Thursday, August 23, 2012

Kerkük'dan Urmiye Qoşuqu


Gözəl Urmu
Sular Bulanır Durur
Urmuyu Allah Qorur
kim Bizə Xani Çıxar
Allahtan Lənət Bulur
*****
Urmu Kültür Qaynağı
Gözün Qərəsi Ağı
Urmulu Həsrət Çəksə
Əridir Daşı, Dağı
*****
Urmunun Gözəl Adı
Heç Qırılmaz Qanadı
Baldan Şirindir Dadı
Düşmanları Çatladı.
Qoşar: Kərkük Elimizdın, Salah Behlul Camurcu

Wednesday, August 1, 2012

Urmiye Gölü Qoşuqu

Bu yol Urmu elinədi,
Çiçəyi nə,gülü nədi,
Sözüm Urmu gölünədi,
Urmu gölüm, quruma sən


Qışın deyil, yayın olum,
Gəlim sənin payın olum,
Axar olum, çayın olum,
Urmu gölüm, quruma sən.


Ellərimə hay salacam,
Kürü sənə tay salacam,
Gözlərimdən çay salacam,
Urmu gölüm quruma sən.


Dağ ətəyin təzədən tər,
Sahilindən duzları dər,
Sən qurusan fars sevinər,
Urmu gölüm, quruma sən.


Urmu gölüm,Urmu gölüm,
İnci gölüm, qumru gölüm,
Səndən yenə varmı, gölüm,
Urmu gölüm, quruma sən.

şair - Teyyar Sharif 
şekil-Urmu Gölü (Aydil )