Valrıq Dərgisi vә Türk Milli Bilinci
Mehran Baharlı
İran vә Güney Azәrbaycanda modern anlamda Türk milli şuurunun oluşması nә Mәşrutә Hәrәkәti nә dә Âzadistan olayı ilә ilgili deyildir, bunlarla başlamamışdır. Bu hәrәkәtlәrin hәr ikisi dә İran mәrkәzli vә İrançı hәrәkәtlәr olup, heç biri millәt olaraq Türk`ü vә vәtәn olaraq Azәrbaycan`ı tәmәl almamışdır.
İran vә Güney Azәrbaycanda modern Türklük milli bilinci, ilk aşamada M. Ә. Rәsulzadә`nin 1911dә İran Türklәri kitabını yayınlaması ilә başlamış, İttihad vә Tәrәqqi vә İttihâd-i İslam`ın Güney Azәrbaycanda yanqıları vә modern Türkçülüyün atası olan Tәqi Rәfәt`in ortaya çıxmasıyla davam edip bәlli ölçüdә kitlәsәllәşmişdir.
Türk milli bilinclәnmәsi Sovyetlәrin ortaya çıxışı ilә bu devlәtin oluşdurduğu Kilasik Azәrbaycançılıq ideolojisi etgisi altına girmiş vә sönmәyә üz tutmuşdur. S. C. Pişәvәri `nin öndәrliyindә qurulan Azәrbaycan Milli Hökümәti yıxılınca Türk milli bilincinin gәlişim vә evrimi durma nöqtәsinә gәlmişdir vә arada 35 illik uzun bir sәssizlik vә qopma dönәmi ortaya çıxmışdır.
İran vә Güney Azәrbaycanda Türk milli bilincinin ikinci aşaması isә 1979da Varlıq dәrgisinin yayınlanması ilә ilgilidir. Bu târixi olay vә dönәmәc, özәlliklә Dr. Heyәt, Dr. Nutqi vә Dr. Kәmali`nin adlarıyla bağlıdır. Varlıq`ın ortya çıxmasıyla Güney Azәrbaycan vә İranda Türk milli bilinci, sağlam tәmәllәr üzәrindә yüksәlәrәk dәrinlәmәsinә kök salıp, târixdә bәnzәri görülmәmiş vә geri dönülmәz bir biçimdә kitlәsәllәşmişdir.

No comments:
Post a Comment