Bəhram Əsədi 1965-ci il Güney Azərbaycanin Urmiye Şəhərində doğulmuşdur. İlk ve orta təhsilatın orada bitirerken pedagoji təhsili almış və 1986-cı ildən dolayı Öyrətmən olubdur.
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye Şəhərində çaba gösteren YAZ neşriyyatının directorudur.
Fələkin qəribə oyunları var
Birini şah eder taxta mindirər
Beş günün içində varağı dönər
Burnun ovkalayar taxtdan yendirər
...
Birinin qəlbinə çekdirər dağı
Birini gəzdirər çiçəkli bağı
Birinə qəhr eder, içirdər ağı
Birinə lütf edər şirin dindirər
Lütfü ile qəhrini tanımaq çətin
Bilmek çox çətindir onun niyyətin
Qardaşa yedirər qardaşın ətin
Bacıdan bacıya zəhər endirər
Birine tutdurar şanlı bir düyün
Birinin qəlbindən qaldırar tütün
Birinə çilçıraq yandırsa bir gün
Dönəsi gün onun şamın söndürər
Fələkin işine yoxdur etibar
Hər bir gülüşünə bir ağlamaq var
Bir gün sənə verər çiçekli bahar
Bir günü qış edər səni dondurar
Onun her işində vardı bir bəla
Hər nə sənə verib istəyər ala
Bir günü doğdurar nazlı bir bala
Bir gün əcəl quşun ona qondurar
İnanma işinə, kələkdir işi
Bir gün səni edər möhtərəm kişi
Dönən gün batırar zəhərli dişi
Yeri yerdə, göyü göyde yandırar
Dərs almaq gərəkdir, zamanı dardır
Bize dərsi verən bu ruzigardır
Zamanın çərxinin məktəbi vardır
Qanmayan insanı yaxşı qandırar.
Bəhram Əsədi
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye Şəhərində çaba gösteren YAZ neşriyyatının directorudur.
Fələkin qəribə oyunları var
Birini şah eder taxta mindirər
Beş günün içində varağı dönər
Burnun ovkalayar taxtdan yendirər
...
Birinin qəlbinə çekdirər dağı
Birini gəzdirər çiçəkli bağı
Birinə qəhr eder, içirdər ağı
Birinə lütf edər şirin dindirər
Lütfü ile qəhrini tanımaq çətin
Bilmek çox çətindir onun niyyətin
Qardaşa yedirər qardaşın ətin
Bacıdan bacıya zəhər endirər
Birine tutdurar şanlı bir düyün
Birinin qəlbindən qaldırar tütün
Birinə çilçıraq yandırsa bir gün
Dönəsi gün onun şamın söndürər
Fələkin işine yoxdur etibar
Hər bir gülüşünə bir ağlamaq var
Bir gün sənə verər çiçekli bahar
Bir günü qış edər səni dondurar
Onun her işində vardı bir bəla
Hər nə sənə verib istəyər ala
Bir günü doğdurar nazlı bir bala
Bir gün əcəl quşun ona qondurar
İnanma işinə, kələkdir işi
Bir gün səni edər möhtərəm kişi
Dönən gün batırar zəhərli dişi
Yeri yerdə, göyü göyde yandırar
Dərs almaq gərəkdir, zamanı dardır
Bize dərsi verən bu ruzigardır
Zamanın çərxinin məktəbi vardır
Qanmayan insanı yaxşı qandırar.
Bəhram Əsədi
No comments:
Post a Comment