Friday, January 22, 2010
Urmiye Aşıq Məktebi
Azərbaycanın Urumu, Sulduz, Qoşaçay, Salmas və Xoy kimi şəhərləri ve gənəl olaraq Güney Azerbaycanın batı bölgələrinə özəl olan Aşıq səbkinə Urmu Aşıq Məktəbi deyilir. Bu bölgələrdə danışılan Türkcenin Azerbaycan Türkcesi ve Anadolu Türkcesi arasında bir körpü rolu oynadığı kimi, Urmu Aşıq Məktəbi de Azerbaycan, Anadolu ve Kerkük Aşıq mekteblerinin birleşmesinden ortaya çıxan bir mektebdir. Urmu Aşıq Məktəbində Türkmenistan (Güney ve Quzey) baxşılarının izləri də görünməkdədir. Urmu Məktəbi Aşıqlarının ifaslarında Güney Azerbaycanı başqa bölgelerindeki və Quzey Azərbaycandakı kimi zırna ve balaban qullanılmamaqdadır.
Şiə olmayan Azərbaycanlılar və hətta Xıristıyanların Urmu Aşıq Məktəbinin gəlişməsi və inkişafında önəmli rolları olmuşdur. Urumunun Sünni Türklərinden olan Dollu Mustafa ve Balovlu Miskin və Salmas Xıristıyanlarından olan Qul Hartun bu məktəbinin təməl daşını qoyan ustad şair və aşıqlardırlar.
Günümüzdə Kürəsünni tayfaları və Sünni Türklərdən olan Verdanlı Aşıq Mənaf və Məhbub, Gəcinli Aşıq Səməd, Qulunculu Aşıq Zəkərya və Aşıq Bəxşəli, Eləvi Türklərden olan Güjlər aşıqları, Xıristıyan olan Aşıq Yusuf Ohanes və Şiə Türklərindən olan Aşıq Dehqan, Aşıq Bulud, Aşıq İsmeli, Aşıq Əli Qara Ağaclı və Aşıq Nabat Əli Urmu Məktəbinin tanınmış aşıqlarıdırlar. Bununla Urmu Aşıq Məktəbi Azərbaycanda yaşayan çeşidli məzhəblər arasında bir birlik rəmzi və simgəsi kimi də dəyərləndirilməkdədir.
Urmu məktəbinin Aşıqları ən çox Balovlu Miskin, Dollu Mustafa, Qul Hartun, Xəstə Qasım, Tufarqanlı Abbas, Qulunculu Dədə Katib, Şəkəryazılı Aşıq Bəhlül və PurAzər kimi şairlərin şerlərini oxuyarlar.
Urmu Aşıq Məktəbinin havalarından:
Urmu Gözəlləməsi - Urmu Şərqisi - Urmu Qarabağısı - Osmanlı Şərqisi – Qurbəti - Araz Basdı –Göycə Gözəlləməsi - Taciri – Bəhməni - Avçı Geraylısı – Həmədan Gəraylısı - Sulduzu – Şəkəryazı - Dihdabanı – Kəsmə Divan - Hicran - Dol hicranı - Qars – Qərəyni – Gülşəni – Bəndayı Hicranı - Xaça Xaldarı – Cəmşidi - Siyastapul - Paşam Köçdü – Müsəlman Kəşişoğlusu - Ermeni Keşişoğlusu – Tərəkəmə Gözəlləməsi – Səmahi - Duraxanı – Nəsrüllahı - Xoy Emrahısı –Kəsmə Kərəm - Zarıncı - Misri – Təcnis - Cığalı Təcnis – Pənahı – Gəraylı – Rəvzə Gəraylısı – Hərbi – Bəhri Divan və ...
Aşıq Derviş (1923 - 1993):
Aşıq Dərviş ya "Aşıq Dəvriş" adı ile tanınan rəhmətli Dərviş Vahabzadə Urmu aşıq məktəbinin ən Adlım aşıqlarındandır. Urmu səbkinin ustad aşığı Aşıq Derviş tanınmış Aşıq Ferhad'dan dərs almışdır.
Şəkəryazı Havası:
Salmas şəhrinin Kürəsünni Şəkəryazı kəndinə mənsub olan bir aşıq havasıdır. Şəkəryazı kəndinin də Aşıq Bəhlül kimi Adlım şair və aşıqları olmuşdur. İranda Sünni Türklerin çetin şərtləri altında yaşadıqları üçün, Şəkəryazılıların çoxu Türkiyəyə və özəlliklə Van şəhərinə köçmüşdürlər.
Qaynaq
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment