Saturday, April 16, 2011

Urmiye Gölünü Ölümdən Qurtarmaq üçün heç bir Sorumlu Örgüt və insan yoxdur

Məmə Dərviş: Urmiye Gölünü Qurtarmaq üçün heç bir önləm alınmır və işlər yanlız söz olaraq Görünür.
Urmiye Gölü neçə vaxt olur Son nəfəslərını çəkir iran yönəticilərı, Çevrə Örgütlərı vs tərəflərindən heç bir iş və önləm alınmır, eləcə ki bu Gün Urmiye Gölünün qurumasından sonra 8 Milyardlıq bir Duz Bobmbasından söz olur, Çevrə Örgütlərı Duz tsunamisi olaraq Adlandırırlar. Bu Duz tsunamisini Göz önünə alaraq iran Dövləti tərəfindən toplanan bir Qrup 6 ay dir hələ Masa üzərində tartışırlar ancaq bir söz və bir iş hələ deyilib yoxsa Görülmür. Məməd Dərviş Doğa və Çevə Uzmani Urmiye Gölündən Yaranan Tsunaminin önünü kəsmək yolunu yanlız əkinçilik yollarını dəyişməklə ol abilər!
Dərviş belə Düşünür ki hamı gərək Əkinçilik Bölümündə əl bir olub və hədər olan Suyun önünü kəsək. Indi iranda Əkinçilik bölümündə Sular çox yanlış və geri qalmiş bir tavırla suvarılır  və bu yanlış iş Suyun hədər olmasına nədən olur. Urmiye Gölü indiki Durumda 3.1 milyarda Kub Metr Suyu ehtiyacı var.
Urmiye Gölünün Qurumaqının önünü kəsmək üçün çoxlu Çevrə Uzmanları özəl olaraq Düşüncələrını söyləyirlər ancaq soru budur ki nədən iran dövlətı Urmiye Gölüilə ilgili heç bir iş Görümür? Dərviş bu soruya yanıt olaraq belə deyir: Dövlət Sorumluları çox ərkən sonuc verən işlərı sevərlər ancaq Urmiye Gölünün Qonusu Ərkən yanıt verən bir iş olmadığından Dolayı o qədər maraq göstərən birisi tapmaq olmur. Dərviş deyir ki Urmiye Gölünün  Ölümdən Qortaramaq üçün çox Sorumlu yönəticilər gərəkir ki oda iranda Görmyi çox zordur. Dərviş Urmiye Gölünün Qorumasını bir Ulusal Sorun olaraq adlandırır və ebu işi önünü kəsmək üçün Ulusal Düşüncədə olan insanlardan söz aparır.
Hansı Zamandan Urmiye Gölünün Durumu Gərginləşibdir?
Dərviş iran yönəticilərı ki Urmiye Gölünün Qurumaq nədənini Quruluq, susuzluq və olaraq adlandırırlar eleşdirərək belənçi sözlərı son dərəcə yanlış və yanlız sorumluluqdan qaçmaq üçün söyləndığını düşünür. Dərviş deyir ki Urmiye Gölü Coğrafi baximindan Xəzər Dənizindən sonra ikinci sırada yer alır. Ancaq nədən bu Gün bu gərgin duruma döşübdür ...
O Əkinçiliqdən söz aparır ki bu illərdə 2 qat çox alaıbdır və yanlış suvaramaq yolları.
Ancaq bu da bir Çevrə Uzmaninin özəl olaarq düşüncəsidir, soru budur ki nədən indiyə qədər Urmiye Gölünün Quruamq nədəni qonusudna bir bilismel araşdırma olamayibdir? Nədən bu qədər Dünya Çevrə Uzmanları Urmiye Gölünün Qurumasından yaranan Tsunamidan Söz aparırlar ancaq iran dövlətı heç bir önləm almır? Nədən TV, Dərgi, vs də Urmiye Gölünün Qurumasına ilgili bir Reklam göstərilmir ki dünya Çevrə Uzmanları və Çevrə Örgütlərındən yardım alaq? Və çoxlu nədənlər ki insannin beynində soru yaradır ki olmaya Urmiye Gölü bilərk Qurudulur ...
Bu heç vaxt Unutmamaq gərəkir: Urmiye Gölü Quruyursa Güney Azərbaycanda Yaşamaq imkani olmayacaqdir.
Latin Türkcəyə çevirən: Umid Urmulu   

Tuesday, April 12, 2011

Valrıq Dərgisi vә Türk Milli Bilinci

Valrıq Dərgisi vә Türk Milli Bilinci
Mehran Baharlı
İran vә Güney Azәrbaycanda modern anlamda Türk milli şuurunun oluşması nә Mәşrutә Hәrәkәti nә dә Âzadistan olayı ilә ilgili deyildir, bunlarla başlamamışdır. Bu hәrәkәtlәrin hәr ikisi dә İran mәrkәzli vә İrançı hәrәkәtlәr olup, heç biri millәt olaraq Türk`ü vә vәtәn olaraq Azәrbaycan`ı tәmәl almamışdır.
İran vә Güney Azәrbaycanda modern Türklük milli bilinci, ilk aşamada M. Ә. Rәsulzadә`nin 1911dә İran Türklәri kitabını yayınlaması ilә başlamış, İttihad vә Tәrәqqi vә İttihâd-i İslam`ın Güney Azәrbaycanda yanqıları vә modern Türkçülüyün atası olan Tәqi Rәfәt`in ortaya çıxmasıyla davam edip bәlli ölçüdә kitlәsәllәşmişdir.
Türk milli bilinclәnmәsi Sovyetlәrin ortaya çıxışı ilә bu devlәtin oluşdurduğu Kilasik Azәrbaycançılıq ideolojisi etgisi altına girmiş vә sönmәyә üz tutmuşdur. S. C. Pişәvәri `nin öndәrliyindә qurulan Azәrbaycan Milli Hökümәti yıxılınca Türk milli bilincinin gәlişim vә evrimi durma nöqtәsinә gәlmişdir vә arada 35 illik uzun bir sәssizlik vә qopma dönәmi ortaya çıxmışdır.
İran vә Güney Azәrbaycanda Türk milli bilincinin ikinci aşaması isә 1979da Varlıq dәrgisinin yayınlanması ilә ilgilidir. Bu târixi olay vә dönәmәc, özәlliklә Dr. Heyәt, Dr. Nutqi vә Dr. Kәmali`nin adlarıyla bağlıdır. Varlıq`ın ortya çıxmasıyla Güney Azәrbaycan vә İranda Türk milli bilinci, sağlam tәmәllәr üzәrindә yüksәlәrәk dәrinlәmәsinә kök salıp, târixdә bәnzәri görülmәmiş vә geri dönülmәz bir biçimdә kitlәsәllәşmişdir.

Sunday, April 10, 2011

Xalqın Mucahidlәri vә Әşrәf Kampı

Xalqın Mucahidlәri vә Әşrәf Kampı
Mehran Baharli
Türk milli demokratik hәrәkәti özәlliklә Haray Haray Mәn Türkәm xalq ayaqlanması ortaya çıxmadan qabaq, İranın sәrasәri tәşkilatını ginә dә qәbul etmәk olardı. Ancaq bu hәrәkәt ortaya çıxdıqdan sonra artıq İranda sәrasәri tәşkilat diyә bir şeyin anlamı qalmamışdır. Sәrasәri adlanan tәşkilatlar günümüzdә kәsinliklә Fars tәşkilatdırlar. Bu tәşkilatda rәhbәrlik qonumunda olan Türklәr dә mәncә istisnasız gizli vәya utancaq paniranist olaraq görülmәlidir. Çünkü әsas aldıqları şey, Türk milәti deyil, İrandır.
Azәrbaycanda yaşayan Kürd, Fars, Talış, Tat, Asoru vә Ermәni ilә sәrasәri tәşkilatlarda çalışan Türklәr arasında böyük fәrq vardır. İlk qurup öz milli kimliklәrini bilir vә onun uğrunda çalışır. Ancaq sәrasәri quruplardakı Türklәr öz milli kimliklәrini bilmir vә Fars millәtinin kimliyi vә hakimiyyәti yolunda çalışırlar. Gәrçi dediklәrim bu hörgütlәrin öndәrlik vә üst düzey üyәlәri haqqındadır, ancaq yaşadığımız bilgi bombardımanı vә internet çağında artıq sıradan üyәlәr dә yapdıqlarından sorumlu tutulmalıdırlar.
Mәn xalqın Mucahidlәri vә bәnzәr sәrasәri tәşkilatlarda çalışan siyasilәrin bilincli olaraq bu yola addım atdıqlarını düşünürәm. Bunların seçdiklәri siyasi çizgidә qarşılaşdıqlarını da yapdıqları seçimlәrin sonucu olduğundan dolayı, onları qurban durumuna düşürәcәyinә inanıram.
Xalqın Mucahidlәri tәşkilatına gәlincә buradakı sorunlar (Şәxsiyәtә pәrәstiş, dini firqә yapısı, anti demokratik tutumlar, …) tәkcә Rәcәvi`dәn qaynaqlanmır, oradakı Türklәr Rәcәvi qәdәr bu tәşkilatın yanlış siyasәtlәrinin sorumlusu sayılmalıdırlar. Ayrıca bunlar ilk başdan Hәnifnejaddan başlayaraq Türk xalqı vә Azәrbaycana arxalarını çevirmiş dinçi-irançı şәxslәrdir.
Әşrәf kampında olanlara gәlincә, Iraq devlәti oranı uluslararası qural vә yükümlülüklәrinә uyqun olaraq yönәtmәlidir. İndiki Iraq devltәnin Fars İran devlәti ilә gizli anlaşma vә işbirliyi yaparaq Iraqda bulunan vә bu ölkәnin yasalarına uyan İran muxaliflәrinә saldırması vә basqı yapması da -muxaliflәrin siyasi görüşlәrindәn asılı olmadan- mәhkum edilmәlidir.

Thursday, April 7, 2011

Türkcə Yazalım - Güntay Gəncalp

Bu ilin növruz günlərini İzmirdə keçirdim. Yenə də bir çox Türkçə kitablar alamağa olanaq sağlandı.
İzmirə getmədən öncə türk dilinə tərcümə edilmiş Batı filosoflarının kitablarının listəsini internetdən çıxarmışdım.
Özəlliklə Qadamer və Heidgerin kitablarını almam gərəkirdi. Ancaq Jak Deridanın “Önəmsizin arkeolojisi”, Leninin “Sənət və ədəbiyat” kitabını, Tolstotun “Sənət nədir?” adlı möhtəşəm kitabını, Vitgenisteinin ”Fəlsəfi soruşdurmalar” əsərini, Frants Lyotarın “Fenomenoloji” yapıtını, Freudun, Yaspersin, Plexanovun, Nitschenin bir neçə kitabını və bir neçə roman və digər fəlsəfi, tarixi içəriyi olan kitablar da türk yazarlardan aldım.
Bunları oxumam üçün sanıram iki il zaman lazım olacaq.
Bu oxumaları öz psikolojim üzərində denəmişəm. Bizlər yabancı dil bilsək də, ancaq öz dilimizdə oxumağa özənməliyik.
Çünkü ilk oxuldan başlamış universitəyə qədər farsca oxumalar düşüncəmizi farslaşdırmışdır.
İnsanlarımız türkçəni düşüncə və yazı dili kimi qullana bilmirlər. Bu baxımdan Türkiyə bizim üçün ən böyük şansır.
Çünkü dünyanın bir çox fəlsəfi, tarixi, elmi, ədəbi və sosioloji qaynaqları türk dilinə tərcümə edilmişdir.
İnternetdə də bir çox araşdırmalar türk dilində mövcuddur.
Bu üzdən də farsca ilə evrilib çevrilmiş olan beynimizi və düşüncəmizi türkləşdirmənin tək yolu türkçə oxumaqdır.
İkinci bir yol yoxdur. Türkiyə bizim düşüncəmizin Türkləşməsi üçün möhtəşəm və gündən günə gəlişib böyüyən bir fürsətdir, bir şansdır.
Türk dilində var olan evrənsəl bilgiləri özümsəyərək doğru-dürüst türkçülük savaşına çıxa bilərik.
İldə ən az 7-8 kitab və yüzlərcə türkçə məqalə oxuyan İran vətəndaşı bir türk gəncinin türklük savaşına düşüncədə qatqıda bulunması qaçınılmaz olacaqdır. Bu gün isə, bizim savaşımız düşüncə savaşıdır.
Bunun üçün para xərcləməyə çox da ehtiyac yoxdur. İnternetdə gərəkən bilgilər və məqalələr var.
Türkçə oxumayan adamın türklük savaşında önəmli yer tutacağına inancım yoxdur.
Türkün yüksəlişi türk dili ilə ola bilər yalnız. Öncə bunu qəbul etməliyik.
Bunu qəbul edərsək, farslaşmış təfəkkürümüzü, farscanın əsarətində bulunan düşüncəmizi türkçə oxumağa məhkum edəcəyik.
Sonra da türkçəcilik alışqanlığa dönüşəcəkdir.
Türkiyədəki qaynaqları oxuyub dünyaya baxışımızı Türkçələşdirdikcə öz ləhcəmizdə beyin ürünlərimizi tariximiz və toplumumuzla paylaşmalıyıq.
İrandakı Türklərin qurtuluşu, ancaq bu yolla mümkün ola bilər. Böyük bir Türkçəcilik devrimi başlamalıdır.
Qadamerin “Həqiqət və yöntəm” adlı iki cilddən ibarət olan möhtəşəm fəlsəfi əsərini oxyuram.
Bu kitabı türkçə oxumanın ayrıca, bir zövqü və ləzzəti var. Bu kitab haqqında danışmaq istəmirəm.
Əsəri bitirdikdən sonra bəlkə bir şeylər yazaram. Yazmasam da Qadamerin fəlsəfəsinin mənim yaradıcılığımı dərindən etkiləyəcəyinə indidən inanıram.
Yalnız bunu söyləmək istəyirəm ki, Qadamerin və Heidgerin varlığı anlama fəlsəfələrinin ana əksəni (mehvəri) dildir.
Varlıq dildə yuvalanmış. Dilin dışındakıları anlaya bilmərik. İranda türk dilinin içində bir şey yoxdur. Dolmasına, doluşmasına olanaq olmamışdır.
O zaman yanıbaşımızdakı türkçənin içindəkiləri İrandakı türkçənin içinə doldurmalıyıq.
İranda minlərcə kitabı ərəb əlifbasına çevirib dövlətin izni ilə yaymaq mümkündür.
Əsas mücadilə də məncə budur. İranın hər yerində kitab satış mərkəzlərində türkçə kitablarla dolub daşmalıdır. İntellektual qaynaq oluşdurulmalıdır.
Yoxsa intellektual dərinlikdən yoxsun olan siyasi devinimin gələcəyi olmaz.
Bunu Adorno´nun bir kitabının adı olan “Aydınlanma dialektiyi” anlayışı ilə tanımlaya bilərik.
Bəlli yaş sınırını aşmış və yaşlanmış insanlarımızdan türkçə yazmalarını bəkləmək mümkün olmasa da, gənc nəslin farsca yazması bir qural olaraq xoş görülməməlidir.
Geniş ölçülü uyqarlıq savaşına girmək gərəkir. Hər uyqarlığın da bir dili olur.
Farsca yazmaq öz-özünə fars dilinə yararlı olmaqdır. Toplumumuzda “Türkçə oxul dili ola bilməz, ancaq danışıq dili ola bilər” kimi, yayqın bir yanlışlığa xidmət etməkdir.
İranda minlərcə qələm uzmanları düşünürlər yetişməlidir.
Kim deyirsə, buna olanaq yoxdur, yanlış söyləyir. Ən böyük olanaqlar olanaqsızlıqlar və basqı ortamında ortaya çıxar. Yetər ki, türkçəciliyi öz nəfsimizdə bir inanc halına gətirəlim.
Güntay Gəncalp

Urmiye Gölünün Quruması Nədən Siyasi Bir Məsələdir?

Arif Kəskin
Fars dilli medya və bizim bəzi dostlarımız Urmu Gölünün qurumasına bir ekolojik məsələ kimi yanaşırlar. Urmiye Gölününün qurmasını ekolojik məsələ həddinə təqlil vermək ortada olan problemin əsil səbəbkarlaının üstünü örtmək anlamına gəlir.
Urmiya Gölünün faciəsi  quruluq kimi təbiyi afətlərin məhsulu deyil. Urumiye Gölünün qarşılaşdığı bu problem, Azərbaycanda yeraltı ve yerüstü suların yanlış müdiriyətinin nəticəsidir.  Bu yanlış müdüriyətin məsuliyəti isə  İran İslam cumhuriyətine aitdir. Bütün dövlətlərin ilkin mesuliyətləri öz yurtdaşlarının refahını, emniyətini sağlamaq ve onları təbiyi fəlakətlər daxil bütün faciələrdən qorumaqdır. Urmiye Gölü İran dövlətinin gözləri qabağında yox olur gedir. Çox asanlıqla diyebilərik ki, İran rejimi öhdəsində olan məsuliyətləri yerinə gətirmir. 
Urmiye Gölününün quruması Qerbi Azərbaycının iqtisadi, demoqrafik, siyasi ve fərhəngi yapısını/saxtarını deyişdirəcək qədər çox yönlü nəticələri olan hadisədir. Urmu Gölü qurursa; Urumiye ətrafındaki kəndlərin çoxu boşalacadır, Urmiyənin iqlimi alt üst olacaq ve uzun zaman keçmədən çölləşməyə başlayacaqdır, Urmiye duz yellərinin təsiriyle yaşanmaz halə gələcəkdir. Qərbi Azərbaycanda ekinçilik ve heyvandarlıq çox zəyifləyəcək və bu da insanları köçə məcbur edecekdir. Bütün bu yaşananlar Urumiyənin senetiləşməsini de əngəlləyəcəkdir.
İran İslam cumhuriyəti Urmu gölünün qurması halinde Azerbaycanlıların nəylə üzləşəcəklərini bildiyi halda,  özünün  bilincli vəya bilincsiz yanlış siyasətlərinin nəticəsində ortaya çıxmış  bu fəlakət prosesinə seyrici qalir. Bu durumu necə təhlil etmək olar ki?. Bu durum iki haldan xaric deyil, ya İran rejimi bu prosesdən nigarandır, veya da nigarançılığı yoxdur ve Urmiye Gölünün quruma sürəcinin tamamlanmasını gözləyir. Ədalətli gözlə baxdığımızda , İran rejiminin Urmu Gölünün  quruma sürəcindən nigaran olmadğı anlaşılır. Çünki İran rejiminin Urmiya Gölünün qurumasını əngəlləmək üçün heç bir faaliyət içində görünmür. Bu haqda İranin rəsmi məsullarınin səssizliyi də çox anlamlıdır. İşin qerib tərəfi bu ki,  İran resmi yetqililərindən hər hanki bir açıqlama yoxdur. İran rejiminin Urmu Gölününün qurumasını istəməsinin digər bariz  nişanəsi de,  Azərbaycanlıların mədəni etirazlarını sərkub etməsidir. İran rejiminin Azərbaycanlıların mədeni etirazlarını sərkub etməsi Urumiye Gölünün qurmasını istemesi anlamına gəlir.
İran İslam cumhuriyətinin niyətlərinin anlaşılması  bu məsələnin həlli istiqamətinde kilid rol oynamaqdadır. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi,  indi de  onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla  Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını  göstərərək Urumiyə və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi  Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Bölgədə var olan  pontansiyəl etnik çatışmlarının əsaslarını bərkitmek isteyir. Bu yolla   Azərbaycanı  cəzalandırılmaq və onu  hər tərəfli olaraq özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi Urmu Gölününün quruması sadə bir ekolojik məsələnin ötəsində siyasi bir hadisədir. Bu siyasi hadisənin adını  `tebiyi fəlakət` olaraq qoyduğunuz zaman çox gerçəklərin üstünü örtmüş olursunuz. Urmiye Gölünün qurmasını `İran İslam cumhuriyetinin Azerbaycanı dizə gətirmə projəsinin bir parçası olaraq` yorumlarsaq  məsələnin mahiyətini  anlamaya başlamışıq deməkdir.
Arif Kəskin
06 Nisan 2011

Wednesday, April 6, 2011

Urmiye Gölünün Quruması: Azərbaycanlıların Cəzalandırılması

Urmiye Gölünün Quruması: Azərbaycanlıların Cəzalandırılması
Arif Keskin
Japonyadaki tusunamı  “ insan təbiyətə(doğaya) nə qədər hakim olmayi başarıb”  kimi çox çeşidli sualları bərabərinde gətirdi. İnsanoğlu uzun zamandır ki “mən təbəyətin hakimiyəm” qururu ve təkəbbüriyle yaşayır. Ancaq gördük ki,  Japonyanın gəlişmiş (pişrəftə) teknolojisi təbəyətin qarşısında aciz ve çarəsiz qaldı.  Çox iləri teknolojiyə sahib olmasına baxmayaraq yüzlərcə Japonyali  hayatını itirdi ve bir çox yaşayış yerləri xarabaya çevrildi.  Japonyadaki tusunamı  insan və təbiyət arasindaki hakimlik məsələsini yenidən mübahisəyə açdi.
Kapitalizmin Məhar Edilməz Ruhu
İnsan təbiyətə hakim olduğunu düşünərək  ona heç hörmət göstərmədən hər tür şıltaqlığı edir.  Sanayeləşmə, irəliləmə, zənginləşmə/rəfah və böyümə(roşd) ehtirası  insanoğlunun gözünü o qədər kör edib ki “içində oturduğu gəmini dəlir” . Mütəkəbbir varlıq olan insanoğlu anlamır ki, o gəmi dəlinirsə nə özü qalır nə də böyümə ehhtirası. İnsanoğlu  bəsləndiyi və faydalandığı çivrəyi/mohiti yox edir.
Kapitalizimin çılqın  və məhar edileməz ruhu təbiyəti  yox edir. Kapitalizim təbiyəti məhar edərək insanlara rəfah və maddi rahatlıq gətirmək iddiasındadır. Çünki ona görə “insan əşrəf-e məxluqatdır” və “dünya onun üçün yaranıb”.  Bu iddilar altında təbiyəti kontrol altına almyaya çalışır. Kapitalizmin  bu çılgınlığı öz qarşıtlarını yaradıb ve  Kapitalizimin mohiti kirlətmə ehtirasına qarşı çox layəli  muxalifet hərəkətləri ortaya çıxıb. Çevrəni kirlətməyə (aludegi=e mohit zist)  muxaləfət edənlərin söyləmi Qərbin huquqi, siyasi, sənayə/sənə’ti  və bənzəri siyasətinin köklü dəyişimə/teğiyrata  yol açıb. Bu muxaləfəthərəkətləri  Qərbin huquq sisteminə elə dərin işleyib ki, çevrə kirlətmək (aludegi=e mohit zist) günahı insanlığa qarşı işlənmiş cinayət dərəcəsinə yüksəlib.
İdeolojik Dövlətin Mahiyəti
İran kimi ideolojik dövlətlərin əsasi hədəfi insanlara rəafh və zənginlik istihsal /tolid etmək deyil. Çünki onlara görə rəfah və zənqnlik fəsad gətirir, yoxsuluq və fəqr isə fəzilət yaradır.  Bu rejimlər yoxsuluğu övür və yoxsuluğu hayatın mənasına çevirəcək qədər gözəlləşdirir. Yoxsulluq ən üstün fəzilət kimi  göstərilir. Bu rijimlərin hədəfi təbiyəti kontrol altına alıb insanların xidmətinə vermək dəyil. Onların birinci hədəfi insanlarn özünü kontrol altına almaqdır. Çünki onlara görə ən böyük müşgül insanın özüdür. Onlara görə insanın  rahatlıq ve refah isteyi şeytani təmayüllərin  nəticəsidir. Çünki insan  həva və həvəsinin əsiri olacaq qədər zeyifdir. Onlara  görə insanın “cəhad-ə əkbərə” ehtiyacı var ve yoxsulluq bu böyük cəhadın veəsilələrinden biridir.  İnsan bu dünyada imtihan edilir və hər tür fəlakət o imtahanın bir parçasıdır. Əslində insanların fəlakət olaraq gördükləri  məsələlər mahiyət itibariylə nemətdir.  Vəya zəlzələ, tufan, tusunamı və quruluq kimi fəlakətlər varsa da, insanlarin  işləədikləri günahlar səbəbiylə  “allahın qəzəbinin` nişanələridir.
İran kimi ideolojik devlətlər əsli mahiyətlərini gizlətmək üçün çox layəli yalan , xurafə və uydurma mikanizmalari işlədirlər. Topluma gecə-gündüz  yalan təzriq edirlər.. Bütün bu yalanların hədəfi insanların qarşılaşdığı və gördüyü vaqeiyətlərdən qoparmaq və onlara dünyanı özləri istədiyi kimi alt-üst göstərməkdir.
İrana bənzər ideolojik rəjimlərin işlədikləri cinayət, xəyanət və zülümlər  çox layəlidir. Onlar nə insanlara rəfah və rahatlıq yaradmaq istəyirlər, nə də insanlara doğruları öyrənmək imkanı verirlərir. Üstəlik” yoxsulluq fəzilətdir” şuarının altında onları  əmdi və bilincli olaraq cəzalandırırlar. İnsanları cəzalandıraraq onları ı özlüyüdən uzaqlşadırmaq ; insanları dövlətin  idəolojik, siyasi və iktisadi hədəfləri istiqamətində nökərləşdirmək isteyirlər.
İdeolojik Dövlətin Siyasi Cinayəti
Urmiye Gölünün quruması batı kapitaliziminin yaratdığı ekolojik problemlərdən çox fərqlidir.  Çünki bu müşgül Qərbdə olduğu kimi sənəti və iktisadi gəlişmənin(pişrəftin) yan(tali/haşiyeyi ) nəticələri deyil. Üstəlık bu hadisə  Japonyadaki durumdan da fərqlidir. Çünki Japonyadaki hadisə dövlətin bütün faaliyətlərinə baxmayaraq  teknolojinin tebiyət qaraşısındaki yetrsizliyinin məhsuluydu.
Urmu gölünün quruması İran rejiminin emdi siyasətinin mehsuludur. Başqa bir sözlə diyərsək;  İran rəjimi Urmiya Gölünün qurmasına göz yumaraq Azərbaycanlıları cəzanlandırr. İran rejimi üçün dövlətin buraksisi, iktisadi, siyasi və kültür/fərhəngi qurumlarının əsası  işləvi(karkərd/fonksiyon) insanları cəzalandırmakdır. Onlara görə dövlət cəzalandırmaq və ehliləşdirmək üçün vardır.  Azərbaycan illərdir ki, bu cəzalandırmanın bütün yüzlərini yaşamışdır  və hələ də yaşamqdadır. Azərbaycanlılar İnsani olaraq hər tür haqlarından məhrum ədilmiş, iktisadi olaraq yoxsullaşdırılmış və  siyasi olaraq  da Azərbayacn İran rejimi tərəfindən böyük zindana çevrilmişdir. İran rejimi Azərbaycanı  fərhəngi olaraq da İslam dini və Farslıq hüviyəti  adı altında  öz əsil kimliklərindən  uzaqlaşdırılaraq “manqurtlaşdırılmasını ” hədəfləməktədir.
İran dövləti Ərk qalası kimi tarixi abidələrı yox edərək Azərbaycanlıları tarixlərindən qopararaq onu özünün uydurduğu tarix anlayışı ilə cəzalandırmışdır. İndi də isə Urmu Gölünün qurumasına göz yumaraq Azərbaycanlıları doğal(təbiyi) fəlakətlə qarşı qarşıya buraxaraq cəzanladırır.  İran rejimi, Urmiye Gölünün qurumasının hanki mənfi və faciəli nəticələrinin olacağını çox yaxşı  bilir. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi,  indi de  onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla  Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını  göstərərək Urumiye və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi  Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Üstəlik  Azərbaycanı  cəzalandırılmaqla onu  hər tərəfli özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi,  Azərbaycan bir tərəfdən həç bir iş başarmayan,  yetərsiz və hər tür əqlaniyətdən uzaq bir ideolojik dövlətin əmdi siyasətlərinin, digər tərəfdən də,  İran rejiminin məzhəb niqabı altına gizləttiyi Türk düşmanlığının qurbanı olur. Azərbaycanın  cəzalandırlırması  Xaməneyinin təidi ilə Əhmədinejadin  “Kuruş Kətibələrini” İngiltərdən gətirməsi   və Təxt Cəmşidin  Məkkənin yərini  alacaqmış kimi havanın əstirlidiyi bir zamanda gərçəkləşiməsi de çox anlamlıdır.   Ona görə Urmu Gölünuün qurumasını sadə bir  doğal/ təbiyi fəlakət olaraq adlandırmaq məsəlenin gərçək mahiyətini inkar anlamına gelir. Urmiye Gölünün quruması təbiyi fəlakətin ötəsində  İran rejiminin Azaərbaycanlılara qarşı işləmidiyi bir siyasi cinayətdir .
Arif Keskin

Tuesday, April 5, 2011

Urmiye Gölünün Qurumasınıa Qarşı Etiraz Aksiyalarının Min-bir Mənası

Urmiye Gölünün Qurumasınıa Qarşı Etiraz Aksiyalarının Min-bir Mənası
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmiye Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi.
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmu Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi. Etriraz aksiyanlarina onminlərcə Azəerbaycan Türkü qatıldı. Etiraz aksiyaları rejimin bütün təzyiq, hədə-qorxu, tutuxlama ve Azərbaycan şeherlerində uygulanan ağır güvənlik tədbirlerine baxmayaraq gerçəkləşdi. Urmiye Gölünün Quruması : Azərbaycanın Məzlumluq Səmbolu Azərbaycanlıların gözündə Umru Gölünün qurması ekolojik müşgüllər yaradağının yanısıra, Günəy Azərbaycanın məzlumluğunun səmboluna çevrilib. Urmiya Gölünün qurmasına qarşı həm İran dövləti həm də onun muxalifləri etnısızlıq göstərirlər. Bu etinasızlıq, Azəbaycanlılara göstərilən etinasızlığın fərqli təzahürü olaraq görsənir. Urmiye Gölünün qurumasına bənzər hadisə Farsların oturduğu bölgədə yaşansaydı, həm rəjimin həm də onun muxalifətinin reaksiyaları çox fərqli olardı. Ona görə də, Güney Azərbaycanda gərçəkləşən bugünkü asksiyların çox çeşidli anlamı vardır. Bugünkü etiraz aksiyaları bir tərəfdən, Azəbaycanın qarşısındaki ekolojik probləmə dünya diqqətini çəkəmək istərkən , digər tərəfdən də, Azərbaycanın məzluğunu, yalnızlığını və onun bilincli/ əmdi olaraq yox olmasını hazırlayan siyasətlərə qarşı üsyan bayrağı qaldırmaq mənasına gəlir. Güney Azərbaycan Hamıya Dərs Vərdi Bugünkü aksiyalar Günəy Azərbaycan Milli hərəkəti yoxdur diyənlərə cavab nitəliyindədir. Günəy Azərbaycan Milli Hərəkəti adını daşıyan bir siyasi hərəkətin olduğunun ən böyük sənədi bugünkü göstərilərdir. Azərbaycan Məşrutiyət dönəmindəki Azərbaycan deyil və Təbriz bir daha Səttar Xan yetişdirəbilməz diyənləri bugünkü hadisələri doğru görməyə və sədaqətli analiz etməyə dəvət etmək lazımdır. Azərbaycanın tarix boyu göstərdiyi qəhrəmanlığı ölmeyib və ölməz də. Çünki qəhramanlıq Azərbaycan kimiliyilə eyniləşib. Bugünkü aksiyalar Azərbaycan qorxur və qorxduğu üçün etiraz etmir diyənlərə dərs nitəliyində bir cavab oldu. Bugünkü aksiylar Azərbaycanın qorxmadığını gösatərdə. Azərbaycanı qorxaqlığla mütəhhim edənlər Azərbaycanı tanımadıqlarını bugün öyrənmiş oldular. Bugünkü aksiyalar Azərbaycan milli hərəkəti rejimin kontrolundədir diyənlərə böyük dərs oldu. Azərbaycan Əran rejiminən bütün təzyiqlrinə baxmayaraq öz etiraz aksiyasını gərçəkləştirdi. Gün boyunca İran İslam cumhuriyəti rəjimə onlarca Azərbaycan Türkünü tutuxladılar. Bugünkü aksiyalar Azərbaycan Milli Hərəkəti Yaşıl hərəkatına qatılmazsa yox olar diyənlərə böyük dərs oldu. Azərbaycan Milli Hərəkəti, Yaşıl hərəkəti olmadan çox öncəden öz varlığını subut edib ve bugündən bələ də, öz varllığını müstəqil və güçlü bir biçimdə dəvam ettirəcəkdir. Bugnkü aksiyalar , milli hərəkəti içindəki əcələ etməyin şuarina sarılanlara da böyük dərs oldu. Bu şuarllarla Azərbaycanı rukuda/durqunluğa çəkmək istəyənlər öz dərslərini aldılar. Azərbaycanın qurtuluş yolu özünə məxsus etiraz formlarını tapıb və hayata geçirmək də olduğunu hamı gördü. Bugnkü aksiyalarla Azərbaycanda kimin güçlü olduğu və kimin siyasi səfərbərlik qabiliyəti olduğu anlaşıldı. Milli hərəkəti yox sayanlar özlərinin yox olacaqlarını görmüş oldular. Uzun illerdir düşmənlər çalışırlar kı, Azərbaycan şəhərləri arasında ixtilaf salsınlar. Təbrizli, Zəncanlı, Urumiyəli və Ərdəbilli kimin adlarla ixtilaf yaradmaq isteyirlər. Bugükü aksiyalar göstərdi ki, Azərbaycan şəhərləri arasında ixtilaf yoxdur və onlar Azərbaycalı kimliyi altında özlərini bir tək vucud kimin görürler. Urmulunun yanında Təbriz başda olmaqla birlikdə bütün Azərbaycanın səf çəkməsi milli kimliyin təşəkkülünü göstərir. Bugünki aksiyalar , traxturu ve traxturşulari təhqir edənlərə və onu milli hərəkətə əngəl olaraq göstərənlərə həqiqəti göstərmiş oldu. Çünki bugünkü aksiyalarda traxturun gücü ve dinamizmi Urmu gölünün və Azərbaycanın yanındaydı. Bugünki aksiyalar Amerika başda olmaqla birlikdə bütün xarici güçlərə də, Azərbaycanın gərçəklərini öyrətmiş oldu. Azərbaycan haqlı olaraq öz milli hədəfləri istiqamətində hərəkət ədir. Azərbaycan öz dilini, tarixini, kültürünü və toprağını qorumaq istəyir. Təssuflə, Batılılar/Qərbilər Fars milliyətçilərinin onların gözlərinə taxdıqları gözlüklərlə/eynəklərlə dünyaya baxırlar. Onlar bugünkü aksiyalari doğru analiz edərlərsə, Fars milliyətçiləri tərəfindən aldatılmış olduqlarını görürlər. Bugünki aksiyalar göstərdi ki, İran İslam Cumhuriyəti Azərbaycanın bir nümrəli düşməni sırlarında yer almaqdadır. İran rejimi Azərbaycanın bütün milli, fərhəngi/kültürəl, huquqi, insani, iktisadi ve sosial haqlarını yox etməklə qalmır ve üstəlik onu təbiyi/doğal fəlakətlə üz-üzə buraxmaq isteyir. İran rejimi bilincili olaraq Azərbaycanlıları təbiyi/doğal fəlakətlə yox etmək isteyir. Çünki nə özü bu fəlaketin qabağını almaq isteyir, nə də ona qarşı mədəni etirazları eşitmək isteyir. İran İslam Cumhuriyəti Fars milliyətçiliyinin hərbi, mədəni, siyasi, sosial , idari-inzibatı , diplomatik ve burokratik vəsiləsi işləvini(karker/ fonksiyon ) görməktədir. Bu yapı/saxtar dağılmadıkca Fars milliyətçiliyi yıxılmaycaqdır.
Arif Kəskin Ankara 2 Nisan/2 Aprel/ 13 Ferverdin
Yazıla ilgili video: http://www.youtube.com/watch?v=_HgBRHPps2I
Qaynaq: goo.gl/DRJrl