Sunday, December 11, 2011

İran devlǝti Türkiyǝ`ni vuracaqmış

Mehran Baharli
(İran Meclisi Dış Politika ve Ulusal Güvenlik Komisyonu Başkanvekili Hüseyin İbrahimi, İran'ı hedef alacak bir saldırı halinde "kesinlikle" Malatya'daki füze kalkan sistemini vuracaklarını söyledi).
Fars hakimiyyǝtindǝki İran devlǝtinin Türkiyǝ`ni vuracaq gücü, yetǝnǝyi vǝ cǝsarǝti yoxdur, heç bir vaxt da olmayacaqdır. Bu tǝhdidlǝrin amacı, İran`a saldırıldığı durumunda bütün bölgǝnin etgilǝnǝcǝyi düşüncǝ vǝ qorxusunu yaymaqdır. Bu taktik, İran, Suriyǝ vǝ Rusya`nın özlǝrini qorumaq üçün son şanslarıdır. Yoxsa özlǝri dǝ bilirlǝr ki saldırıya uğrarlarsa heç bir biçimdǝ özlǝrini qoruyacaq güclǝri olmayacaqdır. Ondan dolayı belǝ tǝhdidlǝri savuraraq Batını özlǝrinǝ saldırmaqdan caydırmaq istǝyirlǝr.
İran`ın Türkiyǝ`ni vurmağa nǝ gücü nǝ dǝ niyyǝti vardır. İran, Suriyǝ vǝ Rusya`nın bu son tǝhdidlǝri İran`a vǝya Suriyǝ`yǝ saldırmanın bölgǝsǝl bir çatışmanı tǝtiklǝyǝcǝk qoruxusunu yaratmaq üçündür. Ancaq belǝ bir çatışmanın yaranmasının imkanı yoxdur.
İran`a saldırılıp savaş çıxarsa bilǝ, İran`ın Türkiyǝ`ni vurması nǝ tǝk onun sorununun çarǝsi olmaz, bǝlkǝ çöküşünü qaranti edǝr. İran`ın hava quvvǝtlǝri vǝ hava savunmasını, NATO olmasa bilǝ, Türkiyǝ tǝk başına qısa bir sürǝdǝ etgisizlǝşdirǝbilǝr. Ayrıca bir NATO ölkǝsinǝ saldıracaq İran, kǝsinliklǝ bir daha ayağa qalxamacaq şǝkildǝ yerindǝ oturmağa zorlanar.
Tǝhdidlǝ tǝhdidin gǝrçǝklǝşdirilmǝsi iki fǝrqli şeylǝrdir. İran`ın vǝ Suriyǝ`nin vǝ Rusiya`nın belǝ tǝhdidlǝri yapma yararlarınadır, çünkü qarşı tǝrǝfi onlara saldırmaqdan caydırabilǝr. Ancaq bu tǝhdidlǝrini gǝrçǝklǝşdirmǝlǝri , onların özlǝrinin zǝrǝrinǝdir, çünkü yox olmalarına nǝdǝn olar. İran da bu gǝrçǝyi bilir vǝ ona görǝ dǝ tǝkcǝ tǝhdid edir. Dolayısı ilǝ İran`ın Türkiyǝ`ni vurması söz qonusu deyildir, heç bir qoşulda da olmayacaqdır.
İran`ın vurulmadan öncǝ yapabilǝcǝyi tǝk iş, bilǝsinǝ saldırıldığı durumunda bunun bölgǝsǝl bir çatışma yaradacağı tǝhdidindǝ bulunmasıdır. Saldırıya uğradıqdan sonra isǝ tǝk yapabilǝcǝyi iş, proxylǝri ilǝ (İraq, Suriyǝ, Hizbullah vǝ Afqanistanda) Batı çıxarlarına saldırmaq, qısa sürǝli Hormoz Boğazını qapatmaq vs.dir Ancaq heç bir durumda Türkiyǝ`ni vurma söz qonusu olabilmǝz. Çünkü Türkiyǝ`ni vurmanın İran üçün yalnız tǝhdid etmǝ aracı olaraq dǝyǝri vardır. Ancaq bu tǝhdidin gǝrçǝklǝşdirilmǝsi vǝ NATO üyǝsi vǝ İran`ın uyqar vǝ özgür dünya ilǝ qalan tǝk bağı Türkiyǝ`ni vurmasının, hǝm İran`ın gücü dışındadır, hǝm dǝ yararlarına tǝrsdir.
İran`ın Türkiyǝ`yǝ saldıracağı bir senariyonun gǝrçǝklǝşmǝ ehtimalı sifirdir. İran`ın Türkiyǝ`ni vurma niyyǝti vǝ gücü yoxdur. Olsaydı da bunu yapmazdı, çünkü belǝ bir saldırı İran`a zǝrǝrdǝn başqa bir xeyri olmazdı. Bu bağlamda İran`ın ehtiyacı olan şey, Türkiyǝ`ni tǝkcǝ tǝhdid etmǝkdir, vurmaq deyildir. İran`ın nǝ Türkiyǝ nǝ dǝ başqa hǝr hansı bir NATO ölkǝsinǝ saldıracaq gücü vǝ niyyǝti yoxdur.
İran ortalığın qarışmasını istǝmǝyir, öz hakimiyyǝti vǝ devlǝtinin davamını istǝyir. Ortalığın qarışmasını o vaxt istǝyǝr ki bu qarışıqlıq devlǝti vǝ hakimiyyǝtinin davamına kömǝk etsin. İndi isǝ Türkiyǝ`ni tǝhdid etmǝsi, caydırıcılığı olabilǝcǝyi üçün, onun hakimiyyǝtinin davamına kömǝk edǝbilǝr. Buna görǝ dǝ Türkiyǝ`ni tǝhdid edir. Ancaq bu tǝhdidin gǝrçǝklǝşdirilmǝsi İran hakimiyyǝtinin sona çatacağı demǝkdir. Belǝ bir saldırı İran devlǝtinǝ şans yaratmaz, tǝrsinǝ ǝn kiçik bir yaşama şansı varsa, onu da onu yox edǝr.
 İran devlǝti Türk devlǝti deyildir. 1925ǝ qǝdǝr İrana Türk bir sülalǝ hakim idi. o tarixdǝ Qacar sülalǝsi yıxılmış yernǝ modern İran devlǝti qurulmuşdur. Modern İran devlǝti ilk gündǝn türk düşmanı bir devlǝtdir. Türk xalqının çox millǝtli olan İrana hakim olmaq, İran devlǝtini ǝlǝ geçirmǝk kimi bir istǝk vǝ savaşımı yoxdur. Bizim savaş öz xalq vǝ topraqlarımızı (Güney Azǝrbaycan, Qaşqayurd, Afşaryurd, Xǝlǝcistan...) qurtarmaqdır. İranda yaşayan başqa xalqların, Farslar, Kürdlǝrin, Ərǝblǝrin, Lorların Bǝluçların gǝlǝcǝyi, yurdları vǝ qurmaq istǝdiklǝri devlǝtlǝr bizi ilgilǝndirmǝz.

No comments:

Post a Comment