Tuesday, November 8, 2011

Türk Tarixi - Urmiye Xanlığı

Azərbaycan torpaqlarında yaranmış böyük xanlıqlardan biri Urmiye Xanlığı olmuşdur. Mərkəzi Urmiye şəhəri olan bu Xanlıq Xoy, Marağa Xanlıqları və Osmanlı imperatorluğu ilə yaxın Sınırda olubdur. Urmu Xanlığı da başqa Xanlıqlar kimi Yönətim cəhətdən mahallara bölünürdü. Xanlıqda Mərgəvər, Tərkəvər, Sumay, Ənzəli, Sulduz, Nazlı, Urmiye və s. mahallar mövcud idi. Urmiye Xanlığının əsasını Əfşar Türk tayfasından olan, Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar (1747-1763) qoymuşdur. Fətəli Xan Xanlığın ərazisini genişləndirmək siyasəti yeridir. Birləşdirmə siyasətinə Təbrizi ələ keçirməklə başlayan Fətəli Xan Xanlığın paytaxtını buraya köçürür. Bu Önləm strateji Önəm daşıyırdı. Çünki Təbrizdən başqa vilayətlərlə ilişgidə olmaq və onlara Yoxlama imkanı daha Gərçəkçidi. Təbriz Azərbaycanın Güney torpaqlarının Fətəli Xanın hakimiyyəti altında birləşdirilməsində bir tür mərkəz rolunu oynayırdı. Fətəli Xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən Xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu  Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı Türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Birləşmiş Güclər Orumiyeh ordusunu geri oturdur.
Xorasanın Güneyində möhkəmlənmiş Kərim Xan Zənd 1752-ci ilin sonunda Urmiye Xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə  Fətəli Xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli Xanın Gücləri Qəmşə adlı yerdə zəndləri yenidən ağır Yenməyə uğradırlar. Kərim xanın qardaşı İsgəndər Xan əsir alınaraq edam edilir. Bu zaman İranin Quzeyində möhkəmlənmiş Məhəmmədhəsən Xan Qacar da mərkəzi hakimiyyət uğrunda Savaşa başlayır. O, 1755-ci ilin yazında zəndlər üzərində Başarıya çatır və İsfahanı ələ keçirir. Kərim xan Şiraza qaçır.
Məhəmmədhəsən xan Güney Yönündə Ərdəbil və Lənkəran Xanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərək Qarabağa hücum edir. Şuşanın bir aylıq Başarısız Quşatmasindən sonra geri çəkilən Məhəmmədhəsən Xan əvvəlcə Təbrizi, sonra isə Urmiyenı tutur. 1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan Yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir. 1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir. Məhəmmədhəsən xanın ölümündən sonra İranda başlıca Gücə çevrilən Kərim xan Zənd isə yenidən fəallaşır. 1760-cı ilin Güzündə (Sonbahar)  Azərbaycanın Güneyinə hücum edərək Təbrizi Çəmbərə alır. ancaq bu Çənbərə uğursuz olur. 1761-ci ildə yenidən hücuma keçən zəndlər Qaraçəmən döyüşündə Yenirlər. Bu Yenilmək Fətəli xanı arxayınlaşdırır. Bundan istifadə edən Kərim xan Zənd güclü ordu ilə yenidən hücuma keçərək Urumiye şəhərini Çənbərə alır. Bu işdə bir sıra Azərbaycan xanları onun Arxadaşı olurlar. Urmiye igidliklə Qorunsada, 1763-cü ilin ortalarında Çökür. Fətəli xan əsir alınır. Kərim xan Urmiyenın Yönətiminə Rüstəm bəy Əfşara tapşıraraq geri qayıdır. Bu zaman Azərbaycan tarixi üçün Öyrədici olan “Şiraz qonaqlığı” adlı hadisə baş verir.
1763-cü ildə baş vermiş buOlay Azərbaycan tarixinin Üzgün olaylarından biri olub, Ulusumuz gələcək tarixində Üzücü rol oynayır.  Bir sıra xanları özünə Birləşdirməklə  Fətəli xan Əfşarı aradan qaldırmağa nail olan Kərim xan Zənd yeni bir hiyləyə əl atır. Öz müttəfiqlərini Başarını bayram etmək bəhanəsi ilə Şiraza qonaq aparır. Bu Qonuda tarixçi-ilsayarçi Mirzə Adıgözəl bəy belə yazır: “Kərim xan Fətəli xanı da özü ilə birlikdə götürüb mərhum Pənah xanla Darülelm Şiraza hərəkət edir. Yolda, İsfahan yaxınlığında, Fətəli xanla Kərim xan Zəndin qardaşı İsgəndər xanın vuruşduğu yerə gəlib çatırlar... Kərim xan Fətəli xandan soruşur: “Bu mənzili tanıyırsanmı, bu necə yerdir?» Fətəli xan da çəkinmədən cavab verib dedi: «Bəli, bu haman savaş meydanı və qorxulu mənzildir , İsgəndər xanın ömrünün günəşi burada batmışdır”. Kərim xan bu münasibətsiz cavabdan qəzəblənir... Dərhal Fətəli xanı axirətə, öz qardaşı İsgəndər xanın yanına göndərir”.
Kərim xan “qonaqlıq” adı ilə Azərbaycan xanlarını vətənlərindən uzaqlaşdırır. Onlar bir tür girova çevrilirlər. “Şiraz qonaqlığı” sonucunda Qarabağ və Qaradağ xanlıqları bir sürəc Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları Kərim xanın çalışmasına baxmayaraq “qonaqlığın” gözqamaşdırıcı görünüşünə aldanmırlar. Müxtəlif yollarla buradan çıxmağa çalışaraq, xanlıqlarla əlaqələrini bərpa edirlər. Bir sözlə, “Şiraz qonaqlığı” istənilən nəticəni vermir.

No comments:

Post a Comment