kürd xalqı həm türkiyədə həm bölgə milli haqları uğrunda uzun və çətin və eyni anda haqlı bir savaşım verməkdədir. türkiyə devlətinin də kürd kimliyinə qarşı geçmişdə taxındığı tavır son dərəcə yanlış idi. bu durum indi olumlu yöndə dəyişməkdədir.
Bu bağlamda kürd kimliyinin rəsmi olaraq qəbul edilməsi, kürdcənin kürdlərin yaşadıqları bölgədə rəsmi dil elan edilməsi və bu bölgədə kürdlərin özlərini yönətməsi, insan haqları qısqısındadır (çərçivəsindədir).
ancaq bu gərçəklər kürd terorizmi və kürd hərəkətində kök salmış iki ayrı aşırılığı haqlı qılmaz. Mən aşağıda bu iki aşırılığa dəyinirəm:
a: kürd yayılmacılığı. kürd qurublar kürd nufusun artması ilə kürdüstan sınırlarını gənişlətməni amaclayılar. bu siyasət israyilin yəhudi yerləşimləri (settlement) gənişlətmə siyasətinə bənzəyir. bu da həm türkiyədə (iydir, qars, ardahan, ....), həm də iraq (kərkük və çevrəsi), azərbaycan cumhuriyəti (laçın və çevrəsi), suriyə (qamışlı və çevrəsi), xorasan (bocnurd, ...) və özəlliklə güney azərbaycanda (makıdan, Urmu, sulduz, tikan təpə, sayın qala oradan bicar, qurva, əsədabad, sonqura dək yaşayan Türklərin özləri və yaşadıqları topraqları ciddi biçimdə təhdit etməkdədir.
b: kürd şövenismi: kürd milli mucadiləsi yeyinliklə şövenizmlə özdəşləşməyə doğru gedir. bunun örnəkləri çoxdur:
-qərbi Azərbaycan, həmədan, kürdüstan və kirmanşahan ostanlarında yerləşən azərbaycan şəhər, qəsəbə və kəndlərini ki bəzisində kürdlərin yüzdəsi tək rəqəmlidir və ya əslən kürd nufusları bilə yoxdur böyük kürdüstan yerkiplərinə (xəritələrinə) daxil etmə və bu gərçək dışı yerkipləri dünyada yayma
-zorla kürd olmayan zaza, və iranda guran, lək, feyli və lor kimi iranıl (iranic) xalqları kürd göstərmək.
-iranda ələvi qızılbaş türkləri olmadıqları halda kürd əhli haq, yaresan inancında göstərmək
-türklərlə məskun torpaqlara kürd tarixi uydurmaq
-kirmanşah və kürdüstan ostanlarında qalan azərbaycan torpaqlarının azərbaycanlı olduqlarını və azərbaycana ilhaq edilmələri gərəkdiyini danmaq
-bu iki ostanda yaşayan türk xalqının varlığını görməzdən gəlmək və milli haqlarını danmaq
-türk tayfalarını (afşar, ) kürd göstərmək
-türk şəxsiyətləri geçmişdən hüsaməddin çələbi, səfiyəddin urməvi, ... və indikilərdən hac qurban süleymani, …..ni kürd göstərmək
-türk tarixi mirası (qoşma sazı, bicar xalısını, ...) kürd göstərmək
-kürd siyasi quruplar və şəxsiyətlərin iran devləti siyasətləri doğrultusunda türk xalqını azəri adlandırması
-bugün kürdlərlə məskun ancaq eskidən türklərin yaşadığı yerlərin tarixən türkcə olan coğrafi adlarını kürdcə adlarla dəyişdirmək (xana, savucbulaq, ....)
yuxarıda saydığım üç qonu yanı terorizm, yayılmaçılıq və şöven milliyətçilik türk xalqı və azərbaycanı təhdid etməkdə və bizim milli çıxarlarımıza tərsdir. kürd milli hərəkəti bunlara son vermədikcə, kürd-türk və kürdüstan-Azərbaycan ilişgisi daha da gərginləşəcək və bölgənin gələcəyini təhlikəli yönlərə sapdırabiləcəkdir. Budan da başda kürd xalqı olmaq üzərə hamı zərərli çıxacaqdır.
Qaynaq və Yazıçı: Sayın Mehran Baharli
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment