Showing posts with label Orumiye. Show all posts
Showing posts with label Orumiye. Show all posts

Wednesday, November 2, 2011

Urmiye Gölü Qoşuqu, Qoşar Hüşəng Cəfəri

Vətənim Dustaq. Ruhum təngixir
Yanıma bir Gelib gədənim Olmur
Gələnlər sıxılır gidən Sınsıyır
Halıma bir Yanıb bilənim Olmur
Gəlməyin Durnalar Bizim kəndimiz
Çisginli Dumanlı Şaxtalı kənddir
Yolları Tikanlı Evləri Hisli
Qala tək Qapısı Taxtalı kənddir
Vətənim Dustaqdı Baxışım Geniş
Ürəgim Darıxır Sıxılıram mən
Qolumdan Saxlayın Halımı Sorun
El Gücü Olmasa Yıxılıram Mən


Urmunun Gölü tək Yalqızam Yalqız
Kəsilib Damardan Qanım Ey Ellər
Kəvirə Dönürəm Azərbaycan tək
Duymasaz Çıxacaq Canım Ey Ellər
Bir Əldi bilmirəm ya neçə Əllər
Əl Ələ Veriblər Əlim kəsilsin
Bilmirəm kimdilər? Bir iş Gördülər
Gedənim Sinsisin Gəlim kəsilsin
Bir nəfər Soruşmur Eləcə Biləndən
Baş verib Əlisiz cismdən Canı
Azər El Quruyub Şurəzar Olsa
Neynisiz? Neynisiz? Başsız iranı
Dindirmə Doluyam Doluyam Dolu
Gedirəm Zülmətin kökün Yolduram
O Qədər Ağlıyam Urmu Gölündə
Göz Yaşla Urmunun Gölün Dolduram
Qoşar: Hüşəng Cəfəri

Wednesday, November 17, 2010

Urmu Gölündə ekoloji fəlakət

Bir neçə ildir ki, İranın şimal-şərqində, Güney Azərbaycan ərazisində yerləşən Urmu gölu qurumaq təhlükəsi yaşayır. Artıq gölün suyunun 1/3 hissəsi quruyaraq minlərlə hektar ərazi duzlağa çevrilib.
Dünyanın ikinci böyük duzlu gölü və İranın ən böyük daxili su hövzəsi olan Urmu gölünün quruması İran, Azərbaycan, Ermənistan, Türkiyə və İraqın eko-sisteminə mənfi təsir göstərə bilər. Gölün ərazisinin duzlağa cevrilməsi və onun tədricən genişlənməsi regionda bir təbii fəlakətin başlanğıcıdır. Oyrənci.com saytının noyabrın 6-da yaydığı materialda bildirilir ki, bu siyasət “Ararat çöllərinin” yenidən bərpa olunması məqsədi ilə aparılır. Qeyd edək ki, noyabrın 4-də İran parlamentində də bu məsələ yenidən qaldırılıb. Parlamentin üzvü Seyid Salman Zakiri ölkə rəhbərliyinə müraciət edərək ekoloji fəlakətin həddinin yüksək olmasından danışıb. Zakiri, mövzu ilə bağlı 203 millət vəkilinin imzası ilə əlaqədar orqanlara müraciət ünvanlandığını da xatırladıb.
Xatırladaq ki, Urmu gölündə 102 ada mövcuddur. Onlar YUNESKO tərəfindən dünyanın təbii sərvətləri kimi qeydə alınıb. İndi bu adaların bir çoxu quruluğa yapışıb. Bu adalarda bir çox nadir və nəsli tükənməkdə olan heyvanlar yaşayır. Gölün quruması bu heyvanlarında nəslinin tükənməsinə səbəb ola bilər.
Son 13 ildə gölün suyunun səviyyəsi 6 metr azalıb və gölün ərazisinin 250 min hektarlıq hissəsi quraqlığa çevrilib. Mövcud proses davam etsə regiondakı normal hava şəraiti dəyişərək isti və duzlu küləklərlə müşayiət olan hava şərayitinə çevriləcək. Bu isə region üçün ciddi fəlakət mənasına gəlir.
Urmu gölünün qurumasına gətirən səbəblərdən ən əsası bu gölə tökülən çayların sularının qarşısında tikilən bəndlər və çay suların 90 faizinin gölə tökülməməsidir. İR dövlətinin səhv siyasətləri nəticəsində regionda olan bütün çayların üzərində bəndlər tikilib. Bu isə çay suların gölə tökülməsinə mane olur. Digər tərəfdən son illərin quraqlıq keçməsidə bunun səbəblərindən biri kimi qeyd edilir. Amma bunu siyasi səbəblərindən biri də o ola bilər ki, regionda yaşayan Azərbaycan xalqı əlverişli torpaqlar hesabına öz maddi və iqtisadi durumunu yaxşılaşdırıb və indiyə qədər iqtisadi baxımdan mərkəzdən tam asılı olmayıb. Bu bölgənin ekosistemi dəyişdiyi təqdirdə əhali iqtisai baxımdan tam mərkəzdən asılı vəziyyətə düşə bilər. Bu isə assimilasiya siyasətini tezləşdirə bilər.
Qaynaq