Bürüyüb ğəm- kədər Azər elini
Can üstə düşübdür Urmu gəlini
Ətəş qavurmaqda ağzı- dilini
Bir içim su verin Allah eşqinə!
Kəsilən umuddur, quruyan qandır
Çölləşən göl deyil, minlərcə candır
Qoymayın qurusun mandır, amandır
Bir içim su verin Allah eşqinə!
Yalnız bir göl deyil başı kəsilən
Şor xatirələrdir xatirdən gedən
Ürəklərimizdir şəhid edilən
Bir içim su verin Allah eşqinə!
Səssiz ıldırımlar şaxacaq həlbət
Susuzluq kökünü qazacaq həlbət
Zolaqlar sel olub axacaq həlbət
Bir içim su verin Allah eşqinə!
Urmu Gəlini - Qoşar: Sayın Susən Rəzi
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment