Tuesday, March 1, 2011

AKPnin hakim olduğu Türkiyənin yanlış Ortadoğu və İran siyasəti

AKPnin hakim olduğu Türkiyənin yanlış Ortadoğu və İran siyasəti
Mehran Baharlı 
Xəbərlərdə Ərdoğanın Libyaya başlatılmaq istənən yapdırımlara (təhrimlərə) qarşı çıxdığı deyilirdi. Beləcə Ərdoğan, Farsların Əhmədinejad Xamneyisi və Sudanda soyqırım yapan və insanlığa qarşı cinayət işləyən Əl Bəşiri savunandan sonra, indi də Qaddafi rjiminə yaptırımlara (Sanksiyalara) qarşı çıxaraq öz xalqını qıran Qaddafini savunmuş oldu.
Ərdoğanın gərçəkdə nə dediyi ni və nə demək istədiyini anlamaq üçün, sətirlərin arasını oxumalı, Ərdoğan və başqa dinçilərin dilini bilməlisiniz. Mən bu xəbərdə və Ərdoğanın sərgilədiyi tutumda Qaddafi və onun rejimini savunmaqdan başqa bir şey görmürəm. Ərdoğan geçmişdə eyni məntiq və dillə Sudanda soyqırım yapan Əl Bəşiri, Suriyə diktatoru Bəşar Əsədi və Həmas ilə Nəsrullahın Hizbullahını savunmuşdur. O eyni məntiqlə İranda dinçi Fars rejimini, İstanbul bələdiyəsi başqanı olduğu ilk gündən bəri , savunagəlmişdir. Ərdoğanın bu tutumu, bütünüylə İranda yaşayan xalqlara qarşı olan, düşmanca bir tutumdur.
Ərdoğanın Qaddafi sevgisi 
Türkiyə dinçiləri arasında Qaddafiyə həmişə səmpati var olmuşdur. Bu səmpati bugün də, Qaddafi öz xalqını qılıcdan geçirməkdə olduğu dönəmdə davam etməkdədir. Ərdoğanın Qaddafiyə arxa çıxmasının başlıca nədəni budur.
Bugün Qaddafi öz xalqını qılıcdan geçirir. Ötə yandan Ortadoğu ilə Quzey Afriqada və hətta bütün İslam dünyasında əsən demokrasi yelinin etgisində tarixi bir fürsət yaranmışdır ki Libya xalqı bu qəddar, əqli dəngəsi yerində olmayan yaratıqdan qurtulsun. Ancaq şu anda soyqırıma məruz qalan xalqa kömək yolları və yardım olanaqları qısıtlıdır, doğrudan mudaxilə isə indilik imkansız kimidir. Dolayısı ilə yapılacaq tək şey orada mücadilə edən xalqa verilən mənəvi dəstək, diploması və diplomatik yöntəmlərdir. Bəyənsək də bəyənməsək də diplomatik yöntəmlərin başında, İran örnəyində olduğu kimi rejimi yönətənlərə və əli qana bulaşanlara yaptırım (Təhrim, Sanction) uyqulamaq gəlir. Doğrudur, bu yaptırımlar xalqı da sıxıntıya soxabilir və ancaq uzun vədədə etgi göstərəbilər. Buna rəğmən yapılacaq başqa alternativ də yoxdur. İştə burada Ərdoğanın bu sanksiyalara qarşı çıxması və bunları öngörənləri iki üzlülüklə suçlamsı tam bir iki üzlülük örnəyi olup Qaddafi və rejiminə verilən açıq dəstəkdir.
Ərdoğanın yaptırımlara qarşı çıxması bir sıra şəxsin sandığının tərsinə Libyada çalışan Türkiyəli Türkləri qorumaqla ilgili deyildir. O gərçəkdən bu işçiləri qorumaq istəseydi, onların geri gətirilmə işləmi ilə uğraşıp başqalarının çözüm arayışına da əngəl olmamalıydı. Ancaq Ərdoğan açıqca dünyanın Qaddafi rejiminə qarşı eyləmə geçməsini suçlayır. Bu isə, içində olduğumuz konjunkturdə Qaddafi rejiminə verilən açıq bir dəstək, ona yenidən Libya xalqına hakim olabilməsinə fürsət yaratmaqdır.
Tükiyə, faşist və diktator Qaddafi rejimini savunmaq yerinə, Libya xalqına yapılan vahşilikləri qınamalı, Libya devlətinin xalqın təməl özgürlükləri və haqlarına sayqılı davranmasını istəməli və oradadakı Türkiyəliləri təxliyə etdikdən sonra məşruiyətini çoxdan itirmiş olan Qaddafinin ən qısa sürədə görəvdən ayrılmasını və bütün suçluların ədalətə təsmil edilməsini istəməlidir.
Türkiyənin indiki Ortadoğu siyasəti təməldən yanlışdır 
Türkiyənin indiki ortadoğu siyasəti təməldən yanlışdır. Çünkü sabitlik adına, bölgənin anti demokratik statusunu, diktator rejimləri və sömürgənin sonucu olan sınırlarını qorumanı amaclayır. Yanlışdır çünkü təkcə ekonomik ilişki və çıxarları gözətir və biçimlənməsində demokrasi, bölgənin demokratikləşməsi, xalqların özgürlükləri və insan haqları ən kiçik bir rol oynamır. Yanlışdır çünkü ideoloik təməllər və siyasi islama görə biçimlənmişdir.
AKPnin Ortadoğu və Quzey Afriqa siyasətinin iki təməli vardır: Siyasi islam və ekonomik çıxarlar. Bu ikisinin sonucu mevcut statukoyu qorumaq və kozmetik bir sıra üzeysəl dəyişiklikləri savunmaqdır. Ancaq bölgədə gərçək dəyişiklikləri, bölgədəki diktator və dinçi devlətlərinin demokrasi və laikliyi mənimsəməsi, burada yaşayan xalqların özgürlükləri və insan haqlarını savunmaq AKPnin siyasətlərində yeri yoxdur, hətta AKP bölgədəki gərçək və radikal dəyişikliklərə ən başda rejim dəyişikliklərinə şiddətlə qarşıdır. Bundan dolayı da AKP Türkiyəsi bugün bölgədəki ən faşist, diktator və dinçi rejimlərin müttəfiqi halına gəlmişdir, istər Xamneyi və Əhmədinejadın İranı olsun, istər Libyanın Qaddafisi, Suriyənin Əsədi, Sudanın Əlbəşiri, ,Hamas vəya Lübnaın Hizbullahı olsun.
Türkiyənin indiki ortadoğu siyasəti Amerikanın soyuq savaş dönəmində izlədiyi və iflas etdiyi siyasətin eynisidir. Günümüzdə Amerika da bunu anlamış ki bu ölkənin çıxarlarına uyqun olan sabitlik bahanası ilə diktator , dinçi və fasid rejimlərlə ittifaq qurmaq, onları dəstəkləmək deyildir. Tərsinə Amerikanın gərçək və uzun vədəli çıxarları və qalıcı sabitliyi yaradan, xalqların özgürlük və insan haqlarını, demokrasini dəstəkləməkdədir. Ancaq Türkiyə hələ də gərçəyi başa düşməyip xalqların özgürlük və insan haqlarını dəstəkləmək yerinə və sabitliyi qorumaq adına Xamneyi, Əsəd, Əlbəşir, Qaddafi, Hamas və Hizbullahla eyni cərgədə yer alır. Bununla da həm Türkiyənin uzun vədəli çıxarlarına tərs davranır, həm də bölgənin demokratikləşməsinə əngəl olur. Ayrıca bölgə xalqaların səmpatisini də yavaş yavaş itirir.
AKPin ikiüzlü Ortadoğu siyasəti 
Ərdoğan başqalarını Libya qonusunda ikiüzlü olmaqla və petrol sevdası ilə hərəkət etməklə suçlayır. Oysa  gərçək budur ki Ortadoğu və Quzey Afriqa qonusunda AKP höküməti nin özü ikiüzlü bir siyasət yeridir. AKP və özəlliklə Ərdoğan Davutoğlu ikilisi üçün, Ortadoğu və Quzey Afriqada demokratikləşmə, fasid, yoz və diktator rejimlərin öz xalqlarına yapdığı basqılar və soyqırımlara son vermə, burada yaşayan insanlar və xalqların özgürlük mucadiləsinin ən kiçik önəmi yoxdur.Ərdoğan Davutoğlu  üçün önəmli olan şey, İslami qardaşlıq, ucuz anti Amerikan və anti İsrayil şuarlar və ən başda da qısa sürəli ekonomik çıxarlar və müft petrol və qaz əldə etməkdir. Bu ekonomik çıxarlar üçündür ki AKP, İranda dinçi ırqçı faşist Fars devlətinin müttəfiqi halına dönüşüvermişdir və İranda yaşayan xalqları və ən başda Türk xalqını petrol və qaza satmışdır.
Bir sıra şəxslər Türkiyənin Ortadoğu Quzey Afriqa və özəlliklə İranda yeritdiyi siyasətin, buralarda xalqlar və insanların demokratik istəkləri və özgürlükləri ilə insan haqlarını savunmaq yerinə, diktator və dinçi rejimlərini savunmasını, Türkiyənin gücsüz olduğuna bağlayır və Türkiyənin güclü olduğunda bütün Türkülləri (Turkicləri) dəstəkliyəcəyini söyləyirlər. Məncə heç də belə deyildir. Bugün Türkiyə yetərincə güclüdür, ancaq İran Türklərinə qarşı Fars dinçi ırqçı İran devlətini dəstəkləyir,  hətta onun müttəfiqi halına gəlmişdir. Iraqda da Türkmanların öz devlətlərinə qavuşamamalarının başlıca sorumlusu Türkiyənin mənimsədiyi yanlış Iraq və Kürd siyasətləri olmuşdur. Suriyədə yaşayan Türk xalqı da Türkiyədən ən ufaq bir dəstək görməmiş ki heç, AKPnın Əsəd rejimi ilə ittifaqına tanıq olmuşdur. Başqa bir deyişlə olay Türkiyənin güclənməsində deyildir, bu gücü hansı anlayışın qullanacağıdır.
Zatən Türkiyənin bölgə və özəlliklə İran, Iraq və Suriyə Türklərini dəstəkləməsinə ehtiyac da yoxdur. Yetər ki Türkiyə ucuz petrol və qaz və qısa ekonomik çıxarlar üçün bu ölkələr və rejimlərinin demokratikləşməsinə və özəlliklə federallaşmasına qarşı çıxmasın və buralara hakim olan faşist və diktator rejimlərə açıq dəstək verməsin, yetər ki Türkiyə xalqlar və rejimləri arasında aparılan savaşımda tərəfsiz qalsın.
Güney Azərbaycanda laik, modern və insan haqlarını önəmsəyən Türkiyə sevgisi 
Təbrizdə gənclərin Türkiyə cumhurbaşxanı Abdullah Gülə göstərdiyi sevgi təpgisi, Türkiyəyə yanı Atatürk Türkiyəsinə, laik və modern, Avupanın bir parçası olan Türkiyəyə göstərilən sevgi idi. Bunun AKP höküməti və yapdıqları ilə ilgisi yoxdur. Zatən xalqımız AKPnin gərçək dinçi və Fars müttəfiqi olan içüzünü daha da anlayınca AKPyə olumsuz təpgi verməyə başlayacaqdır. Doğrusu da budur. Laik və modern Türkiyə devlətinə olan sevgi isə davam edəcəkdir.
Bizim yararımıza olan, Türkiyənin doğrudan hər hansı bir ölkədə mudaxiləsi deyildir, Ortadoğuda fasit, diktator və dinçi rejimlərin yıxılmasıdır. Türkiyənin bizə və özünə yapabiləcəyi ən yararlı xidmət bu fasit, diktator və dinçi rejimlərlə ittifaq qurmaq və onları qoldamaq, onların çökməsini gecikdirmək yerinə bölgədə əsən demokrasi yelinin pıçıltısını eşitmək və insan haqları ilə xalqların özgürlüyünü savunmqadır.
Məncə biz gərçəkləri artıq olduğu kimi görməliyik, AKPnin Ortadoğu siyasəti siyasal islam və para qazanmanın gərəyidir, modern çağın anlayışı və insanca, özgürcə yaşama dürtüsünün gərəyi deyildir. Türkiyə Libya, İran, Suriyə, Sudanda modern devlətlərin qurulmasına dəstək verməli və insan haqları ilə xalqların özgürlüklərinin tapdalanmasına qarşı çıxmalıdır. Ancaq şu anda Türkiyə, bu yapması gərəkənləri siyasal islam və ekonomik çıxarlardan dolayı yapmayır. Ərdoğan soyqırım yapan Əlbəşiri dəstəkləyir, öz xalqını yox edən Qaddafiyə yaptırım yapmaya qarşı çıxır, seçimlərdə hilə ilə iş başına gələn Əhmədinejadı ilk qutlayan olur, teror əsdirən haması savunur, Davutoğlu İranda demokrasi var deyir, daşqalağın İranın iç sorunu olduğunu iddia edir.....
Türkiyə bunu anlamalıdır: Türkiyə xalqı nə qədər demokrasini haq edirlərsə, Ortadoğu və Quzey Afriqa xalqları da o qədər demokrasini haq edir. Qibrisin quzeyində yaşayan Türk toplumu nə qədər bağımsızlıq və özünü yönətməni haq edirsə, Güney Azərbaycanda yaşayan Türk xalqı da o qədər bağımsızlıq və özünü yönətməni haq edir. Türkiyə bunu da iyicə qavramalıdır: Artıq qoşa ölçün (double standard) dönəmi bitmişdir.

No comments:

Post a Comment