Ramin Cabbarlı
Urmu Gölünü əpridilmişliyimiz qurutdu
Uşaqlıqda qonşunun oğlu bir kərə mənlə savaşdı. Sonralar bir neçə dəyqəlik küçəyə qoyduğum çantamı məndən gizli olaraq təpiklədiyini duydum. Çantam o an özünə mənlik qazanmışdı. Artıq o çanta deyil idi. O, “mən” idi. O, çantamı deyil, məni təpikləmək istəmişdi. Bütün nəsnələr(əşyalar) beləcə canlılaşa bilir.
Araz, yalnız xəzərə axan bir çay deyil. Bizim üçün varlığımızın bir parçasıdır. Anılarımızın tanığı(şahidi) , iştirakçısıdır. Bütün dağlar, çaylar, göllər beləcə kimlik qazana bilirlər, Ulusallaşırlar. Urmu gölü, şor suların yığıntısı deyil, ən şirin varlıqdır, ən acı gerçəklik...
Son vaxtlar Urmiye Gölünün quruması nədəni haqqında bir çox yazılar, müsahibələr oxudum. Çıxış yollarını oxudum. İranda bənzər olayları, dünyada bənzər olayları oxudum. Oxşar sorunları necə çözdükləri haqqında bilgilər qazanmağa çalışdım. Çıxış yolları yox deyil idi, bu sorundan daha ağır örnəkləri İranda çözmüşlər. Sadəcə yollar bağlanılmışdı.
Urmiye Gölünü heç bir sədd(bənd), heç bir quyu qurutmadı, günəş suyunu buxarlandırmadı. Onu səddlər deyil, sədd qurmaq düşüncəsi qurutdu. Səddlər, düşüncədən doğan işlərdir yalnız.
Urmu gölü kimlik qazandı, o “biz”dir, o, “Azərbaycan”dır. O, artıq əpridilməyə məhkumdur. Kimliyimizi əpritməyə atılan addımlar kimi. Növbəti addımın qorxunc səsidir. O, kimliyilimizin parçasıdır. Əprildilmiş varlıqdır,YOXluqdur.
Urmu gölü, mənim çantamdır...
19.avqust.2011
3:34

No comments:
Post a Comment