Güney Azərbaycanın Erməni sorunu
Mehran Baharlı
Qarabağ sorunu çözümü haqqında – kültürəl özərklikdən federal yapıya, hətta bağımsız olmasına dək- fərqli düşüncələr önə sürüləbilər. Ancaq bu sorun, Güney Azərbaycan- İranda yaşayan Türk xalqının milli sorunu deyildir demək, olayı təməldən yanlış anlamaq deməkdir. Sayın Ziya Sərdr ül-Əşrafi Günaztv ilə yapdığı bir söyləşisində bu yanılqıya düşmüş və Qarabağ sorununun Güney Azərbaycan və İranda yaşayan Türk xalqının milli sorunu olmadığını iddia etmişdir.
Qarabağ sorunu Güney Azərbaycanın da milli sorunudur. Qarabağ sorunu, bizim bölünmüş bir millət olduğumuzu göz önündə tutaraq- kimlik və əxlaqi açılardan bizim də milli sorunumuz sayılır. Buna ək olaraqş bu sorunun siyasi açıdan da bizim milli məsələmiz halına gətirilməsi və Güney Azərbaycan – İranda cərəyan edən Türk milli hərəkətinə əklənməsi, olduqca doğru, yararlı və gərəkli bir siyasi taktikdir. Başda buna görə ki biz milli məsələmizi bölgəsəl və uluslararası bir sorun halına çevirməliyik. Bizim milli məsələmizin bölgəsəl və uluslarasılaşmadan çözümə qavuşması olanaqsızdır. Qarabağ sorununu Güneyin milli hərəkətinə qoşmaq Güneyin sorununu Qafqazlara və Qafqazların sorununu Ortadoğuya daşıyar, bunları bir birinin uzantısı halına gətirər. Mən eyni kimlik, əxlaqi və siyasi nədənlərdən dolayı İranın Güney və Quzey doğusu Türkləri ilə İraq- Suriyə Türkman ucqarobalarımızın (diyasporalarımızın) sorunlarını da öz hərəkətimizə əndekslənməsindən yanayam, hətta bunu gərəkli görürəm.
Qarabağ sorununun Güneydə gedən milli demokratik hərəkətə daxil edilməsi və İran İslam Cumhuriyətinin Qarabağda işqalçı və soyqırım yapmış Ermənistana verdiyi dəstəklərin ifşa edilməsi, dini inanc və duyquları güclü olan Türklərin İran İslam Cumhuriyətindən qopmasına və bu kəsimdə milli bilincin gəlişməsinə də kömək edər. Bu üzdən də Qarabağ sorununa bütün Güney Azərbaycan-İran Türklərinin siyasi toplantılarında – istər yurd içində, istər yurd dışında- toxunulması gərəklidir.
Erməni sorunu. Bizim Türk xalqı və Güney Azərbaycan olaraq əslində Qarabağın da parçası olduğu, daha böyük bir sorunumuz vardır. O da Erməni sorunudur. Erməni sorunu Quzey Azərbaycanda Qarabağ sorunu, Güneydə Cilovluq-Qaçaqlar olayları və Türkiyənin doğusunda Azərbaycan bölgələrində yirminci yüz ilin başındakı soyqırım olaraq bəlirginləşsə də, bunlar hamısı eyni sorunun parçalarıdır. Bu sorun isə bizim milli sorunumuzdur. Doğrudur, Erməni sorunu şu anda Güney Azərbaycan üçün, və özəlliklə Fars və Kürd sorunları ilə tutuşdurulduğunda, bizə öncəlik daşımayabilir. Ancaq bu gərçək, bizim bilə bir milli sorunumuz yoxdur anlamına gəlməz.
1-Erməni siyasi və aydınları yirminci yüz ilin başlarında İranın federal sistemə geçişini əngəlləmək, Türk Qacar devlətini yıxmaq və Farsları iqtidara daşımaqda son dərəcə bəlirləyici və etgili rol oynamışlarıdır. Onlar bugün də İranın federal sistemə geçişi və Türk xalqının iqtidardan pay almasına ciddi şəkildə qarşı qoyurlar. Bu açıdan İranın federallaşmasını istəyən hər kəs, Erməni siyasətlərini və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.
2-Erməni aydınları, siyasiləri və bilim adamları, Fars milliyətçiliyi və özəlliklə Paniranismin, Fars koloniyalismi və Ariya ırqçılğının oluşumunda önəmli rol oynamışlardır. Bugün də hər bir Paniranist və aşırı Fars milliyətçi oluşumda, istər siyasi təkilat, istər akademik mərkəz və istər mediyada, güclü Erməni varlıq və etgisini görmək olasıdır. Bu açıdan aşırı Fars milliyətçiliyi və Paniranismə, Fars koloniyalism və Ariya ırqçılığına qarşı olan hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.
3-Erməni eliti, siyasiləri və aydınları, Pəhləvi dönəmində bu devlətlə yaxın ilişgilərdə bulunub və İranı Lübnandan sonra ASALAnın ikinci sığınacağına çevirməni başarabilmişlərdir. Onlar bugün də terora bulaşmış Fars kökdən dinçi hakimiyyətinin ən qızqın dəstəkçiləri arasında yer almaqdadırlar. Bu açıdan terorizmə qarşı olan hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.
4-Bugün İranda Ermənilər aktiv biçimdə İran devlətinin anti Türk siyasətlərini dəstəkləyir və hətta körükləyirlər. Bu açıdan İran İslam Cumhuriyətinin koloniyal və ırqçı siyasətlərinə qarşı olan hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.
5-Ermənilər eyni şeyi Kürd yayılmaçılığı üçün də görməkdədirlər. Onlar özəlliklə Batı Azərbaycan ostanının Kürdüstan və Urmunun bir Kürd şəhəri olduğunu dünya çapında təbliğ edirlər. Bu açıdan Türk və Azərbaycan topraqlarını Kürd yayılmaçılığından qorumaq istəyən hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.
6-Ermənistan devləti və bu devlətin ordusuna bağlı Andranik kimi Etməni görəvlilər və Qaçaqlar adlı Erməni yaraqlı dəstələri, yirminci yüz ilin başlarında Güney Azərbaycanın Urmu və bir sıra başqa şəhərlərində Asoru Cilovlarla birlikdə on minlərcə silahsız Türk insanını, qadın, uşaq və yaşlı demedən topluca qırmışlardır. Ermənistan devləti və İranda var olan Erməni təşkilatlar, bugünə dək bu tarixi sorumluluqlarına etiraf etməmiş və Türk xalqından da özür diləməmişdir. Ermənilərdən bu etiraf və bu özür gəlmədikcə, Güney Azərbaycan və İranda yaşayan Türk xalqının Erməni xalqı və Ermənistan devləti ilə normal və sorunsuz ilişgi qurabilməsi olanaqsızdır. Bu etiraf və özürün yoxluğu, bizim Erməni sorunumuzun önəmli bir parçasıdır.
Ermənilər bölgədəki İslam kökdən dinçiliyini körükləyirlər. Ermənilər gənəl bir istirateji doğrultusunda, çevrələrindəki ölkələrin, Qafqazın müsəlman bölgələri, İran, Türkiyə və Azərbaycanın dinçi qurublarca yönətilməsini istəyirlər.
Ermənilərə görə qonşu Müsəlman ölkələrdə İslami dinçi hakimiyətlər, milli çıxarlar yerinə daha çox ümmət anlayışı ilə hərəkət edəcəklərindən dolayı, buralarda oluşan və Erməniləri təhdid edəbilən Türk milliyyətçi axımları etgisizləşdirəcəklər.
Dinçi hakimiyətlərinin Ermənilərə olan ikinci xeyri, batı dünyası və Rusyaya Ermənistanı dinçi İslam devlətləri arasında quşadılmış göstərmə imkanı yaratmalarıdır. Beləcə sözdə məsum Xırıstiyan Ermənilər, vəhşi şəriətçi Müsəlmanlara qarşı batı-Rusya və Xırıstiyan dünyasının sonsuz səmpatisini qazanmış olacaqlar. Başqa bir deyiışlə Erməni siyasətləri bölgədə var olan və ya qurulmaq istənən bütün laik sistemləri təhdid etməkdədir. Bu açıdan Ortadoğuda və özəllilkə İranda laik bir system qurulmasını istəyən hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.
Yuxarıda saydıqlarım Erməni sorununu, Güney Azərbaycan və Türk milli demokratik hərəkətinin də sorunu halına gətirən başlıca nədənlərdir.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment