Showing posts with label Din. Show all posts
Showing posts with label Din. Show all posts

Sunday, April 24, 2011

AKP, İsrayil vǝ biz

Mehran Baharlı
İran-Güney Azǝrbaycanlı Türklǝr öz milli çıxarları doğrultusunda Türkiyǝ ilǝ Azǝrbaycan cumhuriyǝtlǝrindǝn bağımsız bir siyasǝt oluşdurmaqdıqca onları kimsǝ- İranda vǝ dışında- ciddiyǝ almaz.
-----------------------------------------------------
Mǝncǝ Ərdoğan Türkiyǝ’dǝ Özal kimi târixi dönüm yaradan liderlǝrdǝn biridir. Son illǝrdǝ Türkiyǝ’nin demokratiklǝşmǝsi, ekonomik vǝ bölgǝsǝl uluslararası siyâsi arenada gǝrçǝklǝşdirdiyi ilǝrlǝmǝ vǝ atılımlar, Ərdoğan’ın iqtidarına bağlıdır. Bu, onun olumlu yapdıqlarıdır. Әrdoğan`ın olumsuz yönü isǝ gizli bir şǝriǝtçi olması vǝ Türkiyǝ’ni yavaş yavaş bir din devlǝtinǝ dönüşdürmǝsidir.
AKP iqtidarınakı Türkiyǝ’nin yaşadığı dǝyişim vǝ dönüşüm, bir neçǝ paralel sürǝcdǝn oluşur. Bunların bǝ’zisi olumlu vǝ bǝ’zisi olumsuz sürǝclǝrdir vǝ hǝr birinin ayrı dinamik vǝ nǝdǝnlǝri vardır. Bunları bir birindǝn ayırt etmǝzsǝk, çox yanlış sonuclara varabilǝrik. Bu sürǝclǝrdǝn bir neçǝsi belǝdir:
-Türkiyǝ`nin demokratiklǝşmǝsi
-Ekonomik açıdan atılım gǝrçǝklǝşdirmǝsi
-Bölgǝ vǝ dünyada siyâsi etginliyinin artması
Bunlar AKP’nin gǝrçǝklǝşdirmǝkdǝ olduğuu olumlu gǝlişmǝlǝrdir vǝ alqışı haqq edir.
Ancaq AKP’nin İsrayil-fortilla vǝ İran-atom teknolojisi qonularında sǝrgilǝdiyi tutum, kǝsinliklǝ vǝ ǝn kiçik bir quşqu olmadan ideolojik İslam vǝ şǝriǝtçi dürtülǝrlǝ ortaya çıxan siyâsǝtlǝrdir. Bu siyâsǝtlǝr AKP’nin izlǝdiyi vǝ addım addım gǝrçǝklǝşdirdiyi başqa bir sürǝcin davamıdır. O da Türkiyǝ’ni devlǝt vǝ toplum düzeylǝrindǝ İslamlaşdırma vǝ Ortadoğulaşdırmadır.
Bugün AKP’nin İsrayil ilǝ ilişgilǝri kǝsmǝyǝ doğru getmǝsi; Suriyǝ, Hamas, Ermǝnistan vǝ İraq Kürdüstanı ilǝ ilgili yaxınlaşma siyâsǝtlǝri, yeni bir şey olmayıp İran’ın bilinǝn dış siyâsǝtinin doğrultusunda, daha doğrusu Fars dinçilǝrin dikte etdiklǝri siyâsǝtlǝrin ılımlı versiyonudur. Olayların gedişi bu alanlarda Ərdoğan’ı İran adamı diyǝ tanımlayanları haqlı çıxarmaqdadır. İran’ın nukleer teknolojisi vǝ son dönǝm taqas olayında isǝ Türkiyǝ’nin Fars dinçi devlǝti yanında yer alması, açıqca Ərdoğan-Davutoğlu’nun dinçi ǝyilimlǝrinin yanı sıra, İran’ın Türkiyǝ’ni aldatdığı vǝ oyuna gǝtirmǝsinin sonucudur. İran bu oyunla bir yandan özünǝ zaman qazanmış, ötǝ yandan da ǝzǝli rǝqibi olan Türkiyǝ’ni müttǝfiqlǝri olan Amerika, Avropa Birliyi, Nato vǝ İsrayillǝ qarşı qarşıya gǝtirmǝni başarmışdır. Onun yönünü Avropalılıqdan çıxardıp, Ortadoğulaşdırmışdır.
-----------------------------------------------------
Rǝcm vǝ ya daş qalağın Tevrat’da geçmǝsi tәk başına bir şey ifadǝ etmǝz. Önǝmli olan budur ki Yǝhudilǝr, hǝtta ǝn aşırı dinçilǝri bilǝ, bugün rǝcm cǝzasını uyqulamır. Ancaq hǝm bu cǝzanı onlardan kopya edǝn İslam şǝriǝti onu mǝnimsyir vǝ hǝm İslam ölkǝlǝri -İran başda olmaq üzǝrǝ- onu uyqulayırlar. Burada bir insanlıq suçu vardır vǝ onun başlıca sorumlusu İslam şǝriǝtidir.
Güney Azǝrbaycanlı bir Türk qadın, Fars kökdǝn dinçi İran devlǝti tǝrǝfindǝn daş qalaq cǝzasına çarpdırılmışdır. Dünya vǝ Avropa ölkǝlǝri insanlıq dışı bu cǝzaya e’tiraz edǝrkǝn, Türkiyǝ vǝ Azǝrbaycan Cumhuriyǝtlǝri bu qonuda susmanı yeylǝmişlǝrdir. Türkiyǝ dışişlǝri baxanı Davutoğlu İran’ı daş qalaq üçün mǝhkum etmǝkdǝn boyun qaçırmış vǝ mǝhkum etmǝmişdir: “Davutoglu was asked whether Turkey would raise the case (planned Iran stoning) with Iran. "We're trying to work and consult on all these issues with our neighbour Iran, of course we have to see the file," he said”.
AKP iqtidarının İran’a qarşı mǝnimsǝdiyi qoruma vǝ savunmaçı tutum, bu arada bütün dünyanın tǝrsinǝ daş qalaq olayını mǝhkum etmǝmǝsi, AKP’nin gizli dinçi vǝ şǝriǝtçi acendasını bir yol daha ifşa edir. İran-Güney Azǝrbaycanlı Türk siyâsi qurup vǝ ictimai dǝrnǝklǝr, Türkiyǝ vǝ Azǝrbaycan cumhuriyǝtinin siyasal vǝ ideolojik İslam doğultusunda yapdığı hǝr şeydǝn vǝ özǝlliklǝ Fars dinçi devlǝti ilǝ qurduğu ittifaqdan- bu siyasǝtlǝr qısa vǝdǝdǝ üzeysǝl baxan bǝ’zi kimsǝlǝri tǝhrik vǝ mǝmnun etsǝ bilǝ- utanc duyur vǝ onları mǝhkum edir.
-----------------------------------------------------
Bir sıra analizlәrdә İsrayil ilǝ ilgili söylǝnәnlәrdә ciddi ǝksikliklǝr olduğunu düşünürǝm. Bunlarda İsrayil devlǝti, İsrayil hökümǝtlǝri, İsrayillilǝr, Amerika’da İsrayil lobisi, Dünya Yǝhudilǝri vǝ Dünya Musǝvilǝrini bir birindǝn ayırt edǝbildiyindǝn, ayrıca AKP iqtidarının dış politikaspnda siyasal vǝ ideolojik İslam’ın hansı alanlarda vǝ nǝ dǝrǝcǝdǝ var olduğunu göz önündǝ tutduğundan arxayın deyilǝm.
Deyilir: “İsrayil doğuda olan bütün ölkǝlǝrǝ böyük bir tǝhditdir”. Mǝncǝ İsrayil devlǝti, İsrayil hökümǝtlǝri vǝ İsrayil xalqını bir biri ilǝ eyni tutan bu gǝnǝllǝndirmǝniz kökdǝndinçi Əhmǝdinejad’ın vǝ ırqçı anti semitistlǝrin iddiasıdır vǝ yanlışdır. İsrayil`in özü heç bir şeyǝ tǝhdid deyildir. Tǝhdid olan, bu devlǝtin 1967 vǝ 1973 savaşlarından sonra militarist vǝ işqalçı siyâsǝtlǝr izlǝmǝsi, bu bağlamda uluslararası huquq vǝ insan haqlarını heçǝ saymasıdır.
-----------------------------------
İsrayil’in bizǝ yararlı olmadığını söylǝmǝk üzeysǝl bir tǝsbitdir vǝ bunları söylәyәnin Türkiyǝ devlǝtini Azǝrbaycan devlǝti vǝ İranda var olan Türk xalqının milli demokratik hǝrǝkǝtinin üç ayrı siyasi antite olduğu vǝ durumlarının vǝ dolayısı ilǝ tǝpgilǝrinin bir birindǝn fǝrqli olduğu gǝrǝkmǝsinǝ inanmadığını göstǝrir.
İsrayil ilǝ ilişgi tǝkcǝ İsrayil ilǝ ilişgi deyildir, Amerika ilǝ ilişgidir dǝ eyni zamanda. Bu, istǝsǝk dǝ, istǝmǝsǝk dǝ geçen yarım yüzildǝ belǝydi, indi dǝ belǝdir vǝ uzun zaman da belǝ qalacaqdır. Bizim bunu dǝyişdirmǝyǝ gücümüz yetmirsǝ ondan yararlanmaya baxmalıyıq, bu ağlın hökmüdür.
Türkiyǝ devlǝti bir imparatorluq qalıntısı olan, tǝmǝllǝri sağlam oturmuş köklü bir devlǝtdir. Bu devlǝt ekonomik olaraq güclǝnmǝ vǝ iç sorunlarını - başda Kürd sorunu olmaq üzǝrǝ - çözmǝsinǝ paralel olaraq, hǝr gün bir az daha çox Amerika’dan bağımsız siyasǝtlǝr yeridǝbilǝr. Olan da budur. Gǝrçi Türkiyǝ dǝ heç vaxt İsrayillǝ ilişgilǝrini kǝsmǝz, kǝsmǝmǝlidir. Türkiyǝ on il bundan qabaq belǝ bağımsız hǝrǝkǝt edǝmǝzdi. Azǝrbaycan cumhuriyǝti isǝ bunu bugün dǝ yapamaz, yapmamalıdır.
Azǝrbaycan cumhuriyǝti bir yanda Rusiya vǝ İran arasında sıxışmış, bir yandan da Ermǝnistan tǝrǝfindǝn işqal edilmişdir. Bu durumda Azǝrbaycan Cumhuriyǝtinin Amerika ilǝ istiratejik ittifaq qurması gǝrǝkdiyi günǝş kimi aydındır. Amerika ilǝ ittifaq isǝ, İsrayillǝ ittifaq anlamındadır. Qaldı ki Azǝrbaycan Cumhuriyǝtinin silahlı teknolojidǝn Amerikadakı Ermǝni diyasporasına qarşı qoymağa dǝk، İsrayil lobisinǝ ehtiyacı vardır.
Biz Türk xalqının, nǝ Yǝhudi xalqı vǝ nǝ dǝ Ərǝb xalqı ilǝ milli sorunumuz yoxdur. İsrayil vǝ Filistin devlǝtlǝri ilǝ milli çıxar çatışmamız da yoxdur. Unutulmaması gǝrǝkir ki geçǝn yüzildǝ dünyada ilk kǝz Yǝhudi bir devlǝtin bugünkü topraqlarında qurulması gǝrǝkdiyi fikrini ortaya atanlardan biri Türk Azǝrbaycanlı qıral Nasirǝddin Șah Qacar olmuşdur. Ayrıca İsrayil’in işqal vǝ işqal torpaqlarda yeritdiyi uluslararası yasalar vǝ insan haqlarını heçǝ saymasına qarşı çıxanların ön sıralarında İsrayil vǝ İsrayilli olmayan Yǝhudi aydınları yer almaqdadır. Biz onlarla bu qonuda bir dǝ kökdǝn dinçi vǝ ideolojik İslama qarşı olmaqda eyni cǝrgǝdǝyik.
---------------------------------------------
Kürdlǝr bǝnzǝr gǝrǝkçǝlǝrlǝ Amerika vǝ İsrayil’ǝ yaxınlaşmışlarsa- ki yaxınlaşmışlar -bu kǝsinliklǝ doğru vǝ ağıllıca bir siyâsi hǝrǝkǝtdir vǝ onların nǝ dǝnli ayıq, ilkǝli, ǝsnǝk vǝ gǝrçǝkçi olduqlarını göstǝrir. Biz dǝ eynisini kǝsinliklǝ yapmaq durumundayıq.
 İsrayil devlǝti vǝ ya hǝr hansı başqa bir devlǝt, özünün tanımladığı milli çıxarlar doğrultusunda Iraqlı Kürdlǝrǝ yardım edirsǝ, çox doğru bir iş yapır. Onların yanlışlığı, İranda olan milli hǝrǝkǝtlǝrǝ eyni dәstәyi vermәmәsidir. Əsasǝn Iraqda Kürd devlǝtinin güclǝnmǝsi, hǝtta Iraq’ın dörd etnik sınıra görǝ bölünmǝsi (Kürd, Ərǝb Sünni, Ərǝb Șii, Türkman) bizim milli çıxarlarımızın gǝrǝyi olup, bütün bölgǝ ilǝ dünyanın xeyrinǝdir. Biz İran-Güney Azǝrbaycan Türklǝri olaraq bunu dǝstǝklǝmǝliyik. Çünkü bu bir yandan başımıza qara bǝla kimi çökǝn PJAK-PKK tǝhlikǝsini azaldar, bir yandan da İran imperiyası-Fars sömürgǝçiliyin ölümünü yaxınlaşdırar.
“Yǝhudilǝr BOP’u (Böyük Ortadoğu Projesini) yapmış” deyilir. Ortadoğuda bir çox nǝdǝndǝn dolayı, o cümlǝdǝn demokratik kültür, uyqulamalar gǝlǝnǝyi vǝ qurumları olmadığından dolayı, dış etgǝn olmadan iç dinamiklǝrlǝ hǝr hansı bir demokratik gǝlişmǝnin gǝrçǝklǝşǝcǝyini düşünmǝk yanlışdır. Bu üzdǝn dǝ dünyadan izole olmuş vǝ dnyanın ǝn geri qalmış bölgǝlǝrindǝn biri olan Müsǝlman Ortadoğunu dünya olay vǝ sürǝclǝri ilǝ enteqre edǝn, mevcud istatikonu yıxabilǝn vǝ ya ǝn azından onu sarsan hǝr girişim, hǝtta BOP uzun vǝ’dǝdǝ olumlu bir olay vǝ olanaqdır.
Ənindǝ sonunda siyâsǝt iqtidar vǝ güc mucadilǝsidir. Bu üçü dǝ (Türkiyǝ devlǝti, Azǝrbaycan devlǝti, Türk Azǝrbaycan milli demokratik hǝrǝkǝti) siyâsi antitelǝrdir, insan haqları dǝrnǝklǝri vǝ ya uluslararası huquq quruluşları deyildirlǝr. Dolayısı ilǝ onların insan haqları dǝrnǝklǝri kimi davranmalarını bǝklǝmǝk yersiz bir bǝklǝntidir.
--------------------------------------------
Bizim İsrayil hökümǝtinin qǝbul etmǝdiyimiz vǝ mǝhkum etdiyimiz davranışları vardır. O cümlǝdǝn 1967dǝn sonra işqal etdiyi torpaqlar (Doğu Qudus, Batı Șǝriǝ, Qǝzzǝ), militarizmi, uluslararası yasaları vǝ insan haqlarını heçǝ sayması, …  Ancaq bunlara e’tiraz Türkiyǝ üçün ayrı, Azǝrbaycan Cumhuriyǝti üçün ayrı vǝ yöntǝmi vǝ biz İran-Güney Azǝrbaycanda yaşayan Türk xalqı üçün ayrı bir anlam vǝ yöntǝmi  vardır. Yerlǝşmiş devlǝt gǝlǝnǝklǝri vǝ çeşitli olanaqları olan Türkiyǝ devlǝtinin yapması gǝrǝkǝnlǝr, bunların heç birinǝ sahib olmayan Azǝrbaycan Cumhuriyǝtindǝn fǝrqli vǝ bu ikisininki dǝ bir milli demokratik qurtuluş hǝrǝkǝti olan Türk Azǝrbaycan milli demokratik hǝrǝkǝtindǝn fǝrqlidir.
Bizim qarşı olduğumuz şey, işqal, uluslararsı yasalar vǝ insan haqlarını heçǝ saymaqdır. İstǝr bunları yapan İsrayil, Rusiya vǝ Çin, istǝr İran vǝ ya başqa Müsǝlman nufuslu devlǝtlǝr olsun. Bunlara isǝ verilǝcǝk uyqun cavab, sâdәcә bunlara yönǝlik olan siyasi pilatformlarda vǝ yalnız diplomasi yolu ilǝ olmalıdır.
Türkiyǝ’nin bu çǝrçivǝdǝ İsrayil’in yanlış yapdıqları vǝ yanlış siyasǝtlǝrinǝ qarşı çıxması, doğru vǝ yerindǝdir; hǝtta gec qalınmış bir tutumdur. Türkiyǝ, İsrayil hökümǝtinin anlış yapdıqlarına diplomasi vǝ siyasi pılatformlarda vǝ uluslararası yasalara dayanaraq qarşı çıxdığı sürǝcǝ, dünyadan dǝstǝk görǝcǝk vǝ görmǝlidir.
Azǝrbaycan Cumhuriyǝti dǝ, İsrayil devlǝti vǝ hökümǝtlǝrinin bǝyǝnmǝdiyi siyâsǝtlǝrini özünün olanaq vǝ çıxarlarını göz önündǝ tutaraq ǝlǝşdirmǝli vǝ onlara dǝngǝli diploması ilǝ qarşı qoymalıdır. Örnǝyin Azǝrbaycan Cumhuriyǝti Telaviv’dǝ böyükelçilik açmalı vǝ bunu Filistin devlǝtinin Bakıdakı vǝ özünün dǝ Ramullahda böyükelçilik açması ilǝ eş zamanlı yapmalıdır. Ya da UN’dǝ İsrayil’i yanlışlarını mǝhkum edǝn qǝrarlara İran’ı yanlışlarını mǝhkum edǝnlǝrlǝ birlikdǝ olumlu oy vermǝlidir.
Biz İran vǝ Güney Azǝrbaycan Türklǝrinǝ gǝlincǝ, yeni başlamış milli qurtuluş hǝrǝkǝti olaraq, bölgǝ vǝ dünya çapında oyuncuların dǝstǝyini qazanma bizim ilk görǝv vǝ sorumluluğumuzdur. Bu hǝr milli qurtuluş hǝrǝkǝtindǝ belǝdir. İndiki durumda isǝ bütün bölgǝsǝl vǝ qılobal oyuncular, Fars dinçilǝrin müttǝfiqi olan AKP islamçılarının hâkim olduğu Türkiyǝ, Rusiya, Avropa, … bizǝ qarşdıdır. Bu durumda güclü mediya vǝ lobiyǝ sahib olan İsrayil’ǝ vǝ dolayısı ilǝ Amerika ilǝ düşmanlıq yapmaya, onlarla yaxın ilişgi qurmamaya heç bir nǝdǝn yoxdur vǝ bu ayrıca ağıllı bir hǝrǝkǝt dǝ olmaz.
---------------------------------------------
Bizim insan haqları dǝrnǝklǝri vǝ siyâsi tǝşkilatlarımız, bu qonuda öz ǝlǝşdirilǝrini hǝmişǝ ǝn açıq bir dillǝ, öz qonum vǝ ilkǝlǝrinǝ görǝ dillǝndirmǝlidirlǝr. Bu ǝlǝşdirilǝrin tǝmǝlli bunlar olmalıdır:
-İsrayil’in 1967 savaşından sonra işqal etdiyi bütün torpaqlardan (Doğu Qudus, Batı Șǝriǝ, Qǝzzǝ) geri çǝkilmǝsi,
-Ərǝb köçmǝnlǝrin öz yurtlarına geri qayıtmaları,
-Filistinlilǝrin mǝ’ruz qaldığı bütün ziyan vǝ zǝrǝrlǝrin tǝlafi edilmǝsi,
-İki eşit haqlı İsrayil vǝ Filistin devlǝtlǝrinin var olması.
İsrayil devlǝti vǝ hökümǝtlǝrinin yanlış yapdıqlarını ǝlǝşdirip vǝya mǝhkum edǝrkǝn, kǝsinliklǝ kökdǝn dinçi İslamçılar vǝ anti semitist ırqçıların tuzağına düşmǝmǝmiz gǝrǝkir. İsrayil devlǝti vǝ hökümǝtlǝrinin yapdığını ǝlǝşdirmǝk başqa bir şeydir, ideolojik İslam vǝ şǝriǝt yanlılarının bunları İsrayil’lǝ birlǝşdirmǝsi vǝ dolayısı ilǝ İsrayil devlǝtinin mǝşruluğunu sorqulaması, şǝriǝtçi histeriyǝ yaşıl ışıq yaxması başqa bir şey.
Hǝr hansı bir etnik qurup haqqında gǝnǝllǝndirmǝlǝr yapmaq vǝ istereotiplǝr yaratmaq, mǝncǝ ǝnindǝ sonunda ırqçılıqla sonuclanacaqdır. Yǝhudi bir xalq vǝ Musǝvi bir dini qurup adıdır. Bunların arasında dinsizindǝn aşırı dinçisinǝ, siyonistindǝn İsrayil devlǝtinin varlığını sorqulayana hǝr çeşit insan vǝ insan qurupuna rastlamaq olasıdır. Yǝhudi vǝya Musǝvi toplumlarını Türk, Ərǝb, Rus, Çin, Müsǝlman, Xırıstiyan vǝ ya hǝr hansı başqa bir toplum kimi tǝk tip görmǝk, son dǝrǝcǝ yanlışdır vǝ söz qonusu Yǝhudilǝr isǝ- özǝlliklǝ davamlı tekrarıan “hǝr şeyin arxasında mütlǝq Yǝhudi barmağı vardır” kimi ifadǝlǝrin- açıqca ırqçı çalarları vardır.
Türkiyǝ bu rasyonel çizgidǝn dışarı çıxıb kökdǝn dinçi İslamçıların vǝ ırqçı anti semitistlǝrin söylǝm vǝ ǝdǝbiyyatını mǝnimsǝrsǝ, İsrayil devlǝtinin mǝşruiyyǝtini sorqularsa vǝ bütün Yǝhudi vǝ Musǝvi xalqlarını suçlu e’lan edǝrsǝ -ki Ərdoğan’ın mǝnimsǝdiyi zehniyǝt vǝ dil dǝ budur- uzun vǝ’dǝdǝ Əhminejad kimilǝrindǝn başqa kimsǝdǝn dǝstǝk görmǝz vǝ görmǝmǝlidir. Türkiyǝ dış işlǝri baxanı Davutoğlu’nun “Biz Qudus’da namaz qılacayıq” demǝsi, Xumeyni’dǝn kopyalayan vǝ tǝqiyyǝ yapan bir dinçinin iç dünyasını dışarıya vuran bir ipucudur. Ərdoğan’ın yalnız Qǝzzǝ’dǝ toplu qırıma mǝ’ruz qalanlara verdiyi dǝstǝk vǝ buna qarşın daha bǝtǝr soyqırımlar yapan Ermǝnistan, İran, Sudan, Hamas vǝ bǝnzǝrlǝri ilǝ diyaloq qurması vǝ hǝtta onlara sahib çıxması, Fars dinçilǝrin siyasi pıraqmatisminin kopisidir. Biz dinçilǝrin taktiklǝrinǝ çox yaxşı tanışıq.

Tuesday, March 1, 2011

AKPnin hakim olduğu Türkiyənin yanlış Ortadoğu və İran siyasəti

AKPnin hakim olduğu Türkiyənin yanlış Ortadoğu və İran siyasəti
Mehran Baharlı 
Xəbərlərdə Ərdoğanın Libyaya başlatılmaq istənən yapdırımlara (təhrimlərə) qarşı çıxdığı deyilirdi. Beləcə Ərdoğan, Farsların Əhmədinejad Xamneyisi və Sudanda soyqırım yapan və insanlığa qarşı cinayət işləyən Əl Bəşiri savunandan sonra, indi də Qaddafi rjiminə yaptırımlara (Sanksiyalara) qarşı çıxaraq öz xalqını qıran Qaddafini savunmuş oldu.
Ərdoğanın gərçəkdə nə dediyi ni və nə demək istədiyini anlamaq üçün, sətirlərin arasını oxumalı, Ərdoğan və başqa dinçilərin dilini bilməlisiniz. Mən bu xəbərdə və Ərdoğanın sərgilədiyi tutumda Qaddafi və onun rejimini savunmaqdan başqa bir şey görmürəm. Ərdoğan geçmişdə eyni məntiq və dillə Sudanda soyqırım yapan Əl Bəşiri, Suriyə diktatoru Bəşar Əsədi və Həmas ilə Nəsrullahın Hizbullahını savunmuşdur. O eyni məntiqlə İranda dinçi Fars rejimini, İstanbul bələdiyəsi başqanı olduğu ilk gündən bəri , savunagəlmişdir. Ərdoğanın bu tutumu, bütünüylə İranda yaşayan xalqlara qarşı olan, düşmanca bir tutumdur.
Ərdoğanın Qaddafi sevgisi 
Türkiyə dinçiləri arasında Qaddafiyə həmişə səmpati var olmuşdur. Bu səmpati bugün də, Qaddafi öz xalqını qılıcdan geçirməkdə olduğu dönəmdə davam etməkdədir. Ərdoğanın Qaddafiyə arxa çıxmasının başlıca nədəni budur.
Bugün Qaddafi öz xalqını qılıcdan geçirir. Ötə yandan Ortadoğu ilə Quzey Afriqada və hətta bütün İslam dünyasında əsən demokrasi yelinin etgisində tarixi bir fürsət yaranmışdır ki Libya xalqı bu qəddar, əqli dəngəsi yerində olmayan yaratıqdan qurtulsun. Ancaq şu anda soyqırıma məruz qalan xalqa kömək yolları və yardım olanaqları qısıtlıdır, doğrudan mudaxilə isə indilik imkansız kimidir. Dolayısı ilə yapılacaq tək şey orada mücadilə edən xalqa verilən mənəvi dəstək, diploması və diplomatik yöntəmlərdir. Bəyənsək də bəyənməsək də diplomatik yöntəmlərin başında, İran örnəyində olduğu kimi rejimi yönətənlərə və əli qana bulaşanlara yaptırım (Təhrim, Sanction) uyqulamaq gəlir. Doğrudur, bu yaptırımlar xalqı da sıxıntıya soxabilir və ancaq uzun vədədə etgi göstərəbilər. Buna rəğmən yapılacaq başqa alternativ də yoxdur. İştə burada Ərdoğanın bu sanksiyalara qarşı çıxması və bunları öngörənləri iki üzlülüklə suçlamsı tam bir iki üzlülük örnəyi olup Qaddafi və rejiminə verilən açıq dəstəkdir.
Ərdoğanın yaptırımlara qarşı çıxması bir sıra şəxsin sandığının tərsinə Libyada çalışan Türkiyəli Türkləri qorumaqla ilgili deyildir. O gərçəkdən bu işçiləri qorumaq istəseydi, onların geri gətirilmə işləmi ilə uğraşıp başqalarının çözüm arayışına da əngəl olmamalıydı. Ancaq Ərdoğan açıqca dünyanın Qaddafi rejiminə qarşı eyləmə geçməsini suçlayır. Bu isə, içində olduğumuz konjunkturdə Qaddafi rejiminə verilən açıq bir dəstək, ona yenidən Libya xalqına hakim olabilməsinə fürsət yaratmaqdır.
Tükiyə, faşist və diktator Qaddafi rejimini savunmaq yerinə, Libya xalqına yapılan vahşilikləri qınamalı, Libya devlətinin xalqın təməl özgürlükləri və haqlarına sayqılı davranmasını istəməli və oradadakı Türkiyəliləri təxliyə etdikdən sonra məşruiyətini çoxdan itirmiş olan Qaddafinin ən qısa sürədə görəvdən ayrılmasını və bütün suçluların ədalətə təsmil edilməsini istəməlidir.
Türkiyənin indiki Ortadoğu siyasəti təməldən yanlışdır 
Türkiyənin indiki ortadoğu siyasəti təməldən yanlışdır. Çünkü sabitlik adına, bölgənin anti demokratik statusunu, diktator rejimləri və sömürgənin sonucu olan sınırlarını qorumanı amaclayır. Yanlışdır çünkü təkcə ekonomik ilişki və çıxarları gözətir və biçimlənməsində demokrasi, bölgənin demokratikləşməsi, xalqların özgürlükləri və insan haqları ən kiçik bir rol oynamır. Yanlışdır çünkü ideoloik təməllər və siyasi islama görə biçimlənmişdir.
AKPnin Ortadoğu və Quzey Afriqa siyasətinin iki təməli vardır: Siyasi islam və ekonomik çıxarlar. Bu ikisinin sonucu mevcut statukoyu qorumaq və kozmetik bir sıra üzeysəl dəyişiklikləri savunmaqdır. Ancaq bölgədə gərçək dəyişiklikləri, bölgədəki diktator və dinçi devlətlərinin demokrasi və laikliyi mənimsəməsi, burada yaşayan xalqların özgürlükləri və insan haqlarını savunmaq AKPnin siyasətlərində yeri yoxdur, hətta AKP bölgədəki gərçək və radikal dəyişikliklərə ən başda rejim dəyişikliklərinə şiddətlə qarşıdır. Bundan dolayı da AKP Türkiyəsi bugün bölgədəki ən faşist, diktator və dinçi rejimlərin müttəfiqi halına gəlmişdir, istər Xamneyi və Əhmədinejadın İranı olsun, istər Libyanın Qaddafisi, Suriyənin Əsədi, Sudanın Əlbəşiri, ,Hamas vəya Lübnaın Hizbullahı olsun.
Türkiyənin indiki ortadoğu siyasəti Amerikanın soyuq savaş dönəmində izlədiyi və iflas etdiyi siyasətin eynisidir. Günümüzdə Amerika da bunu anlamış ki bu ölkənin çıxarlarına uyqun olan sabitlik bahanası ilə diktator , dinçi və fasid rejimlərlə ittifaq qurmaq, onları dəstəkləmək deyildir. Tərsinə Amerikanın gərçək və uzun vədəli çıxarları və qalıcı sabitliyi yaradan, xalqların özgürlük və insan haqlarını, demokrasini dəstəkləməkdədir. Ancaq Türkiyə hələ də gərçəyi başa düşməyip xalqların özgürlük və insan haqlarını dəstəkləmək yerinə və sabitliyi qorumaq adına Xamneyi, Əsəd, Əlbəşir, Qaddafi, Hamas və Hizbullahla eyni cərgədə yer alır. Bununla da həm Türkiyənin uzun vədəli çıxarlarına tərs davranır, həm də bölgənin demokratikləşməsinə əngəl olur. Ayrıca bölgə xalqaların səmpatisini də yavaş yavaş itirir.
AKPin ikiüzlü Ortadoğu siyasəti 
Ərdoğan başqalarını Libya qonusunda ikiüzlü olmaqla və petrol sevdası ilə hərəkət etməklə suçlayır. Oysa  gərçək budur ki Ortadoğu və Quzey Afriqa qonusunda AKP höküməti nin özü ikiüzlü bir siyasət yeridir. AKP və özəlliklə Ərdoğan Davutoğlu ikilisi üçün, Ortadoğu və Quzey Afriqada demokratikləşmə, fasid, yoz və diktator rejimlərin öz xalqlarına yapdığı basqılar və soyqırımlara son vermə, burada yaşayan insanlar və xalqların özgürlük mucadiləsinin ən kiçik önəmi yoxdur.Ərdoğan Davutoğlu  üçün önəmli olan şey, İslami qardaşlıq, ucuz anti Amerikan və anti İsrayil şuarlar və ən başda da qısa sürəli ekonomik çıxarlar və müft petrol və qaz əldə etməkdir. Bu ekonomik çıxarlar üçündür ki AKP, İranda dinçi ırqçı faşist Fars devlətinin müttəfiqi halına dönüşüvermişdir və İranda yaşayan xalqları və ən başda Türk xalqını petrol və qaza satmışdır.
Bir sıra şəxslər Türkiyənin Ortadoğu Quzey Afriqa və özəlliklə İranda yeritdiyi siyasətin, buralarda xalqlar və insanların demokratik istəkləri və özgürlükləri ilə insan haqlarını savunmaq yerinə, diktator və dinçi rejimlərini savunmasını, Türkiyənin gücsüz olduğuna bağlayır və Türkiyənin güclü olduğunda bütün Türkülləri (Turkicləri) dəstəkliyəcəyini söyləyirlər. Məncə heç də belə deyildir. Bugün Türkiyə yetərincə güclüdür, ancaq İran Türklərinə qarşı Fars dinçi ırqçı İran devlətini dəstəkləyir,  hətta onun müttəfiqi halına gəlmişdir. Iraqda da Türkmanların öz devlətlərinə qavuşamamalarının başlıca sorumlusu Türkiyənin mənimsədiyi yanlış Iraq və Kürd siyasətləri olmuşdur. Suriyədə yaşayan Türk xalqı da Türkiyədən ən ufaq bir dəstək görməmiş ki heç, AKPnın Əsəd rejimi ilə ittifaqına tanıq olmuşdur. Başqa bir deyişlə olay Türkiyənin güclənməsində deyildir, bu gücü hansı anlayışın qullanacağıdır.
Zatən Türkiyənin bölgə və özəlliklə İran, Iraq və Suriyə Türklərini dəstəkləməsinə ehtiyac da yoxdur. Yetər ki Türkiyə ucuz petrol və qaz və qısa ekonomik çıxarlar üçün bu ölkələr və rejimlərinin demokratikləşməsinə və özəlliklə federallaşmasına qarşı çıxmasın və buralara hakim olan faşist və diktator rejimlərə açıq dəstək verməsin, yetər ki Türkiyə xalqlar və rejimləri arasında aparılan savaşımda tərəfsiz qalsın.
Güney Azərbaycanda laik, modern və insan haqlarını önəmsəyən Türkiyə sevgisi 
Təbrizdə gənclərin Türkiyə cumhurbaşxanı Abdullah Gülə göstərdiyi sevgi təpgisi, Türkiyəyə yanı Atatürk Türkiyəsinə, laik və modern, Avupanın bir parçası olan Türkiyəyə göstərilən sevgi idi. Bunun AKP höküməti və yapdıqları ilə ilgisi yoxdur. Zatən xalqımız AKPnin gərçək dinçi və Fars müttəfiqi olan içüzünü daha da anlayınca AKPyə olumsuz təpgi verməyə başlayacaqdır. Doğrusu da budur. Laik və modern Türkiyə devlətinə olan sevgi isə davam edəcəkdir.
Bizim yararımıza olan, Türkiyənin doğrudan hər hansı bir ölkədə mudaxiləsi deyildir, Ortadoğuda fasit, diktator və dinçi rejimlərin yıxılmasıdır. Türkiyənin bizə və özünə yapabiləcəyi ən yararlı xidmət bu fasit, diktator və dinçi rejimlərlə ittifaq qurmaq və onları qoldamaq, onların çökməsini gecikdirmək yerinə bölgədə əsən demokrasi yelinin pıçıltısını eşitmək və insan haqları ilə xalqların özgürlüyünü savunmqadır.
Məncə biz gərçəkləri artıq olduğu kimi görməliyik, AKPnin Ortadoğu siyasəti siyasal islam və para qazanmanın gərəyidir, modern çağın anlayışı və insanca, özgürcə yaşama dürtüsünün gərəyi deyildir. Türkiyə Libya, İran, Suriyə, Sudanda modern devlətlərin qurulmasına dəstək verməli və insan haqları ilə xalqların özgürlüklərinin tapdalanmasına qarşı çıxmalıdır. Ancaq şu anda Türkiyə, bu yapması gərəkənləri siyasal islam və ekonomik çıxarlardan dolayı yapmayır. Ərdoğan soyqırım yapan Əlbəşiri dəstəkləyir, öz xalqını yox edən Qaddafiyə yaptırım yapmaya qarşı çıxır, seçimlərdə hilə ilə iş başına gələn Əhmədinejadı ilk qutlayan olur, teror əsdirən haması savunur, Davutoğlu İranda demokrasi var deyir, daşqalağın İranın iç sorunu olduğunu iddia edir.....
Türkiyə bunu anlamalıdır: Türkiyə xalqı nə qədər demokrasini haq edirlərsə, Ortadoğu və Quzey Afriqa xalqları da o qədər demokrasini haq edir. Qibrisin quzeyində yaşayan Türk toplumu nə qədər bağımsızlıq və özünü yönətməni haq edirsə, Güney Azərbaycanda yaşayan Türk xalqı da o qədər bağımsızlıq və özünü yönətməni haq edir. Türkiyə bunu da iyicə qavramalıdır: Artıq qoşa ölçün (double standard) dönəmi bitmişdir.

Wednesday, January 19, 2011

İran Karabağ Sorunu'nda Neden Ermenistan'ın Yanında?


İslam ve Şiilik, İran güvenlik ve dış politik algılamasında önemli bir yer tutmaktadır. Ancak bu olgunun tanımı, amacı ve sınırları daha doğru tanımlanmazsa bizi yanlış yere götürebilir. Başka bir ifadeyle, İran’ın dış politikasını sadece din ve mezhebe indirgeyerek yorumlamak ciddi bir hata olur. İslam dünyasının liderliğini iddia eden İran’ın; Keşmir, Çeçenistan ve Karabağ konularında bu iddiadan çok uzak davrandığı gözükmektedir. Çoğunluğunu Şiilerin oluşturduğu Azerbaycan ile Ermenistan arasındaki Karabağ sorununda İran’ın yıllardır sergilediği tutumu incelemenin özel bir yere sahip olduğunu söyleyebiliriz.
İran, Dağlık Karabağ sorununu millî güvenliğini tehdit eden unsurlar arasında değerlendirmektedir. Bu nedenle ilk olarak Azerbaycan-Ermenistan ihtilafının sıcak bir çatışmaya dönüşmesini istememektedir. Bunun birinci nedeni, sorunun İran’a komşu iki ülke arasında cereyan etmesidir. Nitekim 1993’te İran sınırı yakınlarında gerçekleşen çatışma, sığınmacı akınıyla karşılaşma korkusu veya yabancı güçlerin muhtemel askerî müdahalesi gibi nedenlerle İran’ı kaygılandırmıştır. İkincisi, çatışmalar sırasında İran’ın Azerbaycan’ı desteklememesi, İran toplumunda özellikle Azerbaycan Türklerini rahatsız etmiş, Dağlık Karabağ sorunu milliyetçi duygusal bir zemin oluşturmuş, İran’daki Azerbaycanlı öğrencilerin, şairlerin ve aydınların birinci söylemi haline gelmiş ve bu doğrultuda Tebriz ve Tahran’da “İran’ın Ermeni yanlısı” politikalarını protesto eden gösteriler düzenlenmiştir.


İran’ın Karabağ sorunu karşısında çelişkili söylem ve tutum içinde olduğu görülmüştür. Bir yandan Karabağ bölgesinin Azerbaycan toprak bütünlüğü içinde olduğunu açıklarken, diğer yandan buradaki çatışmaya Dağlık Karabağ’da yaşayan Ermeniler ile Azerbaycan devletinin savaşı görünümü verme eğilimi içinde olmuştur. Bu açıdan bakıldığında sorun Azerbaycan-Ermenistan çatışmasından ziyade Karabağ’ın iç meselesi ve Ermenistan da, sadece Dağlık Karabağ’da yaşayan Ermenileri destekleyen ülke olarak görmüştür. Diğer taraftan, genelde Ermenistan-Azerbaycan Savaşı’nı Ermeni-Müslüman savaşı olarak tanımlamaktan mümkün olduğunca kaçınmış ve bu çatışmayı etnik bir çatışma olarak nitelendirmeye çalışmıştır. Ancak, zaman zaman İranlı yetkililerinin bölgedeki “Müslüman halktan” söz ettikleri de görülmüştür. Örneğin, Haziran 1993’te Tebriz’deki bir gösteride halka seslenen İran dinî lideri Hamaney, “Ermenistan Devleti ve Karabağ Ermenileri bölgedeki Müslümanlara zulüm uygulamaktadır” demiştir. İran liderinin Karabağ Ermenilerini Ermenistan’dan ayrı biçimde nitelemesi ise dikkat çekicidir.


İran, resmî söyleminde Karabağ’ın Azerbaycan’ın tarihî bir toprağı, parçası olduğunu belirtmesine karşın, pratikte bu sorunun çatışmaya dönüşmeden mevcut haliyle sürmesinden yana olduğu görülmektedir. Zira bu sorunun çözümsüz kalması, İran için bir taraftan Azerbaycan’ı zayıflatmaya yarayan, diğer taraftan da İran’a yakınlaşmasını sağlayan bir fırsat alanı sunmaktadır. Bu sebeple Azerbaycan Cumhuriyeti, İran’ın Ermenistan-Karabağ çatışmasındaki tutumundan kuşku duymaktadır.


İran’ın Ermenistan’a belirgin bir hoşgörü içinde olduğunu söyleyebiliriz. İran, Karabağ’da Ermeniler tarafından harabe haline getirilen Şii cami ve türbeler konusunda sessiz kalmış, herhangi bir açıklama yapmamıştır. İran’ın “Şii dünyasının liderliği” iddiasıyla çelişen bu tavrı ülke içinde hem Azerbaycan Türkleri hem de bazı dindar kesim tarafından ciddi şekilde eleştirilmiştir. İran’ın Ermenistan’a gösterdiği hoşgörünün en önemli göstergelerinden biri de İran’ın sonuçsuz kalan arabuluculuk girişimleridir. İran’ın diplomatik çabaları sonucu Azerbaycan ve Ermenistan Tahran’da bir ateşkes imzalamışlardır. Bu anlaşmanın üzerinden çok geçmeden Şuşa, Mayıs 1992 yılında Ermeniler tarafından işgal edildi.  Ermenilerin bu hareketi, İran’ı ciddi şekilde zor durumda bıraktı. Bir taraftan arabuluculuk arayışları son bulurken, diğer taraftan da Ermenistan’ı desteklemekle suçlandı. Şuşa’nın işgali, İran’ın özellikle Azerbaycan Türklerinin gözünde güvenirliliğine ciddi zarar verdi. İran bu olayda Ermenistan’ı suçlamak yerine, Batılıları ve Azerbaycan’ı suçladı.


İran’ın Karabağ siyasetini, Ermenistan ile olan ilişkilerini anlamadan yorumlamak imkânsızdır. Ermenistan, İran’ın Kafkasya politikasında bir kaldıraç işlevi görmektedir. Ermenistan’ın Azerbaycan’la gergin ilişkisi, Azerbaycan’ın büyümesini ve İran’daki Türkler için bir çekim merkezi olmasını engellemektedir. Ayrıca Azerbaycan-Ermenistan çatışması, her iki devleti İran’a doğru itmektedir. İkinci boyut, Ermenistan’ın İran açısından Batı’ya karşı Rusya safında tutulması gereken bir ülke olması konusudur. İran, Ermenistan’ın Rusya’dan ayrılıp Batı’nın “güdümüne” geçmesini istememektedir. Başka bir ifadeyle İran, Ermenistan’ın Rusya’dan kopup Batı’ya yaklaşmasından endişe duymakta ve bunu engellemek için kendisi de Ermenistan’ı destekleyerek onu rahatlatmak istemektedir. Bir taraftan İran, Ermenistan’ı, Türkiye’nin Kafkasya’daki etkinliğini sınırlandırmanın araçlarından biri olarak görürken, diğer taraftan da Avrupa ve ABD’deki Ermeni diasporasının küresel politikalara müdahil olarak kendisine bazı kapılar açabileceğini düşünmektedir.
Kaynaq