Showing posts with label kimlik. Show all posts
Showing posts with label kimlik. Show all posts

Sunday, April 17, 2011

Milletler Meselesinde Boşanma Haqqı

Arif Keskin
Areş Neraqi boşanma haqqından behs edir ve bunu İrana uyqulamaq isteyir. Milletler meselesinde boşanma haqqı mequlesi çox mürekkeb ve çeşidli tenqidlere meruz qalmış bir mefhum. Bu tenqidlerin çoxunu burada zikr etmeye ehtiyac yox. Boşanma Haqqı sözü özlüyünde İrandaki milletler meselesini tehrif etmekdir. Boşanma haqqı evlilik qurumu olduğu zaman analam ifade eder. Evlilik qurumu iki musavi insanın iradi birlikdeliyinden ortaya çıxar. Boşanma ise musavi iki insan iradi birlikdeliklerini könüllü son vermeleri anlamına gelir. İrandaki milletler meselesi iki musavi milletin iradi birlikdeliyinin neticesi deyil. Fars hüviyetini diger milletlerin iradesine rağmen qalib kimlik ilan edib ve bütün diger milletleri Farslaşdırma sürecine soxublar. İrandaki fars kimliyi esasındaki dövlet-millet projesi diger miletlerin könüllü iradesinin mehsulu deyil. Çox boyutlu icbar ve zorlamanın neticesidir. Burda könüllü evlilikden daha çox qesb, işqal ve alı qoyma mevzusu var.Qesb, işqal ve zorlama varsa orda boşanma diye bir mequle olmaz. Qesb, işqal ve zorlama varsa o bilikdelik özlüyünde saqitdir. Boşanma haqqı birlikdeliyin meşru olduğu zaman mena tapar. Qesb, işqal ve zorlama olduğu yerde ayrılma haqqı o sürecin içinde mevcutdur. Çünki zorlamayla yaranan birlikdelik mahiyet itibariyle qeyri meşrudur. İrandaki fars olmayan milletlerin ayrılma haqları vardır ve bu boşanma haqqından ferqli bir müstevide ele alınması gerekir.
Areş Neraqinin yazısıla ilgili http://tinyurl.com/3dht974

Friday, November 26, 2010

Azəri, Azərbaycanli Termləri Türklüyüümzü inkar Edir


Azərbaycan Türklərinə azəri deyilməsi artıq adi hal alıb. Bir qayda olaraq həm azərbaycanlılar özləri, həm də başqa xalqların nümayəndələri Azərbaycan Türklərinə bu cür xitab edirlər. Maraqlıdır ki, bu ifadə yalnız Azərbaycanın türk əsilli vətəndaşlarına xitabən deyilir. Yəni məsələn, ölkədə yaşayan başqa millətlərin nümayəndələrinə bir çox hallarda öz milli kimlikləri ilə müraciət edirlər. Tutalım ki, kürd, ləzgi və ya talışlar məxsus olduqları xalqın adı ilə müraciət edilir. Ancaq Azərbaycanın türk əhalisi ölkənin adının qısaldılmış forması ilə yəni azəri kimi çağırılır.
Oxşar müraciət forması İranda yaşayan etnik Azərbaycan türklərinə də edilir. Onlar da azəri adlandırılırlar. Xüsusən də Türkiyədə bu cür müraciət geniş yayılıb və qardaş ölkə vətəndaşları bizləri bir qayda olaraq azəri deyə çağırırlar.
Ancaq bu adlandırma yanlışdır və zaman-zaman Azərbaycan ziyalıları, alimlər bu ifadənin doğru olmadığı haqda fikirlərini açıqlayıblar. Bu günlərdə şair Fikrət Sadıq yenidən bu mövzuya toxunub və Azərbaycan türklərinin azəri adlandırılmasını tənqid edib. Azəri kəlməsinin ilk dəfə İranda fars millətçiləri tərəfindən ortaya atıldığını bildirib. Eyni zamanda F.Sadıq məqaləsində Ədalət Tahirzadənin “Kəsrəviçiliyin kökü, özəyi, ardıcılları, dirilməsi” məqaləsinə istinad edib.
Qeyd edək ki, son zamanlar adlar və soyadlarla bağlı məsələnin gündəmə gəlməsini nəzərə alaraq mövzuya aid mütəxəssis rəyi almaq qərarına gəldik. Tədqiqatçı Ədalət Tahirzadə bildirdi ki, Azərbaycan türklərinin azəri adlandırılması kökündən yanlış bir məsələdir. Həmsöhbətimizin fikrincə, azəri kəlməsi və ümumiyyətlə türk kimliyinin gizlədilməsi Azərbaycanı işğal edən və əsarətdə saxlamaq istəyən imperiyalar tərəfindən ortaya atılıb: “Azərbaycan ərazisində yaşayan türklər tarix boyu türk adlanıb. Həm cənubda, həm də şimalda yaşayanlar türk hesab olunublar. Bu gün də Güney Azərbaycanda yaşayan 40 milyon həmvətənimiz özlərini türk adlandırır. Ancaq bizi azəri adlandırırlar. Necə ola bilər ki, bir millətin iki adı olsun. Onlar öz dillərinə türk dili deyirlər, biz dilimizə Azərbaycan dili deyirik. Bir dilin necə iki adı ola bilər?”
Ə.Tahirzadə qeyd etdi ki, azəri kəlməsi ilk dəfə ötən əsrin əvvəllərində ortaya çıxıb. Belə ki, sovet hakimiyyəti Azərbaycan türklərinin milli kimliklərinin unutdurulması üçün ilk olaraq Azərbaycanda dilin və millətin adının dəyişdirilməsinə əl atıb. Maraqlıdır ki, paralel olaraq oxşar proses İranda Pəhləvi xanədanlığı tərəfindən həyata keçirilib: “Bu, çar Rusiyası vaxtı ortaya atılmış və sonralar Stalin tərəfindən reallaşdırılmış türk millətini parçalamaq planı idi. SSRİ-nin ilk konstitusiyasında ilk dəfə türk sözünü azərbaycanlı sözü əvəz elədi. Bu prosesi sovetlər və Stalin aparırdısa, İranda da bu işi Pəhləvi rejimi davam etdirirdi. 1926-cı ildə Kəsrəvi azəri məsələsini ortaya atdı. Kəsrəvi iddia edirdi ki, azərilər qədim farslardır, fars dilində danışıblar. Ancaq sonradan bu farslar türkləşib türk dilində danışıblar. 12-15-ci əsrdən sonra qədim farslar türkcə danışmağa başlayıblar. Kəsrəvi iddia edirdi ki, indiki Azərbaycan əhalisi qədim azərilərdir, yəni farslar. Bu məsələdə sovetlər birliyi ilə Pəhləvi rejiminin siyasəti üst-üstə düşdü. Yəni hər ikisi bu bölgənin türklərini öz adından məhrum etməyə çalışırdılar. Azəri qondarma bir addır. Türk millətini parçalamaq üçün Pəhləvi rejiminin ortaya atdığı addır. Təəssüf ki, Türkiyədə də bu sözü işlədirlər. Bununla da yanlış yapırlar. Onlar da bizi türk kimi qəbul etməlidirlər. Azəri sözünü Türkiyədə ilk dəfə yanılmıramsa, ilk Türk ensiklopediyasında Mehmed Fuad Köprülüzadə ortaya atıb və azəriləri Azərbaycanın türk əhalisi kimi qeyd edib. Bundan sonra Türkiyədə Azərbaycan türklərinə azəri deyilir”.
Azərbaycan Türklərinə “azərbaycanlı” deyilməsinin də doğru olmadığını deyən, həmsöhbətim “azərbaycanlı” sözünün bu torpaqlarda yaşayan bütün millətləri özündə birləşdirdiyini və bu səbəbdən də bir millətə şamil edilməsinin yanlış olduğunu dedi: “Azərbaycanda yaşayan bütün millətlər azərbaycanlıdır. Ancaq rəsmi statistikada bu azərbaycanlıların içərisində türk yoxdur. Bütün azsaylı xalqların hər birinin adı olduğu halda, bu ölkənin ən çoxsaylı vətəndaşı olan türkün adı yoxdur.

KƏNAN
Qaynaq