Tuesday, November 16, 2010

Güney Azərbaycanın Erməni sorunu

Güney Azərbaycanın Erməni sorunu

Mehran Baharlı

Qarabağ sorunu çözümü haqqında – kültürəl özərklikdən federal yapıya, hətta bağımsız olmasına dək- fərqli düşüncələr önə sürüləbilər. Ancaq bu sorun, Güney Azərbaycan- İranda yaşayan Türk xalqının milli sorunu deyildir demək, olayı təməldən yanlış anlamaq deməkdir. Sayın Ziya Sərdr ül-Əşrafi Günaztv ilə yapdığı bir söyləşisində bu yanılqıya düşmüş və Qarabağ sorununun Güney Azərbaycan və İranda yaşayan Türk xalqının milli sorunu olmadığını iddia etmişdir.

Qarabağ sorunu Güney Azərbaycanın da milli sorunudur.  Qarabağ sorunu, bizim bölünmüş bir millət olduğumuzu göz önündə tutaraq- kimlik və əxlaqi açılardan bizim də milli sorunumuz sayılır. Buna ək olaraqş bu sorunun siyasi açıdan da bizim milli məsələmiz halına gətirilməsi və Güney Azərbaycan – İranda cərəyan edən Türk milli hərəkətinə əklənməsi, olduqca doğru, yararlı və gərəkli bir siyasi taktikdir. Başda buna görə ki biz milli məsələmizi bölgəsəl və uluslararası bir sorun halına çevirməliyik. Bizim milli məsələmizin bölgəsəl və uluslarasılaşmadan çözümə qavuşması olanaqsızdır. Qarabağ sorununu Güneyin milli hərəkətinə qoşmaq Güneyin sorununu Qafqazlara və Qafqazların sorununu Ortadoğuya daşıyar, bunları bir birinin uzantısı halına gətirər. Mən eyni kimlik, əxlaqi və siyasi nədənlərdən dolayı İranın Güney və Quzey doğusu Türkləri ilə İraq- Suriyə Türkman ucqarobalarımızın (diyasporalarımızın) sorunlarını da öz hərəkətimizə əndekslənməsindən yanayam, hətta bunu gərəkli görürəm.

Qarabağ sorununun Güneydə gedən milli demokratik hərəkətə daxil edilməsi və İran İslam Cumhuriyətinin Qarabağda işqalçı və soyqırım yapmış Ermənistana verdiyi dəstəklərin ifşa edilməsi, dini inanc və duyquları güclü olan Türklərin İran İslam Cumhuriyətindən qopmasına və bu kəsimdə milli bilincin gəlişməsinə də kömək edər. Bu üzdən də Qarabağ sorununa bütün Güney Azərbaycan-İran Türklərinin siyasi toplantılarında – istər yurd içində, istər yurd dışında- toxunulması gərəklidir.

Erməni sorunu. Bizim Türk xalqı və Güney Azərbaycan olaraq əslində Qarabağın da parçası olduğu, daha böyük bir sorunumuz vardır. O da Erməni sorunudur. Erməni sorunu Quzey Azərbaycanda Qarabağ sorunu, Güneydə Cilovluq-Qaçaqlar olayları və Türkiyənin doğusunda Azərbaycan bölgələrində yirminci yüz ilin başındakı soyqırım olaraq bəlirginləşsə də, bunlar hamısı eyni sorunun parçalarıdır. Bu sorun isə bizim milli sorunumuzdur. Doğrudur, Erməni sorunu şu anda Güney Azərbaycan üçün, və özəlliklə Fars və Kürd sorunları ilə tutuşdurulduğunda, bizə öncəlik daşımayabilir. Ancaq bu gərçək, bizim bilə bir milli sorunumuz yoxdur anlamına gəlməz.

1-Erməni siyasi və aydınları yirminci yüz ilin başlarında İranın federal sistemə geçişini əngəlləmək, Türk Qacar devlətini yıxmaq və Farsları iqtidara daşımaqda son dərəcə bəlirləyici və etgili rol oynamışlarıdır. Onlar bugün də İranın federal sistemə geçişi və Türk xalqının iqtidardan pay almasına ciddi şəkildə qarşı qoyurlar. Bu açıdan İranın federallaşmasını istəyən hər kəs, Erməni siyasətlərini və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.

2-Erməni aydınları, siyasiləri və bilim adamları, Fars milliyətçiliyi və özəlliklə Paniranismin, Fars koloniyalismi və Ariya ırqçılğının oluşumunda önəmli rol oynamışlardır. Bugün də hər bir Paniranist və aşırı Fars milliyətçi oluşumda, istər siyasi təkilat, istər akademik mərkəz və istər mediyada, güclü Erməni varlıq və etgisini görmək olasıdır. Bu açıdan aşırı Fars milliyətçiliyi və Paniranismə, Fars koloniyalism və Ariya ırqçılığına qarşı olan hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.

3-Erməni eliti, siyasiləri və aydınları, Pəhləvi dönəmində bu devlətlə yaxın ilişgilərdə bulunub və İranı Lübnandan sonra ASALAnın ikinci sığınacağına çevirməni başarabilmişlərdir. Onlar bugün də terora bulaşmış Fars kökdən dinçi hakimiyyətinin ən qızqın dəstəkçiləri arasında yer almaqdadırlar. Bu açıdan terorizmə qarşı olan hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.

4-Bugün İranda Ermənilər aktiv biçimdə İran devlətinin anti Türk siyasətlərini dəstəkləyir və hətta körükləyirlər. Bu açıdan İran İslam Cumhuriyətinin koloniyal və ırqçı siyasətlərinə qarşı olan hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.

5-Ermənilər eyni şeyi Kürd yayılmaçılığı üçün də görməkdədirlər. Onlar özəlliklə Batı Azərbaycan ostanının Kürdüstan və Urmunun bir Kürd şəhəri olduğunu dünya çapında təbliğ edirlər. Bu açıdan Türk və Azərbaycan topraqlarını Kürd yayılmaçılığından qorumaq istəyən hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.

6-Ermənistan devləti və bu devlətin ordusuna bağlı Andranik kimi Etməni görəvlilər və Qaçaqlar adlı Erməni yaraqlı dəstələri, yirminci yüz ilin başlarında Güney Azərbaycanın Urmu və bir sıra başqa şəhərlərində Asoru Cilovlarla birlikdə on minlərcə silahsız Türk insanını, qadın, uşaq və yaşlı demedən topluca qırmışlardır. Ermənistan devləti və İranda var olan Erməni təşkilatlar, bugünə dək bu tarixi sorumluluqlarına etiraf etməmiş və Türk xalqından da özür diləməmişdir. Ermənilərdən bu etiraf və bu özür gəlmədikcə, Güney Azərbaycan və İranda yaşayan Türk xalqının Erməni xalqı və Ermənistan devləti ilə normal və sorunsuz ilişgi qurabilməsi olanaqsızdır. Bu etiraf və özürün yoxluğu, bizim Erməni sorunumuzun önəmli bir parçasıdır.

Ermənilər bölgədəki İslam kökdən dinçiliyini körükləyirlər. Ermənilər gənəl bir istirateji doğrultusunda, çevrələrindəki ölkələrin, Qafqazın müsəlman bölgələri, İran, Türkiyə və Azərbaycanın dinçi qurublarca yönətilməsini istəyirlər.

Ermənilərə görə qonşu Müsəlman ölkələrdə İslami dinçi hakimiyətlər, milli çıxarlar yerinə daha çox ümmət anlayışı ilə hərəkət edəcəklərindən dolayı, buralarda oluşan və Erməniləri təhdid edəbilən Türk milliyyətçi axımları etgisizləşdirəcəklər.

Dinçi hakimiyətlərinin Ermənilərə olan ikinci xeyri, batı dünyası və Rusyaya Ermənistanı dinçi İslam devlətləri arasında quşadılmış göstərmə imkanı yaratmalarıdır. Beləcə sözdə məsum Xırıstiyan Ermənilər, vəhşi şəriətçi Müsəlmanlara qarşı batı-Rusya və Xırıstiyan dünyasının sonsuz səmpatisini qazanmış olacaqlar. Başqa bir deyiışlə Erməni siyasətləri bölgədə var olan və ya qurulmaq istənən bütün laik sistemləri təhdid etməkdədir. Bu açıdan Ortadoğuda və özəllilkə İranda laik bir system qurulmasını istəyən hər kəs, Erməni siyasətləri və Erməni əngəlini öz qarşısında bulacaqdır. Bu əngəl er gec aşılmalıdır.

Yuxarıda saydıqlarım Erməni sorununu, Güney Azərbaycan və Türk milli demokratik hərəkətinin də sorunu halına gətirən başlıca nədənlərdir.

Monday, November 15, 2010

Urmiye Gölü Yok Oluyor


Dünyanın üçüncü büyük tuz gölü Urmiye, kuruma tehlikesiyle karşı karşıya. İran‘ın kuzeybatısında bulunan 5 bin 200 kilometre karelik çapa sahip Urmiye Gölü, Unecsco’nun hazırladığı rapora göre 3 sene içerisinde sadece büyük bir tuz tortusundan ibaret olacak. Batı Azerbaycan’da yayınlanan bir başka araştırmaya göre ise, en yüksek derinliği 2 metre civarında olan göl, %60 oranında su kaybetti.
Göl her yıl belli dönemlerde birçok pelikan ve filamingonun beslenme durağı olarak biliniyor.
bu konuila ilgili videonu aşağıdaki linkden izleye bilersiniz: Urmiye Gölü Yok Oluyor 
Kaynak

Sunday, November 14, 2010

Urmulu Yəzdan Qavalçı ilə Danışıq















Yəzdan Qavalçı bəlkə bir ad ola bilər ki Urmu Türk Ulusu Adini və Səsini Urmunun Geçiklərinə Eşitməmiş ola. Azərbaycan Türkcə Mahnıları və Yəzdan Qavalçının Səsi illərdir ki Urmunun ÇayEvlərində(Qəhvəxana), Gəzim yerləri, Məktəblərin qabağında, Yörələrdə Urmu Ulusuna və Gəncə və Qadınlara tanış bir səsdir. Yəzdan Qavalçı illlər olur ki Azərbaycan Türkcə Mahnıları və Urmu Folklorunda oxunan mahnıları geçiklərdə oxuyub və bu yolnan özünə bir Çörək Yolu tapır. Yəzdan Qavalçı Azərbaycan Türkcə Mahnılarıla və Utancaq Görüşüilə, işıqsız Gözlərilə Urmu Şəhərində bir Sevindirici Adama Çevrilib. O zamanlar ki Azərbaycan Türkcə oxumaq bir suçımış Yəzdan Qavalçı o incə Əllərilə Qaval çalıb və Mahnı oxuyub, Urmu Ulusunu Əyləndirirdi. Neçə vaxt bundan öncə Yəzdan Qavalçıilə bir Dərgi danışıb və o danışıqı mən internetdə Görüb və sizlər üçün Azərbaycan Türkcəsinə(Latın) Çevirdim:
Sorğu: Yazdan əmi Urmu Ulusu səni Yəzdan Qavalçı tanır, bu Sənin doğru Adindir və haralisan?
yanıt: Mən Yəzdan NikBəxt, Atamin Adi Hüseyn və Özümdə Urmuluyam, Kökümdə Urmuludilar.
Sorğu: Urmunun hansı Yörəsində Anadan olub və Böyüyübsən, və indi harda yaşayirsan?
yanıt: Urmunun Mehdi Əlqədəm Yörəsində Anadan olub və Böyümüşəm və indi Abazər Uraminda yaşayiram.
Sorğu: Neçə yaşın var və Nə qədər Dərs oxuyubsan?
Yanıt: altmış yaşım var və buna Görə ki Atam Kasıbıdı mən dərs oxuya bilmədim.
Sorğu: Neçə Uşaqin var?
Yanıt: bir Oğlum var
Sorğu: oğlun Gərgin olmur ki Uramlarda Urmu ulusuna Mahnı oxuyursan?
Yanıt:  heç vaxt, o ailə qurub və bilir ki mənim işim Uramlarda Mahnı oxumaqdir.
Sorğu: Yəzdan neçə il olur ki ÇayEvlərində və Uramlarda Urmu Ulusuna mahnı oxuyursan?
Yanıt: 40 il olur ki Çayevlərində və Uramlar və Gəzinti yerlərində Urmu ulusuna mahnı oxuyuram.
Sorğu: Yəzdan yalnız bu yoldan keçinirsən?
Yanıt:  Hə, Mənim uşaqlıqdan Gözlərimdə Sorun varidi və çətin işləri Görə bilmirdim, uşaqlıqdan Azərbaycan Türkcə mahnı oxumağı sevirdim və indiyə qədər bu yoldan keçinmişəm. Birinci dəfə Salam Dəşti(Urmu-nun Əski Mahnı sənətçisi) mənə öyrətdi ki necə oxuyam və məni özü ilə Şənliklərə apardı.
Sorğu: Yalnız Azərbaycan Türkcə mahnıların oxuyursan?
Yanıt: qabaqca bəzən Farsca da oxuyardım ancaq Azərbaycan Türkcə mahnıların çox sevirdim ki oxuyam, mən Farsca mahnıları sevmirəm mən Azərbaycan Türkcə mahnılarının Aşiqiyam.
Sorğu: Azərbaycan Türkcə mahnıların haradan öyrənirsən?
Yanıt: mənim çox Əski navarlarım var, Əski mahnı Ustalarından çoxlu CD lərim var.
Sorğu: Yəzdan Azərbaycan Türkcə Ustadlarından hansını tanıyırsan və hansını çox Sevirsən?
Yanıt: Mən Azərbaycan Türkcə mahnıların çox dinləyərəm, hacı Baba, Teymur Mustafayeva, Rəşid Behbudov, Zeynəb Xanlarova və ... ancaq allah rəhmət eyləsin Hacı Babanı çox sevirdim.                    
Sorğu: mahnılar ki oxuyursan CD lərdən öyrənirsən?
Yanıt: bəzən də olur ki özüm bir mahnılar yaraldam.
Sorğu: Gərgin olmursan ki Urmalrda oxuyub və Urmu ulusu sənə pul verir?
Yanıt: nədən gərgin olam? Bu mənim işimdir sonra da mən Görürəm ki Urmu Ulusu mənim mahnı oxumağımdan Əylənib və sevinirlər, bu iş məni də sevindirir.
Sorğu: Yəzdan əyər səndən soruşam ki mən sənən nə yardım edə bilərəm nə deyərsən?      
Yanıt: heç zad, yalnız mənim Şəklimi Dərgidə yaysanız mənədə o dərgini Göndərin.  
Geçik = Küçə
Yanıt= Cavab
Yörə = Bölgə
Uram = xiyavan
Qaynaq: Urmunun Bizim Gələcək Dərgisi və Çeviri Umud Urmulu

Friday, October 8, 2010

Urmudan gələn ışıqlar - mirza əli əsgər abadı

Urmunun Azərbaycanımıza ithaf etmış şəxsiətlərdən danışmaq üçün Urmudan gələn ışıqlar adının altında bir nəçə nəfri müxtəsər olaraq tanıtmaya çalışmışıq , bu səfər bir digər büyügümüzi tanıtmaq istirəm . mirzə alı ( əli ) mərhum kəblayı əli ələnəqınin oğlu 1286 hicri qəmri ilində Urmu nün əsgər abad kəndində anadan oldu . mirzə alı Urmuda ibtıdayı dərsləri aldıqdan sonra nəcfə gedib və ıctihad dərcə sinə ərdıkdən sonra Urmuya moracıat edir . mərhum əsgər abadı məclisi şurayi millinin Urmu millət vəkili olaraq seçilib və tahrana getmək istər. lakın mə hə məd əlişaə ordusu və məşrutə çilərin savaşlarının ozundən tahrana varmadan , dünüb və istanbula gedir . birinci dünya savaşında Urmuda cilülüq facia si baş verir . əhalı mərhum əsgər abadıa olayları yetişdirib və əsgər abadı istanbul məsçidlərində atəşın nutuqlar edir . bu çıxışlar itihadi islam ordusunun yaradılmasına səbəb olur və osmanlı ordusu oşnü hodudundan ırana geçib və asurı – ermənı itifaqıni darmadağın edir . Urmu , salmas , Xoy və sulduz rahat nəfs çəkir . mərhum əsgər abadı bu olaylardan sonra urmuya gəlir və buğda mıdanındakı bazarbaş məsçidində xalqın ırşadına məşğül olur . bu dəyərli alim 1276nci ildə vəfat edir . mərhum əsgər abadının adı Urmu şəhrinin imam ( pəhləvi ) xıayavanından , bakrı ( fərəh ) xıavanın bir birinə qüvş duran xıavana verilmişdi . tasüflə , ınqlabdan sonra naməlum səbəblərdən oturı bu xıavanın adı besət adına çevirilmişdir .
http://urmulutaymaz.blogspot.com/2010/10/blog-post_06.html

Wednesday, October 6, 2010

Urmu Gölü Bayatılari
















Xeber Verin Ellere,
Düşsün Hamı Dillere,
Urmu Gölü Göz Dikib,
Meded Veren Ellere.

Gel İnanaq Sevgiye,
Qardaşlığa Birliye,
Bizden Yardım İsteyir,
Azerbaycan Urmiye.

Men Aşıq Ay Olaydım,
Bir Sulu Çay Olaydim,
Aşıb, Daşıb Dağları,
Gelib Sene Dolaydım.

Xalqımın Duzlu Gölü!
Görmeyek Senı Ölü,
Qoyub, Gedıb, Buaxma,
Bize Quru Bır Çölü

Bu Derdi kime Yazam?
Öz Yurdumda Yalqızam,
Eşidirsenmi Meni?
Bu Günler Çox Susuzam.

Haraylar Ay Haraylar!
Dolanır ıller - Aylar,
Men Susuzam, Hardasiz?
Suyu Getiren Çaylar!

Bilmelisiz siz Bunu!
Gelmez Gölümen Sonu,
Bu kiçik Ellerimle,
Qurtaracam, Men Onu.

Qoşarlar: Baufritze N-s & Elireza Quluncu

Wednesday, September 22, 2010

Urmiye Gölünün Yalqızı

Bir Göz Damça Tikmişəm Duz Gölünün Qırağında, Dörd-Dövrəsi bir kölgəsı. Mənim ki belə gəlib. Elə vaxt olur inənən qəbir qazaram, hərdən də olur hər zaddan Doyaram. Hərdən də Nay-Nay Çalıb oynaqlaram. Dad El Qabarindan, Dad ilan kimi Soyulan üz-Göz Qabığından, Aman Düz Soruğundan. Başina Gəməyən bilməz. Dərd Adami oynadar da, Oynaqladar da.
Axşam olub-olacağın Duz Gölünün qırnasında Otururam. Cumaram o Həzin Ləpələrin Aləmınə. Gün Batar-Batmaz da bir Yel Qavzanar Çarpazdan Sinə Gərər Gölün Canına. Qurbət Sazaği Çalr Üzümə. Mənim kini Verər özümə. Oxumaq havası Vurar başıma. Hamısı Da Gənlik Havsı olar, indi yeni Gəlib DüşGün çağımda Bağrıma olar dolar. Günün batan Çağı-istir Suyuq hava istir isti-başıma, Eləsən, Hava Gələr. Ağim Qaradan Arınmaz. Axşamin Şafaği Sarımıl Portağal Rəngi, Hərdən tutqun bənövşə, Bəzən Xına-Boyaq, Saçilanda o Tala-Tala Buludlara, Deyirəm Tanrı, indicə Dünya başa Çatacaq, mənimkidə Qurdnan qiyamətə qalacaq. Ala-Qaranlıq Səhmi Çkər Canıma. Gizlin bir Tiringə Könlümün Umsuq Bucağından Qavzanar, Ancaq, qocalıq Nəfəsimdən Şaqqildayib Çixa bilməz. Kişi istər Göz yaşi Töküb Bozlamasin.
Qaranlıq ki Düşmədi, Duz Gölünün Qırnasında Tonqali Qalaram. Könlümə Yatan Alovlari oynadaram. Gecə havasi olar, Alov Havsi olar, Suyun Çap-Çap Çapbiltisi olar. Qaralıq bir mən bir də Duz Boqoca Döşümün Boğulmuş havsi kimi Gölün Otay başında bir zad. Onun havasi Nə Tonqalın havasina bənzər, nə gecənin. Düzünü axtarsan Ürək Çırpıntısına Bənzər, Gözün Siyirməyinə bənzər.   
Canım o da Dönər. Vurar Beynimə nə Soyunam nə də Çırmalanam; ha Vuram suya Tuş otaya. Ya mənə Verən tanrı ola ya ona. Çöplənə bir Yolluq Hesabimiz.
Ancaq hərdən Bam-Başqa bir zadddir. Könlümə Dolar bir Gəmi Quram bu damçani Qurduğum təkin. Salam Gəmin Gölə, Kürəklərim su üzündə. Gecəsi Ayın üzü, Dağların Arxasında Qalxa Mən istəyən Təkin. Gələ Gözəl Qona Gölün GözGüsünə. Mən də onun Solğun Yanaqlarini Kürəklərimnən Narın-Narın Qarışdıram Suda, Ovuşduram Dop-Dövrlana. Qalxıb Genədə Göy Döşünə Taxılanda, mən də Tuş Gölün o başında Yenəm. Oturam orada o Gecənin Şafaqli Canında, Ayın öpüb Uca Qucağında, Sevdali Baxışında. Kimsəsi baş qaldıra Sudan, havadan, nə bilim, Ana-Bacı Gözünü Sağaldan torpaqdan. Bəlkədə Dağlarin neçə Aylıq Qar Altından, bəlkədə Üç Aylıq Yolları üç Günlük Edən Kəsərli Nəfəsdən, nə zaman biliniə nə Məkan. Əllər əgzə Sazlar Telində, qərib Qoynunda, Kərəm Dilində, Yar Elində. Bircə o Gizlin tiringinə glə, Bu Yol, Şaqqılda ya Bulud Təkin kişi Nəfəsimdə.
Qaynaq: Varlıq Dərgisi yazan Naser Mənzuri və Latincə Çeviri Umud Urmulu

Monday, August 16, 2010

Urmu Gölündə gözlənilməz hadisə baş verib-FOTO
























Urmu Gölündə gözlənilməz hadisə baş verib. Urmu Gölünün suyu rəngini dəyişib. Güney Azərbaycan saytlarının məlumatına görə, göldə suyun rəngi bir həftədir dəyişib və bu çevrilmənin səbəbi bilinmir. Bəzi mütəxəssislər bunu suyun tərkibində duzun miqdarının artması, bəziləri isə çirkabın, kanalizasiya sularının gölə axıdılması ilə əlaqələndirir.
Urmu Gölü İranın Batı Azərbaycan əyalətindədir.
Qaynaq