altında onları  əmdi və bilincli olaraq cəzalandırırlar. İnsanları cəzalandıraraq onları ı özlüyüdən uzaqlşadırmaq ; insanları dövlətin  idəolojik, siyasi və iktisadi hədəfləri istiqamətində nökərləşdirmək isteyirlər.
İdeolojik Dövlətin Siyasi Cinayəti
Urmiye Gölünün quruması batı kapitaliziminin yaratdığı ekolojik problemlərdən çox fərqlidir.  Çünki bu müşgül Qərbdə olduğu kimi sənəti və iktisadi gəlişmənin(pişrəftin) yan(tali/haşiyeyi ) nəticələri deyil. Üstəlık bu hadisə  Japonyadaki durumdan da fərqlidir. Çünki Japonyadaki hadisə dövlətin bütün faaliyətlərinə baxmayaraq  teknolojinin tebiyət qaraşısındaki yetrsizliyinin məhsuluydu.
Urmu gölünün quruması İran rejiminin emdi siyasətinin mehsuludur. Başqa bir sözlə diyərsək;  İran rəjimi Urmiya Gölünün qurmasına göz yumaraq Azərbaycanlıları cəzanlandırr. İran rejimi üçün dövlətin buraksisi, iktisadi, siyasi və kültür/fərhəngi qurumlarının əsası  işləvi(karkərd/fonksiyon) insanları cəzalandırmakdır. Onlara görə dövlət cəzalandırmaq və ehliləşdirmək üçün vardır.  Azərbaycan illərdir ki, bu cəzalandırmanın bütün yüzlərini yaşamışdır  və hələ də yaşamqdadır. Azərbaycanlılar İnsani olaraq hər tür haqlarından məhrum ədilmiş, iktisadi olaraq yoxsullaşdırılmış və  siyasi olaraq  da Azərbayacn İran rejimi tərəfindən böyük zindana çevrilmişdir. İran rejimi Azərbaycanı  fərhəngi olaraq da İslam dini və Farslıq hüviyəti  adı altında  öz əsil kimliklərindən  uzaqlaşdırılaraq “manqurtlaşdırılmasını ” hədəfləməktədir.
İran dövləti Ərk qalası kimi tarixi abidələrı yox edərək Azərbaycanlıları tarixlərindən qopararaq onu özünün uydurduğu tarix anlayışı ilə cəzalandırmışdır. İndi də isə Urmu Gölünün qurumasına göz yumaraq Azərbaycanlıları doğal(təbiyi) fəlakətlə qarşı qarşıya buraxaraq cəzanladırır.  İran rejimi, Urmiye Gölünün qurumasının hanki mənfi və faciəli nəticələrinin olacağını çox yaxşı  bilir. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi,  indi de  onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla  Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını  göstərərək Urumiye və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi  Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Üstəlik  Azərbaycanı  cəzalandırılmaqla onu  hər tərəfli özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi,  Azərbaycan bir tərəfdən həç bir iş başarmayan,  yetərsiz və hər tür əqlaniyətdən uzaq bir ideolojik dövlətin əmdi siyasətlərinin, digər tərəfdən də,  İran rejiminin məzhəb niqabı altına gizləttiyi Türk düşmanlığının qurbanı olur. Azərbaycanın  cəzalandırlırması  Xaməneyinin təidi ilə Əhmədinejadin  “Kuruş Kətibələrini” İngiltərdən gətirməsi   və Təxt Cəmşidin  Məkkənin yərini  alacaqmış kimi havanın əstirlidiyi bir zamanda gərçəkləşiməsi de çox anlamlıdır.   Ona görə Urmu Gölünuün qurumasını sadə bir  doğal/ təbiyi fəlakət olaraq adlandırmaq məsəlenin gərçək mahiyətini inkar anlamına gelir. Urmiye Gölünün quruması təbiyi fəlakətin ötəsində  İran rejiminin Azaərbaycanlılara qarşı işləmidiyi bir siyasi cinayətdir .
Arif Keskin

Tuesday, April 5, 2011

Urmiye Gölünün Qurumasınıa Qarşı Etiraz Aksiyalarının Min-bir Mənası

Urmiye Gölünün Qurumasınıa Qarşı Etiraz Aksiyalarının Min-bir Mənası
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmiye Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi.
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmu Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi. Etriraz aksiyanlarina onminlərcə Azəerbaycan Türkü qatıldı. Etiraz aksiyaları rejimin bütün təzyiq, hədə-qorxu, tutuxlama ve Azərbaycan şeherlerində uygulanan ağır güvənlik tədbirlerine baxmayaraq gerçəkləşdi. Urmiye Gölünün Quruması : Azərbaycanın Məzlumluq Səmbolu Azərbaycanlıların gözündə Umru Gölünün qurması ekolojik müşgüllər yaradağının yanısıra, Günəy Azərbaycanın məzlumluğunun səmboluna çevrilib. Urmiya Gölünün qurmasına qarşı həm İran dövləti həm də onun muxalifləri etnısızlıq göstərirlər. Bu etinasızlıq, Azəbaycanlılara göstərilən etinasızlığın fərqli təzahürü olaraq görsənir. Urmiye Gölünün qurumasına bənzər hadisə Farsların oturduğu bölgədə yaşansaydı, həm rəjimin həm də onun muxalifətinin reaksiyaları çox fərqli olardı. Ona görə də, Güney Azərbaycanda gərçəkləşən bugünkü asksiyların çox çeşidli anlamı vardır. Bugünkü etiraz aksiyaları bir tərəfdən, Azəbaycanın qarşısındaki ekolojik probləmə dünya diqqətini çəkəmək istərkən , digər tərəfdən də, Azərbaycanın məzluğunu, yalnızlığını və onun bilincli/ əmdi olaraq yox olmasını hazırlayan siyasətlərə qarşı üsyan bayrağı qaldırmaq mənasına gəlir. Güney Azərbaycan Hamıya Dərs Vərdi Bugünkü aksiyalar Günəy Azərbaycan Milli hərəkəti yoxdur diyənlərə cavab nitəliyindədir. Günəy Azərbaycan Milli Hərəkəti adını daşıyan bir siyasi hərəkətin olduğunun ən böyük sənədi bugünkü göstərilərdir. Azərbaycan Məşrutiyət dönəmindəki Azərbaycan deyil və Təbriz bir daha Səttar Xan yetişdirəbilməz diyənləri bugünkü hadisələri doğru görməyə və sədaqətli analiz etməyə dəvət etmək lazımdır. Azərbaycanın tarix boyu göstərdiyi qəhrəmanlığı ölmeyib və ölməz də. Çünki qəhramanlıq Azərbaycan kimiliyilə eyniləşib. Bugünkü aksiyalar Azərbaycan qorxur və qorxduğu üçün etiraz etmir diyənlərə dərs nitəliyində bir cavab oldu. Bugünkü aksiylar Azərbaycanın qorxmadığını gösatərdə. Azərbaycanı qorxaqlığla mütəhhim edənlər Azərbaycanı tanımadıqlarını bugün öyrənmiş oldular. Bugünkü aksiyalar Azərbaycan milli hərəkəti rejimin kontrolundədir diyənlərə böyük dərs oldu. Azərbaycan Əran rejiminən bütün təzyiqlrinə baxmayaraq öz etiraz aksiyasını gərçəkləştirdi. Gün boyunca İran İslam cumhuriyəti rəjimə onlarca Azərbaycan Türkünü tutuxladılar. Bugünkü aksiyalar Azərbaycan Milli Hərəkəti Yaşıl hərəkatına qatılmazsa yox olar diyənlərə böyük dərs oldu. Azərbaycan Milli Hərəkəti, Yaşıl hərəkəti olmadan çox öncəden öz varlığını subut edib ve bugündən bələ də, öz varllığını müstəqil və güçlü bir biçimdə dəvam ettirəcəkdir. Bugnkü aksiyalar , milli hərəkəti içindəki əcələ etməyin şuarina sarılanlara da böyük dərs oldu. Bu şuarllarla Azərbaycanı rukuda/durqunluğa çəkmək istəyənlər öz dərslərini aldılar. Azərbaycanın qurtuluş yolu özünə məxsus etiraz formlarını tapıb və hayata geçirmək də olduğunu hamı gördü. Bugnkü aksiyalarla Azərbaycanda kimin güçlü olduğu və kimin siyasi səfərbərlik qabiliyəti olduğu anlaşıldı. Milli hərəkəti yox sayanlar özlərinin yox olacaqlarını görmüş oldular. Uzun illerdir düşmənlər çalışırlar kı, Azərbaycan şəhərləri arasında ixtilaf salsınlar. Təbrizli, Zəncanlı, Urumiyəli və Ərdəbilli kimin adlarla ixtilaf yaradmaq isteyirlər. Bugükü aksiyalar göstərdi ki, Azərbaycan şəhərləri arasında ixtilaf yoxdur və onlar Azərbaycalı kimliyi altında özlərini bir tək vucud kimin görürler. Urmulunun yanında Təbriz başda olmaqla birlikdə bütün Azərbaycanın səf çəkməsi milli kimliyin təşəkkülünü göstərir. Bugünki aksiyalar , traxturu ve traxturşulari təhqir edənlərə və onu milli hərəkətə əngəl olaraq göstərənlərə həqiqəti göstərmiş oldu. Çünki bugünkü aksiyalarda traxturun gücü ve dinamizmi Urmu gölünün və Azərbaycanın yanındaydı. Bugünki aksiyalar Amerika başda olmaqla birlikdə bütün xarici güçlərə də, Azərbaycanın gərçəklərini öyrətmiş oldu. Azərbaycan haqlı olaraq öz milli hədəfləri istiqamətində hərəkət ədir. Azərbaycan öz dilini, tarixini, kültürünü və toprağını qorumaq istəyir. Təssuflə, Batılılar/Qərbilər Fars milliyətçilərinin onların gözlərinə taxdıqları gözlüklərlə/eynəklərlə dünyaya baxırlar. Onlar bugünkü aksiyalari doğru analiz edərlərsə, Fars milliyətçiləri tərəfindən aldatılmış olduqlarını görürlər. Bugünki aksiyalar göstərdi ki, İran İslam Cumhuriyəti Azərbaycanın bir nümrəli düşməni sırlarında yer almaqdadır. İran rejimi Azərbaycanın bütün milli, fərhəngi/kültürəl, huquqi, insani, iktisadi ve sosial haqlarını yox etməklə qalmır ve üstəlik onu təbiyi/doğal fəlakətlə üz-üzə buraxmaq isteyir. İran rejimi bilincili olaraq Azərbaycanlıları təbiyi/doğal fəlakətlə yox etmək isteyir. Çünki nə özü bu fəlaketin qabağını almaq isteyir, nə də ona qarşı mədəni etirazları eşitmək isteyir. İran İslam Cumhuriyəti Fars milliyətçiliyinin hərbi, mədəni, siyasi, sosial , idari-inzibatı , diplomatik ve burokratik vəsiləsi işləvini(karker/ fonksiyon ) görməktədir. Bu yapı/saxtar dağılmadıkca Fars milliyətçiliyi yıxılmaycaqdır.
Arif Kəskin Ankara 2 Nisan/2 Aprel/ 13 Ferverdin
Yazıla ilgili video: http://www.youtube.com/watch?v=_HgBRHPps2I
Qaynaq: goo.gl/DRJrl

Wednesday, March 30, 2011

Biz bir Türk sorunun var olduğunu tәsbit edәmәdik

Biz bir Türk sorunun var olduğunu tәsbit edәmәdik
Mehran Baharlı
Üzülәrәk biz İranda bir Türk sorunun var olduğunu tәsbit edәmәdik, onu bir siyasi güc mәrkәzinә çevirәbilmәdik. Biz xalqın kәndiliyindәn başlatdığı Haray Haray mәn Türkәm ayaqlanmasını sürdürәbilmәdik, onu İranın siyasi atmosferindә unutdurduq. Mәn burada İran mәrkәziyәtini әldә etmәkdәn danışmıram. Mәnim sözlәrim Azәrbaycan mәfhumu vә ya Türklük qavramı ilә dә ilgili deyildir. Son yüzildә, İran, Türkiyә vә Iraqda Kürd hәrәkәtinin başardıqlarını, bizim İranda başaramadıqlarımızın özәtidir. Mәn Türk sorunun, Türkiyә vә İrandakı Kürd hәrәkәtlәrin tәrsinә, İranın siyasi mәsәlәsi halına gәtirәmәdiyimizdәn, onu sürәkli qılamadığımızdan danışıram.
Biz xalqdan qopuq olmamanı öyrәnmәliyik, hәrәkәtin sürәkliliyinin siyasi vә tәbliğati alanlarda yollarını tapmalıyıq. Siyasi quruplar xalqdan qopuq olsalar, onların istәk vә ehtiyaclarını anlamaz vә sonucda xalqı gәrәkdiyindә hәrәkәtә geçirәbilmәz, yanı bizim indi içindә bulunduğumuz durum. Xalqdan amac, İran vә Güney Azәrbaycanda yaşayan Türk xalqıdır. Milli demokratik hәrәkәt, Güney Azәrbaycan vә İranda yaşayan Türk xalqının milli haqlarını demokratik yollarla әldә etmәyә çalışan bütün güclәrin toplusudur. Biz isә bu güclәri oluşduran aydınlar, düşünürlәr, siyasi aktivistlәr vә .... dir.
Bu durumun ortaya çıxmasının başlıca sorumlusu xalqımızı parçalamaya çalışan paniranst-İrançı, Kilasik Azәrbaycançı vә Turanı qurtarmaq peşindә olan gәrçәklәrdәn qopuq Türk aydın vә aktivistlәrdir. Kilasik Azәrbaycançılar vә Turançıların milli demokratik hәrәkәtimizi sapdırmalarına bundan artıq izin verilmәmәlidir. Türk xalqı milli haqlarına istәr bağımsızlıq olsun istәr federalism olsun, belә sapıq vә marjinal düşüncәlәri әlәmәdәn yetişәbilmәz. Demokratik Türkçülük İranda yaşayan Türk xalqına hәm gәlәcәk hәm vәtәn qazandıracaqdır, ancaq hәm Kilasik Azәrbaycançılıq hәm dә Turançılıq bu ikisini Türk xalqından әsirgәyәcәkdir.
Buna rәğmәn gәlәcәk bizimdir. Çünkü biz acı vә rahatsız edici bu gәrçәklәri görüp var olan sapma, yanlış vә әksiklәri düzәltmәkdә qәrarlıyıq. Yuxarıda bu acı vә rahatsız edici gәrçәklәr, әksik vә yanlışlardan ikisinә dәyinmişәm. Bunlar bәrtәrәf edilmәdәn gәlәcәk, geçmişdә olduğu kimi bizim olamaz.
------------------------------
1-Mәncә insanların özgürcә görüş bildirmәsini, hәlә siyasi analizlәri qışqırtıcı (tәhrikamiz), xeyri olmayan vә ixtilaf yaradan kimi adlandırmaq çağımıza uymayan davranışlardır. Biz artıq gәrçәkdәn totaliter anlayışı tәrk etmәli vә düşüncәlәrdәn qorxmamalıyıq. Düşüncәlәri özgürcә bildirmәk, bildirmәni öyrәnmәk vә bildirilәn fәrqli düşüncәlәrә dözüm vә sayqı göstәrmәk isә, son dәrәcә xeyirlidir. Bu davranışlar ixtilaf deyil, gәrçәk vә qalıcı birlikdәliyin tәmәli sayılır. Dünya dәyişir vә bizim dә er gec bu dәyişimә vә başda düşüncә özgürlüyünә sözdә vә yalnız laf olsun diyә deyil, içdәn inanmamız vә sayqı göstәrmәmiz gәrәkir.
2-Mәnim yuxarıdakı istatusum tәhrikamiz deyildir, bir entelektüel uyarı vә dürtü nitәliyindәdir. Bu görüşlәr Türk milli demokratik hәrәkәtinin caydırılması deyil, tam tәrsinә onun düzgün doğrultusunu bәlirlәmәk üçün söylәnәn sözlәrdir.
3-İddia edilәnin tәrsinә İranda yaşayan başqa Türk qurupları diyә bir şey yoxdur. Bu söylәm Türk xalqının düşmanlarının tasarısıdır vә üzülәrәk bir sürü Kilasik Azәrbaycançı, Turançı vә panİranist Türklәr tәrәfindәn dә mәnimsәnmişdir. Mәn bu yanlış görüşü Türk xalqına әn zәrәrli vә әn tәhlikәli görüşlәrdәn biri olaraq görürәm. İranda tәk bir Kürt millәti, tәk bir Türkmәn millәti, tәk bir Fars millәti, tәk bir Әrәb millәti olduğu kimi, tәk bir Türk millәti dә vardır. İranda çeşitli Kürt quruplarının varlığını iddia edәn, tәk bir Kürt millәti olduğunu dananlar, nә qәdәr Kürt xalqı vә Kürdüstana zәrәr verdiklәri kimi, İranda tәk bir Türk millәtinin var olduğunu vә onları çeşitli Türk quruplara bölәnlәr dә Türk xalqı vә Azәrbaycana zәrәr verirlәr.
4-Türk dünyası isә bu qonu ilә tәmәldәn heç bir ilgisi yoxdur. Çünkü Türk dünyası tәrkibindә olan Türk kәlmәsi, bir dillәr vә millәtlәr ailәsinin gәnәl adı olup әslindә Türkül vәya Turkic qavramı qarşılığında qullanılan yanlış bir adlandırmadır. Oysa mәnim yazım İran vә güney Azәrbaycanda yaşayan Türk xalqı (etnik-milli qurupu) ilә ilgilidir. Bu anlamda da Türk, Türkmәndәn bilә ayrı bir etnik-milli qurupdur.Turan Birliyini qurma ülküsü isә mәncә, İslaviyan vәya Latin birliyini qurma kimi bütünüylә absurd bir düşüncәdir.
5- Azәrbaycan vә Türklük qavramları arasında nә ziddiyәt vardır nә eyniyәt. Çünkü bunlar kateqoriyal olaraq iki ayrı alanla ilgilidirlәr. Azәrbaycan bir coğrafi ad vә kimlikdir, Türk isә bir etnik-milli ad vә kimlik.
İranda tәk Türk xalqının varlığını danmaq, onu çeşitli Türk quruplarına vә qovmlarına bölmәk, habelә onun tarixi milli adını Türkdәn başqa şeylәrә (İranlı, Azәri, Azәr, Azәrbaycanlı, ....) dәyişdirmәk, İrançılıqla Fars vә başqa sömürgәçi oyunların fәrqli vә tәhlikәli versiyonlarıdır ve onun Azerbaycan yurdu ilә Türk millәti kimi, İrandaki ötәki Türkül qurublarına da (Türkmәn, Xәlәc, Qazaq, ... ) vә elәcә dә Türkül (Turkic) dünyasına da xeyri yoxdur.
6-Güney Azәrbaycan vә İranda yaşayan Türk xalqı qavramına qarşı çıxmaq (hansı ad vә bahana ilә olursa olsun, istәr Kilasik Azәrbaycançılıq, istәr Turançılıq, istәr İran millәti-İrançılıq), İran devlәti vә Fars milliyәtçiliyinin asimilasiyon vә inkar siyasәtlәri xidmәtindә olmaq demәkdir. Çünkü onlar Güney Azәrbaycan vә İranda Türk millәti qavramı vә varlığını tәhrif edәrәk yox etmәk istәyir. Türk siyası aktivistlәr vә aydınlar kәsinliklә bu oyunlara bundan artıq alәt olmamalıdırlar, öz millәtlәri vә kimliklәrini bundan daha artıq baltalamamalıdırlar.
Azerbaycanlılıq mefhumu Üzerine Qısa-qısa notlarım
Arif Keskin
Güney Azerbaycan Milli herekatı içinde Azerbaycan adına düşmenlik derecesinde alerjisi olan zeif ve  kiçik bir fikri axım var. Bu fikri axımın ne istediyi belli olmasa da,   Azerbaycan adının silinib yox olmasını istediyi aşıkardır. Ele gösterirler ki, sanki Azerbaycan adı Türklüye qarşıdır.
- Güney Azerbaycanda  gerçekleşen bütün toplantı, miting, gösetri, tören ve elece traxtur oyunlarındakı şuarlara baxıldığında Azerbaycan şuarı esasi ve temel şuarlardan biridir. Güney Azerbaycanda   “haray haray men Türkem” şuarı verildiyi  kimin “Azerbaycan, Azerbaycan” şuarı da verilir.
- Milli herekatımız içinde Türklük ve Azerbaycanlılıq  mefhumu arasında her hanki şekilde ziddiyet yoxdur. Onlar bir-birini güçlendiren ve tekmilleştiren mefhumlar olaraq görülür.
- Azerbaycanlılıq  mefhumunu Türklük mefhumu qarşısına qoyanlar bunun ne qeder yanlış olduğu kimin ne qeder zererli olduğunun ferqinde deyiller.
- Azerbaycanlılıq  mefhumu ortadan qalxarsa istiqlal, fedralizm, milli-medeni haqlar ve diger benzeri isteklerin heç bir menası qalmaz. Azerbaycanlılıq  özlüyünde o istekleri de içeririr.
-Azerbaycanlılıq  mefhumu ortadan qalxarsa öz müqedderatını teyin etme haqqının da bir analmı olmaz. Milletler düzeyinde öz müqedderattını teyin etme haqqı veten anlayışını gerektirir.
-Tarxi tecrübeler gösterir ki,  veten anlayışı olmayan milliyetçi hereketler istedikleri neticeleri almaqda başarısız olublar.
- Azerbaycanlılıq  özlüyünde üç ferqli anlam içerir: Azerbaycanlılıq  mefhumu bir Türk grubunun adı (Türkiyede Azeri Türkü deyiller), Azerbaycan Türklerinin tarixi veteni ve Azerbaycanlı bağlamında etnisite mensubluğuna baxmayaraq yurddaşlıq bağının adıdır. Azerbaycan mefhumunun  çox layeli/qatlı bir mefhum olduğuna  diqqet etmeliyik.
- Azerbaycanlılıq  mefhumuna qarşı çıxmaq fars milliyetçi asimlasyon siyasetinin xidmetinde olmaq demekdir. Çünki onlar da Azerbaycanı ya öz leyhine terif edir veya yox etmek isteyirler.
- Azerbaycanlılıq  ve Türklük arasında ziddiyet yoxdur, onlar bir-birini tekmilleşdirir. Azerbaycanlılığı  Türklüyünden boşaltmaq Türklüyü Azerbaycanlılıqdan  boşaltmaq qeder yanlış ve tehlikelidir.
- Azerbaycandan behs etmek İrandaki diger Türk grublarını unutmaq anlamına gelmir.. Tarixi tecrübeler gösterir ki; Azerbaycan zeyif oldukçaq diger Türk grubları da zeyif olur, Azerbaycan güçlendikçe İrandaki diger Türk grubları da güçlenir. İrandaki diger Türk grublarının güçlenmesinin yolu Azerbaycanın dirçelişinden geçir.
- Azerbaycan adına qarşı çıxmaq ve onu “ İran adı altında eritmeye çalışmaq" edaletli deyil, tarixi gerçeklere de uyqun deyil ve eyni zamanda Türk milliyetçiliyine de qarşı davranış sayılır. Azerbaycan Türklerinintarixii vetenini Azerbaycan olmaqdan çıxardıb ve onu Farslıqla özdeşleşmiş/eynileşmiş İranlılıq içine yerleşdirmek mentiqi, edaletli ve doğru olmadığı kimin Türk milliyetçiliyine de muğayirdir/tersdir.
- Azerbaycanı İran içinde eritmek İrançılığın gizli, ferqli ve tehlikeli versiyonudur ve onun Azerbaycan-Türk milletine xeyri olmadığı kimin İrandaki diger Türk grublarına da ve elece de Türk dünyasına da xeyri yoxdur.
-Azerbaycanlılaşmaq telebi Türkleşmek ve çağdaşlaşmaqla(demokrai, insa haqları ve benzeri istekler) birlikde Güney Azerbaycan Milli hereketinin fikri esaslarını teşkil etmekdedir.

Thursday, March 24, 2011

Türkiyə'də yenicil anayasaya doğru

Türkiyə'də yenicil anayasaya doğru
Mehran Baharli
Türkiyə'nin indiki yarı demokratik-yarı laik (bunu yarı dikta-yarı dinçi də oxumaq olar) durumdan çıxıp tam yenicil (modern), elərkil (demokratik) və eldəm (laik) bir ərklətə (devlətə) çevrilməsi, onu gərçək güclü bir devlət yapar. Bunun başlanqıc nöqtəsi də yenicil, elərkil və eldəm bir anayasadan geçər. TÜSİAD'ın aşağıdakı anayasa önəriləri bu doğrultudadır məncə.
Prof. Ergun Özbudun’la Prof. Turgut Tarhanlı’nın eşkoordinatörlüğünde hazırlanan TÜSİAD anayasa raporunun demokratik hukuk devleti açısından bazı çarpıcı noktaları şöyle özetlenebilir:
-Vatandaşlık tanımında ‘Türklük’ten vazgeçilmesi...
-‘Milliyetçilik’in dışlanması...
-Atatürk’e ideolojik anlam yüklenmemesi...
-Başörtülü milletvekilliğine, başörtülü üniversite öğrenciliğine, başörtülü öğretim üyeliğine kapı açılması...
-Genelkurmay Başkanlığı’nın Milli Savunma Bakanlığı’na bağlanması...
-Milli Güvenlik Kurulu’nun anayasal organ olmaktan çıkarılması ve üye kompozisyonunun değiştirilmesi...
-Yüksek komuta kademesindeki atamaların, TSK tarafından gösterilecek komutan adayları arasından sivil otorite tarafından yapılması...
-Anadilde eğitim yolunun açılması...
-Nüfus kâğıdındaki din hanesinin, zorunlu din dersinin kaldırılması...
-Sivil toplumun din eğitimi verebilmesi...
-Yüzde 10 barajının düşürülmesi..
-Yerel yönetim reformuyla bölgesel idareler yolunun açılması ve yerel demokrasinin güçlendirilmesi...
-Diyanet İşleri’nde yapısal değişikliğe gidilmesi...
-Başkanlık değil, parlamenter sistemin güçlendirilmesi...
-Anayasada “değiştirilmesi teklif dahi edilemeyecek madde sayısı”nın 3’ten 1’e indirilmesi...