Showing posts with label Dağ. Show all posts
Showing posts with label Dağ. Show all posts

Friday, July 29, 2011

Dünən Savalan dağında tarix yazıldı

Arif Kəsin
Dünən Savalan dağında tarix yazıldı . Azərbaycan milli fəalları yenə də möhtəşəm hemasəyə imza attilar. Bu dəfə də  Azərbaycan Türk millətinin istəkləri Savalan dağının zirvəsində səsləndi.  Savalan dağı öz qəhraman oğullarının hemasəsini gördü, eşətti, ləms etti.  Azərbaycan milli fəalları Savalanın zirvəsində Azərbaycanın dərdlərini, əzablarını və haqlı istəklərini  bağırdılar. Ulu babalarımız  çılqın, qeyrətli  və  qorxmaz oğullarının bağırtılarını eştti. Ulu babalarımız Qıratın ayaq səsini eşitti.
Dünən Savalan dağında tarix yazıldı.  Savalan dağı yenədə bir  tarixi  ləhzəyə şahid oldu.  Milli hərəkatımız üzərində olan bütün təzyiq vasitələrini yıxaraq, zalimlərin qılıncının bütün acımsızlığıyla dolaşdığı bir zamanda bütün süngülərə sinə gərərək ` yaşasın Azərbaycan` dedi. `yaşasın Azərbaycan`şuarı başı bulutlara dəyən, ürəyi oqyanus genişliyində olan və gözlərində gələcəyin atəşi yanan  qəhrəman oğulların dodaqlarında Azərbaycanın səmalarınıda  ışıqlandı.  Zalim qaranlığı dəldi. Millətə yol göstərdi. Millətə özünü,kimliyini, keçmişini və əsalətini anllattı.
Dünən  Savalan dağında tarix yazıldı . Azerbaycanın qəhrəman oğulları sinələrini süngüyə gərərək `yaşaın Azərbaycan` dedi. Hamımıza göstərdilər ki, Savalan zirvesini fəth edən qərəmanlar yaşadiqca Azərbaycan ölməyəcək, Azərbaycan yenidən doğulacaq və onda üzü qaralıq ` milli hərəkatı yoxdur` kimi cəfəngiyatı təkrarlayan baxar korlara qalacaq. Onda Savalan dağında hemasə yaradanlar millətimiz qəlbində əbədi yaşayacaqlar.
Dünən Savalanda Tarix Yazıldı.
Görüntülər

Friday, April 29, 2011

Urmiye Gölü Su Hövzəsinin Dağları

Urmiye Gölü Su Hövzəsinin Dağları
Səhənd Dağı, Urmiye Gölünün Doğusunda Yer Alır.(1707m)
Savalan Dağı, Urmiye Gölünün Quzey Doğusudna Yer Alır.(4814)(3800)
Bozquş Dağları, Urmiye Gölünün Su Hövzəsinin Doğusunda Yer alır(3302 m)
Mişov Dağları, Urmiye Gölünün Quzeyində Yer alır (3155 M)
Zaqros Dağları, Urmiye gölünün Quzey Batısında Yer alır (2500m-3000 metrə qədər)
Mor Dağları, Türkiyə Sınırı (3807m)