Showing posts with label Qoşuq. Show all posts
Showing posts with label Qoşuq. Show all posts

Thursday, August 23, 2012

Kerkük'dan Urmiye Qoşuqu


Gözəl Urmu
Sular Bulanır Durur
Urmuyu Allah Qorur
kim Bizə Xani Çıxar
Allahtan Lənət Bulur
*****
Urmu Kültür Qaynağı
Gözün Qərəsi Ağı
Urmulu Həsrət Çəksə
Əridir Daşı, Dağı
*****
Urmunun Gözəl Adı
Heç Qırılmaz Qanadı
Baldan Şirindir Dadı
Düşmanları Çatladı.
Qoşar: Kərkük Elimizdın, Salah Behlul Camurcu

Wednesday, August 1, 2012

Urmiye Gölü Qoşuqu

Bu yol Urmu elinədi,
Çiçəyi nə,gülü nədi,
Sözüm Urmu gölünədi,
Urmu gölüm, quruma sən


Qışın deyil, yayın olum,
Gəlim sənin payın olum,
Axar olum, çayın olum,
Urmu gölüm, quruma sən.


Ellərimə hay salacam,
Kürü sənə tay salacam,
Gözlərimdən çay salacam,
Urmu gölüm quruma sən.


Dağ ətəyin təzədən tər,
Sahilindən duzları dər,
Sən qurusan fars sevinər,
Urmu gölüm, quruma sən.


Urmu gölüm,Urmu gölüm,
İnci gölüm, qumru gölüm,
Səndən yenə varmı, gölüm,
Urmu gölüm, quruma sən.

şair - Teyyar Sharif 
şekil-Urmu Gölü (Aydil )

Thursday, July 5, 2012

Kerkükden Urmiye Qoşuğu

Kerkükden Urmiye Qoşuğu
Türk Yurdu Kərkükdən Sayın Salah Behlul Camurcu Urmiye haqqında bir qoşuq demişdir, bu gözəl qoşuq sunulur
Alqışlamaz bir Tək, Əl
Urmu insani Gözəl
Gözəl Söhbət Qurağın
Oxuyağ Mahnı Ğəzəl.


Urmu, Təbriz, İsfahan
Eyni Damar, Eyni Qan
Şahid dir bu Cəhan
Türkmən Qan, Ağlar, Sızlar
Han Qurtaran Sültan?


Kərkük Qoşari: Salah Behlul Camurcu

Friday, June 15, 2012

Urmiye Gölü haqqında bir Qoşuq

Bir gölüm vardı mənim heyranıyam, urmu gölü
Hər kəsə aydın dəyəri, duzlu gölüm urmu gölü

Hər dəfə düşdüm suyuna, boğdu məni
O bitmiyən, sevindirən məhəbbətin urmu gölü

Sən ölkəmin ad sanısan dol ğurura
Güneylilər fəxrisən ey urmu gölü

Durnalarındır sarayı, ağ bəzənib sevgi dolu
Açmış qucağın qonaqlara bir ana tək urmu gölü

Amma əfsus analar məhəbbətin düşünməyənlər varmış
Kəsdilər qəlbə gedən damarları, dedilər qoy qurusun urmu gölü

Sofi çayla acı çay, əsir olmuş savakın zindanına
Yalnızca baxan bulutlara, ağlıyacaqlar gününə darıxma sən urmu gölü

Utuzmadan qalx ayaqa dalğalanıb tüğyan elə
Vur ırmaka sındır onun duvarların ey qocaman urmu gölü

Qovuş qədim dostlarına cığatıya mürdü çaya
Qayit qədim çağlarına ey urmunun dan ulduzu urmu gölü

Amanoğlu 2012.5.20 marağa

Saturday, December 3, 2011

Urmiye Gəlini Qoşuqu

Bürüyüb ğəm- kədər Azər elini
Can üstə düşübdür Urmu gəlini
Ətəş qavurmaqda ağzı- dilini
Bir içim su verin Allah eşqinə!

Kəsilən umuddur, quruyan qandır
Çölləşən göl deyil, minlərcə candır
Qoymayın qurusun mandır, amandır
Bir içim su verin Allah eşqinə!

Yalnız bir göl deyil başı kəsilən
Şor xatirələrdir xatirdən gedən
Ürəklərimizdir şəhid edilən
Bir içim su verin Allah eşqinə!

Səssiz ıldırımlar şaxacaq həlbət
Susuzluq kökünü qazacaq həlbət
Zolaqlar sel olub axacaq həlbət
Bir içim su verin Allah eşqinə!
Urmu Gəlini - Qoşar: Sayın Susən Rəzi

Sunday, June 12, 2011

Güney Azerbaycanlı Şair Said Muğanlı.Tutuklandı...

Özgürlüğün Adı Gönlüme Düşüyor
(Zindan Şiirleri, Said Muğanlı)
9
Kim bana konuk oluyor?
Plastik bardakta su süzmüşüm
Şampuan kabına şeker
Bir kutu Anata bisküvisi
Başımın üstünde karga gaklar
*
Bana bir çeyrek gökyüzü getirsin
kim bana konuk olacaksa.
Kim bana konuk olur bu gece?
Kim bana konuk?
Kim bana uykuda selam verip dayanacak?
Kim uykuma girecek?
Girdiğinde gözlesin, kapım güdüktür!
*
Kim bana selam?
Kim bana selam?
Kim bana süt, kim bana çay getirecek?
Kim bana ekmek...
İstemiyorum,
Açlıktayım-
ister istemez.
Bana selam lazım
Bana gökyüzü.
Kim bana yürek verecek?
Yüreğim İmâmiye’de aklımdan çıkmış.
Kimin yüreği bana acıyor?
Açılacak... sın...
Kim bana konuk olur?
Bu koğuşta dövünüyor bir yürek
Kargalaşıyor biri
Kim bana gak- gak- gak
Kim bana gak- gak- gak
Gak... Gak... Gak...

(TT. Toğrul Ata)