Tuesday, December 21, 2010

Batı Azərbaycandakı Sünni Türklərin Kürdləşməsi


Batı Azərbaycandakı Sünni Türklərin Kürdləşməsi - Alirza Javanbakht Qulunju
Türkiyədəki Ələvilər haqqında bilgim çox azdır. Ancaq Türkiyədə bir çox Ələvi Türkün Kürdləşməsi və eləcə də bir çox Sünni Kürdün Türkləşməsini çox normal görürəm. Şiə çoxunluğu içində yaşayan, o çoxunluğun basqılarına məruz qalan bir Sünni... Türk ailəsinin övladı olaraq da belə dəyişimləri çox rahat anlayıram:
Xana (Pranşəhr), Üşnü, Urmiyə, Salmas və Xoy şəhərlərində yaşayan Sünni Türklərdə də onlarla eyni məzhəbi paylaşan Sünni Kürdlərə yaxınlaşmış və bəziləri Kürdləşmişlər. Üşnünün Nalos qəsəbəsi və Xananın bir çox kəndlərində Kürdləşmiş bir qohumlarımız var. Bunlar ata-babalarının Türk olduqlarını bilir. Hələ bunların bir qısmı Hənəfi olduqları üçün hələ də Şafei məzhəbli Kürdlər içində seçilirlər.
Ancaq Batı Azərbaycandakı Sünni Türklərin Kürdləşməsi Türkiyədəki Ələvilərin Kürdləşməsi qədər olmamış. Bunun nədəni isə Batı Azərbaycan Türklərini özünə tərəf çəkən Sünni Kürdlərdən daha güclü Türkiyə faktoru olmuşdur.
Bu arada Şiə çoxunluğu tərəfindən dışlanmaları da onların Kürdləşməsində çox önəmli rol oynayıb.
Türkiyədəki bəzi Kürdlərin Türk kökənli olduqları gerçəyi onları bugünkü ana dillərində (Kürdcə) eyitim almaqdan məhrum etməməlidir.

No comments:

Post a Comment