Wednesday, December 1, 2010

Urmiye Şəhərindən Gələn işıqlar – Məhəmməd Təmədon

Məhəmməd Təmədon 1267 Günş ililə Urmuda anadan olub . Məhəmmədin təhsil durumundan xəbərimiz yoxdur , bəlkə moqədəmatı təhsili atası yanında almış ola bilər Məhəmməd Təmədon in atası Hacı aqa Urmu şəhrində ilk kitab satış dükanın açan kişidir . Məhəmməd Təmədon Atasının dükanına birdə çapxana əlavə Etmışdır . Məhəmməd Təmədon həblolmətın günədliginin Urmuda nümayəndəsi və elə bu günədligin yazarlarından biridi . Məhəmməd Təmədon Urmunun pəhləvi ( Imam ) xıavanının çəkilməsində eləcə Urmu yetımxanası və qızıl aypara cəmiətinin qurulmasında önəmli rol oynamışdır . Məhəmməd Təmədon dan farsca əsərlər bunlardır: Tərzi əfşarın dıvanının təshihi , məhərrəm namə və Növrüz namə , ıran dər cəng beynolmeləl ( Urmu tarixi ) , təzkreye bozorgan və soxənsorayan Azərbaycan qərbi ( batı Azərəbaycan şairlər təzkərəsi ) , Yusif və zuleyxa dəstanı və Türk dilində Uşaqlar üçün on bəş hıkayət . Məhəmməd Təmədon siyasi və ictmaı durumdan baxəbr bir kimsə olaraq tanınmış bir sımaydi . O mərhumun adına Urmunun əyalət məhəlləsində ındıkı darayı idarəsinin Üz bə Üzündə bir küçə vardır . mərhum Təmədonin Urmu adının izahında tarix rizaeyə də belə yazır: Urmu şəhəri aslində rom serhədi olan bir şəhər olaraq savaşlarda rom ( bızanslar ) əsırlərının toplandıqı məkanımış və çün Türk dilində " r " hərfi süzcüklərin əvəlində gələ bilməz " o " hərfi romiə yәni rom əsırlərının tuplandıqı və zındanı olduqu məkanın əvəlinə gəlib və romiə , Orumiyə ya Urmu tələfüz olunur . Təmədon ha belə ilavə edir ki Urmu şəhərin asuruca su şəhəri adlandırması yalnış və siyasi mənfətlərə bağlı olan bir fərziyədir . Məhəmməd Təmədon 1356 günəş ililə Urmu şəhərində dünyasını dəyişdirmişdir .
Yazar: Urmulu Taymaz
http://urmulutaymaz.blogspot.com/2010/11/blog-post_25.html

No comments:

Post a Comment