Bəhram Əsədi 1965-ci il Urmuda doğulmuşdur. İlk ve orta təhsilatın orada bitirerken pedagoji təhsili almış və 1986-cı ildən dolayı məəllim işləyir.
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye şəhrində çaba gösteren YAZ neşriyyatının directorudur
Bəhram Əsədi 20 yaşından şer yazır ve onun indiyə qədər 30dan çox kitabı çap olub. Onun işlədiyi və yazdıkları ancaq Türk dili və ədəbiyyatı olubdur.
Bəhram Əsədinin öz şerlərinden çap olan kitablar bunlardır:
10- Aşıq məktəbində
11- Azərbaycan oğluyam
12- Duyğuların bendi
13- İrfan məclisində
14- Qəmnamə
15- Lirik şerlər
16- Şerlər ve şairlər
17- Uçrum
18- Yaşıl bayrağın altında.
Onun uşaq ədəbiyyatında olan işləri:
4- Gün çıxdı
5- Heyvanları tanıyaq
6- Yağdı yağışlar.
Nəsr yazıları:
8- Axtarışlar və araşdırmalar
9- Azərbaycan ədəbiyyatının birincileri
10- Dünya təqvimləri və Türk təqvimi
11- İran aşıqları
12- Məqalələr
13- Şer öyrənək
14- Türkcəni qoruyaq.
İşlədiyi və çapa verdiyi divanlar və ədəbi işlər:
11- Əli ələyhissəlamın divanında əxlaqi nöktələr(ərəbcədən tercüme)
12- Azərbaycan bayatıları(köçürme)
13- Baba Tahirin divanı(Farscadan tərcümə)
14- Çərşəmbələr(köçürmə)
15- Dədəmiz qorqut (boyların müasirləşmiş mətni)
16- İmadəddin Nəsimi(divan)
17- Məhəmməd Fuzuli(divan)
18- Molla Pənah Vaqif(divan)
19- Molla Vəli Vidadi(divan)
20- Şer tonqalı(100 şairin antolojisi).
Bunlardan əlave Bəhram Əsədinin çeşitli konularda çox saylı yazıları və məqalələri dərgilərdə çap olubdur. Bəhram Əsədi 2003-cü ildan Urmiye şəhrində çaba gösteren YAZ neşriyyatının directorudur
Urmu marşı
Azərbaycanımın yaşıl ölkəsi
Böyük Türk elinin mehriban səsi
Dədəmiz Qorqudun isti nəfəsi
Səndədir, səndədir ey gözəl Urmu
...Gözəllər yurdunda sən özəl Urmu
Gözəllklərini tanıyan olsa
Zərinin məhəkin sınayan olsa
Tez tanıyar onu, tanıyan olsa
Gözəllər içində gözəldir Urmu
Uzun bir qəsidə, qəzəldir Urmu
Gözəllikləri bir, iki, üç deyil
Doludur, heç nəyi onun boş deyil
Zəngin varlıqları onun heç deyil
Türk dilin danışar dili Urmunun
Oğuzdan yaranıb eli Urmunun
Dolaşmaq istəsən sən bizim eli
İyləmək istəsən sən bizim gülü
Oxumaq istəsən sən bizim dili
Bizim dil şip-şirin Urmu dilidir
Tarixi çox dərin Urmu dilidir
Böyük sümerlərin yadgarında
Neçə aşıqları var kənarında
Türk musiqisinin kitablarında
Bir uzun mətləbdir Urmu aşığı
Özünə məktəbdir Urmu aşığı
(Urmunun yolları düzüm-düzümdür
Urmu karvanının yükü üzümdür)
Vətəndir, ışıqlı iki gözümdür
İncilərə bənzər Urmu üzümü
Tabaqları bəzər Urmu üzümü
Cümə məscidimiz bizə əzizdir
Söyümbət binası abidəmizdir
Kazımxanın daşı sudan təmizdir
Ululara çatır Urmu tarixi
Dolulara çatır Urmu tarixi
Nazlıçay,Baranduz, kəndləri bəzər
Dərəçay, ,şəhərçay, şəhəri gəzər
Üçgözlü körpüyə kim dodaq büzər?
Səfalı, gəzməli Urmunun bəndi
Geyinib süzməli Urmunun bəndi
Urmunun gölünə düşən duzlanar
Üstündə səyrişən quşlar nazlanar
Adaları gəzən qışda yazlanar
Suları duzludur bax Urmu gölü
Dənizcə sözlüdür bax Urmu gölü
Bağçaları olar meyvəyə dolu
Ağacı bar verər budaq dolusu
İnsanın əlinin əməyidir bu
Xonçaları bəzər Urmu alması
Əldən ələ gəzər Urmu alması
Gəl Tut bağlarında gəzməyə dadan
Ağzı şirin olar kişmişin dadan
Dadlıdır doşabı, halvası baldan
Dili tək şirindir Urmu noğulu
Yad yox, bu yerindir Urmu noğulu
Əldəki budur, çox itmişi vardır
Yeddisin axtarsan yetmişi vardır
Badrəşbisi var, bitmişi vardır
Xasiyətli olar Urmu arağı
Dərdə dərman qılar Urmu arağı
Burda var həqiqət, haqqın cadası
Alpərtunqa yurdu, Zərdüşt obası
Daniyal dərəsi, İmamzadası
Dərvişlər məkanı Urmu dağları
Ərmişlər məkanı Urmu dağları
Vətəndir, vətənə güvənərik biz
Çün əcdadımızdan onda vardır iz
Çökərik adının qarşısında diz
Azərbaycanımın gözüdür Urmu
Gözəl Azərbaycan sözüdür Urmu.
Bəhram Əsədi(Sınmaz)
Azərbaycanımın yaşıl ölkəsi
Böyük Türk elinin mehriban səsi
Dədəmiz Qorqudun isti nəfəsi
Səndədir, səndədir ey gözəl Urmu
...Gözəllər yurdunda sən özəl Urmu
Gözəllklərini tanıyan olsa
Zərinin məhəkin sınayan olsa
Tez tanıyar onu, tanıyan olsa
Gözəllər içində gözəldir Urmu
Uzun bir qəsidə, qəzəldir Urmu
Gözəllikləri bir, iki, üç deyil
Doludur, heç nəyi onun boş deyil
Zəngin varlıqları onun heç deyil
Türk dilin danışar dili Urmunun
Oğuzdan yaranıb eli Urmunun
Dolaşmaq istəsən sən bizim eli
İyləmək istəsən sən bizim gülü
Oxumaq istəsən sən bizim dili
Bizim dil şip-şirin Urmu dilidir
Tarixi çox dərin Urmu dilidir
Böyük sümerlərin yadgarında
Neçə aşıqları var kənarında
Türk musiqisinin kitablarında
Bir uzun mətləbdir Urmu aşığı
Özünə məktəbdir Urmu aşığı
(Urmunun yolları düzüm-düzümdür
Urmu karvanının yükü üzümdür)
Vətəndir, ışıqlı iki gözümdür
İncilərə bənzər Urmu üzümü
Tabaqları bəzər Urmu üzümü
Cümə məscidimiz bizə əzizdir
Söyümbət binası abidəmizdir
Kazımxanın daşı sudan təmizdir
Ululara çatır Urmu tarixi
Dolulara çatır Urmu tarixi
Nazlıçay,Baranduz, kəndləri bəzər
Dərəçay, ,şəhərçay, şəhəri gəzər
Üçgözlü körpüyə kim dodaq büzər?
Səfalı, gəzməli Urmunun bəndi
Geyinib süzməli Urmunun bəndi
Urmunun gölünə düşən duzlanar
Üstündə səyrişən quşlar nazlanar
Adaları gəzən qışda yazlanar
Suları duzludur bax Urmu gölü
Dənizcə sözlüdür bax Urmu gölü
Bağçaları olar meyvəyə dolu
Ağacı bar verər budaq dolusu
İnsanın əlinin əməyidir bu
Xonçaları bəzər Urmu alması
Əldən ələ gəzər Urmu alması
Gəl Tut bağlarında gəzməyə dadan
Ağzı şirin olar kişmişin dadan
Dadlıdır doşabı, halvası baldan
Dili tək şirindir Urmu noğulu
Yad yox, bu yerindir Urmu noğulu
Əldəki budur, çox itmişi vardır
Yeddisin axtarsan yetmişi vardır
Badrəşbisi var, bitmişi vardır
Xasiyətli olar Urmu arağı
Dərdə dərman qılar Urmu arağı
Burda var həqiqət, haqqın cadası
Alpərtunqa yurdu, Zərdüşt obası
Daniyal dərəsi, İmamzadası
Dərvişlər məkanı Urmu dağları
Ərmişlər məkanı Urmu dağları
Vətəndir, vətənə güvənərik biz
Çün əcdadımızdan onda vardır iz
Çökərik adının qarşısında diz
Azərbaycanımın gözüdür Urmu
Gözəl Azərbaycan sözüdür Urmu.
Bəhram Əsədi(Sınmaz)
No comments:
Post a Comment