Son vaxtlarda acı xəbər eşitmədiyim günüm yox. Sevinc tək -tək gəlirsə də, kədərlər, dərdlər və ezablar ton-ton gəlir. Kədərlər gəlməyə başlarsa arxası kəsilmir.Bugün də, günə Balaş Azəroğlunun ölüm xəbərinin üzüntüsü ve sarsıntısıyla başladıq.
Balaş Azəroğlunun eərləriylə uşaqlşqda tanış oldum. Balaş Azəroğlunun eərləriylə ilk tanışlığım, Yehya Şeyda tərəfindən yayına hazırlanan ` Savalan Nəğmələri` kitabiyla mümkün oldu. ` Savalan Nəğmələri` Balaş Azəroğlunun əsərlərinin içindən seçilmiş bir səbəd gül kimi gəldi mənə. Kitab incə ve orda yayınlanan şeirlərin sayısı az olsa da günlərcə və aylarca oxudum . Elə ki, bəzi şeirlerini əzbərləmişdim.
O kiabı oxuduqdan sonra, Balaş Azəroğlunun hayatı ve Şerləriyle daha yaxından tanış olmaya qərar verdim. Çox tez anladım ki, Balaşın hayat hikayəsi Güney Azərbaycanın 20-nci esrinin hikayəsindən fərqli bir şey deyil. Balaş Azəroğlunun yaşadığı dərbedərlik, sürgün, yoxsulluq, təhqir və bütün bu çətinliklərə baxmayaraq dim-dik ayaqda durması ve ölüm anına qədər qəlbindəki Güney Azərbaycan atəşinin sönməzliyi, bizlər üçün yanmış , kül olmuş və öz doğma kənd və şəhərlərindən qoparılan ve yad küləklərin rəhmsiz caynaqlarında sovrulmaları istənilən qəhraman ve mühtəşəm nəslin hayat hikayəsidir.
Bizlər, o nəslin yaşadığı çox yönlü ezab, təhqir, ölüm və qaranlıq günləri yaxşı bilmirik. Onların çoxu Pəhləvi xanədanının qanlı süngünləriyle parçalandılar. Onların çoxu Totalitar İstalinist rejimin öldürücü caynaqlarında sovruldular, dəli oldular, açlıkdan küçə başında öldülər, KGB türmelərində yox oldular, Şah Pehləvinin dar ağacına asıldılar, Xumeyi rejiminin qanlı pəncələrində pərpər oldular. Onları İstalin, Şah Pəhləvi ve Xumeyni rejimləri qıyım-qıyım doğrarkən, bizlər xəbərsiz ve sessizdik. Onlar, qıyım-qıyım doğranırkən bizlərə ` hoş-hoş Pişəvəri-engi boş Pişeveri` nağaratını oxudurdular. Qan qoxusuyla var olan quzqunlar Azərbaycanın əfsanə nəslini yox edib ve sonrada onların cənazələri üstündə şadlıq bəzmi qururdular.
Onları öldürüb, cənazələrində şadlıq edən kaftarlar “ casus Pişəvəri”, “ xain demokrat firqəsi”” ve “ Azərbaycan düşməni Pişəvəri” kimi zəhərli sözləri də bizim beynimizdə yerləşdirirdilər.Onları fiziki olaraq yox eden ırqçı qaranlıq əllər, bizi də mənəvi olaraq yox edirdilər. Onların haqqında yalanlar diyərək keçmişimizi oğurlayırdılar, hafizəmizi/yaddaşımızı oğurlayırdılar, tariximizi oğurlayırdılar. Bizim keçmişimizi, tarximizi oğurulayaraq mənəviyatımızı oğurlayırdılar, məneviyatımızı oğurlayraq bizi “zibilə”, “tofalyə” ve “aşqala” çevirmək isteyirdilər. Bizim mənəviyatımızı qəsb edərək isteyirdilər ki, Farsların qapsınıa gedək və hamının eşidəbiləcəyi uca səslə “ mən Türk deyiləm Azəriyəm” çirkəfini bağıraq. Bizim mühtəşəm nesli yox ederek bizləri “köpəkləşdirərək” Farsların rahat yaşabilmələri üçün “İranın bütün sərhədlərini qoruyan qapı qulu” kimi yetişdirmək isteyirdilər.
Kaftarlar Azərbaycan muasir tarixinin mühtəşəm nəslini fiziki olaraq yox etsələr də, mənəvi olaraq yox edəbilmədilər. Onların maddi bədənlərini məhv ettilər , ancaq onların ruhlarını, ideallarını və hədəflərini öldürəbilmədilər.Düşmənler, onların Milli Hökümət adiyla tikdikləri şanlı evin dam-duvarın yıxdılarsa da, ancaq, o evin qəlbində gür-gür yanan isti ocağı söndürəbilmədilər. Zehtabilər, Əli Təbrizlilər, Səhəndlər ve Bulut Qaraçörlülər kimi ədəbiyat abidələrimiz o qanlı atəşi qordular, o qanlı ocağın atəşinin sönməsinə izin vermədilər. O qanlı ocağın atəşı böyüdü ve Babək qalasının zirvəsinə çıxdı. O atəş Xordad (May2006) hadisələrində Güney Azerbnaycanın bütün şəhərlərində ırqçı rejimi titrətti. O atəş Urmiye Gölünün qorunmasında Təbrizin mərkəzində yenidən əllərdə, dodaqlarda və ürəklərdə gəzdi.
Balaş Azəroğlu öz şəxsi hayatindakı xətası ve səvabiyla, yanmış ve kül olmuş nəslin qalanlarından biriydi. Onun əsərlərinde Güney Azərbaycan hər zaman var oldu. Onun əsərlərinde Azərbaycan insanının yaşadığı bütün çətinliklər öz əksini tapdı. Balaş Azəroğlu Güney Azərbaycanın `dilsizliyindən` danışdığı qədər onun yoxsulluğundan ve yağmalanmasından da danışırdı.Balaş Azəroğlu mənim gözümde fəqət bir şair deyil. O, mənim gözümdə mühtəşəm bir nəslinin son təmsilçilərindən sayılırdı. O, indi Seyid Cəfər Pişəvərinin yanına getti. O getti, ancaq qelbindeki yanan Güney Azərbaycan atəşi hələ də alovlanır.
Güney Azerbaycan ateşi indi Azerbaycan gənclərinin ellerində, gözlərində və qəlblərində alovlanır. Ellərdəki milyonlarca ateş onu gösterir ki, Məşrutiyetden günümüzə qəder çəkilən ezablar ve tökülən qanlar bihude deyilmş. Görünən o ki, Azərbaycan günəş kimi yenidən doğulacaq. Azərbaycan günəş kimi yenidən doğulduğunda Settar Xan, Baqir xan, Şeyx Mohəmməd Xiyabani ve Pişeveriler de yenidən doğulacaq. Toprağını, tarixini, mənəviyatını və qəsb edilən iradəsini geri alan Azərbaycan şeirləşəcək. Xalqımız milli qurutuluşunu əldə ettiyində Azərbaycan şeər olacaq ve bütün şeirlər də Azərbaycanlaşacaq. O zaman Azerbaycan poeziyasi kələmənin sehriylə oğurlanmış mənəviyatımızı yenidən var edəcək. O gün Balaş Azəroğlular da yanımızda olacaq.
Arif Kəskin Ankara
24.04.2011

No comments:
Post a Comment