Saturday, January 23, 2010
Urmu Tarzən qız
Bir nazlı gözəl qoynuna girmiş mələyir tar
San, nazlı gözəllər gözünü sürmələyir tar
Sonsuzluğa, kamilliyə ərmək diləyir tar
*
Ətrafına sevda və məhəbbət çiləyir tar
İdrak deyilən mülkü yavaş silkələyir tar
***
Mən dalqın idim, bir gecə duydum çox uzaqdan
Bir dadlı “Nəva” yüksələr olmuşdu “İraq”dan
“Hüzzal” ilə bir yerdə məni saldı “Əyaq”dan*
*
Heç istəmədən köksümə “sarənc” doluşdu
“Mahur” ilə bir yerdə gəlib “rast”, oluşdu.
***
“Heyrati” mənim könlümü üsyana gətirdi
“Şəhnaaz” donuq ruhumu tufana gətirdi
“Mənsuriyə” sevdanı sönük cana gətirdi
*
Oldumsa “Müxalif” yenə də bir boyu bəstə,
“Üşşaaq” üçün söylədi bir “Kəsməşikəstə”
***
“Dilkeş”olan əlbəttə sökər köksü dərindən
“Zabul”da isən, gəl “Hicaz”a, dön səfərindən
Girdinsə “Muğam” mülkünə sən şöbələrindən
*
Bir yaxşıca anlat bizə, anlat nə deyir taar
Anlat ki, nasıl, varlığı idrak eləyir taar
***
Gəl “Urməvi”dən söylə bizə Urmulu dilbər
Çaldıqca “Arazbaarı”nı oldun ulu dilbər
Ey bağrı “Çahargah” ilə olmuş dolu dilbər.
*
Sən Urmulu “Əfşar”ları xaatırla tarınla
Gəl, qalma “Əşiran”da “Qatar” yırla tarınla
Qaynaq
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment